Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-59/2024 01.05.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi Axundov Emin Tahir oğlunun sədrliyi, Allahverdiyeva Gülnara Elşən qızının katibliyi, iddiaçının vəkili Vəkil1, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsinin etibarnamə üzrə nümayəndəsi Nümayəndə, üçüncü şəxsin vəkili Vəkil2 iştirakları ilə, İddiaçınun cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsinə qarşı (üçüncü şəxslər X1, X8, X5, X9, X10, X6, X11, X12) şəhadətnamənin ləğv edilməsi tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M üə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət edərək, keçmiş Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən X3 və onun ailə üzvləri olan X1, X8, X5, X9, X10, X6, X11, X2 adına Gədəbəy rayonu, Çay Rəsullu kəndində 0.25 ha torpaq sahəsi verilməsinə dair tərtib edilmiş JN-102A KOD 50527018 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamənin ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, X13 onun atasıdır. Onun atasının Gədəbəy rayonu, Çay Rəsullu kəndində ümumi sahəsi 54 kv.m olan fərdi yaşayış evi və 0.25 ha həyətyanı torpaq sahəsi olmuşdur. Onun atası xx.xx.1973-cü il tarixdə vəfat etmişdir. Aqrar islahatlar aparılan zaman iddiaçının əmisi X14 onun ərazidə olmamasından istifadə edərək atasından ona miras qalmış torpaq sahəsini ailəsi ilə birlikdə öz adına qeyd etdirmişdir. Eyni zamanda X3 daimi yaşadığı öz evinə və torpaq sənədinə mülkiyyət sənədi verilməmiş, öz torpaq sahəsinə dair onun adına islahat aparılmamışdır. Belə ki, Gədəbəy rayon Aqrar İslahat Komissiyasının xx.xx.2001-ci il tarixli, 17 nömrəli qərarı ilə atama məxsus həmin 0.25 ha həyətyanı torpaq sahəsi səhvən X3 və üçüncü şəxslərin adına işlənmiş və bu barədə onların adına JN-102A KOD 50527018 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə tərtib edilmişdir. Halbuki, həmin şəxslər iddiaçının atasının vərəsələri deyillər. Buna görə də, iddiaçı məhkəmədən həmin şəhadətnamənin ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. İş üzrə şifahi məhkəmə baxışı iclası 01 may 2024-cü il tarixə təyin edilmişdir, tərəflərə, üçüncü şəxslərə və üçüncü şəsin vəkilinə məhkəmə iclasının keçirilməsi yeri və vaxtı barədə məlumat verilmiş, iddiaçının vəkili, cavabdehin nümayəndəsi və üçüncü şəxsin vəkili məhkəmə iclasına gəlmiş, iddiaçı və üçüncü şəxslər isə gəlməmişlər. İddiaçı və üçüncü şəxslərin məhkəmə baxışı ilə bağlı məhkəmə iclasına gəlməmələrinə baxmayaraq, məhkəmə işə baxa və iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, tərəflər, üçüncü şəxslər və üçüncü şəxsin vəkili onlara təqdim olunmuş bildirişdə məhkəmə iclasında iştirak etmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 62.3-cü maddəsi). İddiaçının vəkili Vəkil1 məhkəmə iclasında iddianı müdafiə etmişdir. Cavabdehin nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddianı qəbul etməyərək iddia tələbinin təmin edilməməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Üçüncü şəxsin vəkili Vəkil2 məhkəmədən iddia tələbinin təmin edilməməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, işə əlavə edilmiş:- - xx.xx.2021-ci il tarixli, 174746nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X13 xx.xx.1973-cü il tarixdə ölmüşdür. - Gədəbəy rayon Dövlət Arxivinin xx.xx.2021-ci il tarixli, 174 nömrəli arxiv arayışının surətindən görünür ki, Gədəbəy Rayon Dövlət Arxivində mühafizə olunan sabiq “K.Marks” adına kolxozun qaytanlanmış torpaq kitabının 74-cü sıra sayında X4 adına 0.25 ha torpaq sahəsi qeyd olunmuşdur. - Gədəbəy rayon Dövlət Arxivinin xx.xx.2021-ci il tarixli, 267 nömrəli arxiv arayışının surətindən görünür ki, Gədəbəy Rayon Dövlət Arxivində mühafizə olunan Çay Rəsullu kənd X16 İcraiyyə Komitəsinin 1980-1982-ci illərə dair 7 nömrəli Təsərrüfatbaşına kitabında qeydiyyatdadır, mərhum əri X3 adına 365 nömrəli təsərrüfat qeyd edilib. Torpaq qrafasında 0.25 ha torpaq sahəsi və tikili qrafasında 1974-cü ildə inşa edilmiş ümumi sahəsi 24 kv.m olan ev qeyd edilmişdir. - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsi tərəfindən məhkəməyə təqdim edilmiş Rəydən görünür ki, hazırda faktiki ölçüsü 0.3855 ha olan iddiaçının mərhum atası X7 ayrılmış, Gədəbəy rayonu Çay Rəsullu kəndində yerləşən 0.25 ha həyətyanı torpaq sahəsi ilə Gədəbəy rayon Aqrar İslahat Komissiyasının xx.xx.2001-ci il tarixli qərarı ilə JN-102A KOD 50527018 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə əsasında üçüncü şəxslərə verilmiş 0.25 ha torpaq sahəsinin koordinatları həmin hissədə üst-üstə düşür. Beləliklə müəyyən olunur ki, iddiaçının mərhum atasına 0.25 ha torpaq sahəsi ayrılmış olsa da, torpaq sahəsinin koordinatları, dəqiq yerləşmə planı barədə sənəd mövcud deyildir. Halbuki, torpaq sahəsinin mövcudluğunu müəyyən edə bilmək üçün təkcə həmin torpaq sahəsinin ayrılmasını təsdiq edən sənədlər kifayət etmir, həmin torpaq sahəsinin müvafiq kadastrda və dövlət qeydiyyat sənədlərində sərhədləri, ölçüləri, coğrafi mövqeyi və.s əks olunmalıdır. Əks halda iddiaçının təqdim etdiyi sənəd əsasında sözügedən ərazidə istənilən torpaq sahəsinə iddia etmək hüququ tanınmalı olardı. Bununla yanaşı, iddiaçı üçüncü şəxslərin adına işlənmiş 0.25 ha torpaq sahəsinin atası X7 məxsus olduğunu iddia etsə də, torpaq sahəsinin sərhədlərini və yerləşmə yerini müəyyən edə bilmək üçün zəruri sənədlər yoxdur. Bundan əlavə iddia ərizəsinin də məzmunundan görünür ki, həmin torpaq sahəsi iddiaçının istifadəsində deyil. Beləliklə qeyd olunmalıdır ki, iddiaçı iddia etdiyi torpaq sahəsinin atası X7 ayrılmış sahə ilə eyni olmasını təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Bu səbəbdən də məhkəmə hesab edir ki, hazırda iddia tələbi ilə bağlı iddiaçının subyektiv hüququ istisna olunur. İnzibati prosessual qanunvericiliyin prinsiplərinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddianın yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri – iddia tələbinin iddia müddətinə dair normalara riayət etməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 05 nömrəli Qərarının 1.1, 1.3, 1.4 və 2.1-ci bəndlərində göstərilmişdir ki:- -Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. -Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. -İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. -Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. -Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin:- -35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının vəqanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. -35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 81, 85-ci maddələrinin tələblərinə əsasən, məhkəmə Qəraraaldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsinə qarşı şəhadətnamənin ləğv edilməsi tələbinə dair iddia mümkün sayılmasın. Qərardaddan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə (Ünvan: Gəncə şəhəri, Atatürk prospekti, 252) şikayət verilə bilər. Sədrlik edən: Emin Axundov
Məhkəmə qərarları › İş №2-1(114)-59/2024
Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-59/2024
01.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver