Məhkəmə qərarları › İş №2-1(114)-60/2024

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-60/2024

27.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-60/2024 27.02.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı və vəkili Vəkil, cavabdehin nümayəndəsi X4, üçüncü şəxs X5 iştirakı ilə, İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsinə qarşı (üçüncü şəxs X10) torpaq sahəsi üzərində daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydin ləğv edilməsi tələbinə dair inzibati işə məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, Şəmkir şəhəri, Qaryağdı yaşayış massivində yerləşən 0.25 ha torpaq sahəsi üzərində mərhum X7 mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasına dair xx.xx.2019-cu il tarixli, ********** nömrəli çıxarışın ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Şəmkir şəhərinin Qaryağdı yaşayış massivində yerləşən 0,25 ha həyətyanı torpaq sahəsi 2017-ci ilədək heç kimin sahibliyində və istifaləsində, (o cümlədən 3-cü şəxsin atası-mərhum X7) olmayıb, Şəmkir Bələdiyyəsinin mülkiyyətində olan, nəinki avtomaşınla hətta piyada keçilməsi mümkün olmayan, çay daşları və Şəmkir şəhər əhalisi tərəfindən tökülmüş zibillə dolu olan boş sahə olmuşdur. Həmin sahə Şəmkir şəhərinin Qaryağdı yaşayış massivində yerləşməsi qeyd edilməsnə baxmayaraq əslində Şəmkir çayının hövzəsindədir. Həmin torpaq sahəsini iddiaçı 2017-ci ildə həyətyanı torpaq sahəsi kimi istifadə etmək məqsədi ilə tərəfindən yararlı hala saldıqdan sonra həmin sahədə meyvə ağacları əkmişdir. Bundan sonra Şəmkir Bələdiyyəsinə dəfələrlə müraciət edərək həmin 0,25 hatorpaq sahəsinin ona satılmasını təklif etmiş, lakin bələdiyyə rəhbərliyi həmin sahənin çayın hövzəsi olmaqla çay daşqını zamanı yuyulub məhv olacağı ehtimalına görə həyətyanı torpaq təyinatı ilə satılmasının mümkünsüz olmasını şifahi olaraq bildirmişdir. Buna baxmayaraq həmin sahənin ətrafındakı bir çox torpaqlarda Şəmkir şəhər sakinləri tərəfindən heç bir hüquqi qeydiyyatı olmayan fərdi yaşayış evlərinin inşa edilərək həmin evlərdə yaşanılmasına görə iddiaçı da təmizlədib ağac əkdiyi həmin 0,25 ha torpaq sahəsində fərdi yaşayış evimi inşa etdirdikdən sonra Şəmkir Bələdyyəsindən nümayəndələr gələrək artıq həmin sahənin kiminsə mülkiyyətində olmasını iddia etdilər. Cavabdehə ünvanlanmış sorğuya verilən xx.xx.2022-ci il tarixli məktub-arayışda AR X8 Filialı tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli K1-163 saylı arxiv arayışı və Şəmkir şəhərının yer quruluşu planından çıxarış əsasında Musa Alı oğlunun adına Şəmkir şəhərində (dəqiq ünvanı göstərilməyən) yerləşən 0,25ş əhər sakini, 3-cü şəxsin atası-mərhum Vəliyevaya həyətyanı torpaq sahəsinə dair tam mülkiyyət hüququ ilə xx.xx.2019-cu il tarixli ********** növrəli Çıxarışın verilməsi, həmin torpaq sahəsinin Şəmkır rayon 1 sayll Notariat Ofisində xx.xx.2021-ci il tarixli 2V-1325 saylı reyestrlə qeydə alınmış qanun uzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında 3-cü şəxs X5 adına özgəninkiləşdirilməsi, X10 tərəfindən həmin miras torpaq sahənin Şəmkir rayon 1 saylı Notariat Ofisində xx.xx.2021-ci il tarixli 3M837 reyestr nömrəli alqı-satqı müqaviləsi əsasında X2 özgəninkiləşdirilməsi, Səməndər Həsənovun adına xx.xx.2021-ci il tarixli ********** qeydiyyat nömrəli reyestrdən Çıxarışın verilməsi, Səməndər Həsənovun da həmin sahəni xx.xx.2021-ci il tarixli 4Ə-1950 reyestr nömrəli alqı-satqı müqaviləsi əsasında X1, nəticədə sonuncunun adına xx.xx.2020-ci il tarixli ********** qeydiyyat nömrəli reyestrdən Çıxarışın verilməsı qeyd edılmışdir. AR X8 Filialı tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli K-1163 saylı arxiv arayışında göstərilənlənlərin izahı barədəki həmin arxivin xx.xx.2022-ciil tarixli k-3-175 saylı məktubunda «Şəmkir Filialında mühafizə olunan Şəmkir rayonunda fəaliyyət göstərmiş keçmiş N.Nərimanov adına kolxozun 1969-1971-ci illərədair qaytanlanmış həyətyanı torpaq kitabında 1965-ci sıra nömrəsində X9 adına 0,25 ha həyətyanı torpaq sahəsının qeyd edilməsi», ancaq N.Nərmanovadına kolxozun heyət iclas protokollarının filiala tamlıqla təhvil verilməməsi» qeyd edilmişdir. X6 Şəmkir Filialına etdiyi xx.xx.2022 tarıxli 249 saylı sorğusuna verilmiş xx.xx.2022-ci il tarixlı k-3-199 saylı cavab məktubunda keçmiş N.Nərimanov adına kolxozun digər qaytanlanmış həyətyanı torpaq kitabında 200cü sıra nömrəsində X7 adına 0,0 ha həyətyanı torpaq sahəsinin qeyd edilməsi, ancaq hansı ünvanda yerləşməsinın məlum olmaması, X14 filialında saxlanılan N.Nərimanov adına kolxozun qaytanlanmış torpaq kitabında X7 adına 2-ci bir 0,25 ha həyətyanı torpaq sahəsinin aşkar edılməməsi göstərilmişdir. Deməli, AR X8 Filialı tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli K1-163 saylı arxiv arayışda qeyd olunan Şəmkir rayonunda fəaliyyət göstərmiş keçmiş N.Nərimanov adına kolxozun 1969-1971-ci illərə dair qaytanlanmış həyətyanı torpaq kitabının 1965-cı sıra nömrəsində X7 adına qeyd olunmuş 0,25 ha həyətyanı torpaq sahəsi, məhz ünvan 3 ünvanda yerləşən 0,25 ha həyətyanı torpaq sahəsi olmaqla Respublikada aparılmış torpaq islahatı zamanı Şəmkir rayon Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli 68 saylı qərarı ilə JN-115F saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə əsasında X7 və 6 nəfərdən ibarət ailə üzvülərinin mülkiyyətlərinə verilmiş, həmin torpaq sahəsi üzərində dekabr 1982-ci il tarixli, 549 inventar nömrəli texniki pasportlu fərdi yaşayış evi inşa edilmiş, mərhum Musa Vəliyev həmin evdə ölənədək yaşamış, ailəsi hazırda da həmin evdə yaşamaqdadır. Qeyd olunanlara əsasən bu qənatə gəlinir ki, X8 Filialı tərəfindən verılmış xx.xx.2019-cu iltarixli K1-163 saylı arxiv arayışına və Şəmkir şəhərinın yer quruluşu planından çıxarışa əsasən Şəmkir şəhər sakini, mərhum X7 adına Şəmkir şəhərində yerləşən, (dəqiq ünvanı göstərilməyən, ancaq Şəmkır şəhərinin Qaryağdı yaşayış massivivndə olması iddia edilən) 0,25 hahəyətyanı torpaq sahəsinə dair mərhum Musa Vəliyevin adına tam mülkiyyət hüququ ilə xx.xx.2019-cu il tarixli ********** Növrəli Çıxarışın verilməsi şərh olunan hallara əsasən əsassızdır. Çünki, AR X8 Filialı tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli K1-163 saylı arxiv arayışında mərhum Musa Vəliyevin adına qeyd olunmuş 0,25 ha həyətyanı torpaq sahəsinin Şəmkir şəhəri Qaryağdı yaşayış massivinə aidiyyəti olmamış, həmin torpaq sahəsi məhz ünvan 5 ünvandakı torpaq sahəsidir. İddiaçı və vəkili məhkəmə iclasında iddianı müdafiə etmişlər. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iddianı qəbul etməmişdir. Üçüncü şəxs X10 bildirmişdir ki, 2019-cu ildə verilmiş çıxarış barədə və həmin sahənin satılması barədə məlumatı yoxdur. Məhkəmə iş materiallarını nəzərdən keçirib, onlara tətbiq edilməli olan normativ hüquqi aktlar baxımından hüquqi qiymət verərək hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, iddia ərizəsinin məzmunu ilə müəyyən olunur ki, iddiaçı hazırki iddia tələbi ilə hər hansı hüquqmüəyyənedici sənəd əladə etmədən istifadə etdiyi sahəyə dair üçüncü şəxsin mülkiyyət hüquqlarına dair daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydin ləğv olunmasını tələb edir. Belə ki, surəti işə əlavə edilmiş **********85 reyestr nömrəli, xx.xx.2019-cu il tarixli çıxarışdan görünür ki, Şəmkir şəhərində yerləşən 0.25 ha torpaq sahəsi X7 adına qeydə alınmışdır. İş üzrə verilmiş mütəxəssis rəyində bildirilir ki, 03.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli çıxarışla X15 oglunun mulkiyyətinə verilmiş 0.25 ha həyətyanı torpaq sahəsinin koordinatları iddiaçının faktiki istıfadə etdiyini iddia etdiyi 0.1235 ha torpaq sahəsinin 97.27 kv.m (0.0097 ha) hissəsi ilə üst-üstə düşür. İddiaçı faktiki istifadə etdiyini iddia etdıyı torpaq sahəsi dövlət mülkiyyəti, su fondu torpaqlarına aiddir. Göründüyü kimi iddiaçı üçüncü şəxsin mülkiyyətində olan torpaq sahəsinin ona məxsus torpaq sahəsi ilə üst-üstə düşməsini əsas gətirərək, üçüncü şəxsin mülkiyyət hüquqlarına dair daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydin ləğv olunmasını tələb etsə də mütəxəssis rəyi ilə bu arqument qismən öz təsdiqini tapmış, yəni sahələrin üst-üstə düşməsi halı mövcuddur. Bununla yanaşı qeyd olunmalıdır ki, iddiaçı həmin sahədən istifadə etməsi ilə bağlı hər-hansı hüquqa malik olmasını təsdiq edən sübut təqdim etməmişdir. Odur ki, iddiaçı həmin qeydin ləğv edilməsi ilə bağlı subyektiv hüquqa malik deyil. İnzibati prosessual qanunvericiliyin prinsiplərinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddianın yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri – iddia tələbinin iddia müddətinə dair normalara riayət etməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 05 nömrəli Qərarının 1.1, 1.3, 1.4 və 2.1-ci bəndlərində göstərilmişdir ki:- -Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. -Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. -İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. -Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. -Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Odur ki, işin faktiki hallarına və yuxarıda qeyd olunanlara əsasən məhkəmə hazırki mübahisə üzrə iddiaçının subyektiv hüququnun olmaması əsası ilə iddianı mümkünsüz hesab edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3 maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 81, 85-ci maddələrinin tələblərinə əsasən məhkəmə, Qəraraaldı: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidməti publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı torpaq sahəsi üzərində daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydin ləğv edilməsi tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fikrət Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar