Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-595/2022 12.01.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Mən, hakim Osmanov Usaməddin Hidayət oğlu, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X1 İdarəsinə qarşı “cərimənin silinməsi” tələbinə dair işə inzibati məhkəmə icraatı qaydasında məhkəmə binasında məhkəmə iclasından kənar qaydada baxaraq müəyyən etdim: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X1 İdarəsi tərəfindən müxtəlif qərarlarla barəsində hesablanan 4050 manat məbləğində cərimə borcunun silinməsi dair qərar çıxarılmasını xahiş etmişdir. Şikayət ərizəsini, ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edirəm ki, şikayət aşağıdakı əsaslara görə mümkün sayılmamalıdır. Belə ki, iş materialları ilə müəyyən edilmişdir ki, iddiaçı cavabdeh tərfindən İnzibati Xətalar Məcəlləsinin müxtəlif maddələrinə əsasən verilmiş qərarlarla hesablanmış cərimələri mübahisələndirir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 3.2.2-ci maddəsinə əsasən bu Qanun inzibati orqanların inzibati xətalara dair işlər üzrə fəaliyyətinə şamil olunmur. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 1.1-ci maddəsinə əsasən bu qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Hazırkı iddia tələbi üzrə cavabdeh tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərar isə «İnzibati icraat haqqında» Azərbaycan Respublikasının Qanununun anlamında inzibati akt olmadığından həmin iddia ərizəsinə inzibati məhkəmələr tərəfindən baxıla bilməz. Həmçinin, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Beləliklə məhkəmə, cavabdeh orqan tərəfindən müxtəlif qərarlarla barəsində hesablanan 4050 manat məbləğində cərimə borcunun silinməsinə dair qərar çıxarılması aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsinin deyil, ümumi (rayon) məhkəmənin səlahiyyətinə aid olduğunu hesab edərək, ərizənin mümkün sayılmaması, habelə iddiaçıya Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərinə əsasən aidiyyəti üzrə ümumi (rayon) məhkəməyə şikayət vermək hüququnun olmasının izah edilməsi qənaətinə gəlir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1, 35, 80, 81 və 85-ci maddələrinin tələblərinə əsasən məhkəmə qərara a l d ım : İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X1 İdarəsinə qarşı “cərimənin silinməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Şikayətçiyə inzibati tənbeh tətbiq edilməsi haqqında qərarın ləğv edilməsi tələbi ilə ümumi (rayon) məhkəməyə şikayət vermək hüququnun olduğu izah edilsin. Qərardaddan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi (ünvan:Gəncə şəhəri, H.Əliyev pr 105) vasitəsilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə (ünvan: Gəncə şəhəri, Atatürk pr 252) şikayət verilə bilər. Hakim: Usaməddin Osmanov
Məhkəmə qərarları › İş №2-1(114)-595/2022
Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-595/2022
12.01.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver