Məhkəmə qərarları › İş №2-1(114)-584/2025

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-584/2025

06.03.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-584/2025 06.03.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əliyeva Leyla Kamil qızının sədrliyi, Nağıyeva Aysu Azər qızının katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi X1, cavabdehin nümayəndəsi X10 və üçüncü şəxs X3 iştirakı iləştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 15 saylı Tovuz Ərazi İdarəsinə qarşı “mülkiyyət hüququna dair qeydin ləğv olunması” tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: JN-010A KOD 50306028 saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən Tovuz Rayon Aqrar İslahat Komissiyasının 24 sentyabr 1998-ci il tarixli 19 saylı qərarı ilə 0.60 ha torpaq sahəsi X15 və ailə üzvləri X11, İddiaçı, X8,X12 və X4 mülkiyyətinə verilmişdir . Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2023-cü il tarixli **********3 nömrəli çıxarışa əsasən ünvan 1ində 0.5 ha torpaq sahəsinin 0.139976 ha hissəsinə dair X2 mülkiyyət hüququ qeydə alınmışdır. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2023-cü il tarixli ********** nömrəli çıxarışa əsasən ünvan 1ində 0.5 ha torpaq sahəsinin 0.069988 ha hissəsinə dair X2 mülkiyyət hüququ qeydə alınmışdır. İddiaçının ünvan 1i ünvanında yerləşən 0.60 ha həyətyanı torpaq sahəsinin aid **********51 reyestr nömrəili çıxarışda qeyd edilən uyğunsuzluğun aradan qaldırılması barədə cavabdeh orqana müraciətinə sonuncu tərəfindən xx.xx.2024-cü il tarixli məktubla imtina cavabı verilərək bildirilmişdir ki, qeyd edilən torpaq sahəsinin 0.60 ha olduğu halda hansı səbəbdən 0.50 ha kimi, qeydiyyata alınmasına münasibətdə bildirilir ki, X8 xx.xx.2023-cü il tarixli, ********** nömrəli müraciəti əsasında 0.60 ha həyətyanı torpaq sahəsinin qeydiyyatı aparılarkən torpaq sahəsinin faktiki istifadədə 0.50 ha olması müəyyən edilmiş və payçılardan X15 və X2 ərizəsi əsasında onların payına nisbətdə azaldılaraq 0.05 ha kimi dövlət reyestrində qeydiyyat aparılmışdır. Onun payçı kimi hüquqların dövlət reyestrində qeydiyyat aparılarkən çıxarışda texniki səhv nəticəsində adı qeyd edilməmişdir. Bununla əlaqədər olaraq bildirilirik ki, hüquqların dövlət reyestrində buraxılmış texniki səhvin düzəliş edilməsi üçün X5 məktub ünvanlayaraq onun və digər mülkiyyətçilərin razılığı ilə, düzəliş edilməsi mümkün olması bildirilmiş, Lakin G.Mustafayev Ərazi İdarəsinə texniki səhvin düzəlişi ilə bağlı müraciət etməmişdir. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, birgə mülkiyyətdə olan ünvan 1i ərazisində yerləşən torpaq sahəsinə dair səhvən verilmiş və **********51 qeydiyyat nömrəli çıxarışın ləğv olunmasına dair cavabdehin üzərinə vəzifə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Tovuz Rayon Aqrar İslahat Komissiyasının 24 sentyabr 1998-ci il tarixli 19 saylı qərarına əsasən ona və ailə üzvlərinə ünvan 1ində 0,60 ha torpaq sahəsi verilmişdir. Torpaq sahəsinə dair torpağın mülkiyyətə verilməsinə dair JN-010A (KOD ********) saylı şəhadətnamə verilmişdir. Torpaq sahəsi daim mülkiyyətçi kimi qeydiyyatda olan şəxslərin istifadıəsində olmuşdur. Torpaq sahəsi birgə mülkiyyət əsasında onlara məxsus olmuşdur. Torpaq sahəsinin mülkiyyətçiləri X15, X3, onun yəni İddiaçı, X2, X6 və X7r. Həmin torpaq sahəsinə dair X9 və X2 müraciəti əsasında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 15 saylı Tovuz Ərazi İdarəsi tərəfindən **********51 qeydiyyat nömrəli reyestr çıxarışı verilmişdir. Daşınmaz əmlaka dair reyestr çıxarışı verilərkən onun hüquqları kobud şəkildə pozulmuşdur. Belə ki, çıxarışda əsassız və texniki səhv olaraq torpaq sahəsinin ölçüsü 0,50 ha kimi qeyd olunmuşdur. Bundan başqa torpaq sahəsinin mülkiyyətçiləri arasında ayrıseçkilik edərək onun çıxarışda adı mülkiyyətçi kimi göstərilməmişdir. Bundan başqa qanunun tələbi kobud şəkildə pozularaq mülkiyyətçilərin arasında razılaşma, razılaşma olmadıqda isə məhkəmənin qərarı əsasında aparılmalı idi. Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi X1 iddia tələbini müdafiə edərək təmin olunmasını xahiş etmişdir. Həmçinin iddiaçının nümayəndəsi X1 iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək ünvan 1i ərazisində yerləşən JN-010A torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə qeyd olunan ünvan 1ində yerləşən torpaq sahəsinə dair cavabdeh orqan tərəfindən aparılmış xx.xx.2023-cü il tarixli **********3 nömrəli, xx.xx.2023-cü il tarixli ********** nömrəli mülkiyyət hüququna dair aparılmış qeydlərin ləğv edilməsini xahiş etmişdir, ərizə inzibati məhkəmə icraatına qəbul edilmişdir. Cavabdehin nümayədəsi məhkəmə iclasında iddia tələbinə etiraz edərək təmin olunmamasını xahiş etmişdir. Üçüncü şəxs X11 məhkəmə iclasında iddia tələbinin təmin olunmasına etirazının olmadığını bildirmişdir. Əsaslandırıcı hissə: İddia mümkün iddiadır. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur. İddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. Məhkəmə işin faktiki hallarına və aşağıda qeyd olunan normalara əsasən iddianı əsaslı hesab edir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. Azərbaycan Respublikasının Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka hüquqlar dövlət qeydiyyatına alınmalıdırlar. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 66-cı maddəsinin 2-ci bəndinə əsasən torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Həmin Məcəllənin 67-ci maddəsinin 1-ci bəndinə əsasən torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1ci maddəsində göstərilir ki, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün), başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 2.2-ci maddəsində göstərilir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 4.1-ci maddəsinə əsasən 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. Həmin Qanunun 8.0.5-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri əsas hesab olunur. Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, JN-010A KOD 50306028 saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə Tovuz Rayon Aqrar İslahat Komissiyasının 24 sentyabr 1998-ci il tarixli 19 saylı qərarı əsasında 0.60 ha torpaq sahəsi X15 və ailə üzvləri X11, İddiaçı, X8,X12 və X4 mülkiyyətinə verilmişdir. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2023-cü il tarixli **********3 nömrəli çıxarış ilə 0.5 ha torpaq sahəsinin 0.139976 ha hissəsinə və Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2023-cü il tarixli ********** nömrəli çıxarış ilə 0.5 ha torpaq sahəsinin 0.069988 ha hissəsinə X2 mülkiyyət hüququ qeydə alınmışdır. İddiaçı isə hazırda qeyd edilmiş mülkiyyət hüququna dair qeydin ləğv olunmasını xahiş edir. Cavabdeh orqana qeyd olunan tələblə müraciət etmiş,lakin iddiaçının tələbi təmin edilməmişdir. Məhkəmə hesab edir ki, cavabdehin imtinası aşağıdakı əsaslara görə qanunsuzdur. Belə ki, mübahisələndirilən qeydiyyat qanunvericiliyə uyğun işlənməmişdir. İş materialları ilə müəyyən olunur ki, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2023-cü il tarixli **********3 nömrəli çıxarış 0.5 ha torpaq sahəsinin 0.139976 ha hissəsinə, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2023-cü il tarixli ********** nömrəli çıxarış 0.5 ha torpaq sahəsinin 0.069988 ha hissəsinə X2 mülkiyyət hüququ qeydə alınmışdır. Məhkəmə qeyd edir ki, qeyd olunan çıxarışlarda X8 ilə yanaşı digər birgə mülkiyyətçilərdən X13, X12,X4 adı qeyd edilmişdir. Lakin iş materiallarında olan JN-010A KOD 50306028 saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə qeyd olunan torpaq sahəsinin birgə mülkiyyətçilər kimi İddiaçı da adı qeyd olunmuşdur. Məhkəmə hesab edir ki, cavabdeh orqan tərəfindən iddiaçının mülkiyyət hüququ pozulmuşdur,belə ki, oda digər mülkiyyətçilərlə bərabər birgə mülkiyyətçi olduğu halda mübahisələndirilən çıxarışlarda adı əks olunmamışdır.. Belə olan halda hesab olunur ki, “İnzibati İcraat” haqqında Azərbaycan Respublikası Qanunun 67.3-cü maddəsinə əsasən ünvan 1i ərazisində yerləşən JN-010A torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə qeyd olunan ünvan 1ində yerləşən torpaq sahəsinə dair cavabdeh orqan tərəfindən aparılmış xx.xx.2023-cü il tarixli **********3 nömrəli, xx.xx.2023-cü il tarixli ********** nömrəli mülkiyyət hüququna dair aparılmış qeydlər ləğv edilməlidir. Belə ki, “İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanunun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Həmin Qanunun 67.3-cü maddəsinə əsasən qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Həmin Məcəllənin 67.6.2-ci maddəsinə əsasən səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda maraqlı şəxs etimadın qorunması hüququna istinad edə bilməz. Bundan başqa məhkəmə, cavabdehin iddia ərizəsinə etirazda əsaslandığı dəlillərinə münasibətdə qeyd edir ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə görə inzibati məhkəmə icraatı qaydasında inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Belə olan halda iddiaçı hazırkı tələbində haqlı olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34, 68, 69, 75-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia təmin edilsin. ünvan 1i ərazisində yerləşən JN-010A torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə qeyd olunan ünvan 1ində yerləşən torpaq sahəsinə dair cavabdeh orqan tərəfindən aparılmış xx.xx.2023-cü il tarixli **********3 nömrəli, xx.xx.2023-cü il tarixli ********** nömrəli mülkiyyət hüququna dair aparılmış qeydlərin ləğv edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 15 saylı Tovuz Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Leyla Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar