Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-6/2022 18.10.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundov Emin Tahir oğlunun sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi ilə, İddiaçı, Üçüncü şəxs X1 iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsinə (üçüncü şəxs X4) qarşı çıxarışın ləğv edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsinə (üçüncü şəxs X4) qarşı xx.xx.2019-cu il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən X1 mülkiyyətinə xx.xx.2014-cü il tarixli, ******* saylı çıxarışı ilə verilmiş torpaq sahəsinin onun yaşayış evinin altına düşən hissəsi qeyri-qanuni sənədləşdiyinə görə ləğv edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Gəncə İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(083)-1089/2019 nömrəli qərardadı ilə iddia tələbi mümkün sayılmamışdır. Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(104)-659/2019 nömrəli qərardadı ilə şikayət təmin edilmiş, Gəncə İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(083)-1089/2019 nömrəli qərardadı ləğv edilmiş və iş təkrar baxılması üçün Gəncə İnzibati-İqtisadi Məhkəməsinə qaytarılmışdır. Gəncə İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(83)-2123/2019 nömrəli qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsinə (üçüncü şəxs X4) qarşı çıxarışın ləğv edilməsi tələbinə dair iş üzrə icraat dayandırılmışdır. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(114)-6/2022 nömrəli qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsinə (üçüncü şəxs X4) qarşı çıxarışın ləğv edilməsi tələbinə dair iş üzrə icraat təzələnmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Gədəbəy Rayon Hakimiyyətinin 18 yanvar 2011-ci il tarixli, M-107 nömrəli icazəsi və memarın layihəsi əsasında Gədəbəy Rayonu, Dəyirmandağ kəndində 2011-ci ildə yaşayış evi inşa etdirmiş və həmin İcra Hakimiyyətinin xx.xx.2011-ci il tarixli, 119 nömrəli sərəncamı ilə evin hüququ qeydiyyata alınması qərarı verilmişdir. Onun Dəyirmandağ kəndində inşa etdirdiyi yaşayış evi DƏDRX-nin 11 saylı Ərazi İdarəsi tərəfindən 505-10-831 saylı inventar nömrəsi ilə 31 may 2014-cü il tarixdə qeydiyyata alınaraq texniki pasport tərtib edilmişdir. Onun yaşayış evi 2011-ci ilin avqust ayından tikilərək mövcud olduğu halda və evin tikilməsi barədə sənədlər 2011-ci ildən DƏDRX-nin 11 saylı Ərazi İdarəsində olmasına baxmayaraq DƏDRX-nin 11 saylı Ərazi İdarəsi tərəfindən onun evinin altının 68.56 kv m-i 5 (beş) aydan sonra - 26 noyabr 2014-cü il tarixdə X1 adına rəsmiləşdirilərək ona ******* nömrəli, xx.xx.2014-cü il tarixli çıxarış və 505-10-843 saylı inventar nömrəsi ilə xx.xx.2014-cü il tarixli texniki pasport verilmişdir. Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən mövcud olan daşınmaz əmlakın altının torpaq sahəsi bu və ya digər qərar və qətnamə olmadan heç bir şəxsin adına rəsmiləşdirilə bilməz. Yuxarıda göstərilən faktlar Gəncə İnzibati- İqtisadi Məhkəməsinin hakimi Kamil Rzayev tərəfindən 2-1(83)-892/2015 saylı, xx.xx.2018-ci il tarixli məktubla Məhkəmə Ekspertizası Mərkəzinin ekspertinin 24350 saylı xx.xx.2018-ci il tarixli rəyindən ona məlum olmuş və onun tərəfindən bütün sənədlərin surətləri xx.xx.2018-ci il tarixli əizəsinə əlavə olunaraq ƏMDK-nin sədrinə göndərilsə də düzgün cavab verilmədiyinə görə o, təkrar xx.xx.2019, xx.xx.2019, xx.xx.2019-cu il tarixlərdə ərizələrlə müraciət etməyinə baxmayaraq eyni məzmunlu cavabları almış və xx-xx-2019-cu il tarixli ərizə ilə Nazirlər Kabinetinə müraciət etsə də məhkəməyə müraciət etmək tövsiyəsini almışdır. İş üzrə şifahi məhkəmə baxışı iclası 18 oktyabr 2022-ci il tarixə təyin edilmişdir. İddiaçı məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Üçüncü şəxs X2 məhkəmə iclasında iddia tələbinə etiraz edərək izahatında bildirmişdir ki, Gədəbəy rayon Aqrar İslahat Komissiyasının 23 sentyabr 1998-ci il tarixli, 10 nömrəli qərarına əsasən AN-124721 saylı plan ölçü sənədinə və DƏDRX-nin 11 saylı Ərazi İdarəsi tərəfindən verilmiş mülkiyyət hüququna dair çıxarışa əsasən onun mülkiyyətində Gədəbəy rayonu, Dəyirmandağ kəndində torpaq sahəsi vardır. Hazırda iddiaçının iddia etdiyi ev onun mülkiyyətində olan torpaq sahəsində qanunsuz tikilmişdir. İddiaçının özünə məxsus torpaq sahəsinin onun torpaq sahəsinə aidiyyəti yoxdur. Cavabdehə məhkəmə bildirişinin göndərilməsinə baxmayaraq, nümayəndəsinin iştirakını təmin etməmişdir. İş üzrə cavabdehin nümayəndəsinin məhkəmə iclasında iştirak etmədiyinə baxmayaraq, məhkəmə işə baxa və iş üzrə qərar qəbul edə bilmişdir (İnzibati- Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iddia ərizəsini, ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, iddia tələbi mümkün sayılmamalıdır. Belə ki, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki - mümkünlük və əsaslılıq hissələrinə ayrılır. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırır. İnzibati prosessual qanunvericiliyin tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddianın yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri – iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsən hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. İnzibati məhkəmələr inzibati icraat baxımından «İnzibati icraat haqqında» Qanununun şamil olunduğu, yəni Qanunun 1.1 və 1.2-ci maddələrinin tətbiq dairəsinə aid bütün işlər üzrə səlahiyyətlidir. Bu isə o deməkdir ki, bu zaman ya «İnzibati icraat haqqında» Qanununun 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati aktlar, ya da «İnzibati icraat haqqında» Qanununun 1.2-ci maddəsində nəzərdə tutulmuş mənada faktiki xarakterli hərəkətlər olmalıdır. Faktiki xarakterli hərəkətlər inzibati orqanın inzibati akt olmayan bütün digər hakimiyyət hərəkətlərini (tədbirlərini) əhatə edir. İlkin olaraq məhkəmə qeyd edir ki, hazırkı iddia tələbinin mümkünlük məsələsini yoxlayarkən ilk öncə xx.xx.2014-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışın ümumiyyətlə inzibati icraatın predmeti olan inzibati akt olub-olmaması araşdırılmalıdır. Belə ki, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun (bundan sonra «İnzibati icraat haqqında» Qanununun) 1.1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Məhkəmə qeyd edir ki, inzibati məhkəmələr inzibati icraat baxımından «İnzibati icraat haqqında» Qanununun şamil olunduğu, yəni Qanunun 1.1 və 1.2-ci maddələrinin tətbiq dairəsinə aid bütün işlər üzrə səlahiyyətlidir. Bu isə o deməkdir ki, bu zaman ya «İnzibati icraat haqqında» Qanununun 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati aktlar, ya da «İnzibati icraat haqqında» Qanununun 1.2-ci maddəsində nəzərdə tutulmuş mənada faktiki xarakterli hərəkətlər olmalıdır. İnzibati hüquqi akt qeyri-müəyyən hüquq münasibətlərini tənzimləyir, yəni fiziki və hüquqi şəxslərin qeyri-məhdud dairəsi üçün məcburi davranış qaydalarını müəyyən edir, fərdi hüquqi tənzimləməni həyata keçirir, yəni publik hüquq müstəvisində yaranan konkret məsələləri və mübahisələri həll edir. İnzibati aktın yaratdığı idarəetmə hüquq münasibətlərinin tərkibi iki əsas elementdən ibarətdir. Hüquq münasibətinin subyekti kimi aktı qəbul edən orqan, obyekti kimi isə barəsində akt qəbul edilən şəxs çıxış edir. Beləliklə, inzibati akt səlahiyyətli inzibati orqan tərəfindən birtərəfli qaydada qəbul edilən, ümumi (publik) hüquq sahəsində ictimai maraqlara xidmət edən və icrası vacib olan iradə ifadəsidir. “İnzibati icraat haqqında” Qanununda “inzibati akt” anlayışı özündə yalnız fərdi aktları ehtiva edir. Belə ki, Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Göstərilən maddənin mahiyyətini təhlil edərək belə nəticəyə gəlmək olar ki, inzibati akt inzibati orqan tərəfindən qəbul edilməli, ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmalı, ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaratmalı və hakimiyyət tədbiri olması əlamətləri ilə səciyyələnir. Beləliklə, inzibati akt qanunvericiliklə müəyyən edilmiş qaydada publik idarəetmənin səlahiyyətli subyektləri tərəfindən qəbul edilir (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikası Qanununun 22-ci maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanının razılığı” müddəasının şərh edilməsinə dair xx.xx.2013-cü il tarixli qərarı). Hazırda mübahisə predmeti olan xx.xx.2014-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarış yuxarıda qeyd edilənlərə əsasən inzibati akt üçün nəzərdə tutulan xüsusiyyətlərə malik olmadığından, inzibati akt hesab edilə bilməz. Həmçinin, hazırkı iddia ərizəsində mübahisələndirilən çıxarışın verilməsinə əsas olmuş sənəd Gədəbəy rayon Aqrar İslahat Komissiyasının 23 sentyabr 1998-ci il tarixli, 10 nömrəli qərarıdır. İddiaçı Gədəbəy rayon Aqrar İslahat Komissiyasının 23 sentyabr 1998-ci il tarixli, 10 nömrəli qərarının qismən ləğv edilməsi tələbi ilə Gəncə İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmiş və məhkəmənin xx.xx.2021-ci il tarixli, 2-1(114)-1393/2021 nömrəli qərardadı ilə iddiaçının müddətin bərpasına dair ərizəsi təmin edilməmiş, iddia mümkün sayılmamışdır. Gəncə Apellyasiya Məhkəməsinin sədrinin xx.xx.2021-ci il tarixli, 2-1(104)-661/2021 nömrəli qərardadı ilə qeyd olunan inzibati iş üzrə məhkəmənin bütün hakimlərinin müvafiq qərardadların qəbul edilməsində iştirakı nəzərə alınaraq, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə başqa apellyasiya məhkəməsində baxılması məsələsinin həll edilməsi üçün inzibati işin Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 18 noyabr 2021-ci il tarixli, 2-1(102)- 2331/2021 nömrəli qərardadı ilə iddiaçının apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsində baxılması qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 12 yanvar 2022-ci il tarixli, 2- 1(103)-687/2022 nömrəli qərardadı ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(114)1393/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2-1(102)-779/2022 nömrəli qərarı ilə kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 12 yanvar 2022-ci il tarixli, 2-1(103)- 687/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Göründüyü kimi, çıxarışın verilməsinə əsas olmuş Gədəbəy rayon Aqrar İslahat Komissiyasının 23 sentyabr 1998-ci il tarixli, 10 nömrəli qərarı yuxarıda qeyd olunan məhkəmə qərarları ilə qüvvədə saxlanılmışdır. Belə olan halda məhkəmə hesab edir ki, ilkin hüquqmüəyyəndici sənəd hazırda qüvvədə olduğundan, həmin sənəd əsasında verilmiş xx.xx.2014-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışın ləğv edilməsi istisna olunur. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin; 35.1. maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Beləliklə, yuxarıda şərh olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsinə (üçüncü şəxs X4) qarşı çıxarışın ləğv edilməsi tələbinə dair iddiası mümkün sayılmamalıdır. Yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 80-cı və 35-ci maddələrini rəhbər tutaraq, qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsinə (üçüncü şəxs X4) qarşı çıxarışın ləğv edilməsi tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Emin Axundov
Məhkəmə qərarları › İş №2-1(114)-6/2022
Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-6/2022
18.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver