Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-596/2021 19.04.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Daşkəsən rayon bölməsinin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Daşkəsən rayon bölməsinə qarşı şəhidlik statusunun və bununla bağlı müvafiq arayışın verilməsi tələbinə dair işə məhkəmə iclasında baxaraq, məhkəmə M üə y y ə n etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Daşkəsən rayon bölməsinə qarşı iddia ərizəsi ilə xx.xx.2019-cu il tarixdə Gəncə İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, X2 şəhidlik statusunun verilməsi və bununla bağlı müvafiq arayışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, cavabdeh orqanın xx.xx.2019-cu il tarixli, 730 nömrəli imtina məktubu ilə bildirilmişdir ki, iddiaçının övladı X2 şəhid statusunun verilməsi barədə heç bir əsasverici sənəd olmadığından ona şəhid olması barədə arayış verilməsi mümkün deyil. Səbəb kimi isə o göstərilmişdir ki, Füzuli Hərbi Prokurorluğundan daxil olan xx.xx.2007-ci il tarixli, 17/3218 nömrəli məktubda qeyd olunur ki, X3 xx.xx.1998-ci il tarixdə xidmət yoldaşının silahla davranış qaydalarını pozaraq atəş açması nəticəsində vəfat etmişdir. İddiaçı hesab edir ki, cavabdeh orqanın imtina məktubu tam əsassızdır. İddiaçı məhkəmə iclasında iddianı müdafiə etmiş, əlavə olaraq bildirmişdir ki, o, 2009-cu ilədək şəhid ailəsi kimi müavinət almışdır. Cavabdehin nümayəndəsi X5 iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, iddiaçının müraciətinə baxılan zaman Füzuli Hərbi Prokurorluğunun xx.xx.2007-ci il tarixli, 17/3218 nömrəli məktubunda X3 xx.xx.1998-ci il tarixdə xidmət yoldaşının silahla davranış qaydalarını pozaraq atəş açması nəticəsində vəfat etməsi qeyd olunduğundan, eləcə də, X2 şəhid statusunun verilməsi barədə heç bir əsasverici sənəd olmadığından sonuncunun şəhid olması barədə arayış verilməsi mümkün olmamışdır. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş sənədlərdən və məhkəmə iclası zamanı iddiaçının izahatından görünür ki, İddiaçı xx.xx.1999-cu il tarixdən “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” x xxxxxxxx 1993-cü il tarixli Azərbaycan Respublikasının Qanununda göstərilən güzəşt və imtiyazlardan istifadə etmək hüququ olmuşdur. Deməli iddiaçının oğlu X1 şəhid statusu, eynilə də iddiaçının şəhid ailəsi statusu mövcud olmuşdur və müvafiq kateqoriyadan olan şəxslər üçün verilən müavinəti xx.xx.2008-ci il tarixədək almışdır. Həmçinin cavabdeh tərəfindən məhkəmənin müvafiq sorğusuna cavab olaraq təqdim edilmiş xx.xx.2021-ci il tarixli, 403 nömrəli məktubun məzmunu ilə müəyyən olunur ki, X1 şəhidlik statusunun ləğv edilməsi ilə bağlı Xidmətin Daşkəsən rayon bölməsində hər hansı bir qərar aşkar edilməmişdir. Göründüyü kimi X1 şəhidlik statusu ləğv edilməmişdir, belə olan təqdirdə qeyd olunan şəxsə yenidən məhkəmə qaydasında şəhidlik statusunun verilməsi məsələsinə baxıla bilməz. Bu səbəbdən də “şəhidlik statusunun verilməsi” tələbi iddianın mümkünlük şərtlərinə cavab vermir. Bundan əlavə məhkəmə tələbin “şəhidlik statusu ilə bağlı müvafiq arayışın verilməsi” hissəsi ilə bağlı qeyd edir ki, iddiaçının qeyd olunan arayışı tələb etməkdə hüquqi marağı xx.xx.2008-ci il tarixdən verilməsi dayandırılmış müavinəti almaqdır və şəhid ailəsi kimi iddiaçıya müavinət təyin edilərkən müavinətin verilməsi üçün müvafiq arayışın təqdim edilməsi həmin dövrdə qüvvədə olan qanunvericiliklə nəzərdə tutulmamışdır. Bir halda ki, X1 şəhidlik statusu qüvvədədir, belə olan halda onun ailəsinə verilmiş müavinətin bərpa edilməsi üçün müvafiq arayışa da ehtiyac olmamalıdır. Çünki ilkin təyinat zamanı qeyd olunan arayışın təqdim edilməsi qanunvericiliklə tələb olunmamışdır. Bu səbəbdən də məhkəmə tələbin həmin hissədə də mümkün hesab edilməməsini məqsədəmüvafiq hesab edir. İnzibati prosessual qanunvericiliyin prinsiplərinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddianın yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri – iddia tələbinin iddia müddətinə dair normalara riayət etməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2015-ci il tarixli, 05 nömrəli Qərarının 1.1, 1.3, 1.4 və 2.1-ci bəndlərində göstərilmişdir ki:- -Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. -Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. -İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. -Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin:- -35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının vəqanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. -35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 81, 85-ci maddələrinin tələblərinə əsasən, məhkəmə Q ə r a r a a l d ı : İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Daşkəsən rayon bölməsinə qarşı şəhidlik statusunun və bununla bağlı müvafiq arayışın verilməsi tələbinə dair iddia mümkün sayılmasın. Qərardaddan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fikrət Hüseynov
Məhkəmə qərarları › İş №2-1(114)-596/2021
Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-596/2021
19.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver