Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-60/2021 09.09.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsgəndərova Aygül Vulqar qızının sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi ilə, İddiaçıların nümayəndəsi X15, üçüncü şəxsin nümayəndəsi X12 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdehnə (üçüncü şəxs X30) qarşı qərarın satılmış torpaq sahələri ilə bağlı hissədə ləğv edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: Cavabdeh 23.04.2004-cü il tarixli 21-32 nömrəli qərarından görünür ki, X16 ərizəsi nəzərə alınmaqla Qovlar bələdiyyəsinin perspektiv inkişaf fondu üçün ayrılmış Tikiş fabriki ərazisi adlanan ərazidən miqyas xəritəsində nəzərdə tutulmuş 0,07 ha həyətyanı torpaq sahəsi X4 qərara alınmışdır. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Tovuz rayon şöbəsində 10.12.2004-cü il tarixdə 9 nömrə ilə qeydiyyata alınmış “Torpağın alqı-satqısına dair” aktdan görünür ki, Cavabdeh 23.04.2004-cü il tarixli 21-32 nömrəli qərarı əsasında 0,07 ha həyətyanı torpaq sahəsi X2. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 08.10.2019-cu il tarixli qətnaməsindən görünür ki, İddiaçı1 cavabdeh X29 qarşı 01.12.2015-ci il tarixdə vəfat etmiş mərhum qızı X13 qalmış mirasın onun tərəfindən faktiki qəbul edilməsi faktının müəyyən edilməsi tələbinə dair iddia tələbi təmin edilmişdir. Cavabdeh 23.04.2004-cü il tarixli 21-33 nömrəli qərarından görünür ki, İddiaçı2 ərizəsi nəzərə alınmaqla Qovlar bələdiyyəsinin perspektiv inkişaf fondu üçün ayrılmış Tikiş fabriki ərazisi adlanan ərazidən miqyas xəritəsində nəzərdə tutulmuş 0,07 ha həyətyanı torpaq sahəsi İddiaçı2 satılması qərara alınmışdır. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Tovuz rayon şöbəsində 10.12.2004-cü il tarixdə 10 nömrə ilə qeydiyyata alınmış “Torpağın alqısatqısına dair” aktdan görünür ki, Cavabdeh 23.04.2004-cü il tarixli 21-33 nömrəli qərarı əsasında 0,07 ha həyətyanı torpaq sahəsi İddiaçı2 satılmışdır. Tovuz rayonu X39 Rəyasət Heyətinin 29.12.1993-cü il tarixli 20 nömrəli protokolqərarına əsasən Qovlar tikiş fabrikinin əmək kollektivi şurasının və Həmkarlar komitəsinin birgə yığıncağının 08.12.1994-cü il tarixli 13 saylı protokoluna əsasən 3,00 ha torpaq sahəsinin üzərində olan yarımçıq tikili ilə birgə pulu ödənilmək şərti ilə “Şücaət” kiçik müəssisəsinə verilmişdir. “Torpağa mülkiyyət, sahiblik və daimi istifadə hüququna dair” B 005135/36 nömrəli Dövlət aktından görünür ki, Tovuz rayonu X39 Rəyasət Heyətinin 29.12.1993-cü il tarixli 20 nömrəli protokol-qərarına əsasən Qovlar tikiş fabrikinin ərazisindən 3,0 ha torpaq sahəsi “Şücaət” kiçik müəssisəsinə verilmişdir. Cavabdeh 14.12.2004-cü il tarixli 82 nömrəli qərarından görünür ki, bələdiyyənin ehtiyat fondunun alqı-satqı predmeti olan kənd təsərrüfatına yararsız torpaq sahəsindən alqı-satqı qaydasında Qovlar qəsəbə sakini X3 məşğul olmaq məqsədi ilə Tovuz XDS Rəyasət Heyətinin 29.12.1993-cü il tarixli 20 saylı protokoluna əsasən Qovlar tikiş fabrikinə məxsus yarımçıq kompleksin, həmin kompleksin altındakı və ətrafındakı torpaq sahəsinin Şücaət kiçik müəssisəsinin istifadəsinə verilmiş 4,2 ha torpaq sahəsinin satılması barədə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Tovuz rayon şöbəsi tərəfindən hazırlanmış sənədlər nəzərə alınmaqla X25 bələdiyyənin ehtiyat torpaq fondunun alqısatqı predmeti olan kənd təsərrüfatına şərti yararsız torpaq sahəsindən sahibkarlıq məqsədi ilə 4,2 ha torpaq sahəsinin satılması qərara alınmışdır. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Tovuz rayon şöbəsində 15.12.2004-cü il tarixdə 12 nömrə ilə qeydiyyata alınmış “Torpağın alqısatqısına dair” aktdan görünür ki, Cavabdeh 14.12.2004-cü il tarixli, 82 nömrəli qərarı əsasında 4,2 ha torpaq sahəsi Şücayət kiçik müəssisəsinin təsisçisi X5. “Torpağa mülkiyyət hüququna dair” JN-3089 (KOD ********) nömrəli Dövlət aktından görünür ki, Cavabdeh 14.12.2004-cü il tarixli 82 nömrəli qərarına əsasən X6 məqsədi ilə 4,20 ha torpaq sahəsi verilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 15 saylı Tovuz Ərazi İdarəsinin 29.01.2020-ci il tarixli **********22 və **********24 nömrəli məktublarından görünür ki, Tovuz rayonu, Qovlar Bələdiyyəsinin 23.04.2004-ci il tarixli 21-33 saylı qərarına əsasən ayrılmış torpaq sahəsi üzərində hüquqların qeydiyyatı üçün zəruri olan inventarlaşdırma işləri aparılmış və torpaq sahəsinin əsas döngə nöqtələrinin koordinatları yerində müəyyən edilmişdir. X16 və İddiaçı2 hər birinə ayrılmış 0.07 ha torpaq sahəsinin əsas döngə nöqtələrinin koordinatlarının X25 məxsus “Torpağın mülkiyyətə verilməsinə dair” JN-3089 saylı dövlət aktı əsasında mülkiyyətində olan 4.20 ha torpaq sahəsi ilə üst-üstə düşməsi müəyyən edilmiş, buna görə də X16 qanun üzrə vərəsəsi X11 və İddiaçı2 etibarnamə üzrə nümayəndəsi X26 torpaq sahələri üzərində mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınmasına dair müraciətin icrasından imtina olunmuşdur. Bundan sonra, iddiaçılar X19 və İddiaçı2 iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək Cavabdeh 14 dekabr 2004-cü il tarixli 82 saylı qərarının Cavabdeh 23 aprel 2004-cü il tarixli 21-32 və 21-33 qərarlarına əsasən müvafiq olaraq X9na və İddiaçı2 satılmış torpaq sahələri ilə bağlı hissədə ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh 23 aprel 2004-cü il tarixli 21-32, 21-33 və 21-34 saylı qərarlarına əsasən müvafiq olaraq X9na, İddiaçı2 və X8 Tovuz rayonu Qovlar şəhəri Tikiş fakriki adlanan ərazidən hər birinə 0,07 ha həyətyanı torpaq sahəsi satılmış, həmin torpaq sahələrinin dəyərləri Cavabdeh hesabına ödənilmiş və torpaq sahələri yerində ölçülərək təhvil verilmişdir. Torpaq sahələri faktiki istifadədə olmuş və torpaq sahələrinin 2015-ci ilə qədər hər il vergisi ödənilmişdir. 2013-cü ildə məlum olmuşdur ki, X18, İddiaçı2 və X1 torpaq sahələri sonradan başqa şəxslərə satılmışdır. Bununla bağlı Tovuz rayon İcra Hakimiyyətinə müraciət olunmuş və İcra başçısının şifahi tapşırığına əsasən səlahiyyətli şəxslər bu işi sözü gedən torpaq sahəsində yerində araşdırmışlar. Həmin şəxslərin tərtib etdikləri 28 mart 2013-cü il tarixli, 22 iyun 2013-cü il tarixli və 09 yanvar 2017-ci il tarixli aktlara əsasən cavabdeh X25 məxsus olan «Sücayət» kiçik müəssisəsinə Tovuz Rayon XDS-nin Rəyasət Heyyətinin qərarı ilə 3,0 ha torpaq sahəsi verildiyi halda, bələdiyyənin 14 dekabr 2004-cü il tarixli qərarı ilə 4,20 ha torpaq sahəsi satılmışdır. Yəni 1,20 ha torpaq sahəsi qanunsuz olaraq müəssisəyə aid edilmişdir. X9 həmin dövrdə Cavabdeh torpaq şöbəsinin komissiya sədri vəzifəsində işləmiş və torpaq sahələrini yaxşı tanımışdır. O, heç vaxt imkan verməzdi ki, özünə, bacısına və bacısı oğluna satılmış torpaq sahəsi sonradan başqa şəxslərə satılsın. X27 2013-cü ildə xərçəng xəstəlyinə tutulmuş, uzun sürən xəstəlikdən sonra 01.12.2015-ci ildə vəfat etmişdir. X16 müalicəsi və ölümündən sonra ondan miras qalmış əmlaklarla bağlı vərəsəlik mübahisəsinə görə yuxarıda qeyd edilən X9na və İddiaçı2 satılmış torpaqlarla bağlı heç bir orqana müraciət edilməmişdir. X10 isə ona satılmış torpaq sahəsinin qeydiyyata alınması ilə bağlı DƏDRX-nin 15 saylı Tovuz Ərazi İdarəsinə müraciət etmişdir. Həmin vaxt ona satılmış torpaq sahəsinə dair ******* nömrəli, 14.04.2009-cu il tarixli çıxarışa əsasən hazırki iş üzrə cavabdeh X23, onun arvadı X14 və qeyrilərinin adına qeydə alındığı məlum olmuşdur. Bununla bağlı Tovuz Rayon Məhkəməsində həmin çıxarışın ləğv edilməsinə dair iddia qaldırılmış, Tovuz Rayon Məhkəməsinin 03 iyul 2017-ci il tarixli qətnaməsinə əsasən həmin iddia təmin olunmamışdır. Həmin qətnamədən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsində 25 may 2018-ci il tarixdə baxılmış, Tovuz Rayon Məhkəməsinin 03 iyul 2017-ci il tarixli qətnaməsi qismən ləğv edilərək, iddia qismən təmin edilmiş və ******* nömrəli 14.04.2009-cu il tarixli çıxarış Tovuz Rayon Qovlar Bəldiyyəsinin 23 aprel 2004-cü il tarixli 21 saylı qərarı ilə X1 0,07 ha torpaq sahəsinin 108 kv.m hissəsinə üst-üstə düşən hissədə etibarsız hesab edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin 25 may 2018-ci il tarixli qətnaməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin 19 noyabr 2018-ci il tarixli qərarına əsasən dəyişdirilmədən saxlanılmışdır. X9 vəfat etdikdən sonra ondan qalmış mirasla bağlı məhkəmə mübahisəsi davam etdiyindən X18 və İddiaçı2 satılmış torpaq sahələri ilə bağlı mütaciət edilməmişdir. Gəncə Apellyasiya Məhkəməsinin 08 oktyabr 2019-cu il tarixli qətnaməsinə əsasən İddiaçı1 cavabdeh X29 qarşı 01.12.2015-ci il tarixdə vəfat etmiş mərhum qızı X13 miras qalmış mirasın onun tərəfindən fakitiki qəbul edilməsi faktının müəyyən edilməsin tələbinə dair iddiası təmin edilmişdir. Həmin qətnamə 10.01.2020-ci il tarixdə qanuni qüvvəsini aldıqdan sonra X16 qanun üzrə vərəsəsi kimi İddiaçı1 və İsmayılova X32 Rayon Qovlar Bələdiyyəsinin 23 aprel 2004-cü il tarixli qərarına əsasən satılmış torpaq sahələrinin qeydə alınması ilə bağlı DƏDRX-nin 15 saylı Tovuz Ərazi İdarəsinə rəsmi ərizə ilə müraciət etmişlər. DƏDRX-nin 15 saylı Tovuz Ərazi İdarəsindən 29 yanvar 2020-ci il tarixdə verilmiş məktubda X18 və İddiaçı2 satılmış torpaq sahəsi indidə X12 əri X25 məxsus “Torpağın mülkiyyətə verilməsinə dair” JN-3089 saylı dövlət aktı əsasında mülkiyyətində olan 4,20 ha torpaq sahəsi ilə üst-üstə düşməsi müəyyən edilmişdir. Belə ki, DƏDRX-nin 15 saylı Tovuz Ərazi İdarəsi X1 torpaq sahəsinin ******* nömrəli 14.04.2009-cu il tarixli çıxarışa əsasən hazırki iş üzrə cavabdeh X23, onun arvadı X17 və qeyrilərinin adına qeydə alınmasını bildirilmişdi. Necə olur ki, eyni ailənin üzvlərinə verilmiş hər biri 0,07 ha olan 3 həyətyanı torpaq sahəsi sonradan saxta yollarla əldə edilmiş 2 başqa şəxsin ər-arvadın mülkiyyətinə verilmişdir. Sadəcə olaraq DƏDRX-nin 15 saylı Tovuz Ərazi İdarəsinə məlum idi ki, onlar tərəfindən verilmiş ******* nömrəli, 14.04.2009-cu il tarixli çıxarış məhkəmə qətnamələrinə əsasən qismən ləğv edilib. İddiaçıların nümayəndəsi X26 məhkəmə iclaslarında iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Üçüncü şəxsin nümayəndəsi X24 iddia tələbini qəbul etməyərək izahatında göstərdi ki, iddiaçılar tərəfindən məhkəməyə təqdim edilmiş Tovuz Rayon Qovlar Bələdiyyəsinin 23 aprel 2004-cü il tarixli 21-32 saylı və eyni tarixli 21-33 saylı qərarları, həmin qərarlara əlavə edilən sənədlər qəsdən saxtalaşdırılmışdır. Belə ki, həmin qərarların özündə torpaq sahələrinin Qovlar Bələdiyyəsinin 17 aprel 2004-cü il tarixli protokoluna əsasən İddiaçı2 və X16 ərizəsi nəzərə alınmaqla ayrılması göstərilir. X28 17 aprel 2004-cü il tarixli protokolu tamam başqa mövzudadır və həmin protokolun qeyd olunan qərarlara heç bir aidiyyəti yoxdur. Bundan başqa, Tovuz Rayon Qovlar Bələdiyyəsinin 23 aprel 2004-cü il tarixli saylı qərarına əsasən, 36 nəfər Qovlar Qəsəbə sakinlərinin ərizəsi nəzərə alınaraq Qovlar Bələdiyyəsinin 23 aprel 2004-cü il tarixli protokoluna əsasən Cavabdeh perspektiv inkişaf plan üçün ayrılmış ərazidən miqyas xəritəsində nəzərdə tutulmuş yerdən hər birinə 0,07 ha olmaqla yol altında 0,40 ha olmaqla ümumilikdə 2,92 ha həyətyanı torpaq sahəsi həmin 36 nəfərə satılması qərara alınmışdır. İddiaçıların təqdim etdiyi torpaq sahəsinin onlara satılmasına dair Cavabdeh 23 aprel 2004-cü il tarixli 21-33 saylı və eyni tarixli 21-32 saylı qərarlarında isə Qovlar Bələdiyyəsinin 17 aprel 2004-cü il tarixli protokolu əsasında onlara torpaq sahəsinin satılması qeyd edilmişdir. Qərarların məzmununda qeyd edilən saxtakarlıqlara yol verilməsindən əlavə qərarların özü kötük sənədlər olmadan tərtib edilmiş, nə Qovlar Bələdiyyəsinin özündə, nə də keçmiş DT və XK-nin arxiv sənədlərinin içərisində həmin sənədlərin tərtib edilməsinə əsas olmuş hər hansı sənəd və ya həmin sənədlərin surəti mövcud deyildir. Bundan başqa qərarlar X20 ölümündən sonra, yəni 2015-ci ildən sonra əvvəlki tarixə tərtib edilmiş, qərarların əsli ilə düz olmasını təsdiq etmiş X16 imzası isə başqa şəxs tərəfindən icra olunmuşdur. Həmin imzanın X27 tərəfindən çəkilməməsini ekspert rəyi olmadan adi gözlə belə görmək mümkündür. Belə ki, X16 imza nümunələri “Şücaət” kiçik müəssisəsinin əmr jurnalında və digər sənədlərdə kifayət qədər vardır və ekspertiza təyin ediləcəyi halda həmin sənədlər təqdim ediləcəkdir. Tovuz Rayon Qovlar Bələdiyyəsinin 25 oktyabr 2017-ci il tarixli etibarnaməsinə əsasən, Bələdiyyənin iddiaçıya, ona və digər şəxslərə qarşı torpaq mübahisələrinə dair işlərin aparılması üçün səlahiyyətlər hazırkı mülki iş üzrə İddiaçı2 etibarnamə üzrə nümayəndəsi və qardaşı X21 vermişdir. Bu da onu deməyə əsas verir ki, həmin sənədlər həmin ərəfədə X26 tərəfindən saxtalaşdırılmışdır. Cavabdehə hazırki məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, cavabdeh nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş, səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. İş üzrə cavabdehin nümayəndəsinin məhkəmə iclasında iştirak etmədiyinə baxmayaraq, məhkəmə işə baxa və iş üzrə qərar qəbul edə bilmişdir (İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). Əsaslandırıcı hissə: Məhkəmə ilk növbədə iddia tələbinin mümkünlüyünü yoxlayaraq müəyyən etmişdir ki, verilmiş iddia mümkündür və tələbin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, baxılan iş İnzibati-Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı İnzibati-Prosessual Məcəllənin 32-ci maddəsinə əsasən mübahisələndirilmə haqqında iddia qaldırmış və məhkəmədən inzibati aktın ləğv edilməsini tələb etmişdir. İddianın ümumi və xüsusi mümkünlük şərtlərinə əməl olunmuşdur. Belə ki, iddiaçılar iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın ərazi və predmet aidiyyəti düzgün müəyyən edilmiş, iddia müddətinə riayət edilməklə verilmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iddia tələbinin dəlillərini inzibati iş materialları ilə birlikdə araşdırıb hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, mübahisələndirilən qərar qismən ləğv olunmalıdır. Məhkəmə işdə olan sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq işin düzgün həlli üçün əhəmiyyəti olan faktiki hallar kimi müəyyən etmişdir ki, Cavabdeh 23.04.2004-cü il tarixli 21-32 və 21-33 nömrəli qərarları ilə X16 və İddiaçı2 ərizələri nəzərə alınmaqla Qovlar bələdiyyəsinin perspektiv inkişaf fondu üçün ayrılmış Tikiş fabriki ərazisi adlanan ərazidən miqyas xəritəsində nəzərdə tutulmuş hər birinə 0,07 ha həyətyanı torpaq sahəsinin satılması qərara alınmış, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Tovuz rayon şöbəsində 10.12.2004-cü il tarixdə 9 və 10 nömrə ilə qeydiyyata alınmış “Torpağın alqı-satqısına dair” aktlara əsasən Cavabdeh 23.04.2004cü il tarixli 21-32 və 21-33 nömrəli qərarları əsasında 0,07 ha həyətyanı torpaq sahəsi X18 və İddiaçı2 satılmışdır. Məhkəmə ilkin olaraq iddiaçıların bələdiyyədən aldığı torpaq sahəsi ilə bağlı göstərir ki, X18 və İddiaçı2 satılan hər biri 0,07 ha olan torpaq sahələri iddiaçılara qanuni əsaslarla verilmişdir və həmin qərarlar hazırda qüvvədədir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun: - 6.1-ci maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. - 6.2-ci maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. İddiaçılara torpaq sahəsi satılan zaman qüvvədə olmuş, Azərbaycan Respublikasının 15.03.2002-ci il tarixli Qanunu ilə təsdiq edilmiş “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin 1-ci bəndinə görə bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyət və icarə hüququ ilə hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Həmin Əsasnamənin torpaq sahəsinin ayrılmasına dair müraciətə baxılması qaydası adlanan İİİ bölməsinə görə, bələdiyyə torpaqlarından hər hansı bir hüquqda torpaq sahəsinin ayrılması üçün hüquqi və fiziki şəxslər ərizə ilə müvafiq bələdiyyəyə müraciət edirlər (11-ci bənd). Hüquqi və fiziki şəxslərin müraciətlərinə ərizənin daxil olduğu gündən etibarən 15 gün müddətində baxılır (14-cü bənd). Bələdiyyə torpaq sahəsinin ayrılmasının mümkünlüyünü dəqiqləşdirmək məqsədi ilə müraciətdə göstərilənlərə, ərazinin yerquruluşu-təsərrüfat planına, yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə baxır, hüquqi və fiziki şəxslərin iştirakı ilə ayrılması nəzərdə tutulan torpaq sahəsinə yerində baxış keçirir (15-ci bənd). Ayrılması nəzərdə tutulan torpaq sahəsinin məqsədli təyinatı həmin ərazinin yerquruluşu-təsərrüfat planına, yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olarsa və həmin yer başqa hüquqi və fiziki şəxsin mülkiyyətinə, istifadəsinə və ya icarəsinə verilməmişdirsə, habelə elektrik, rabitə, nəqliyyat, qaz, su, kanalizasiya və digər kommunikasiya xətlərinin mühafizə zolağında və sürüşmə zonasında yerləşməmişdirsə, bələdiyyə hərrac və ya müsabiqənin keçirilməsi məqsədilə torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınma proseduruna başlanmasının və ya bu Əsasnamənin 10-cu bəndində nəzərdə tutulmuş hallarda müraciət edən hüquqi və fiziki şəxsə torpaq sahəsinin ayrılmasının məqsədəuyğunluğu barədə qərar qəbul edir. Həmin ərazidə torpaq sahəsinin ayrılması mümkün olmadığı halda bələdiyyə müraciət edən şəxsə yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olan boş torpaq sahəsi təklif edir və ya torpaq sahəsinin ayrılmasından imtina edilməsi barədə qərar qəbul edir. Bələdiyyə imtinanın səbəblərini göstərməklə müraciət etmiş şəxsə əsaslandırılmış cavab verir (16-cı bənd). Bələdiyyə hüquqi və fiziki şəxsin müraciətində göstərilmiş yerdə torpaq sahəsinin ayrılmasını məqsədəuyğun hesab etdiyi halda 5 gün müddətində müraciətdən çıxarışı torpaq sahəsinin planı və ölçüsünü hazırlamaq üçün müvafiq icra hakimiyyəti orqanına göndərir (17-ci bənd). Həmin Əsasnamənin torpaqayırma sənədlərinin hazırlanması və rəsmiləşdirilməsi adlanan İV bölməsinə görə, müvafiq icra hakimiyyəti orqanı 10 gün müddətində bələdiyyənin və ərizəçinin iştirakı ilə ayrılması nəzərdə tutulan torpaq sahəsinin yerini, habelə torpaq sahəsinin yerləşdiyi zonanı (torpaq sahəsinin normativ qiymətini müəyyən etmək üçün) dəqiqləşdirir (18-ci bənd). Ayrılması nəzərdə tutulan torpaq sahəsinin məqsədli təyinatı yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olduğu halda müvafiq icra hakimiyyəti orqanı yerquruluşu işlərini (planalma) aparır və həmin yerin planı və ölçüsünü sahənin ölçüsündən asılı olaraq tələb olunan miqyasda (1:500, 1:2000, 1:5000 və ya 1:10000 miqyasında) hazırlayır (19-cu bənd). Müvafiq icra hakimiyyəti orqanı ayrılması nəzərdə tutulan torpaq sahəsinin planı və ölçüsünü təsdiq edərək, torpaq sahəsinin normativ qiyməti barədə sənəd ilə birlikdə 10 gün müddətində bələdiyyəyə göndərir (21-ci bənd). Bələdiyyə hərraca və ya müsabiqəyə çıxarılan torpaq sahəsi üzərində onun mülkiyyət hüququ qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındıqdan sonra hərrac və ya müsabiqənin keçirilməsi barədə qərar qəbul edərək, həmin qərarın bir nüsxəsini daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, daşınmaz əmlakın kadastr xəritəsindən çıxarış və qeydiyyata alınmış hüquqların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayış ilə birlikdə hərracı (müsabiqəni) təşkil etmək üçün müvafiq icra hakimiyyəti orqanına göndərir (22-ci bənd). Əsasnamənin 23-cü bəndinə əsasən bu Əsasnamənin 10-cu bəndində nəzərdə tutulmuş hallarda bələdiyyə müvafiq icra hakimiyyəti orqanından daxil olmuş sənədlər əsasında 15 gündən gec olmamaqla, bələdiyyənin növbəti iclasında torpağın mülkiyyətə ayrılması haqqında qərar qəbul edir və bu barədə 3 gün müddətində ərizəçiyə bildiriş göndərir. Qərarda torpağın təyinatına uyğun olaraq bazar qiyməti nəzərə alınmaqla, torpağın qiyməti və 60 gündən gec olmamaqla, torpağın dəyərinin ödənilməsi müddəti müəyyən edilir. Qərarla müəyyən edilən müddətdə ərizəçi ilə bələdiyyə arasında alğı-satqı müqaviləsi bağlanılmalı və torpağın dəyəri ödənilməlidir. Əgər bu müddətdə müqavilə bağlanılmazsa və torpağın dəyəri ödənilməzsə, bələdiyyə tərəfindən torpağın mülkiyyətə ayrılması barədə qərar ləğv edilir. Göründüyü kimi, X27 və İddiaçı2 ərizə ilə bələdiyyəyə müraciət etmiş, onların ərizələri nəzərə alınaraq, bələdiyyə qərarı əsasında Tovuz rayon Qovlar bələdiyyəsinin mülkiyyətində olan “Tikiş fabriki" adlanan ərazisindəki torpaq sahəsindən hər birinə 0,07 ha həyətyanı torpaq sahəsinin satılması qərara alınmış, onlar tərəfindən torpaq sahəsinin dəyəri banka ödənilmiş, torpaq sahəsi onlara təhvil verilmiş, torpaq sahəsinin alqısatqısına dair akt tərtib edilmiş və bələdiyyə tərəfindən DT və XK-nə məktub ünvanlanaraq torpaq sahəsinə dair mülkiyyət hüququna sənədlərin hazırlanması barədə göstəriş verilməsi xahiş edilmişdir. Lakin torpaq sahələri üzərində mülkiyyət hüquqları qeydə alınmamışdır. Bu halların mövcudluğu həmin torpaq sahəsinin X16 və İddiaçı2 mülkiyyəti hesab edilməsinə əsas verir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin: - 49-cu maddəsinə əsasən hüquqi və fiziki şəxslərin torpaq üzərində xüsusi mülkiyyət hüququ — torpaqlar üzərində qanunla və müqavilə ilə müəyyən edilən məhdudiyyətlərə və digər şərtlərə riayət etməklə sahiblik, istifadə və sərəncam hüququdur. Torpaq üzərində hüquqi və fiziki şəxslərin xüsusi mülkiyyət hüququ dövlət və bələdiyyə torpaqlarının özəlləşdirilməsi, alqı-satqısı, vərəsəliyə keçməsi, bağışlanması, dəyişdirilməsi və torpaqla bağlı digər əqdlərin, habelə hüquqi şəxslərin nizamnamə (pay) fonduna verilməsi əsasında yaranır. - 66-cı maddəsinin 1-ci bəndinə əsasən dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Alınmış torpaq sahəsinə dair mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması anına qədər alıcı ona verilmiş əşyanın hüquqi əsası olan (titul) sahibi sayılır. Belə müqavilələr daşınmaz əşyanı əldə edən barəsində mülkiyyət hüququnun əmələ gəlməsini ehtiva edən hüquqi fakt kimi çıxış edir. Sahiblik və istifadə hüquqlarını həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanının mövcud olması əmlak sahibinin hüquqlarının da mülkiyyətçinin hüquqları ilə bərabər həddə müdafiə olunması zərurətini doğurur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Mülki Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə əsasən heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 20.03.1952-ci il tarixli 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz. Əks yanaşma mülkiyyət hüquqlarının müdafiəsi ilə bağlı konstitusiya prinsiplərinin, mülki qanunvericiliyin bir sıra prinsip və müddəalarının, eləcə də Azərbaycan Respublikasının beynəlxalq müqavilələrə əsasən üzərinə götürdüyü öhdəliklərin pozulmasına gətirib çıxara bilər. Ona görə də, məhkəmə qeyd edir ki, bələdiyyə tərəfindən iddiaçılara verilmiş torpaq sahəsinin başqa şəxsə satılması, iddiaçının mülkiyyət hüquqlarına müdaxilədir və bu müdaxilə qanunsuzdur. Belə ki, Tovuz rayonu X39 Rəyasət Heyətinin 29.12.1993-cü il tarixli 20 nömrəli protokol-qərarına əsasən Qovlar tikiş fabrikinə aid 3,00 ha torpaq sahəsinin üzərində olan yarımçıq tikili ilə birgə pulu ödənilmək şərti ilə “Şücaət” kiçik müəssisəsinə verilmiş və bununla bağlı “Torpağa mülkiyyət, sahiblik və daimi istifadə hüququna dair” B 005135/36 nömrəli Dövlət aktı işlənmişdir. Bundan sonra Cavabdeh 14.12.2004-cü il tarixli 82 nömrəli qərarına əsasən Tovuz XDS Rəyasət Heyətinin 29.12.1993-cü il tarixli 20 saylı protokoluna əsasən Qovlar tikiş fabrikinə məxsus yarımçıq kompleksin və həmin kompleksin altındakı və ətrafındakı torpaq sahəsinin «Şücaət» kiçik müəssisəsinin istifadəsinə verilmiş 4,2 ha torpaq sahəsinin X6 məqsədi ilə satılması qərara alınmış və bununla bağlı “Torpağa mülkiyyət hüququna dair” JN-3089 (KOD ********) nömrəli Dövlət aktı işlənmişdir. Məhkəmə iddiaçılara məxsus torpaq sahələri ilə üçüncü şəxs X31 Tovuz rayon Qovlar bələdiyyəsinin 14.12.2004-cü il tarixli 82 nömrəli qərarı ilə satılmış torpaq sahəsinin üst-üstə düşüb-düşməməsinin müəyyən edilməsi üçün mütəxəssis rəyinin tərtib olunması barədə qərardad qəbul etmişdir. "xxxx" MMC-nin Tovuz Layihə-Tədqiqat İdarəsinin 07.06.2021-ci il tarixli 15/M-060 nömrəli mütəxəssis rəyi müəyyən edilir ki, Cavabdeh 23 aprel 2004-cü il tarixli, 21-32 nömrəli qərarına əsasən mərhum X7 0.07 ha həyətyanı torpaq sahəsi və Cavabdeh 23 aprel 2004-cü il tarixli, 21-33 nömrəli qərarına əsasən mərhum İddiaçı2 satılmış 0.07 ha həyətyanı torpaq sahəsi iş materiallarına əlavə edilən Qovlar bələdiyyəsi tərəfindən təsdiq edilmiş sxemdəki koordinatlara əsasən JN-3089 nömrəli Dövlət Aktında olan X25 məxsus torpaq sahəsinin daxilində yerləşir. Belə olan halda, məhkəmə qeyd edir ki, hazırkı iş üzrə mübahisələndirilən Cavabdeh 14.12.2004-cü il tarixli 82 nömrəli qərarı Cavabdeh 23 aprel 2004-cü il tarixli 21-32 və 21-33 qərarlarından daha sonra, yəni X16 və İddiaçı2 hər birinə 0,07 ha torpaq sahəsinin satılmasından sonra qəbul edilmiş, həmin qərarın məzmununda istinad edilən Tovuz XDS Rəyasət Heyətinin 29.12.1993-cü il tarixli 20 saylı protokolunda 3,00 ha göstərilməsinə baxmayaraq, qərarda satılan torpaq sahəsinin ölçüsü 4,20 ha olaraq göstərilmişdir. Beləliklə, məhkəmə icraatında təsdiq olunmuş və barələrində proses iştirakçılarının öz münasibətlərini bildirmək imkanına malik olduqları faktları və sübutları araşdıraraq məhkəmə hesab edir ki, X18 və İddiaçı2 satılan torpaq sahələrinin yenidən üçüncü şəxsə satılmasına dair cavabdehin qəbul etdiyi 14.12.2004-cü il tarixli 82 nömrəli qərarı iddiaçılara satılan torpaq sahələrinə aid hissədə qanunsuzdur, ona görə də, iddia tələbi təmin edilməli, Cavabdeh 14 dekabr 2004-cü il tarixli 82 saylı qərarı Cavabdeh 23 aprel 2004-cü il tarixli 21-32 və 21-33 qərarlarına əsasən müvafiq olaraq X9na və İddiaçı2 satılmış torpaq sahələri ilə üst-üstə düşdüyü hissədə ləğv edilməlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin: - 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. - 68.1. və 62.2-ci maddələrinə əsasən məhkəmə mübahisə ilə bağlı işüzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. - 69.4-cü maddəsinə əsasən məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. - 69.5-ci maddəsin əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. - 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habeləşikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34, 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, qərara aldı: İddia təmin edilsin. Cavabdeh 14 dekabr 2004-cü il tarixli 82 saylı qərarı Cavabdeh 23 aprel 2004-cü il tarixli 21-32 və 21-33 qərarlarına əsasən müvafiq olaraq X9na və İddiaçı2 satılmış torpaq sahələri ilə bağlı hissədə ləğv edilsin. İş üzrə keçirilmiş torpaq sahələrinin inventarlaşdırılmasına dair 749 manat (yeddi yüz qırx doqquz manat) xərc cavabdehdən alınaraq müxbir hesab AZ37NABZ********************, SWİFT:AİİBAZ2X Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC VÖEN: **********, Hesab N:AZ23AİİB******************** saylı hesaba ödənilsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Aygül İsgəndərova
Məhkəmə qərarları › İş №2-1(114)-60/2021
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-60/2021
09.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver