Məhkəmə qərarları › İş №2-1(114)-589/2024

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-589/2024

18.01.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-589/2024 18.01.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundov Emin Tahir oğlunun sədrliyi, Allahverdiyeva Gülnara Elşən qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Cavabdehnə qarşı sərəncamın ləğvi, işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh Azərbaycan Respublikası Cavabdehnə qarşı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası Cavabdeh başçısının xx.xx.2023-cü il tarixli, 69 saylı sərəncamının ləğv edilməsinə, onun Azərbaycan Respublikası Cavabdeh başçısının Gurbulaq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsinə işə bərpa edilməsinə və buraxılmış iş müddəti üçün əmək haqqının ödənilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, o, 2012-ci ildən Cavabdeh başçısının Dəstəfur kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsində işləmişdir. İİ Qarabağ müharibəsi başlayanda Respublikada gedən səfərbərliklə bağlı kənd sakinlərindən 13 nəfər şəxs, o cümlədən X1 olmuş və 44 günlük Vətən müharibəsində iştirak edərək şəhid olmuşdur. Bundan sonra, şəhid Orxan Şıxıyevin anası Sevda və qardaşı Sərxan onun barəsində şərəf və ləyaqətini alçaldan, işgüzar nüfuzuna xələl gətirən həqiqətə uyğun olmayan məlumatlar yaymağa başlamışlar. X3 və X4 hər yerdə onu şərləyərək danışmışlar ki, əvvəl guya o, Orxan Şıxıyevi qəsdən kiminsə yerinə ona müharibəyə çağırış vərəqəsi verib və həlak olmasına səbəb olmuş, sonradan isə şəhidin yas mərasimində iştirak etməmiş, onlara baş sağlığı verməmişdir. Onun barəsində yalan məlumatlar, təhqiramiz sözlər, rayonda nəlayiq sözlərlə təhqir etmiş, idarəyə qohumları ilə hücüm edib onu döymüş, öldürəcəyi ilə hədələmişlər. Müxtəlif yuxarı orqanlara, əsasən Prezident Aparatına ərizələr yazdıraraq qərəzli, şantajçı müraciətlərlə qəbullara gedir, orda da həyasızlıq salaraq utanmadan onun barəsində ancaq şər-böhtan danışmışlar. Dəfələrlə onun və bacısı Pərvanənin evinin pəncərəsini, evə girib ev əşyalarını sındırmışlar. xx.xx.2022-ci il tarixdə evini ev əşyaları ilə birlikdə yandırmışlar. Bu barədə o, Daşkəsən Rayon Polis Şöbəsinə şikayət etmiş, lakin X3 şəhid ailəsi olduğundan onun barəsində heç bir tədbir görülməmişdir. Daşkəsən RPŞ-si tərəfindən xx.xx.2023-cü il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar çıxarılmışdır. Bu səbəbdən də Cavabdeh Başcısının xx.xx.2022-ci il tarixli sərəncamına əsasən o, Daşkəsən rayonunun Dəstəfur kəndində icra nümayəndəsi vəzifəsindən Cavabdeh Başçısının Gurbulaq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi təyin edilmişdir. xx.xx.2023-cü il tarixdə saat 9:30 radələrində Daşkəsən RİHB Aparatının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Sahib Əhmədov onu iş otağına çağırmış və ora Cavabdeh Başcısı Əhəd Əbiyev də gəlmişdir. Hər ikisi ona başçıdan çoxsaylı şikayətlər olduğu üçün “sən ərizəni yaz könüllü olaraq işdən çıx, yoxsa səni maddə ilə çıxardacıq. Dəstəfur kənd Bələdiyyəsi sədri vəzifəsində işləyən əri Rövşən Həsənova yoxlama göndərib, barəsində cinayət işi açıb tutdurarıq, əgər könüllü ərizə yazsan bir müddətdən sonra öz vəzifənə qaytaracıq” bildirmişlər. Bundan sonra, o qorxub, məcburiyyət qarşısında qalaraq ərizə yazmışdır. Bir müddət keçdikdən sonra o, dəfələrlə zəng edib tutduğu vəzifəyə geri qaytarılması barədə soruşduqda ona “başçı Bakıda xəstəxanadadır”, “məzuniyyətdədir”, sonra isə “başcı tutduğu vəzifəsindən azad edilmişdir” bildirmişlər. Başçı işdən azad olunduqdan sonra o, Sahib Əhmədovun qəbulunda olmuş və sonuncu ona “mənlik deyil, Əhəd Əbiyevin göstəşi olmuşdur” demişdir. Bundan sonra, o başa düşmüşdür ki, onu qorxudaraq və aldadaraq işdən könüllü çıxmağı barədə ərizə yazdırmışlar. O, tutduğu vəzifədən çıxmaq istəməmişdir. 12 ildir ki, heç bir qüsuru olmadan həmin vəzifədə işləmiş, fəal işçi kimi iki dəfə fərmanla təltif edilmişdir. Onun könüllü işdən çıxmaq nə fikri, nə də ki, səbəbi olmuşdur. O, ərizəni könüllü yazmamış, onu məcburiyyət qarşısında qoyaraq işdən çıxma barədə ərizə yazdırmışlar. İddiaçı məhkəmədə iddia qaldırmaq üçün prosessual müddətin bərpa edilməsi barədə ərizə təqdim etmiş, mövqeyini sərəncam verildikdən sonra bir müddət işə qaytarılma təklifi gözləməsi, əri X2 müayinəsi və müalicəsi, həmçinin mübahisənin prosesdən kənar həll edilməsi üçün mediasiya təşkilatına müraciət etməsi ilə əsaslandırmış və bu səbəbdən qanunla müəyyən edilmiş müddət ərzində iddia verə bilmədiyini qeyd etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı ərizəyə uyğun izahat verərək buraxılmış müddətin bərpa edilməsini xahiş etmişdir. Həmçinin bildirmişdir ki, əmr barədə məlumatı olmuşdur. Cavabdeh hazırki məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, o nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirib hesab edir ki, aşağıda qeyd edilənlərə əsasən iddiaçının buraxılmış prosessual müddətin bərpası barədə ərizəsi təmin edilməməli və iddia mümkün sayılmamalıdır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Cavabdeh başçısının xx.xx.2023-cü il tarixli, 69 nömrəli sərəncamının surətindən görünür ki, Cavabdehnə başçısının Gurbulaq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi İddiaçı “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 1.1. bəndinə uyğun olaraq, ərizəsinə əsasən, xx.xx.2023-cü il tarixdən tutduğu vəzifədən azad edilmişdir. Həmçinin iş materiallarında olan xx.xx.2023-cü il tarixli ərizənin məzmunundan görünür ki, iddiaçı tutduğu vəzifədən azad edilməsi ilə bağlı könüllü olaraq müraciət etmişdir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 05 nömrəli Qərarının 1.1, 1.3, 1.4 və 2.1-ci bəndlərində göstərilmişdir ki:- -Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. -Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. -İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. -Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. -Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin: -24.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. -24.2-ci maddəsinə əsasən buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. -38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 73.1 maddəsinə əsasən qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, şikayət inzibati aktın qüvvəyə mindiyi gündən 30 gün müddətində müvafiq şikayət instansiyasına verilir. İddiaçı prosessual müddəti ötürməsinə səbəb kimi ərinin müayinəsi və müalicəsini qeyd etsə də iş materiallarına əlavə edilmiş “xəstənin tibbi kartası”-dan görünür ki, R.S.Həsənov xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək A.Səhhət adına xəstəxanada stasionar qaydada müalicədə olmuşdur. Başqa sözlə sonuncunun müalicəsinin bitdiyi tarixdən belə iddiaçı 30 gün müddətində hazırkı tələblə məhkəməyə müraciət etməmişdir. Bundan əlavə iddiaçı prosessual müddətin bərpa edilməsi barədə ərizədə buraxılmış prosessual müddəti Mediasiya təşkilatına müraciət etməsilə əsaslandırmışdır. İddiaçının sözügedən arqumenti ilə bağlı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, mövcud qanunvericiliyə əsasən inzibati hüquq münasibətlərində məhkəməyə müraciət etməmişdən əvvəl ilkin mediasiya sessiyasında iştirak məcburi olaraq tələb edilmədiyindən iddiaçının buraxılmış prosessual müddətin bərpası üçün mediasiyaya müraciət etməsini əsas gətirməsi üzürlü hal hesab edilə bilməz. İddiaçı məhkəmə iclasında mübahisələndirilən sərəncamın qəbul edilməsinə əsas olmuş ərizəni şəxsən yazdığın bildirmişdir. Qeyd olunanlardan o nəticəyə gəlinir ki, iddiaçı onunla əmək münasibətlərinə xitam verilməsini bilmiş və qanunla müəyyən edilmiş müddət ərzində məhkəməyə müraciət etməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 80-ci və 35-ci maddələrini rəhbər tutaraq, qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Cavabdehnə qarşı sərəncamın ləğvi, işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi tələbinə dair iş üzrə buraxılmış prosessual müddətin bərpa edilməsi haqqında ərizə təmin edilməsin, iddia mümkün sayılmasın. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Emin Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar