Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-5958/2025 05.12.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əliyeva Leyla Kamil qızının sədrliyi, Məmmədova Ərkinaz Kamal qızının katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “ölüm haqqında şəhadətnamənin ləğv edilərək yeni şəhadətnamənin verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakıları müəyyən etdi. Təsviri hissə: AZ-İ №409641 nömrəli ölüm haqənda şəhadətnaməyə əsasən X7 xx.xx.2011-ci il tarixdə vəfat etmişdir. X7 21 yanvar 2011-ci il tarixində vəfat etmişdir bu barədə 25 yanvar 2011-ci il tarixində Ölüm haqqında akt qeydi tərtib edilmişdir. İddiaçı məxsus doğum haqqında şəhadətnaməyə əsasən İddiaçı xx.xx.1965-ci il tarixində anadan olmuşdur, atası X8r, anası X5r. İddiaçı (bundan sonra mətndə - iddiaçı) Cavabdehnə(bundan sonra mətndə cavabdeh) müraciətinə sonuncu tərəfindən xx.xx.2025-cü il tarixli məktubla bildirilmişdir ki, iddiaçının mərhum anası (X4) doğum haqqında akt qeydi Cavabdeh arxivində aşkar edilməmişdir. Bu doğum haqqında akt qeydini bərpa etmək onların səlahiyəti xaricindədir. Eyni zamanda mərhum anası ölüm haqqında akt qeydində X3 X6 düzəliş edilməsi səlahiyəti xaricindədir. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh tərəfindən verilmiş AZ-İ 409641 nömrəli ölüm haqında şəhadətnəmənin ləğv edilərək mərhum anası X4 ölüm şəhadətnaməsində düzəliş edilərək “X10” qızı deyil X1 şəhadətnamə verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, onun anası X9 21 yanvar 2011-ci ildə beyin infaktı zamanı vəfat etmişdir. Anası mərhumə X4 adı ölüm haqqında şəhadətnamədə səhvən X2 qeyd edilmişdir. O, anası X4 ölüm haqqında şəhadətnaməsini təlbə etməsinə baxmayaraq ona bildirdilər ki, onun anasının ölüm haqqında şəhadətnaməsi yoxdur. Ona ölüm haqqında şəhadətnamə veriməsini bidirsə də, lakin həmin şəhadətnamədə onun adı və ata adı səhvən X2 qeyd edilmişdir. Mərhum anasının bütün sənədlərində X1 qeyd edilmişdir. Həmin adın və ata adının səhv qeyd edilməsi ona sosila məsələlərin həllində çətinliklər yaradır.Ona görə də mərhum anasının ölüm haqqında şəhadətnaməsində düzəliş edilərək X1 qeyd edilməklə yeni ölüm şəhadətnaməsi verilməlidir. İddiaçı məhkəmə iclasına gəlmiş, cavabdeh nümayəndəsi məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə məlumat təqdim etməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərinə müvafiq olaraq, işə şifahi məhkəmə baxış iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək təmin olunmasını xahiş etmişdir. Əsaslandırma hissəsi: İddia mümkün iddiadır. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur. İddiaçı tərəfindən Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırılmışdır. Məhkəmə işin faktiki hallarına və aşağıda qeyd olunan normalara əsasən iddianı əsaslı hesab edir. İddiaçının hazırkı tələbi ölüm şəhadətnamədə düzəliş edilməsidir ki, cavabdeh orqan iddiaçının tələbini təmin etməkdən imtina edərək məhkəməyə müraciət etməli olduğunu bildirmişdir. Məhkəmə aşağıdakılara görə hesab edir ki, cavabdeh orqanın imtinası əsassız olmuşdur. Azərbaycan Respublikası Ailə Məcəlləsinə görə: Maddə 160.1. Vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalar, habelə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitablarının formaları və bu kitablardakı qeydlər əsasında verilən şəhadətnamələrin formaları, akt kitablarının saxlanması qaydası və müddətləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Maddə 160.2. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. Maddə 161.1. Vətəndaşlıq vəziyyəti akt qeydində ərizə əsasında dəyişiklik edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxsin seçdiyi, məhkəmə qətnaməsi əsasında isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Maddə 161.2. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) akt qeydində dəyişiklik etməkdən imtinasından inzibati qaydada və (və ya) məhkəməyə şikayət edilə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəalar”a görə: Bənd 1. Vətəndaşlıq vəziyyəti akt qeydində ərizə əsasında dəyişiklik edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxsin seçdiyi, məhkəmə qətnaməsi əsasında isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir. Bənd 3. Vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişikliklər aşağıdakı hallarda edilir: vətəndaşlıq vəziyyəti akt qeydində qeyri-düzgün məlumatlar göstərilmişsə...
1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın xx.xx.2011-ci il tarixədək qüvvədə olan redaksiyasına görə: Bənd 1.16. Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı zamanı Azərbaycan Respublikasının vətəndaşları soyadlarını dövlət dilinə uyğunlaşdırmaq məqsədilə, soyadlarının sonluqları rəsmi sənədlərlə dəyişdirilənədək vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitablarında və şəhadətnamələrdə soyadlarını müəyyən olunmuş yeni ifadə formalarında qeyd etdirə bilərlər.
2. Lakin 5 iyul 2011-ci il tarixli 108 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 07, maddə 737) ilə 1.16-cı bənd çıxarılmışdır. Məhkəmə qeyd edir ki, iddiaçının anasına məxsus ölüm haqqında şəhadətnamədə və akt qeydində adı X2 qeyd edilsə də, iddiaçının doğum haqqında şəhadətnaməsində anasının adının X9 olması müəyyən edilir. Bu da, iddiaçının anasının ad və ata adına dair məlumatın qeyri-dəqiq yazıldığını göstərir. Bu isə o deməkdir ki, həqiqətən də iddiaçının anasına məxsus ölüm haqqında şəhadətnamədə səhvə yol verilmiş, iddiaçının anasının ad və ata adına dair məlumatlar düzgün qeyd edilməmişdir. Beləliklə, məhkəmə icraatında təsdiq olunmuş və barələrində proses iştirakçılarının öz münasibətlərini bildirmək imkanına malik olduqları faktları və sübutları araşdıraraq məhkəmə hesab edir ki, iddia təmin olunmalı, cavabdeh inzibati orqanın üzərinə Cavabdeh tərəfindən verilmiş AZ-İ 409641 nömrəli ölüm haqında şəhadətnəmənin ləğv edilərək mərhum anası X4 ölüm şəhadətnaməsində düzəliş edilərək “X10” qızı deyil X1 şəhadətnamə verilməsi öhdəliyi qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər.
Nəticəvi hissə:
Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı:
İddia təmin edilsin. Cavabdeh tərəfindən verilmiş AZ-İ 409641 nömrəli ölüm haqında şəhadətnəmənin ləğv edilərək mərhum anası X4 ölüm şəhadətnaməsində düzəliş edilərək “X10” qızı deyil X1 şəhadətnamə verilməsi öhdəliyi Cavabdeh üzərinə qoyulsun. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.
Sədrlik edən Leyla Əliyeva