Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-6/2025 21.05.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundov Emin Tahir oğlunun sədrliyi, Atakişiyeva Aybəniz Zaur qızının katibliyi, İddiaçının vəkili (nümayəndəsi) Nümayəndə1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan X1rşı 471.785,1 manat kompensasiya məbləğinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. T ə s v i r i h i s s ə: İddiaçı cavabdeh Azərbaycan X1rşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, ünvan 1ində Bakı-Qazax avtomobil yolunun sağ tərəfində yerləşən, mülkiyyət hüququ ilə ona məxsus olan 0.25 ha torpaq sahəsinin 0.21 ha hissəsinin cavabdeh tərəfindən həyata keçirilən Gəncə-Qazax-Gürcüstan Respublikası dövlət sərhədi avtomobil yolunun tikintisi” layihəsi çərçivəsində dövlət ehtiyacları üçün alınması zamanı cəmi 389200 manat kompensasiya məbləğinin ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, ünvan 1ində, Bakı-Qazax avtomobil yolunun sağ tərəfində yerləşən 0,25 ha torpaq sahəsi mülkiyyət hüququ ilə ona məxsusdur. Həmin mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2018-ci il tarixdə qeydiyyata alınmış və bu barədə RX seriyalı, ******* saylı çıxarış verilmişdir. 2016-cı ildə həmin torpaq sahəsində kafe-yeməkxana tikmişdir. 21 noyabr 2016-cı il tarixli "Tikintisi başa çatmış obyektin istismara qəbul edilməsi haqda qəbul komissiyasının" rəyi ilə, həmin qeyriyaşayış sahəsi istifadə yararlı hesab edilmiş, Şəmkir rayon İHB-nın xx.xx.2016-cı il tarixli sərəncamı ilə qeyri-yaşayış binalarının hüquqi qeydiyyatına icazə verilmişdir. Sözügedən kafe iddiaçının oğlu Alı İslamzadə tərəfindən istifadə olunmuşdur. Artıq 2 ildir ki, torpaq sahəsi və obyektinin qarşısındakı Bakı-Qazax avtomobil yolunda cavabdeh tərəfindən tikinti işləri aparılır. Bu tikinti ilə əlaqədar dövlət tərəfindən torpaq sahəsinin 0,21 ha sahəsinin alınacağı və obyektinin söküləcəyi bildirilmişdir. Sözügedən yol tikintisi ilə əlaqədar ona ödənilməli olan kompensasiya aşağıdakı kimi hesablanmalıdır: - "xxxx" MMC-nin 26 avqust 2021-ci il tarixli qiymətləndirmə rəyindən görünür ki, mülkiyyətində olan 0,25 torpaq sahəsinin 0,21 ha hissəsi üzərində yerləşən qeyri-yaşayış binasının bazar dəyəri 291.000 manatdır; "Azərbaycan Respublikası Mülki Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi" haqqında Azərbaycan Respublikasının 2007-ci il 7 dekabr tarixli 506 İİİ QD nömrəli Qanununun tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 26 dekabr 2007-ci il tarixli, 689 nömrəli Fərmanının 2.3-cü bəndində göstərilir ki, dövlət ehtiyacları üçün alınan daşınmaz əmlakın mülkiyyətçisinə həmin daşınmaz əmlakın qanunverciliyə uyğun olaraq hesablanmış bazar qiymətinin 20 faizi miqdarında satınalma qiymətinə əlavə haqq ödənilir. Qanunvericiliyin bu tələbinə əsasən, bazar dəyəri 291.000 manat olan əmlakımın dövlət ehtiyacları üçün alınmasına görə ona 20 faiz miqdarında - 58.200 əlavə haqq da ödənilməlidir; Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 14 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, oğlu Alı İslamzadənin fəaliyyət göstərdiyi obyekt ünvan 1i, Bakı-Qazax şossesinin sağ kənarında yerləşir, fəaliyyət növü isə yeməkxanalar tərəfindən xidmətlərin göstərilməsidir. Həmin İdarənin xx.xx.2021-ci il tarixli məktubundan müəyyən olunur ki, onun xx.xx.2017-ci ildən fəaliyyətini dayandırdığı xx.xx.2021-ci il tarixədək vergiyə cəlb olunmuş dövriyyəsi 83.116 manat təşkil etmişdir. Oğlunun ona məxsus olan obyektdə sahibkarlıq fəaliyyətinin dayandırmasına səbəb 2 ildir ki, yeməkxananın girişində olan avtomobil yolunun sözügedən yol tikintisi ilə əlaqədar bağlanmasıdır. Oğlunun sahibkarlıq fəaliyəti üzrə illik dövriyyəsi təxminən 20.000 manat olmuşdur. Şərh olunanlara əsasən hesab edir ki, son 2 il üçün hesablanmaqla 40.000 manat məbləğində əldən çıxmış fayda olan itki də nəzərə alınmalıdır. Şərh olunanlara əsasən, ünvan 1ində, Bakı-Qazax avtomobil yolunun sağ tərəfində yerləşən, mülkiyyət hüququ ilə ona məxsus olan 0,25 ha torpaq sahəsinin 0,21 ha hissəsinin Bakı-Qazax avtomobil yolunda aparılan tikinti ilə əlaqədar dövlət ehtiyacları üçün alınması zamanı ona sözügedən kompensasiyanın ödənilməsi barədə cavabdeh Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə müraciət etmişdir. Müraciətinə cavab olan "Yolun tikintisi altına düşən maneələrin köçürülməsi" Layihə İşçi Qrupunun direktoru F.Məmmədovun adından xx.xx.2021-ci il tarixli ********** saylı məktubda göstərilir ki, sözügedən daşınmaz əmlak Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən həyata keçirilən "Gəncə- Qazax- Gürcüstan Respublikası dövlət sərhədi avtomobil yolunun tikintisi" layihəsi çərçivəsində yolun tikintisi altına düşmüşdür. Bununla əlaqədar Əmlak Məsələləri Dövlət Xidmətinin müvafiq təşkilatı tərəfindən kadastr planı və ondan çıxarış sənədləri hazırlandıqdan sonra dəvət olunmuş müstəqil qiymətləndirici tərəfindən ümumilikdə 92.139 manat kompensasiya hesablanmışdır və həmin vəsait "xxxx" ASC-nin Tovuz Filialına köçürülmüşdür". Beləliklə, o, əmlakın dövlət ehtiyacları üçün alınması zamanı ödəniləcək kompensasiya məbləği ilə razı deyil. Hesab edir ki, cavabdeh tərəfindən həmin kompensasiya düzgün hesablanmamışdır və ona 291.000+58.200+40.000=389.200 manat məbləğində kompensasiya ödənilməsi qanuni və ədalətli olar. İddiaçının vəkili Nümayəndə1 məhkəməyə iddia tələbinin dəyişdirilməsi barədə ərizə göndərərək, “ünvan 1ində Bakı-Qazax avtomobil yolunun sağ tərəfində yerləşən, mülkiyyət hüququ ilə ona məxsus olan 0.25 ha torpaq sahəsinin 0.21 ha hissəsinin cavabdeh tərəfindən həyata keçirilən Gəncə-Qazax-Gürcüstan Respublikası dövlət sərhədi avtomobil yolunun tikintisi” layihəsi çərçivəsində inşa edilmiş yolun, habelə həmin yola paralel köməkçi yolun mühafizə zonasına düşən 0,0694 ha torpaq sahəsinin və bu torpaq sahəsi üzərində yerləşən qeyri-yaşayış sahəsinin (ictimai iaşə obyektinin) dövlət ehtiyacları üçün alınması zamanı 350.820,92 manat əmlakın bazar dəyəri, 70.164,18 manat əlavə haqq və 40.000 manat əldən çıxmış fayda olmaqla, cəmi 460.985.1 manat kompensasiya məbləğinin ona ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Gəncə İnzibati Məhkəməsinin e-2-1(114)-28/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə ərizə məhkəmə icraatına qəbul edilmişdir. Daha sonra iddiaçının vəkili (nümayəndəsi) Nümayəndə1 xx.xx.2024-cü il tarixdə məhkəməyə iddia dəqiqləşdirmə ərizəsi göndərərək iddia tələbini dəyişdirdiyini bildirmiş və 471.785,1 manat kompensasiya məbləğinin iddiaçıya ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Gəncə İnzibati Məhkəməsinin 2-1(114)-10/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə ərizə məhkəmə icraatına qəbul edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə əsasən inzibati mübahisəyə dair iş üzrə qanunamüvafiq prosessual hərəkətlər edildikdən sonra işin şifahi məhkəmə baxışı iclası 21 may 2025-ci il tarixə təyin edilmiş və bu barədə tərəflərə lazımi qaydada məlumat verilmişdir. İddiaçının vəkili (nümayəndəsi) Nümayəndə1 məhkəmə iclasına gəlmiş, cavabdeh isə nümayəndəsinin iştirakını təmin etməmiş, səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə iclasın cavabdehin nümayəndəsinin iştirakı olmadan keçirilməsini mümkün hesab edilmişdir. Məhkəmə iclasında iştirak etmiş iddiaçının vəkili (nümayəndəsi) Nümayəndə1 iddianı müdafiə etmiş və iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişlər. Cavabdeh tərəfindən məhkəməyə göndərilmiş xx.xx.2022-ci il tarixli iddiaya etiraz edərək bildirmişdir ki, İddiaçı məxsus daşınmaz əmlak Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən həyata keçirilən "Gəncə- Qazax-Gürcüstan dövlət sərhədi avtomobil yolunun tikintisi layihəsi çərçivəsində yolun tikintisi altına düşmüşdür. Əmlak Məsələləri Dövlət Komitəsinin müvafiq təşkilatı tərəfindən kadastr planı və ondan çıxarış sənədləri hazırlandıqdan sonra dəvət olunmuş müstəqil qiymətləndirici tərəfindən 171 m² tikili 68400, köməkçi sahə 400 m² 8160 manat, xidməti sahə 200 m² 1860 manat, 200 m² besedka (4 ədəd) 7440 manat, torpaq sahəsi 6279 m² ümumilikdə 92139.0 manat kompensasiya hesablanmış və həmin kompensasiya 2021-ci il tarixində "xxxx" ASC-nin Şəmkir rayon Filialına köçürülmüşdür. Bu barədə iddiaçıya rəsmi məlumat verilmişdir. Azərbaycan Respublikası Konstitusiyanın 29-cu maddəsinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülikyyət hüququ, o cümlədən xüsusi mülkiyyət qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum ola bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilir. İddia ərizəsindən göründüyü kimi, qeyd olunan tədbirlər planının icrası ilə əlaqədar iddiaçıya məxsus olmuş əmlaka görə kompensasiya hesablanmış, lakin İddiaçı həmin məbləği götürməkdən imtina etmişdir. Hazırda isə iddia tələbi ilə məhkəməyə müraciət edərək, ünvan 1ində yerləşən Bakı-Qazax avtomobil yolunun sağ tərəfində 0.25 ha torpaq sahəsinin 0.21 ha hissəsinin cavabdeh tərəfindən keçirilən "Gəncə-Qazax-Gürcüstan Respublikası dövlət sərhəd avtomobil yolunun tikintisi layihəsi çərçivəsində dövlət ehtiyacları üçün alınması zamanı cəmi 389.200 manat kompensasiya məbləğinin ona ödənilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Sadalanan qanunvericilik normalarından göründüyü kimi, iddiaçıya məxsus olmuş əmlaka görə dəvət olunmuş müstəqil qiymətləndirici tərəfindən qiymətləndirmə nəticələri haqqında hesabat tərtib olunmuşdur. Həmin hesabat isə məhkəmə qaydasında mübahisələndirilməmiş və ləğv edilməmişdir. Qeyd edilənləri nəzərə alaraq İddiaçı iddia tələbinin təmin olunmaması xahiş edilmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: - işə əlavə edilmiş Şəmkir Rayonu İcra Hakimiyəti başçısının xx.xx.2016-cı il tarixli, 194 nömrəli sərəncamından çıxarışdan görünür ki, Şəmkir Rayonu Muxtayiyyat kəndinin ərazisində Bakı-Qazax avtomobil yolunun sağ tərəfində yerləşən İddiaçı məxsus 2016-cı ildə tikilmiş ümumi sahəsi 60,30 kv.m "Liter-A" (yeməkxana), ümumi sahəsi 110,70 kv.m "Liter-B" (yeməkxana), ümumi sahəsi 29,50 kv.m "Liter-C-1" (besetka), ümumi sahəsi 29,50 kv.m "Liter-C-2" (besetka), ümumi sahəsi 20,40 kv.m "Liter-D" (sanitariya qovşağı), ümumi sahəsi 9,30 kv.m "Liter-E” (gözətçi otağı) tikililərdən ibarət olan qeyri-yaşayış binalarının hüquqi qeydiyyatına icazə verilmişdir. - işə əlavə edilmiş Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən iddiaçının vəkilinə ünvanlanmış xx.xx.2021-ci il tarixli, ********** nömrəli məktubda qeyd edilmişdir ki, sözügedən daşınmaz əmlak Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən həyata keçirilən "Gəncə-Qazax-Gürcüstan Respublikası dövlət sərhədi avtomobil yolunun tikintisi" layihəsi çərçivəsində yolun tikintisi altına düşmüşdür. Bununla əlaqədar Əmlak Məsələləri Dövlət Xidmətinin müvafiq təşkilatı tərəfindən kadastr planı və ondan çıxarış sənədləri hazırlandıqdan sonra dəvət olunmuş müstəqil qiymətləndirici tərəfindən ümumilikdə 92139 (doxsan iki min yüz otuz doqquz) manat kompensasiya hesablanmışdır. - işə əlavə edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 14 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2021-ci il tarixli, **********53500 nömrəli arayışdan görünür ki, təqdim edilmiş Sadələşdirilmiş vergi bəyannamələrinə əsasən xx.xx.2017-ci il tarixdən, fəaliyyətinin dayandırıldığı xx.xx.2021-ci il tarixədək, vergiyə cəlb edilən dövriyyə 83 116,67 (səksən üç min bir yüz on altı manat, altmış yeddi qəpik) manat göstərilmişdir. - işə əlavə edilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli, **********62 nömrəli məktubuna əlavə edilmiş mütəxəssis rəyindən görünür ki, ********** qeydiyyat nömrəli, xx.xx.2018-ci il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən İddiaçı xüsusi mülkiyyətində olan 0.25 ha torpaq sahəsi Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən həyata keçirilən Gəncə-Qazax- Gürcüstan Respublikası dövlət sərhədi avtomobil yolunun tikintisi layihəsi çərçivəsində həyata keçirilən yolun tikintisi altına düşmür. - işə əlavə edilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli, **********76 nömrəli məktubuna əlavə edilmiş mütəxəssis rəyindən görünür ki, ********** qeydiyyat nömrəli, xx.xx.2018-ci il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən İddiaçı xüsusi mülkiyyətində olan 0.25 ha torpaq sahəsi Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən həyata keçirilən Gəncə-Qazax- Gürcüstan Respublikası dövlət sərhədi avtomobil yolunun tikintisi layihəsi çərçivəsində həyata keçirilən yolun tikintisi altına düşmür. - işə əlavə edilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli, **********64 nömrəli məktubuna əlavə edilmiş mütəxəssis rəyindən görünür ki, ********** qeydiyyat nömrəli, xx.xx.2018-ci il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən İddiaçı xüsusi mülkiyyətində olan 0.25 ha torpaq sahəsinin 0.0694 ha hissəsi Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən həyata keçirilən Gəncə-Qazax-Gürcüstan Respublikası dövlət sərhədi avtomobil yolunun tikintisi layihəsi çərçivəsində həyata keçirilən yolun, habelə həmin yola paralel köməkçi yolun mühafizə zonasına düşür. - işə əlavə edilmiş “AB Consulting” tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2023-cü il tarixli, G-01/23-018 nömrəli mıktubuna əlavə edilmiş hesabatdan görünür ki, İddiaçı məxsus ünvan 1i ünvanında mülkiyyətdə olan 0.25 ha torpaq sahəsinin 0.0694 ha hissəsinin bazar dəyəri 9000 (doqquz min) manat, qeyri-yaşayış binasının dəyəri isə 267000 (iki yüz altmış min) manat müəyyən edilmişdir. - işə əlavə edilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-21-3-40/2-1146/2023 nömrəli məktubuna əlavə edilmiş mütəxəssis rəyindən görünür ki, ********** qeydiyyat nömrəli, xx.xx.2018-ci il qeydiyyat tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən İddiaçı xüsusi mülkiyyətində olan 0.25 ha torpaq sahəsində yerləşən ictimai iaşə obyekti Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən həyata keçirilən Gəncə- Qazax-Gürcüstan Respublikası dövlət sərhədi avtomobil yolunun tikintisi layihəsi çərçivəsində həyata keçirilən yolun və köməkçi yolun mühafizə zonasına düşən 0.0694 ha torpaq sahənin üzərində yerləşir. - işə əlavə edilmiş Şəmkir rayonu 1 saylı Notariat ofisi tərəfindən məhkəməyə göndərilmiş xx.xx.2023-cü il tarixli, 558 nömrəli məktubda qeyd olunur ki, Şəmkir rayonu, Muxtariyyat kəndində yerləşən kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin hər bir sotuna görə "Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında" Azərbaycan Respublikası Qanununun 58.2 maddəsində nəzərdə tutulan şərtlərlə 2021-ci il üçün bazar qiyməti Şəmkir rayonu 1 saylı notariat ofisinin arxiv materiallarında saxlanılan alqı-satqı müqavilələrindəki məlumatlar əsasında 59.72 (əlli doqquz manat yetmiş iki qəpik) manat təşkil edir. - işə əlavə edilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-21-3-40/2-2704/2023 nömrəli məktubuna əlavə edilmiş daşınmaz əmlakın qiymətləndirilməsinə dair rəyindən görünür ki, Şəmkir şəhərində yerləşən, İddiaçı məxsus 0.0694 ha k/t təyinatlı torpaq sahəsinin qiymətləndirilməsi ilə əlaqədar əmlakın bazar dəyərinə təsir edən amillərin faktiki vəziyyətinin dürüstləşdirilməsi məqsədi ilə qiymətləndirici tərəfindən qeyd olunan əmlaka yerində baxış keçirilmişdir. Baxış zamanı müvafiq ölçü işləri aparılmış, əmlakın bazar dəyərinə müsbət və mənfi təsir edən amillər müəyyən edilmişdir. Hüquqmüəyyənedici sənədlərə əsasən qiymətləndirilən 0.0694 ha k/t təyinatlı torpaq sahəsi xüsusi mülkiyyətdə olan 0.25 ha torpaq sahəsin Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən həyata keçirilən Gəncə-Qazax-Gürcüstan Respublikası dövlət sərhədi avtomobil yolunun tikintisi layihəsi çərçivəsində həyata keçirilən yolun, habelə həmin yola paralel köməkçi yolun mühafizə zolağına və ya zonasına hissəsidir. Qiymətləndirmə zamanı daşınmaz əmlak bazarında analoji torpaq sahələrinin bazar dəyəri üçün əsas olan parametrlər və bazar trendi nəzərə alınmaqla müvafiq qiymətləndirmə metodu tətbiq edilmişdir. Beləliklə, 0.0694 ha k/t təyinatlı torpaq sahəsinin 2021-ci il tarixinə olan dəyəri 7 000,00 (yeddi min) manat təşkil edir. - işə əlavə edilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-21-3-40/2-4355/2023 nömrəli məktubuna əlavə edilmiş daşınmaz əmlakın qiymətləndirilməsinə dair rəyindən görünür ki, İddiaçı məxsus, Şəmkir rayonu, Muxtariyyə (Qədimqala) kəndində yerləşən, 0.0694 ha torpaq sahəsində ümumi tikili sahəsi 238.0 kv metr olan qeyri-yaşayış sahəsinin dövlət reyestrində qeydiyyatdan keçib-keçməməsi barədə məlumatın, həmçinin eyni ölçülü digər obyektlərə münasibətdə qeyri-yaşayış sahəsinin hər kvadrat metrinin 2021-ci il üzrə bazar dəyəri müəyyən edilmişdir. İddiaçı məxsus, Şəmkir rayonu, Muxtariyyə (Qədimqala) kəndində yerləşən, 0.0694 ha torpaq sahəsində ümumi tikili sahəsi 238.0 kv metr olan qeyri-yaşayış sahəsinin dövlət reyestrində qeydiyyatdan keçməsi barədə Milli Qeydiyyat Sistemində heç bir məlumat yoxdur. Qiymətləndirmə zamanı daşınmaz əmlak bazarında analoji qeyri-yaşayış sahələrinin bazar dəyəri üçün əsas olan parametrlər və bazar trendi nəzərə alınmaqla müvafiq qiymətləndirmə metodu tətbiq edilmişdir. Beləliklə, Şəmkir rayonu, Muxtariyyə (Qədimqala) kəndində yerləşən 0.0694 ha torpaq sahəsində ümumi tikili sahəsi 238.0 kv metr olan qeyri-yaşayış sahəsinin, eyni ölçülü digər obyektlərə münasibətdə qeyri-yaşayış sahəsinin hər kvadrat metrinin 2021-ci il tarixinə olan dəyəri 1200,00 (min iki yüz) manat təşkil edir. - işə əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16-16/2-10/8143 nömrəli məktubuna əlavə edilmiş ekspert rəyindən görünür ki, ********** qeydiyyat nömrəli, xx.xx.2018-ci il qeydiyyat tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən İddiaçı xüsusi mülkiyyətində olan 0.25 ha torpaq sahəsinin Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən həyata keçirilən Gəncə-Qazax-Gürcüstan Respublikası dövlət sərhədi avtomobil yolunun tikintisi layihəsi çərçivəsində həyata keçirilən yola paralel köməkçi yola bitişık olan torpaq sahəsində yerləşən qeyri-yaşayış sahəsinin (ictimai iaşə obyekti) üç tərəfdən qonşu sahələrlə, bir tərəfdən köməkçi yol ilə əhatə olunduğunu, köməkçi yoldan qeyri-yaşayış sahəsinə avtomobillərin giriş-çıxışı üçün hər hansı bir yolun olmadığını nəzərə alaraq, ********** qeydiyyat nömrəli xx.xx.2018-ci il qeydiyyat tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən İddiaçı xüsusi mülkiyyətində olan torpaq sahəsində yerləşən qeyri-yaşayış sahəsinə giriş-çıxış üçün avtomobil yolunun (yollarının) olmadığı müəyyən edilmişdir. - işə əlavə edilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 14 saylı Ərazi Vergilər İdarəsi tərəfindən məhkəməyə göndərilmiş xx.xx.2024-cü il tarixli, 3-21-2-20/2-27261/2024 nömrəli məktubuna əlavə edilmiş X4 (VÖEN: **********) aylıq dövriyyəsi barədə məlumatlardan görünür ki, X3 2017-ci il üçün dövriyyəsi 28914,17 manat, 2018-ci il üçün 18401,5 manat, 2019-cu il üçün 6150 manat, 2020-ci il üçün 2000 manat, 2021-ci il üçün isə 0 manat olmuşdur. Həmin sənədlərin məzmununa istinad edilir və onlar məhkəmə araşdırmasının əsasını təşkil etmişlər. Ə s a s l a n d ı r m a h i s s ə s i: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edirki, iddia təmin edilməməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddia mümkün iddia olsa da, mahiyət baxımından əsaslı deyil. Belə ki, iş üzrə araşdırılmış sübutlarla müəyyən edilmişdir ki, iddiaçı 0,0694 ha torpaq sahəsinin və torpaq sahəsi üzərində yerləşən qeyri-yaşayış sahəsinin (ictimai iaşə obyektinin) dövlət ehtiyacları üçün alınması zamanı 359.820,92 manat əmlakın bazar dəyəri, 71.964,18 manat əlavə haqq və 40.000 manat əldən çıxmış fayda olmaqla, cəmi 471.785,1 manat kompensasiyanın ödənilməsini tələb edir. İşin mahiyyəti üzrə həlli ilə bağlı məhkəmə işdə olan sübutları tam və hərtərəfli araşdıraraq işin düzgün həlli üçün əhəmiyyəti olan faktiki hallar kimi müəyyən etmişdir ki, iddiaçı iddia tələbində ona 0,0694 ha torpaq sahəsinin və torpaq sahəsi üzərində yerləşən qeyri-yaşayış sahəsinin (ictimai iaşə obyektinin) dövlət ehtiyacları üçün alınması zamanı 359.820,92 manat əmlakın bazar dəyəri, 71.964,18 manat əlavə haqq və 40.000 manat əldən çıxmış fayda olmasını təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Məhkəmə iş üzrə toplanmış sübutlara müqayisəli şəkildə, onlara tətbiq edilməli olan normativ hüquqi aktlar baxımından hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin mülki hüquq pozuntusu törədilməsi nəticəsində əmlak sahəsində mənfi nəticələrin yaranması deməkdir. Bu mənfi nəticələr iki 2 hissədən ibarətdir - real zərər və əldən çıxmış fayda. Həmin Məcəllənin 21.2-ci maddəsinə görə, əldən çıxmış fayda dedikdə, hüququ pozulmasaydı, şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlərin başa düşülməsini nəzərdə tutur. Bu mənada əldən çıxmış fayda ehtimala əsaslanır. Burada zərər, şəxsin əmlakında zərər vurmadan sonrakı vəziyyət və zərər vurma olmasaydı, baş verməsi ehtimal olunan vəziyyət arasındakı fərqi ifadə edir. Bu baxımdan, zərər vurma olmasaydı, zərər çəkən şəxsin əmlakında bir artımın olacağından əmin olmaq zəruridir. Belə bir artımın olma ehtimalının əsaslılığını sübut etmək vəzifəsi isə iddiaçının üzərinə düşür. Qanunvericiliyin tələbi baxımından maddi zərərin ödənilməsi barədə iddianın təmin edilməsi üçün cavabdehin əməli nəticəsində maddi zərər tələb edən şəxsin qanunla qorunan hüququnun pozulması, ona real zərər və ya əldən çıxmış fayda formasında maddi zərər dəyməsi, həmin zərərin məbləği və eyni zamanda onun hüquqlarının pozulması nəticəsində maddi zərərin yaranması arasında səbəbli əlaqənin mövcudluğu müəyyən edilməlidir. Məhkəmə qeyd edir ki, iddiaçı onun əmlakına maddi zərər dəydiyini iddia etsə də, həmin zərərin cavabdehin hərəkətləri və ya hərəkətsizliyi nəticəsində meydana gəldiyinə dair mötəbər sübutlar təqdim edə bilməmiş, habelə məhkəmə araşdırması zamanı bu hallarla bağlı hər hansı xüsusat aşkar edilməmişdir Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: Maddə 21.1 Zərərin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Maddə 1100. Dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. Maddə 1115. Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 14.1-ci maddəsinə əsasən, mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, iddiaçının hazırda tələbi ona cavabdeh orqan tərəfindən vurulmuş zərərin ödənilməsi, vurulmuş zərərin nəticəsində qanunvericikdə nəzərdə tutulmuş əlavə haqqın və əldən çıxmış faydanın ona ödənilməsindən ibarətdir, lakin araşdırma nəticəsində müəyyən edilmişdir ki, iddiaçıya məxsus qeyri-yaşayış sahəsi sökülməmişdir. Belə ki, iş materiallarında olan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən iddiaçının vəkilinə ünvanlanmış xx.xx.2021-ci il tarixli, ********** nömrəli məktubda qeyd edilmişdir ki, sözügedən daşınmaz əmlak Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən həyata keçirilən "Gəncə-Qazax- Gürcüstan Respublikası dövlət sərhədi avtomobil yolunun tikintisi" layihəsi çərçivəsində yolun tikintisi altına düşmüşdür. Bununla əlaqədar Əmlak Məsələləri Dövlət Xidmətinin müvafiq təşkilatı tərəfindən kadastr planı və ondan çıxarış sənədləri hazırlandıqdan sonra dəvət olunmuş müstəqil qiymətləndirici tərəfindən ümumilikdə 92139 (doxsan iki min yüz otuz doqquz) manat kompensasiya hesablanmışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 14 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2021-ci il tarixli, **********53500 nömrəli arayışdan görünür ki, təqdim edilmiş Sadələşdirilmiş vergi bəyannamələrinə əsasən xx.xx.2017-ci il tarixdən, fəaliyyətinin dayandırıldığı xx.xx.2021-ci il tarixədək, vergiyə cəlb edilən dövriyyə 83 116,67 (səksən üç min bir yüz on altı manat, altmış yeddi qəpik) manat göstərilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli, **********62 nömrəli məktubuna əlavə edilmiş mütəxəssis rəyindən görünür ki, ********** qeydiyyat nömrəli, xx.xx.2018-ci il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən İddiaçı xüsusi mülkiyyətində olan 0.25 ha torpaq sahəsi Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən həyata keçirilən Gəncə-Qazax-Gürcüstan Respublikası dövlət sərhədi avtomobil yolunun tikintisi layihəsi çərçivəsində həyata keçirilən yolun tikintisi altına düşmür. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli, **********76 nömrəli məktubuna əlavə edilmiş mütəxəssis rəyindən görünür ki, ********** qeydiyyat nömrəli, xx.xx.2018-ci il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən İddiaçı xüsusi mülkiyyətində olan 0.25 ha torpaq sahəsi Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən həyata keçirilən Gəncə-Qazax-Gürcüstan Respublikası dövlət sərhədi avtomobil yolunun tikintisi layihəsi çərçivəsində həyata keçirilən yolun tikintisi altına düşmür. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli, **********64 nömrəli məktubuna əlavə edilmiş mütəxəssis rəyindən görünür ki, ********** qeydiyyat nömrəli, xx.xx.2018-ci il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən İddiaçı xüsusi mülkiyyətində olan 0.25 ha torpaq sahəsinin 0.0694 ha hissəsi Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən həyata keçirilən Gəncə-Qazax-Gürcüstan Respublikası dövlət sərhədi avtomobil yolunun tikintisi layihəsi çərçivəsində həyata keçirilən yolun, habelə həmin yola paralel köməkçi yolun mühafizə zonasına düşür. Göründüyü kimi cavabdeh tərəfindən yol çəkilərək iddiaçının əmlakına zərər vurulması və onun iş fəaliyyətinin dayandırılması iddiaçı tərəfindən sübuta yetirə bilinməmişdir.Belə olan halda məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. Ekspertiza xərci təşkil edən 50(əlli) manat pul Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xeyrinə iddiaçıdan tutulmalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin:- -68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçun əsas olmuş səbəblər göstərilməlidir. -68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. N ə t i c ə v i h i s s ə: Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 68, 69, 70, 73, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərar aldı: İddiaçı cavabdeh Azərbaycan X1rşı 471.785,1 manat kompensasiya məbləğinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia təmin edilməsin. İddiaçı 50 (əlli) manat məbləğində pul tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Emin Axundov
Məhkəmə qərarları › İş №2-1(114)-6/2025
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-6/2025
21.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver