Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-60/2020 17.03.2020 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundov Emin Tahir oğlunun sədrliyi, Abdullayev Əsgər Vəli oğlunun katibliyi, İddiaçının nümayəndəsi (vəkili) X3, Cavabdehin nümayəndəsi X4 iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Gəncə şəhəri Nizami rayon şöbəsinə qarşı işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi və xx.xx.2018-ci il tarixdən yaranmış pensiya hüququnun təmin olunması vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. T ə s v i r i h i s s ə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Gəncə şəhəri Nizami rayon şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.1984-cü il tarixdən xx.xx.2005-ci il tarixədək Gəncə şəhəri 778 nömrəli aptekdə işlədiyi müddətin sosial sığorta stajına daxil edilməsi və xx.xx.2018-ci il tarixdən yaranmış pensiya hüququnun təmin olunması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.1961-ci ildə Samux (sabiq Xanlar) rayonun Yenikənd kəndində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra, “R.Əliyev” adına Bakı Əczaçılıq Məktəbinin əczaçılıq ixtisasını 1983-cü ildə bitirmişdir. 1984-cü ildən Gəncə şəhəri Baş Apteklər İdarəsinin 778 nömrəli aptekinə reseptor vəzifəsində işə başlamışdır. Həmin aptekdə 21 il müddətində işləmiş və xx.xx.2005-ci ildə həmin aptekin fəaliyyətinin dayanması ilə əlaqədar işdən azad edilmişdir. Həmin aptekdə işlədiyi müddətdə aptekin müdiri Polad Həsənov olmuş və 1987-1993-cü illərdə həmin aptekdə onunla birlikdə X5 işləmişdir. Hansı ki, onların hər ikisi onun işləməsini təsdiq edirlər. 2005-2010-cu illlərdə işləməmiş, sonra xx.xx.2010-cu ildə Gəncə şəhəri, N.Nərimanov küçəsində 341 saylı ünvanda yerləşən 706(295) saylı aptekə müdir təyin edilmiş və xx.xx.2015-ci il tarixdədək həmin vəzifədə işləmişdir. Bundan sonra xx.xx.2017ci il tarixdən “xxxx” MMC-nin tabeliyində fəaliyyət göstərən Gəncə-20 saylı aptekdə əczaçı vəzifəsində işə başlamaqla hal-hazıradək orada işləyir. 2017-ci ildən başlayaraq hər iki gözündə yüksək dərəcəli miopiya, xorioretinal-distrofıya və makulodistrofıya diaqnozu ilə problemlər yaranmış və xx xxxxx 2018-ci il tarixdən İİ dərəcəli əlillik almışdır. Əlillik aldıqdan sonra pensiya təyin edilməsi üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Gəncə şəhəri Nizami rayon şöbəsinə müraciət etmiş, şöbə tərəfindən bildirilmişdir ki, əmək kitabçasıda qeyd olunan iş yerlərindən təsdiqedici arayışlar təqdim edilməlidir. Bundan sonra onun səhəttində problemlər ciddiləşmiş və xeyli müddət həmin problemlərlə məşğul olmuşdur. Eyni zamanda Gəncə şəhəri Baş Apteklər İdarəsinin hüquqi varisi olan “Dokta-78” aptekinə və Gəncə şəhər Dövlət Arxivinə müraciət etmiş, 2005-ci ildə fəaliyyəti dayandırılan 778 saylı aptekin arxiv sənədlərini tələb etmişdir. Hər iki idarədən ona bildirmişlər ki, 2005-ci ildə və ondan sonra 778 nömrəli aptekin arxiv sənədləri onlara təhvil verilməmişdir.Bundan sonra o, xx.xx.2019-cu ildə həmin cavablarla birlikdə sənədlərini DSMF-nin Gəncə şəhəri Nizami rayon şöbəsinə təqdim etmişdir. xx.xx.2019-cu il tarixdə şöbə tərəfindən sənədləri geri qaytarılmışdır. DSMF-nin Gəncə şəhəri Nizami rayon şöbəsinin bildirişinin tarixi xx.xx.2019-cu il tarixli qeyd olunsa da, sənədlər ona xx.xx.2019cu il tarixdə verilmişdir. Həmin bildirişdə qeyd edilmişdir kı, “Əmək pensiyalara haqqında” Azərbyacan Respublikası Qanununun 11-ci maddəsinə əsasən, ona pensiya təyin olunması üçün, 14 il sığorta stajı və fərdi hesabının sığorta hissəsində 20.160 (iyirmi min bir yüz altmış) manat vəsait tələb olunur. Eyni zamanda bildirilmişdir ki, əmək kitabçasında qeyd olunan xx.xx.1984-cü ildən xx.xx.2005-ci illərə aid staj qeyd edilən 778 nömrəli aptekin hüququ ünvanı məlum olmadığı üçün qarşılıqlı yoxlama apara bilməmişlər. Cavabdehin imtinasını qanunsuz və əsassız hesab edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə əsasən inzibati mübahisəyə dair iş üzrə qanunamüvafiq prosessual hərəkətlər edildikdən sonra işin şifahi məhkəmə baxışı iclası xx xxxx 2020-ci il tarixə təyin edilmiş və bu barədə tərəflərə lazımi qaydada məlumat verilmişdir. Şifahi məhkəmə baxışı iclasında İddiaçınümayəndəsi (vəkili) X6 iddia tələbini müdafiə edərək və iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək İddiaçıxx.xx.1984-cü il tarixdən xx.xx.2005-ci il tarixədək Gəncə şəhəri 778 nömrəli aptekdə işlədiyi müddətin sosial sığorta stajına daxil edilməsi və xx.xx.2018-ci il tarixdən yaranmış pensiya hüququnun təmin olunması vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Gəncə şəhəri Nizami rayon şöbəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şifahi məhkəmə baxışı iclasında cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Gəncə şəhəri Nizami rayon şöbəsininnümayəndəsi X10 iddia tələbinə etiraz edərək bildirmişdir ki, “Əmək pensiyalara haqqında” Azərbyacan Respublikası Qanununun 11-ci maddəsinə əsasən iddiaçıya pensiya təyin olunması üçün, 14 il sığorta stajı və fərdi hesabının sığorta hissəsində 20.160 (iyirmi min bir yüz altmış) manat vəsait tələb olunur. Eyni zamanda əmək kitabçasında qeyd olunan xx.xx.1984-cü ildən xx.xx.2005-ci illərə aid staj qeyd edilən 778 nömrəli aptekin hüququ ünvanı məlum olmadığı üçün qarşılıqlı yoxlama aparıla bilməmişdir. Göstərilənlərə əasən iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə araşdırmasının predmetini aşağıdakılar təşkil etmişdir: - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Gəncə şəhəri Nizami rayon şöbəsinin iddiaçıya ünvanladığı xx.xx.2019-cu il tarixli, 50/**********2 nömrəli məktubu; - İddiaçıya məxsus AZE seriyalı, 0******* nömrəli şəxsiyyət vəsiqəsinin təsdiq edilmiş surəti; - İddiaçıya məxsus xx.xx.1984-cü il tarixli, ******* nömrəli əmək kitabçasının surəti ; - Nikahın bağlanması haqqında xx.xx.1983-cü il tarixli, 270641 nömrəli şəhadətnamənin təsdiq edilmiş surəti ; - Yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2019-cu il tarixli, ******* nömrəli arayış. Həmin sənədlərin məzmununa istinad edilir və onlar məhkəmə araşdırmasının əsasını təşkil etmişlər. Ə s a s l a n d ı r m a h i s s ə s i: Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək, həmçinin mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iddia mümkün iddia olmaqla yanaşı mahiyyəti üzrə də əsaslıdır. İddia mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-nin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia mahiyyəti üzrə əsaslıdır. Azərbaycan Respublikası Konstitusiyasının: 38-ci maddəsinin 1-ci bəndinə əsasən hər kəsin sosial təminat hüququ vardır. 38-ci maddəsinin 3-cü bəndinə əsasən hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. 149-cu maddəsinin 1-ci və 3-cü hissələrinə uyğun olaraq normativ hüquqi aktlar hüquqa və haqq-ədalətə (bərabər mənafelərə bərabər münasibətə) əsaslanmalı, qanunlar Konstitusiyaya zidd olmamalıdır. 149-cu maddəsinin Vİİ hissəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun: 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşları bu qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdirlər. 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. 23.2-ci maddəsinə əsasən 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada sığorta stajına daxil edilir. 31.1-ci maddəsinə əsasən əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən heç bir məhdudiyyət olmadan istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati-iqtisadi məhkəmələr tərəfindən baxılır. 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. 33.2-ci maddəsinə əsasən bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı xx.xx.1984-cü il tarixdən xx.xx.2005-ci il tarixədək Gəncə şəhəri 778 nömrəli aptekdə işləmişdir. Həmin illərin sosial sığorta stajına daxil edilməsi və xx.xx.2018-ci il tarixdən yaranmış pensiya hüququnun təmin olunması ilə əlaqədar rəsmi qaydada ərizə ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Gəncə şəhəri Nizami rayon şöbəsinə müraciət etsə də, inzibati orqan bundan imtina etmişdir. Məhkəmə aşağıdakılara əsasən cavabdeh inzibati orqanın imtina ilə bağlı hərəkətlərini iddiaçının qanunla qorunan hüquqlarının pozulması kimi qiymətləndirir. Belə ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Gəncə şəhəri Nizami rayon şöbəsi imtina məktubunda iddiaçıya pensiya təyin olunması üçün, 14 il sığorta stajı və fərdi hesabının sığorta hissəsində 20.160 (iyirmi min bir yüz altmış) manat vəsait tələb olunduğunu, eyni zamanda əmək kitabçasında qeyd olunan xx.xx.1984-cü ildən xx.xx.2005-ci illərə aid stajın qeyd edilən 778 nömrəli aptekin hüququ ünvanı məlum olmadığı üçün qarşılıqlı yoxlama aparıla bilmədiyini əsas gətirərək ona pensiya təyin edilməsindən imtina etmişdir. İş materiallarında olan və şifahi məhkəmə baxışı iclasında tədqiq olunan xx.xx.1984cü il tarixli, ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, Qasımova (Abbasova) Rəsmiyyə Bayraməli qızı xx.xx.1984-cü il tarixdən xx.xx.2005-ci il tarixədək Gəncə şəhəri 778 nömrəli aptekdə işləmişdir. İş materiallarında olan və şifahi məhkəmə baxışı iclasında tədqiq olunan nikahın bağlanması haqqında xx.xx.1983-cü il tarixli, 270641 nömrəli şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X12 ilə X1 arasında nikah bağlanmış, nikahdan sonra ərə “Qasımov”, arvada “Qasımova” soyadı verilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Gəncə şəhəri Nizami rayon şöbəsinin məhkəməyə ünvanladığı xx.xx.2019-cu il tarixli, 50/**********2 nömrəli iddiaya dair münasibətdə Gəncə şəhəri 778 saylı Aptekin 1992-2004-cü illərdə mövcud olmadığı qeyd edilmişdir. Lakin məhkəmənin sorğusu əsasında əldə edilmiş cavablardan həmin aptekin fəaliyyət göstərdiyi müəyyən edilir. Belə ki, məhkəmənin sorğusu əsasında Gəncə şəhər Statistika İdarəsinin xx.xx.2020ci il tarixli, 1/051 nömrəli məktubunda Gəncə şəhəri 778 saylı Aptekin xx.xx.1996-cı il tarixində “Uçot vahidlərinin (hazırda statistik vahid) Dövlət reyestri”nə daxil edildiyi, həmin aptekin 1996-2003-cü illədə fəaliyyət göstərdiyi müəyyən olunmuşdur. Məhkəmənin sorğusu əsasında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2020-ci il tarixli, **********23 nömrəli məktubunda xx.xx.2001-ci il tarixdə Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi Əmlakın İnventarlaşdırılması Bürosu tərəfindən tərtib edilmiş texniki pasportda 778 nömrəli aptekin ünvanının ünvan 4 kimi göstərildiyi qeyd edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanması Qaydalarının 3.1.1-ci maddəsinə görə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Gəncə şəhəri Nizami rayon şöbəsinin məhkəməyə ünvanladığı xx.xx.2019-cu il tarixli, 50/**********2 nömrəli iddiaya dair münasibətdə vətəndaşın iş stajını təsdiq edən əmək kitabçasının yazılışı şübhə doğurduğu qeyd edilmişdir. Məhkəmə bununla bağlı aşağıdakıları qeyd edir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının xx.xx.2013-cü il tarixdə qəbul edilmiş Qanununa əsasən sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda bu Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir. Belə ki, iddiaçıya məxsus xx.xx.1984-cü il tarixli, ******* nömrəli əmək kitabçasında onun xx.xx.1984-cü il tarixli, 02 nömrəli əmrlə Gəncə şəhər 778 nömrəli Aptekə reseptor vəzifəsinə işə qəbul edilməsi, xx.xx.2005-ci il tarixli, 16 nömrəli əmrlə işdən azad edilməsi Aptekin müdirinin imzası və möhürü ilə təsdiq edilərək düzgün qeyd edilmiş və həmin əmək kitabçasında olan qeydlərin düzgün olmaması məhkəmədə şübhə doğurmamışdır. Həmçinin, iddiaçının işlədiyi illərə dair arayışların olmaması onun işləməməsi qənaətinə gəlmir. Belə ki, iddiaçının xx.xx.1984-cü il tarixdən xx.xx.2005-ci il tarixədək Gəncə şəhər 778 saylı Aptekdə işləməsi ona məxsus əmək kitabçası ilə, həmçinin xx.xx.2019-cu il tarixdə keçirilmiş məhkəmə iclasında dindirilmiş şahidlər, iddiaçı ilə birlikdə işləmiş X7, X2 və X9 ifadələri ilə bir daha öz təsdiqini tapır. Bundan başqa, məhkəmə qeyd etmək istəyir ki, iddiaçının işlədiyi illərə dair əmək kitabçasının və arayışların üst-üstə düşməməsinin müəyyən edilməsi məhkəmənin deyil, inzibati oranın vəzifəsidir. Məhkəmə bunu yalnız o halda müəyyən edə bilər ki, vətəndaşıa məxsus əmək kitabçasında olan qeydlər şübhə doğursun. Beləliklə, məhkəmə hesab edir ki, cavabdeh (inzibati orqan) Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Mudafiə Fondunun Gəncə şəhəri Nizami rayon şöbəsi iddiaçının əmək kitabçasına əsasən işlədiyi müddətin ona əmək pensiyası hüququ verən sığorta stajına hesablanmasından imtina etməsi ilə sonuncunun konstitusion hüququ olan sosial təminat hüququnu pozmuşdur. Məhkəmə araşdırmaları zamanı məhkəmə iclaslarında tədqiq olunmuş sübutlara, tərəflərin izahatına, həmçinin məhkəmənin sorğusu əsasında daxil olmuş cavab məktublarına əsasən məhkəmə hesab edir ki, həmin sübutlar qanuni və əsaslı olduğundan İddiaçı iddia tələbinin təmin edilməsi üçün kifayət qədər əsas mövcuddur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. İşin faktiki hallarından görünür ki, hazırki iş üzrə İddiaçı xx.xx.1984-cü il tarixdən xx.xx.2005-ci il tarixədək Gəncə şəhəri 778 nömrəli aptekdə işlədiyini sübuta yetirə bilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçun əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçilarının öz mülahizələrini bildirmək imkanı olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 69.4-cü maddəsinə əsasən məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Cavabdehin iddianı qəbul etdiyi hallarda, qərarın əsaslandırma hissəsində yalnız iddianın cavabdeh tərəfindən qəbul edildiyi onun məhkəmə tərəfindən təsdiq olunduğu göstərilə bilər. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək belə hesab edir ki, inzibati aktın qəbulundan imtina olunması qanuna zidd olduğundan və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğundan iddia ərizəsi təmin olunmalı, İddiaçı xx.xx.1984-cü il tarixdən xx.xx.2005-ci il tarixədək Gəncə şəhəri 778 nömrəli aptekdə işlədiyi müddətin sosial sığorta stajına daxil edilməsi və xx.xx.2018-ci il tarixdən yaranmış pensiya hüququnun təmin olunması vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Mudafiə Fondunun Gəncə şəhəri Nizami rayon şöbəsinin üzərinəqoyulmalıdır. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı xx.xx.1984-cü il tarixdən xx.xx.2005-ci il tarixədək Gəncə şəhəri 778 nömrəli aptekdə işlədiyi müddətin sosial sığorta stajına daxil edilməsi və xx.xx.2018-ci il tarixdən yaranmış pensiya hüququnun təmin olunması öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Mudafiə Fondunun Gəncə şəhəri Nizami rayon şöbəsinin üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkə mə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Emin Axundov
Məhkəmə qərarları › İş №2-1(114)-60/2020
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-60/2020
17.03.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver