Məhkəmə qərarları › İş №2-1(114)-59/2021

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-59/2021

09.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-59/2021 09.02.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundov Emin Tahir oğlunun sədrliyi, Xəlilov Eldar Yaşar oğlunun katibliyi, cavabdehin nümayəndəsi X5 iştirakı ilə, iddiaçılar İddiaçı, X7, X9, X10 və X3 cavabdeh Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı X22 qarşı (üçüncü şəxslər Bəxtiyarova Həqiqət Mövsüm qızı, X6 və Bəxtiyarova (Ağayeva) Fəridə Gəray qızı) torpaq sahəsinə mülkiyyət hüququna dair Dövlət Aktının ləğv edilməsi və torpaq sahəsinə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması vəzifələrinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçılar İddiaçı, X7, X9, X10 və X8 (bundan sonra mətndə iddiaçılar) cavabdeh Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı X22 qarşı (bundan sonra mətndə cavabdeh) (üçüncü şəxslər Bəxtiyarova Həqiqət Mövsüm qızı, X6 və Bəxtiyarova (Ağayeva) Fəridə Gəray qızı) iddia ərizəsi ilə xx.xx.2020-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, Bəxtiyarova Həqiqət Mövsüm qızı, X6 və X2 adına paylı mülkiyyətə verilmiş torpağın mülkiyyət hüququna dair JN-0802, KOD60922018 nömrəli Dövlət Aktının ləğv edilməsi və Ağdam rayonu, Çəmənli kəndi ərazisində yerləşən 0,7 hektar torpaq sahəsinin iddiaçıların adına paylı mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması vəzifələrinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Gəncə İnzibati Məhkəməsi tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli, 2-1(114)- 857/2020 nömrəli qərardad ilə Bəxtiyarova Həqiqət Mövsüm qızı, X6 və Bəxtiyarova (Ağayeva) Fəridə Gəray qızı (bundan sonra mətndə üçüncü şəxslər) iş üzrə inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmuşdurlar. Tələb onunla əsaslandırılmışdır ki, iddia ərizəsinə əlavə edilmiş torpağa mülkiyyət hüququna dair Dövlət Aktından görünür ki, Ağdam rayonu, Çəmənli kəndi ərazisində yerləşən 1,14 hektar torpaq sahəsi paylı mülkiyyət hüququ üzrə iddiaçılara məxsusdur. Həmin torpağa mülkiyyət hüququna dair Dövlət Aktında paylı mülkiyyətin tərkiibinə daxil edilməli olan 0,7 hektar torpaq zəbt torpaq sahəsi kimi yazılmışdır. İddia ərizəsinə əlavə edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Ağdam rayon şöbəsinin müdiri və qeyrilərinin iştirakı ilə tərtib edilmiş xx xxxxx 2005-ci il tarixli aktdan və torpaq sahəsinin yer ququluşu planından göründüyü kimi iddiaçıların adına zəbt torpaq sahəsi kmi yazılmış 0,7 hektar torpaq sahəsi əsassız olduğundan onlara başqa ərazidən 0,7 hektar torpaq sahəsi ayrılaraq verilmişdir. Hazırda həmin 0,7 hektar torpaq sahəsi üzərində qanuni əsaslarala iddiaçıların mülkiyyət hüquqlarının tanınması zərurəti meydana çıxmışdır. Eyni zamanda iddia ərizəsinə əlavə edilmiş torpağa mülkiyyət hüququna dair Dövlət Aktından görünür ki, Ağdam rayonu, Çəmənli kəndi ərazisində yerləşən 1,37 hektar torpaq sahəsi paylı mülkiyyət hüququ üzrə qanunsuz və əsassız olaraq Bəxtiyarova Həqiqət Mövsüm qızı, X4 və X1 paylı mülkiyyətinə verilmişdir. İddiaçıların adlarına zəbt kimi yazılmış 0,7 hektar torpaq sahəsinin onların adlarına rəsmiləşdirilməsi ilə bağlı cavabdeh orqana müracət edərəkən məlum olmuşdur ki, iddiaçılara məxsus 0,7 hektar torpaq sahəsi Bəxtiyarova Həqiqət Mövsüm qızı, X4 və X1 paylı mülkiyyətində olan torpaq sahəsinin tərkibindədir. Cavabdeh təşkilat iddiaçılara 0,7 hektar torpaq sahəsinə mülkiyyət hüququna dair Dövlət Aktının verilməsi üçün Bəxtiyarova Həqiqət Mövsüm qızı, X4 və X1 adına verilmiş torpağa mülkiyyət hüququna dair JN-0802, KOD60922018 nömrəli Dövlət Aktının ləğv edilməli olmasını bunun isə onların səlahiyyətinə aid olmadığını bildirərək məhkəməyə müraciət etməyimiz tövsiyyə edilmişdir. Belə olan halda 0,7 hektar torpaq sahəsi üzərində qanuni əsaslarala iddiaçıların mülkiyyət hüquqlarının tanınması üçün Ağdam Rayon Məhkəməsinə müraciət edilmişdir. Ağdam Rayon Məhkməsinin xx xxxxxx 2019-cu il tarixli qərardadı ilə ərizə geri qaytarılmış və aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsinə müraciət etməli olduqları göstərilmişdir. Ona görə də, iddiaçılar hesab edir ki, BəxtiyarovaHəqiqət Mövsüm qızı, X4 və X1 adına verilmiş torpağa mülkiyyət hüququna dair JN-0802, KOD60922018 nömrəli Dövlət Aktının ləğv edilməsinə və Ağdam rayonu, Çəmənli kəndi ərazisində yerləşən 0,7 hektar torpaq sahəsinə paylı mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması vəzifələrinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməlidir. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş İddiaçı iddia tələbinin təmin olunmasının xahiş etmişdir. İddiaçı və digər iddiaçıların nümayəndəsi İddiaçı məhkəməyə xx.xx.2020-ci il tarixli teleqram ünvanlayaraq işə onun iştirakı olmadan baxılması və tələbin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Üçüncü şəxslərə məhkəmə iclasının yeri və tarixi barədə məlumat verilsədə, məhkəmə iclasında iştirak etməmiş, səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X12 iddia ərizəsinə etiraz edərək, iddia tələbinin təmin olunmamasını məhkəmədən xahiş etmişdir. Məhkəmə, Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinin tələblərinə əsasən işə iddiaçıların və üçüncü şəxslərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: - Cavabdehin İddiaçı ünvanladığı xx.xx.2020-ci il tarixli, **********95 nömrəli imtina məktubunun əsli; - Torpağa mülkiyyət hüququna dair JN-0540, KOD60922018 nömrəli Dövlət Aktının surəti; Torpağa mülkiyyət hüququna dair JN-0802, KOD60922018 nömrəli Dövlət Aktının surəti; - Məhkəmənin sorğusu əsasında alınmış Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin xx.xx.2020-ci il tarixli cavab məktubu; - Məhkəmənin sorğusu əsasında alınmış Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin xx.xx.2020-ci il tarixli cavab məktubu. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq , mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikasıİnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olsa da mahiyət baxımından əsaslı deyil. Belə ki, iş üzrə araşdırılmış sübutlarla, müəyyən olunmuşdur ki, iddiaçının tələb etdiyi Ağdam rayonu, Çəmənli kəndində yerləşən 0,7 hektar torpaq sahəsi üçüncü şəxslər Bəxtiyarova Həqiqət Mövsüm qızı, X6 və Bəxtiyarova (Ağayeva) Fəridə Gəray qızına məxsus 1.36 hektar torpaq sahəsinin tərkibindədir və bu hal torpağa mülkiyyət hüququna dair JN-0802, 60922018 nömrəli Dövlət Aktı ilə təsdiq olunmuşdur. İddiaçılar iddia ərizəsində Ağdam rayonu, Çəmənli kəndində yerləşən sözügedən 0,7 hektar torpaq sahəsinin qanunsuz olaraq üçüncü şəxslər tərəfindən zəbt olunduğunu bildirsələr də, bu halı sübuta yetirə bilməmiş və bu barədə məhkəməyə hər hansısa bir sənəd təqdim edə bilməmişlər. Məhkəmənin sorğusu əsasında alınmış Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin xx.xx.2020-ci il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, Bəxtiyarova Həqiqət Mövsüm qızı, X6 və Bəxtiyarova (Ağayeva) Fəridə Gəray qızına JN-802 nömrəli Dövlət Aktına əsasən 1.36 hektar torpaq sahəsi ayrılmışdır. Həmçinin məhkəmənin sorğusu əsasında alınmış Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin xx.xx.2020-ci il tarixli cavab məktubunda qeyd olunanlara əsasən Ağdam rayon, Çəmənli kənd sakini İddiaçı 0,7 hektar topaq sahəsinin ayrılıb-ayrılmamasına dair xx.xx.2005-ci il tarixli Dövlət Aktı aşkar edilməmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçun əsas olmuş səbəblər göstərilməlidir. Avropa Məhkəməsinin “Layıcov Azərbaycana qarşı” xx xxxxx 2014-cü il tarixli qərarında qeyd edilir ki, məhkəmə sübutları qiymətləndirən zaman “əsaslı şübhələr yaratmayan” sübut standartını əsas kimi götürür. Belə sübut kifayət qədər güclü, aydın və ziddiyyət təşkil etməyən mülahizələrdən və ya faktların eyni dərəcədə təkzib olunmayan ehtimallarından irəli gələ bilər. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən, məhkəmənin həqiqətə nail olması üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılmaması, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquq normalarına müvafiq olaraq qiymətləndirilməməsi və bununla da qəbul edilən məhkəmə aktlarının qanunilik və əsaslılıq meyarlarına cavab vermədiyindən ədalətli olmasını şübhə altına alır. (Konstitusiya Məhkəməsi Plenumunun F.Cavadov və V.Aslanovun şikayəti ilə əlaqədar 2008-ci il 30 dekabr tarixli, X.Xəlilovun şikayəti üzrə 2009-cu il 16 yanvar tarixli, N.Manafovun şikayəti üzrə 2009-cu il 13 iyul tarixli Qərarları). Konstitusiyada ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması, məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi təsbit olunmuşdur (Konstitusiyanın 127-ci maddəsinin İİ və Vİİ hissələri). Avropa Məhkəməsi Van de Huk Niderlanda qarşı iş üzrə xx xxxxx 1994-cü il tarixli Qərarında sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq göstərmişdir ki, Konvensiyanın 6cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur. İddiaçılar İddiaçı, X7, X9, X10 və X8 iddia tələbinin əsaslığını sübut etməli olduğu halda bunu edə bilməmiş və cavabdeh inzibati orqan Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı X19 hərəkətləri qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin maddənin 2-ci hissəsinin tələblərinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 69.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Cavabdehin iddianı qəbul etdiyi hallarda, qərarın əsaslandırma hissəsində yalnız iddianın cavabdeh tərəfindən qəbul edildiyi onun məhkəmə tərəfindən təsdiq olunduğu göstərilə bilər. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək və iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında belə hesab edir ki, iddiaçılar İddiaçı, X7, X9, X10 və X3 cavabdeh Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı X22 qarşı (üçüncü şəxslər Bəxtiyarova Həqiqət Mövsüm qızı, X6 və Bəxtiyarova (Ağayeva) Fəridə Gəray qızı) torpaq sahəsinə mülkiyyət hüququna dair Dövlət Aktının ləğv edilməsi və torpaq sahəsinə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması vəzifələrinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbi təmin edilməməlidir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 34, 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçılar İddiaçı, X7, X9, X10 və X3 cavabdeh Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı X22 qarşı (üçüncü şəxslər Bəxtiyarova Həqiqət Mövsüm qızı, X6 və Bəxtiyarova (Ağayeva) Fəridə Gəray qızı) torpaq sahəsinə mülkiyyət hüququna dair Dövlət Aktının ləğv edilməsi və torpaq sahəsinə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması vəzifələrinin cavabdehin üzərinə qoyulması barədə iddia təmin edilməsin. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Emin Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar