Məhkəmə qərarları › İş №2-1(114)-6/2021

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-6/2021

12.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-6/2021 12.03.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsgəndərova Aygül Vulqar qızının sədrliyi, Əliyeva Tahirə Nazim qızının katibliyi ilə, İddiaçı, üçüncü şəxs X15, onun nümayəndəsi və vəkili X3 iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinə (üçüncü şəxslər X29 və qey.) qarşı daşınmaz əmlakın dövlət reyestrindəki qeydin ləğv edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: «Torpağın mülkiyyət hüququna dair» JN-176, KOD 50807005 nömrəli Dövlət aktından görünür ki, Xanlar (Göygöl) rayonu Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli qərarı ilə cizgidə göstərilən sərhəd daxilində 2.22 ha torpaq sahəsi Xanlar rayonu, Qızılca ə/v kənd sakini X21 və onun ailə üzvləri Rüstəmova Zərnişana, Rüstəmov Səbuhi Qənbər oğluna, X16, X22, X17 və Rüstəmov Ramin Səbuhi oğluna verilmişdir. Göygöl rayonu Qızılca kənd icra nümayəndəliyinin xx.xx.2015-ci il tarixli 451 nömrəli arayışından görünür ki, Xanlar (Göygöl) rayonu Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli qərarı ilə verilmiş JN-176 saylı dövlət aktında X2 atasının adı göstərilməmişdir. Odur ki, X8 doğru addır. xx xxxxxx 2003-cü il tarixli 4ə-1-142 reyestr nömrəli alqı-satqı müqaviləsi əsasında JN-176 saylı dövlət aktında göstərilən 2.22 ha torpaq sahəsi X30 tərəfindən İddiaçı satılmışdır. JN-176 saylı dövlət aktının sonuncu səhifəsində Xanlar rayon Dövlət Notariat kontorunun xx xxxxxx 2003-cü il tarixli 4ə-1-142 reyestr nömrəli alqı-satqı müqaviləsi ilə həmin dövlət aktında göstərilən 2.22 ha torpaq sahəsinin vətəndaş İddiaçı satılması barədə təsdiqlənmiş qeyd mövcuddur. “Qanun üzrə vərəsəlik hüququ haqqında” 2V-01-80 reyestr nömrəli şəhadətnamədən görünür ki, xx.xx.2013-cü il tarixdə vəfat etmiş X18 vərəsələri kimi arvadı X7 və oğlu Rüstəmov Səbuhi Qənbər oğlu tanınmış və onlardan hər birinin miras əmlakdan bərabər hissədə pay almaq hüququ vardır. Göygöl rayon Polis Şöbəsinin xx.xx.2015-ci il tarixli 163-6616-1215 nömrəli arayışından görünür ki, Göygöl rayonu Yalqışlaq kəndində yaşayan X29 xx.xx.2015-ci il tarixdə Göygöl RPŞ-nə ərizə ilə müraciət edərək adına verilmiş Göygöl rayonu Yalqışlaq kəndində 2,22 hektar torpaq sahəsinə dair JN-176, KOD 50807005 saylı dövlət aktının naməlum şəraitdə itdiyini bildirmişdir. X15 adına verilmiş JN-176, KOD 50807005 saylı dövlət aktı tapılmış kimi Göygöl RPŞ-nə daxil olmamışdır. “Palitra” Müstəqil ictimai-siyasi qəzaetdə verilmiş elandan görünür ki, Göygöl rayon (keçmiş Xanlar rayonu) Yalqışlaq kənd sakini X22 verilmiş JN-176, KOD 50807005 saylı, sahəsi 2,22 hektar olan torpaq sahəsinin dövlət aktı itdiyi üçün etibarsız sayılır. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışdan görünür ki, Göygöl rayonu Qızılca kəndində 0,3191 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair X15, X9, X2, X12, Rüstəmov Səbuhi Qənbər oğlunun, Rüstəmov Ramin Səbuhi oğlunun və X18 adlarına daşınmaz əmlakın dövlət reyestrində 96 nömrəli reyestr kitabının 73 nömrəli vərəqində ********** qeydiyyat nömrəli, xx.xx.2015-ci il tarixdə qeyd aparılmışdır. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, Göygöl rayonu Qızılca kəndində 0,1975 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair X15, X9, X2, X12, Rüstəmov Səbuhi Qənbər oğlunun, Rüstəmov Ramin Səbuhi oğlunun və X18 adlarına daşınmaz əmlakın dövlət reyestrində 96 nömrəli reyestr kitabının 75 nömrəli vərəqində ********** qeydiyyat nömrəli, xx.xx.2015-ci il tarixdə qeyd aparılmışdır. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, Göygöl rayonu Qızılca kəndində 1,7045 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair X15, X9, X2, X12, Rüstəmov Səbuhi Qənbər oğlunun və Rüstəmov Ramin Səbuhi oğlunun adlarına daşınmaz əmlakın dövlət reyestrində 96 nömrəli reyestr kitabının 74 nömrəli vərəqində ********** qeydiyyat nömrəli, xx.xx.2015-ci il tarixdə qeyd aparılmışdır. Gəncə “Asan xidmət” mərkəzində notariat kontorunun xx.xx.2015-ci il tarixli, 4Ə- 3307 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən X26 ona məxsus olan **********54 reyestr nömrəli çıxarışda göstərilmiş 0.2435 ha torpaq sahəsinin 0.20 ha hissəsini X1. X23 xx.xx.2015-ci il tarixli, ********** qeydiyyat nömrəli (**********98 reyestr nömrəli) çıxarış verilmişdir. Gəncə “Asan xidmət” mərkəzində notariat kontorunun xx.xx.2015-ci il tarixli, 4Ə- 3316 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən Rüstəmov Səbuhi Qənbər oğlu ona məxsus olan **********54 reyestr nömrəli çıxarışda göstərilmiş 0.36525 ha torpaq sahəsinin 0.32 ha hissəsini X4 xx.xx.2015-ci il tarixli, **********97 reyestr nömrəli çıxarış verilmişdir. Digər 1.1845 ha torpaq sahəsinə dair X15 (0.2435 ha), X9 (0.2435 ha), X2 (0.36525 ha), Rüstəmov Səbuhi Qənbər oğlunun (0.04525 ha), X12 (0.435 ha) və Rüstəmov Ramin Səbuhi oğlunun (0.2435 ha) adlarına payları göstərilməklə xx.xx.2015-ci il tarixli ********** qeydiyyat nömrəli (**********99 reyestr nömrəli) hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakn Dövlət reyestrindən çıxarış verilmişdir. İddiaçı nümayəndəsi və vəkili Vəkil Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinə (bundan sonra mətndə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsi) müraciət edərək Rüstəmov Rəşad Səbuhi oğlunun, X9, Rüstəmova Zərnişan Abbasəli qızının, X12, Rüstəmov Səbuhi Qənbər oğlunun, Rüstəmov Ramin Səbuhi oğlunun və X18 adına verilmiş xx.xx.2015-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 96 nömrəli reyestr kitabının 74 nömrəli vərəqində qeydiyyata alınmış RX seriyalı, ******* nömrəli, xx.xx.2015-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 96 nömrəli reyestr kitabının 75 nömrəli vərəqində qeydiyyata alınmış RX seriyalı, ******* nömrəli və xx.xx.2015-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 96 nömrəli reyestr kitabının 73 nömrəli vərəqində qeydiyyata alınmış RX seriyalı, ******* nömrəli çıxarışların etibarsız hesab edilməsini xahiş etmişdir. Bundan sonra, İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən Rüstəmov Rəşad Səbuhi oğlunun, X9, Rüstəmova Zərnişan Abbasəli qızının, X12, Rüstəmov Səbuhi Qənbər oğlunun, Rüstəmov Ramin Səbuhi oğlunun və X18 adına verilmiş xx.xx.2015-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 96 nömrəli reyestr kitabının 74 nömrəli vərəqində qeydiyyata alınmış RX seriyalı, ******* nömrəli, xx.xx.2015-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 96 nömrəli reyestr kitabının 75 nömrəli vərəqində qeydiyyata alınmış RX seriyalı, ******* nömrəli və xx.xx.2015-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 96 nömrəli reyestr kitabının 73 nömrəli vərəqində qeydiyyata alınmış RX seriyalı, ******* nömrəli çıxarışların etibarsız hesab edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx xxxxxx 2003-cü il tarixdə X30 ilə Xanlar (indiki Göygöl) rayon X28 alqı-satqı müqaviləsi bağlayaraq sonuncunun xüsusi mülkiyyətində olan Göygöl rayonu, Qızılca kəndi ərazisində yerləşən 2.22 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsini 3.990000 (üç milyon doqquz yüz doxsan min) manata almışdır. Qeyd olunan alqı-satqı müqaviləsi xx xxxxxx 2003-cü il tarixdə Xanlar (indiki Göygöl) rayon X28 4ə-1-142 nömrə ilə qeydə alınmış və müqavilə bağlanan zaman Qənbər Rüstəmovun bütün ailə üzvləri torpağın satılması barədə notariat orqanında razılıq ərizəsi vermişlər. İddiaçı ailə və maddi vəziyyəti ilə bağlı alqı-satqı müqaviləsindən sonra mülkiyyətində olan torpağa dair daşınmaz əmlakdan çıxarış almamışdır. Buna baxmayaraq X6 rayon polis şöbəsinə ərizə verərək və Palitra qəzetində elan verərək JN- 176, KOD 50807005 saylı Dövlət Aktının itdiyini bildirmiş və qeyd olunan sənədlər əsasında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən təkrar Dövlət Aktı almış və həmin akt əsasında 2.22 ha torpaq sahəsindən 0.1975 ha hissəsi üçün RX seriyalı ******* nömrəli, 0.3191 ha hissəsi üçün RX seriyalı, ******* nömrəli və 1,7045 ha hissəsi üçün RX seriyalı, ******* nömrəli saxta çıxarışlar almışdır. X29 qeyd olunan çıxarışlar əsasında onun mülkiyyətində olan torpaq sahəsini dələduzluq edərək başqa-başqa şəxslərə satmışdır və həmin şəxslər də onun mülkiyyətində olan torpaq sahəsində qanunsuz olaraq tikinti işləri aparmışlar. Rəşad Rüstəmov torpağın onun mülkiyyətində olmasını bilərəkdən qanunsuz olaraq dələduzluq etmiş, Daşınmaz Əmlakın 3 saylı Gəncə Ərazi İdarəsini aldadaraq saxta çıxarış almışdır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən isə araşdırılmadan qanunsuz və əsassız olaraq Rəşad Rüstəmovun və digər ailə üzvlərinə onun mülkiyyətində olan 2.22 ha torpaq sahəsindən 0.1975 ha hissəsi üçün RX seriyalı ******* nömrəli, 0.3191 ha hissəsi üçün RX seriyalı ******* nömrəli və 1,7045 ha hissəsi üçün RX seriyalı, ******* nömrəli saxta çıxarışlar verilmişdir. Bundan sonra, İddiaçı nümayəndəsi və vəkili Vəkil iddianın dəqiqləşdirilməsi haqqında ərizə ilə məhkəməyə müraciət edərək Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən X15, X9, X2, X12, Rüstəmov Səbuhi Qənbər oğlunun, Rüstəmov Ramin Səbuhi oğlunun və X18 adına verilmiş xx.xx.2015-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 96 nömrəli reyestr kitabının 75 nömrəli vərəqində qeydiyyata alınmış RX seriyalı, ******* nömrəli, xx.xx.2015-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 96 nömrəli reyestr kitabının 73 nömrəli vərəqində qeydiyyata alınmış RX seriyalı, ******* nömrəli və xx.xx.2015-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 96 nömrəli reyestr kitabının 74 nömrəli vərəqində qeydiyyata alınmış RX seriyalı, ******* nömrəli qeydlərin ləğv edilməsinə dair qərar çıxarılmasını xahiş etmiş, ərizə məhkəmənin icraatına qəbul olunmuşdur. İddiaçı əvvəlki məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək, indiki Göygöl rayonu Qızılca kəndi ərazisində yerləşən 2.22 ha torpaq sahəsini xx.xx.2003-cü il tarixdə Qənbər Rüstəmovdan qanunauyğun qaydada alqı-satqı müqaviləsinə əsasən aldığını, lakin müqavilə üzrə hüquqlarını dövlət reyestrində qeydə aldırmadığını, bundan istifadə edərək üçüncü şəxslərin ona satılan torpağa dair saxta çıxarışlar alaraq bir qismini digər şəxslərə satdığını bildirdi və iddia tələbinin təmin edilməsini xahiş etdi. İddiaçının vəkili Vəkil əvvəlki məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin edilməsinə dair qərar çıxarılmasını xahiş etdi. Cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinin nümayəndəsi X32 əvvəlki məhkəmə iclasında məhkəməyə etiraz təqdim edərək iddia tələbinin rədd olunmasını xahiş etmiş və bildirmişdir ki, iddiaçının torpağı olması barədə müqavilə idarəyə təqdim edilmədiyindən idarədə həmin sahənin satılması barədə məlumat olmamış, üçüncü şəxslərin adına qeydiyyat aparılan zaman tərəflərindən heç bir qanun pozuntusuna yol verilməmişdir. Üçüncü şəxs X29 məhkəmə iclasında iddia ərizəsinə etiraz edərək iddianın rədd edilməsi barədə qərar çıxarılmasını xahiş etdi, əlavə olaraq bildirmişdir ki, mübahisə predmeti olan torpaq sahəsi Xanlar (İndiki Göygöl) rayonu Aqrar İslahat Komissiyasının xx xxxxxx 1998-ci il tarixli, 02 nömrəli qərarı ilə X22, X10, X5, X17 Rüstəmov Səbuhi Qənbər oğluna, Rüstəmov Ramin Səbuhi oğluna və X21 hər birinə 0.3191 ha olmaqla, cəmi 2.22 ha ayrılmışdır. X30 vəfat etmişdir. İddiaçı xx xxxxxx 2003-cü ildə mərhum X30 ilə alqı-satqı müqaviləsi bağlamış və torpaq sahəsinin məhz onun payına düşən hissəsini, yəni 0.3191 ha torpaq sahəsini almışdır. İddiaçı isə məhkəməyə təqdim etdiyi ərizəsində guya 2.22 ha torpaq sahəsinin hamısını X13 aldığını iddia edir və ailə üzvlərinin bununla bağlı razılıq verməsini qeyd edir. Bu tamamilə yalandır. Üçüncü şəxs X15 nümayəndəsi və vəkili X11 nümayəndəsi olduğu üçüncü şəxslə eyni məzmunlu izahat verərək iddia tələbinin rədd olunmasını xahiş etdi. Üçüncü şəxs Rüstəmov Səbuhi Qənbər oğlu əvvəlki məhkəmə iclasında verdiyi izahatında göstərmişdir ki, o, atasının payı olan torpaq hissəsinin satılmasına razılıq vermiş, qalan hissələrdə hərənin öz payı olmuş,o, öz pay hissəsini satmışdır. Həmin torpaq sahəsindən heç vaxt istifadə etməmişlər. Üçüncü şəxs X19 əvvəlki məhkəmə iclasında verdiyi izahatında göstərmişdir ki, o da öz payna düşən hissəsini satmış, qaynatasının payının satılmasına razılıq vermişdir. Həmin torpaq sahəsindən heç vaxt istifadə etməmişlər. Cavabdehə və üçüncü şəxslər X10, X5, X17, Rüstəmov Səbuhi Qənbər oğluna, Rüstəmov Ramin Səbuhi oğluna, X21, X4, X23 və Göygöl rayon X31 hazırki məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, üçüncü şəxslər məhkəmə iclasına gəlməmiş, digər üçüncü şəxs və cavabdeh nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş, səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. İş üzrə üçüncü şəxslərin və cavabdehin nümayəndəsinin məhkəmə iclasında iştirak etmədiyinə baxmayaraq, məhkəmə işə baxa və iş üzrə qərar qəbul edə bilmişdir (İnzibati- Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). Əsaslandırıcı hissə: Məhkəmə ilk növbədə iddianın mümkünlüyünü yoxlayaraq müəyyən etmişdir ki, verilmiş iddia mümkündür və iddia tələbinin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olubolmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirilmədir. Məhkəmə qeyd edir ki, hazırki iddia tələbi Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsində nəzərdə tutulan öhdəliyin icrası haqqında iddia növünə aiddir. İddia tələbi üzrə umumi və xüsusi mümkünlük şərtlərinə riayət edilmiş, iddiaçı hazırkı tələblə inzibati orqana müraciət etdikdən sonra məhkəmədə iddia qaldırmışdır. Məhkəmə həmçinin vurğulamağı zəruri hesab edir ki, iddiaçı tərəfindən ilkin olaraq inzibati orqana müraciət olunmasına dair ərizə iş materiallarına əlavə olunmuş və məhkəmə iclasında iştirak edən inzibati orqanın səlahiyyətli nümayəndəsi tərəfindən təqdim edilmiş etiraz ərizəsində iddia tələbinin rədd olunması xahiş edilmişdir. Məhkəmə işin hallarını, tərəflərin izahatlarını dinləyib, iddia tələbinin dəlillərini inzibati iş materialları ilə birlikdə araşdırıb hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə işdə olan sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq işin düzgün həlli üçün əhəmiyyəti olan faktiki hallar kimi müəyyən etmişdir ki, Xanlar (Göygöl) rayonu Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli qərarı əsasında 2.22 ha torpaq sahəsi Xanlar rayonu, Qızılca ə/v kənd sakini X21 və onun ailə üzvləri Rüstəmova Zərnişana, Rüstəmov Səbuhi Qənbər oğluna, X16, X22 (xx.xx.1989-cu il təvəllüdlü), X17 (xx.xx.1992ci il təvəllüdlü) və Rüstəmov Ramin Səbuhi oğluna (xx.xx.1994-cü il təvəllüdlü) verilmiş və həmin sahəyə dair JN- JN-176, KOD 50807005 nömrəli «Torpağın mülkiyyət hüququna dair» Dövlət aktı tərtib edilmişdir. xx xxxxxx 2003-cü il tarixli 4ə-1-142 reyestr nömrəli alqısatqı müqaviləsi əsasında JN-176 saylı dövlət aktında göstərilən 2.22 ha torpaq sahəsi X30 tərəfindən İddiaçı satılmış, alqı-satqı müqavilələri imzalanan zaman X2, Rüstəmov Səbuhi Qənbər oğlunun və X14 razılıq ərizələri alınmış, Rəşad Rüstəmov, Rövşən Rüstəmov və Ramin Rüstəmov azyaşlı olduqlarından onların əvəzinə razılıq ərizəsinə valideynləri imza etmişlər. Bundan sonra, 2.22 ha torpaq sahəsinin satılmasına dair alqısatqı müqaviləsinin olmasına baxmayaraq torpaq sahəsinə dair üçüncü şəxslərin hüquqları Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli 2(102)-3796/2020 nömrəli qərarından görünür ki, Göygöl Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli, 2(066)-473/2019 saylı qətnaməsi ilə (sədrlik edən, hakim Q.Ə.Abbasov) iddiaçı X15 və digərlərinin (cəmi 6 nəfər) cavabdeh İddiaçı və digərlərinə qarşı “torpaq sahəsinə dair alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” barədə iddiası qismən təmin edilərək, X30 ilə İddiaçı arasında Göygöl rayonu, Qızılca kəndində yerləşən 2,22 ha torpaq sahəsinə dair notarial qaydada bağlanmış xx xxxxx 2003-cü il tarixli alqı-satqı müqaviləsinin iddaçılar X29, X19, X8, X26, Rüstəmov Səbuhi Qənbər oğlu və Rüstəmov Ramin Səbuhi oğlunun mülkiyyətlərində olan torpaq sahəsinə aid hissədə ləğv edilməsi qət edilib. Cavabdeh İddiaçı qətnamədən apellyasiya şikayəti verib. Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli, 2(104)-3502/2019 saylı qətnaməsi ilə (hakimlər Ə.İ.Məmmədov sədrlik edən, məruzəçi, R.Z.Mamedov və A.H.Hüseynzadə) apellyasiya şikayəti təmin edilərək, iş üzrə Göygöl Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli qətnaməsi ləğv edilib, iş üzrə yeni qətnamə qəbul edilməklə iddia rədd olunub. İddiaçı Rəşad Rüstəmov və digərləri qətnamədən kassasiya şikayəti veriblər. İddiaçılar X19, X29, X8, X26, Rüstəmov Səbuhi Qənbər oğlu və Rüstəmov Ramin Səbuhi oğlunun kassasiya şikayəti təmin edilməmiş, iş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli, 2(104)-3502/2019 saylı qətnaməsi kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmış, qərar qəbul edildiyi andan qüvvəyə minmişdir. Göründüyü kimi Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli 2(102)-3796/2020 nömrəli qərarı ilə xx xxxxxx 2003-cü il tarixli 4ə-1- 142 reyestr nömrəli alqı-satqı müqaviləsinin etibarsızlığının mübahisələndirilməsinə dair məhkəmə işi müqavilənin etibarsız hesab edilməsinə dair iddia tələbinin rədd edilməsi ilə yekunlaşmışdır. Məhkəmə hesab edir ki, JN-176 saylı dövlət aktında göstərilən 2.22 ha torpaq sahəsinin X30 (ailə üzvlərinin razılığı ilə) tərəfindən İddiaçı satılmasına dair xx xxxxxx 2003-cü il tarixli 4ə-1-142 reyestr nömrəli alqı-satqı müqaviləsi qüvvədə olduğundan, müqavilənin etibarlılığı və əsaslı olması qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə öz təsdiqini tapdığından və həmin müqavilə ilə torpaq sahəsi iddiaçıya satıldığından cavabdeh inzibati orqanın JN-176 saylı dövlət aktında göstərilən üç konturdan (0.1975 ha, 0.319 ha, 1.7045 ha) ibarət torpaq sahəsi üzrə üçüncü şəxslərin adına dövlət reyestrində apardığı qeydlər ləğv edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun bir çox qərarlarında formalaşdırdığı hüquqi mövqeyinə əsasən preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir (Konstitusiya Məhkəməsi Plenumunun Q.Məmmədova və digərlərinin şikayəti üzrə xx xxxx 2015-ci il tarixli Qərarı). “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun: - 2.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. - 7.1-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı üçün zəruri olan mərzçəkmə və inventarlaşdırma işlərinin aparılması, habelə müvafiq texniki sənədlərin tərtibi qaydası qanunvericiliklə müəyyən edilir. - 10.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. Ərizədə hüquq əldə edən fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənəd, hüquqi şəxsin isə tam adı, ünvanı, qeydiyyatı haqqında şəhadətnamə, icra hakimiyyəti orqanının tam adı və ünvanı, xahişin məzmunu və əlavə olunan sənədlər göstərilməlidir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. - 16.1-ci maddəsinə əsasən qeydiyyat orqanı hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvləri, onları aşkar etdiyi və ya bu barədə maraqlı şəxslərdən ərizə aldığı gündən üç gün müddətində aradan qaldırır. Hüquqların dövlət qeydiyyatı zamanı yaranan münasibətlərin maraqlı iştirakçılarına səhvlərin aradan qaldırılması barədə 48 saat müddətində bildiriş verilməlidir. - 16.2-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvlərin düzəlişi hüquq sahiblərinə və ya üçüncü şəxslərə ziyan vurmayacağı və ya onların qanuni mənafelərini pozmayacağını güman etməyə əsas olduğu halda aparılır. Hüquq sahibi və ya üçüncü şəxs etiraz edirsə, belə düzəlişlər məhkəmənin qərarı əsasında aparılır. - 23.2-ci maddəsinə əsasən daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 4 may tarixli 516 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında əsasnamənin (qeydiyyat aparılan zaman qüvvədə olan) 2.0-cı maddəsinə əsasən xidmətin fəaliyyət istiqamətləri aşağıdakılardır: 2.0.1. dövlət reyestrində daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatının həyata keçirilməsini təmin edir; 2.0.2. daşınmaz əmlakın dövlət reyestrini tərtib edir və aparır; 2.0.3. daşınmaz əmlakın inventarlaşdırılmasının aparılmasını və texniki sənədlərin tərtib edilməsini təmin edir. Həmin əsasnamənin 3.0.23-cü maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı məqsədi ilə torpaq sahəsinin planının və ölçüsünün tərtib edilməsini və verilməsini təmin etmək xidmətin vəzifəsidir. Beləliklə, məhkəmə icraatında təsdiq olunmuş və barələrində proses iştirakçılarının öz münasibətlərini bildirmək imkanına malik olduqları faktları və sübutları araşdıraraq məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin: - 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. - 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. - 68.1 və 68.2-ci maddələrinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. - 69.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. - 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34, 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, qərara aldı: İddia təmin edilsin. Göygöl rayonu Qızılca kəndində 0,1975 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair X15, X9, X2, X12, Rüstəmov Səbuhi Qənbər oğlunun, Rüstəmov Ramin Səbuhi oğlunun və X18 adlarına daşınmaz əmlakın dövlət reyestrində 96 nömrəli reyestr kitabının 75 nömrəli vərəqində ********** qeydiyyat nömrəli, xx.xx.2015-ci il tarixli, Göygöl rayonu Qızılca kəndində 0,3191 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair X15, X9, X2, X12, Rüstəmov Səbuhi Qənbər oğlunun, Rüstəmov Ramin Səbuhi oğlunun və X18 adlarına daşınmaz əmlakın dövlət reyestrində 96 nömrəli reyestr kitabının 73 nömrəli vərəqində ********** qeydiyyat nömrəli, xx.xx.2015-ci il tarixli və Göygöl rayonu Qızılca kəndində 1,7045 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair X15, X9, X2, X12, Rüstəmov Səbuhi Qənbər oğlunun və Rüstəmov Ramin Səbuhi oğlunun adlarına daşınmaz əmlakın dövlət reyestrində 96 nömrəli reyestr kitabının 74 nömrəli vərəqində ********** qeydiyyat nömrəli, xx.xx.2015-ci il tarixli aparılmış qeydlərin ləğv edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Aygül İsgəndərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar