Məhkəmə qərarları › İş №2-1(114)-5976/2025

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-5976/2025

04.12.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-5976/2025 04.12.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Quliyev Zəfər Arif oğlunun sədrliyi, Musayeva Ülviyyə İlham qızının katibliyi, İddiaçı, onun qanuni nümayəndəsi Qanuni nümayəndə iştirakı ilə, İddiaçı (bundan sonra mətndə - iddiaçı) cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X9 üzrə Dövlət Komitəsinə (bundan sonra mətndə - cavabdeh) qarşı X17nin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İşdəki sənədlərə əsasən:

1. İddiaçının atası Qanuni nümayəndə xx.xx.1972-ci il tarixdə Kəlbəcər şəhərinddə anadan olmuş, hazırda ünvan 1 ünvanda qeydiyyatdadır (AA-3043712 nömrəli şəxsiyyət vəsiqəsinə və AZEMİS-dəki məlumata əsasən).

2. İddiaçının anası X11 xx.xx.1981-ci il tarixdə Gəncə şəhərində anadan olmuş, xx.xx.2002-ci il tarixdən ünvan 2 ünvanda qeydiyyatdadır (AA-2359242 nömrəli şəxsiyyət vəsiqəsinə və AZEMİS-dəki məlumata əsasən).

3. Qanuni nümayəndə ilə X11 xx.xx.2003-cü il tarixdə nikahlarını bağlanmış, bu barədə Kəlbəcər rayon VVADQ şöbəsində nikahın bağlanması haqqında akt qeydləri kitabında 162 nömrə ilə qeyd aparılmış, nikah bağlandıqdan sonra ərə Mikayılov, arvada Mikayılova soyadı verilmişdir. Nikahın bağlanması faktı Kəlbəcər rayon VVADQ şöbəsində qeyd edilmiş, bu barədə xx.xx.2003-cü il tarixdə İİ-AZ №038069 nömrəli nikah haqqında şəhadətnamə verilmişdir

4. Dövlətqaçqınkomun xx.xx.2005-ci il tarixli qərarı ilə iddiaçının atası Qanuni nümayəndə AA seriyalı 106291 nömrəli X17 verilmiş, sonuncu Gəncə şəhərində məskunlaşmışdır.

5. İddiaçı xx.xx.2008-ci il tarixdə Gəncə şəhəri, Nizami rayonunda anadan olmuş, bu barədə Kəlbəcər rayon qeydiyyat şöbəsində doğum haqqında akt qeydləri kitabından xx.xx.2008-ci il tarixdə 669 nömrə ilə qeyd aparılmış, qeyddə ata qrafasında Qanuni nümayəndə, ana qrafasında X6 qeyd edilmişdir (Kəlbəcər rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.2008-ci il tarixdə verilmiş AZ-İİ seriyalı 196471 nömrəli doğum haqqında şəhadətnaməyə əsasən).

6. İddiaçıya xx.xx.2024-cü il tarixdə ASAN-Gəncə tərəfindən AA******* nömrəli şəxsiyyət vəsiqəsi verilmişdir.

7. İddiaçının atası Mikayılov X2 olmaqla məcburi köçkündür, hazırda oğulları X12 və iddiaçı ilə birgə Gəncə şəhəri, ADAU-nun 6 saylı yataqxanası ətrafında məskunlaşmışdır (Kəlbəcər Rayon İcra Hakimiyyəti Başçısının Kəlbəcər şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2025-ci il tarixli, 1125 nömrəli arayışına əsasən). Məhkəmə prosesi:

8. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək, ona məcburi köçkün statusunun verilməsini xahiş etmişdir.

9. Cavabdeh xx.xx.2025-ci il tarixli 3-36-3/2-M-3562/2-48/2025/12462 nömrəli məktubla müraciətin təmin olunmasından imtina edərək bildirmişdir ki, “Azərbaycan Respublikasında məcburi köçkünlərə “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın 4.1.6-cı bəndinə əsasən, valideynlərindən atası “məcburi köçkün” statusuna malik olan və hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olan, Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış (16 yaşlı) uşaqlara “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsi nəzərdə tutulmuşdur. İddiaçının anası X3 qeydiyyatı ünvan 3 ünvanı olduğundan məcburi köçkün statusunu təsdiq edən vəsiqənin verilməsi imkan xaricindədir.

10. Qanuni nümayəndə cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X9 üzrə Dövlət Komitəsinə qarşı xx.xx.2025-ci il tarixli iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək övladları X7 və İddiaçı X17nin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair qərar çıxarılmasını xahiş etmişdir.

11. İddia ərizəsi xx.xx.2025-ci il tarixdə qeydiyyata alınmışdır.

12. İddia tələbi onunla əsaslandırılmışdır ki, Qanuni nümayəndə cavabdehə övladlarım X7 və İddiaçı X17nin verilməsi ilə bağlı ərizə ilə müraciət etmişəm. Lakin, Qaçqınlar və X9 üzrə Dövlət Komitəsi xx.xx.2025-ci il tarixli 3-36-3/2-M-3561/2 48/2025/12462 və 3-36-3/2- M-3561/2 48/2025/12460 saylı məktublarla ərizəyə etiraz edib, bildiriblər ki, həyat yoldaşı X1 şəhər, Kəpəz rayon qeydiyyatı olduğu üçün uşaqlara vəsiqənin verilməsi QMKİDK-nin imkanları xaricindədir. Bu səbəbdən də həmin qərarlara etiraz olaraq bildirir ki, övladlar İddiaçı və X10 Elnur Rafiq oğlu və X3 birgə nigahından dünyaya gəlib və hal-hazırda Kəlbəcər rayon sakinləridir. İkisi də Qanuni nümayəndə ailə tərkibindədir.

13. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinin tələblərinə əsasən Məhkəmənin xx.xx.2025-ci il tarixli sərəncamı ilə iddiaçıya zəruri hüquqi yardım edilərək övladı X5 xx.xx.2004-cü il təvəllüdlü olmaqla yetkinlik yaşına çatmış şəxs olmaqla, müstəqil surətdə hazırkı tələblə cavabdehə müraciət edərək imtina cavabı aldığı təqdirdə bununla bağlı məhkəməyə müraciət edə bilməsi, digər övladına münasibətdə iddiaçı qismində xx.xx.2008-ci il təvəllüdlü İddiaçı qeyd edilməklə, Qanuni nümayəndə qanuni təmsilçisi qismində icraatda iştirak edə bilməsi izah olunmuşdur.

14. 22.10.2025-ci il tarixdə İddiaçı cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X9 üzrə Dövlət Komitəsinə qarşı dəqiqləşdirilmiş iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona X17nin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair qərar çıxarılmasını xahiş etmişdir.

15. Yeni iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 2008-ci ildə Gəncə şəhərində məcburi köçkün ailəsində dünyaya gəlmişdir. Ancaq Məcburi köçkünlərə dövlət tərəfindən verilən imtiyazlardan istifadə etmək üçün "X17"nə ehtiyacı var. Bunun üçün atası cavabdehə lazımi sənədlərlə müraciət edərək iddiaçıya X17" verilməsini tələb etmiş, ancaq Komitədən bildirdilər ki, anası məcburi köçkün olmadığı üçün bu artıq onların səlahiyyəti xaricindədir və iddiaçının bu hüquqları ancaq məhkəmə tərəfindən bərpa oluna bilər. Bu səbəblə Məhkəməyə müraciət edərək xahiş və tələb edir ki, atası Qanuni nümayəndə məcburi Köçkün olduğu üçün və iddiaçı da onun ailəsində dünyaya gəlib, hal-hazırda da onun ailə tərkibində yaşadığı üçün onun da Məcburi Köçkün statusum bərpa edilməsi və ona X17 verilməsi üçün qərar qəbul edilsin. .

16. Məhkəmə iclasında iştirak etmiş iddiaçı və qanuni nümayəndəsi iddia tələbini müdafiə etmiş və sədrlik edənin suallarına cavab olaraq bildirmişdilər ki, hələ Kəlbəcər şəhərinə köçürülməmişlər. İddiaçı gələn il ali təhsil müəssisəsinə sənəd verəcək və onun ödənişli təhsildən azad edilməsi üçün imtiyazlar əldə etməsini arzulayırlar.

17. Cavabdeh iddia tələbini əsassız olduğu üçün rədd edilməsini xahiş etmiş və xx.xx.2025-ci il tarixdə təqdim etdiyi etirazında bildirmişdir ki, Komitənin aidiyyəti struktur bölməsində araşdırılan zaman müəyyən olunmuşdur ki, X7 və İddiaçı atası Qanuni nümayəndə ünvan 1 ünvanında qeydiyyatdadır və məcburi köçkün statusuna malikdir. X7 və İddiaçı anası X8 məcburi köçkün statusu və onu təsdiq edən vəsiqəyə malik deyildir; X1 şəhəri, Kəpəz rayonu, Azərbaycan Bayrağı küçəsi, 1-ci döngə, ev 7, mənzil 32 ünvanında yaşaylş yeri üzrə qeydiyyatdadır. X7 və İddiaçı anası X3 qeydiyyatı "Gəncə şəhəri" olduğundan Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) "məcburi köçkün" statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar"ın 4.1.6-cı yarımbəndinə əsasən, ona məcburi köçkün statusu və onu təsdiq edən vəsiqənin verilməsindən imtina edilmişdir.

18. Cavabdehin nümayəndəsinin şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclasına gəlməməsinə baxmayaraq, məhkəmə işə baxa və iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, tərəflər onlara təqdim olunmuş bildirişdə məhkəmə iclasında iştirak etmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 62.3-cü maddəsi).

19. Məhkəmə sorğusuna cavab olaraq cavabdeh xx.xx.2025-ci il tarixli, 3-36-3/2- 5974/2025 nömrəli məktubunda bildirmişdir ki, Komitənin Regional idarəetmə və status şöbəsinin 2007-2025-ci illəri əhatə edən elektron məlumat bazasında X4 məcburi köçkün statusunu təsdiq edən sənədin verilməsi barədə qeyd aşkar edilmədi.

Əsaslandırıcı hissə:

İddia mümkün iddiadır. Belə ki, iddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddianın ümumi və xüsusi mümkünlük şərtlərinə əməl olunmuş, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın ərazi və predmet aidiyyəti düzgün müəyyən edilmiş, məhkəmədə iddia qaldırmazdan əvvəl həmin məsələnin həll olunması üçün iddiaçı müvafiq inzibati orqana müraciət etmiş, sonuncu müraciəti təmin etmədiyindən məhkəməyə hazırkı iddia tələbini vermişdir. Hazırkı iş üzrə iddiaçının hüquqi marağı ona məcburi köçkün statusunun və vəsiqəsinin verilməsinə nail olmaqdır. Məhkəmə işin faktiki hallarına və aşağıda qeyd olunan normalara əsasən iddianı əsaslı hesab etmir. Hazırkı mübahisəyə münasibətdə məcburi köçkün statusunun və həmin statusu təsdiq edən sənədin (vəsiqənin) verilməsindən imtinanın əsası kimi cavabdehin istinad etdiyi “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın 4.1.6-cı bəndində “valideynlərindən atası “məcburi köçkün” statusuna malik olan və hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olan, Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış uşaqlar” məcburi köçkün statusunu və onu təsdiq edən vəsiqəni almaq hüququna malik şəxslər olaraq müəyyən edilmişdir Qaydaların istinad edilən həmin bəndinə görə, o uşaqlara məcburi köçkün statusu və onu təsdiq edən vəsiqə verilir ki, 1) valideynlərindən atası “məcburi köçkün” statusuna malik olsun; 2) hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olsun; 3) Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış olsun. Hazırkı işdə iddiaçıya münasibətdə 1-ci və 3-cü şərtin ödənilməsi mübahisəsizdir (Qərarın 6-cı və 7-ci bəndləri) və həmin halları cavabdeh də mübahisələndirmir. Buna baxmayaraq, məhkəmə qeyd edir ki, hazırkı iş üzrə Qaydaların 4.1.6-cı bəndində nəzərdə tutulan 2-ci şərt, yəni hər iki valideynin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olmasına dair şərt ödənilməmişdir. Belə ki, iddiaçının atası Qanuni nümayəndə Kəlbəcər şəhərində qeydiyyatda olsa da, anası X1 şəhəri, Azərbaycan bayrağı küçəsi, 1-ci döngə, ev 7, mənzil 32 ünvanda qeydiyyatdadır. Göründüyü kimi, iddiaçının anasının daimi yaşayış yeri üzrə qeydiyyatda olduğu Gəncə şəhəri işğal olunmuş ərazi olmadığından Qaydaların 4.1.6-cı bəndində nəzərdə tutulan 2-ci şərt ödənilməmişdir. Oxşar işlər üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-880/2025 nömrəli iş üzrə xx.xx.2025-ci il tarixli qərarında ifadə edilmiş hüquqi mövqe də bu istiqamətdə olmuşdur. Yuxarıda qeyd edilən məhkəmə qərarından görünür ki, Ali Məhkəmə müvafiq kateqoriyadan olan mübahisələrə dair formalaşdırdığı hüquqi mövqedə ifadə etmişdir ki, əgər şəxsin hər iki valideyninin yaşayış yeri üzrə qeydiyyatı işğaldan azad olunmuş əraziyə aid deyilsə, həmin halda Qaydaların 4.1.6-cı bəndində nəzərdə tutulan 2-ci şərt ödənilməmiş hesab olunur və bu səbəbdən məcburi köçkün statusunun verilməsindən imtina hüquqi əsaslıdır. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia əsassızdır və təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər.

Nəticəvi hissə:

Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34, 68, 69, 75-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı:

İddiaçı cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X9 üzrə Dövlət Komitəsinə qarşı X17nin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə iddiası təmin olunmasın. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.

Sədrlik edən: Zəfər Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar