Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-60/2023 05.04.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundov Emin Tahir oğlunun sədrliyi, X4 oğlunun katibliyi, İddiaçı, Cavabdeh Azərbaycan Respublikası Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının etibarnamə üzrə nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı əmək pensiyasının yenidən hesablanması tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. T ə s v i r i h i s s ə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 18 saylı Regional Ərazi Filialının yol verdiyi yanlışlığın aradan qaldırılması, sığorta və yığım hissələri üzrə ona çatası 165 manat (hər ay üçün) pensiya kapitalına əlavə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 2012-ci ildə yaşa görə, daha dəqiq deyilərsə hüququnun yarandığı gündən əmək pensiyasına çıxmaq səlahiyyəti qazanmışdır. Həmin dövrdə 187,51 məbləğində əmək pensiyası təyin edilmişdir. Keçən dövr ərzində əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi barədə Azərbaycan Respublikası Prezidentinin bir neçə sərəncamına əsasən əmək pensiyalarının məbləği artırılmışdır. Hal-hazırda hər ay 463 manat 93 qəpik əmək pensiyası alır. Ancaq vaxtında real dəqiqləşdirmə aparılmadığından pensiyanın sığorta hissəsində xeyli azalma baş vermişdir. Beləliklə də zərərçəkən tərəf əlbəttə ki, o olmuşdur. 165 manat az məbləğ deyil, onun hüquqları pozulur. İşin şifahi məhkəmə baxışı iclası 05 aprel 2023-cü il tarixə təyin edilmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək, tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının etibarnamə üzrə nümayəndəsi X3 məhkəmə iclasında iddia tələbinə etiraz edərək izahatında bildirmişdir ki, iddiaçının təqdim etdiyi hərbi biletin surətinə əsasən xx.xx.1968-ci il tarixindən xx.xx.1970-ci il tarixinədək hərbi xidmət dövrü, əmək kitabçasının surətinə əsasən xx.xx.1965-ci il tarixindən xx.xx.1968-ci il tarixinədək, xx.xx.1970-ci il tarixindən xx.xx.1972-ci il tarixinədək, xx.xx.1972-ci il tarixindən xx.xx.1973-cü il tarixinədək, xx.xx.1973-cü il tarixindən xx.xx.1973-cü il tarixinədək, xx.xx.1973-cü il tarixindən 09.01,1974-cü il tarixinədək, xx.xx.1974-cü il tarixindən xx.xx.1975-ci il tarixinədək, xx.xx.1975-ci il tarixindən xx.xx.1975-ci il tarixinədək, xx.xx.1976-cı il tarixindən xx.xx.1996-cı il tarixinədək, xx.xx.1996-cı il tarixindən xx.xx.2006-cı il tarixinədək əmək fəaliyyəti dövrü üzrə ümumilikdə xx.xx.2006-cı il tarixinədək iş stajı 38 il 9 ay 8 gün təşkil edir. İddiaçı əmək pensiyasının məbləği 2006-cı il tarixinədək 38 il 9 ay 8 gün sığorta stajına əsasən fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı 6.591,27 manat təşkil etmişdir. 2006-cı il tarixinədək fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının xx.xx.2012-ci il tarixinə indeksləşdirilmiş məbləği 11.649,24 manat təşkil edir. İddiaçı xx.xx.2006-cı il tarixindən xx.xx.2012-ci il tarixinədək fərdi hesabının sığorta hissənində qeydə alınmış pensiya kapitalının 2012-ci il tarixinə indeksləşdirilmiş məbləği 3.113,28 manat təşkil etmişdir. İddiaçının xx.xx.2022-ci il tarixli ərizəsi əsasında xx.xx.2006-cı il tarixinədək 38 il 9 ay 8 gün sığorta stajı və xx.xx.2006-cı il tarixindən xx.xx.2012-ci il tarixinədək fərdi hesabının sığorta hissəsində qeydə alınmış 4.559,06 manat və xx.xx.2012-ci il tarixindən xx.xx.2018ci il tarixinədək 3.952,31 manat pensiya kapitalına əsasən əmək pensiyası yenidən hesablanmışdır. İddiaçının əmək pensiyasının məbləği xx.xx.2023-cü il tarixindən 482,89 manat müəyyən edilib. xx.xx.2018-ci il tarixində İddiaçı pensiyasının yenidən hesablanması zamanı xx.xx.2009-cu il tarixindən xx.xx.2011-ci il tarixinədək fərdi hesabın sığorta hissəsində qeydə alınmış 866,79 manat pensiya kapitalı heç bir əsas olmadan təkrar hesablanaraq pensiyasının üzərinə 12,03 manat sığorta hissəsi əlavə edilmiş və aylıq məbləğ 316,07 manata çatdırıldığı üçün iddiaçının əmək pensiyasında artıq ödənilmiş məbləğ aşkar edilmişdir. Qeyd olunanlara əsasən iddiaçının yaşa görə əmək pensiyasının məbləği qanunvericiliyin tələbinə uyğun hesablanmışdır. Məhkəmə araşdırmasının predmetini iddiaçıya məxsus AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surəti, bank hesabından çıxarışın surəti, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Azərbaycan Dövlət Aqrar Universitetinin xx.xx.2021-ci il tarixli 558 nömrəli arayışı, Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin 18 saylı regional ərazi filialının H6333/7613 nömrəli arayışı, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun xx.xx.2021-ci il tarixli **********9 nömrəli və xx.xx.2021-ci il tarixli **********0 nömrəli məktublarının surətləri, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2022-ci il tarixli **********1 nömrəli və xx.xx.2022-ci il tarixli **********1 nömrəli məktublarının surətləri, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xx.xx.2021-ci il tarixli **********6 nömrəli məktubunun surəti, iddiaçıya məxsus xx.xx.1981ci il tarixli əmək kitabçası, xx.xx.2023-cü il tarixli 3-17-1/2-64999/2023 nömrəli etiraz ərizəsi və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli 9/239 nömrəli ekspert rəyi təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad edilir və onlar məhkəmə araşdırmasının əsasını təşkil etmişlər. Ə s a s l a n d ı r m a h i s s ə s i: Məhkəmə iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək, həmçinin mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməməlidir. İddia mümkün iddiadır. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur. İddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olsa da, mahiyyət baxımından əsaslı deyildir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olunur ki, iddiaçı əmək pensiyasının yenidən hesablanması tələbi ilə cavabdeh orqana müraciət etmiş, inzibati orqan isə xx.xx.2009-cu il tarixindən xx.xx.2011-ci il tarixinədək fərdi hesabın sığorta hissəsində qeydə alınmış 866,79 manat pensiya kapitalının heç bir əsas olmadan hesablanaraq iddiaçının pensiyasına əlavə edildiyi üçün əmək pensiyasının artıq ödənildiyini bildirmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun: 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərti ilə) və eləcə də, müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Yuxarıda qeyd olunan qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 11 dekabr 2017-ci il tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3-cü hissəsində sosial sığorta stajının hesablanması proseduru öz əksini tapmışdır. Qaydaların 3.1.1-ci maddəsinə əsasən xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı hesab olunur. 26 sentyabr 2006-cı il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 638 saylı, 25 noyabr 1992-ci il tarixli qərar ilə təsdiq edilmiş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi ilə əlaqədar “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 3-cü bəndində müəyyən edilmişdir ki, əmək kitabçası olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri nəzərə alınır. Qanunvericiliyin aparılmış təhlilin nəticəsi olaraq məhkəmə hesab edir ki, ümumi iş stajı 01 yanvar 2006-cı il tarixədək qüvvədə olmuş qanunvericiliyin tələblərinə əsasən müəyyən edilməlidir. xx.xx.2017-ci il tarixinədək qüvvədə olan «“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları»nın 2.2.3-cü maddəsinə görə Qanunun 27-ci maddəsinə əsasən Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevrilməklə onların fərdi hesablarında nəzərə alınır. Bu zaman həmin dövrə aid olan ümumi iş stajının hər ili üçün 170 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi hesablarının sığorta hissəsində 2006-cı ilin 1 yanvar tarixinə qeydə alınır. “Əmək pensiyaları haqqında” qanunun 29.1-ci maddəsinə əsasən Əmək pensiyasının sığorta hissəsi, bu Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçılarına münasibətdə, həmin əlavələrlə birlikdə müəyyən edilmiş məbləği ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əməkhaqqının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilir. İddiaçı iş stajının təsdiq edən sənədlərə əsasən xx.xx.2006-cı il tarixinədək 38 il 9 ay 8 gün sığorta stajı var. İddiaçının xx.xx.2022-ci il tarixli ərizəsi əsasında xx.xx.2006-cı il tarixinədək 38 il 9 ay 8 gün sığorta stajı və xx.xx.2006-cı il tarixindən xx.xx.2012-ci il tarixinədək fərdi hesabının sığorta hissəsində qeydə alınmış 4.559,06 manat və xx.xx.2012-ci il tarixindən xx.xx.2018-ci il tarixinədək 3.952,31 manat pensiya kapitalına əsasən əmək pensiyası yenidən hesablanmış və iddiaçının əmək pensiyasının məbləği xx.xx.2023-cü il tarixindən 482,89 manat müəyyən edilmişdir. Həmçinin iş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının xx.xx.2023-cü il tarixli, 9/239 nömrəli rəyindən müəyyən olunur ki, vətəndaşın əmək pensiyasının məbləği xx.xx.2023-cü il tarixindən 482,89 manat müəyyən edilib və əlavə olaraq, xx.xx.2018-ci il tarixində vətəndaşın pensiyasının yenidən hesablanması zamanı xx.xx.2009-сu il tarixindən xx.xx.2011-ci il tarixinədək fərdi hesabın sığorta hissəsində qeydə alınmış 866,79 manat pensiya kapitalı heç bir əsas olmadan təkrar hesablanaraq pensiyasının üzərinə 866,79:72=12,03 manat sığorta hissəsi əlavə edilmiş və aylıq məbləğ 304,04+12,03=316,07 manata çatdırıldığı üçün vətəndaşın əmək pensiyasında artıq ödənilmiş məbləğ aşkar edildiyi müəyyən olunur. Yuxarıda qeyd olunanlardan göründüyü kimi, inzibati orqan tərəfindən iddiaçının pensiya kapitalı düzgün hesablanmışdır. Ona görə də məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın iddiaçının müraciətinin təmin olunmasından imtina etməsi əsaslı və qanuni olmuş, iddiaçının iddia tələbi isə əsassız və qanunsuzdur. Beləliklə, məhkəmə icraatında təsdiq olunmuş və barələrində proses iştirakçılarının öz münasibətlərini bildirmək imkanına malik olduqları faktları və sübutları araşdıraraq məhkəmə hesab edir ki, iddia təmin olunmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər. Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 108.1-ci maddəsinə əsasən Prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. Bundan əlavə, məhkəmə hesab edir ki, 120 (bir yüz iyirmi) manat dəyərində məhkəmə xərci iddiaçıdan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Ekspertiza Mərkəzinin xeyrinə ödənilməlidir. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı əmək pensiyasının yenidən hesablanması tələbi təmin edilməsin. xx.xx.2023-cü il tarixli, 9/239 nömrəli ekspert rəyi üzrə 120 (bir yüz iyirmi) manat ekspertiza xərci İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi M.E.M-nin X1, KOD 210005, VÖEN **********, müxbir hesab AZ41NBAZ********************, SWİFT BİK CTREAZ22, hesab AZ34CTRE******************** hesabına ödənilsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Emin Axundov
Məhkəmə qərarları › İş №2-1(114)-60/2023
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-60/2023
05.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver