Məhkəmə qərarları › İş №2-1(114)-603/2024

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-603/2024

06.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-603/2024 06.02.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh N saylı hərbi hissəyə qarşı əmrin ləğvi və əvvəlki vəzifəsinə bərpa olunması tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh N saylı hərbi hissəyə qarşı əmrin ləğvi və əvvəlki vəzifəsinə bərpa olunması tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, N05) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə: I. İşin halları

1. N93 nömrəli hərbi hissə komandirinin xx.xx.N0NN-ci il tarixli N9 nömrəli əmri ilə N7N –ci motoatıcı briqadanın kəşfiyyat bölüyünün kəşfiyyat tağımının kəşfiyyat manqasının kəşfiyyatçı-snayperi, kiçik çavuş İddiaçı “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin N56-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır.

2. İddiaçıya məxsus xx.xx.N008-ci il tarixli AO № ******* nömrəli hərbi biletdən görünür ki, İddiaçı 3-cü OKK-nin xx.xx.N0NN-ci il tarixli 0N9əç nömrəli əmrinə əsasən “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin N56-cı maddənin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq ehtiyata buraxılmışdır. II. Məhkəmədə icraat

3. İddiaçı cavabdeh Azərbaycan Respublikası Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 3-cü Ordu Korpusuna (N saylı hərbi hissə) qarşı xx.xx.N0N3-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, barəsində olan “Hərbi xidmətkeçmə haqqında” əsasnamənin N56-cı maddənin “e” bəndi ilə (xidməti uyğunsuzluğa görə) ordu sıralarından təxrislə əlaqədar İİİ Ordu Korpusu komandirinin xx.xx.N0NN-ci il tarixli 0N9əç əmrinin ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

4. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, N008-ci ilin iyun ayından N0N0-cu ilin aprel ayına kimi N nömrəli hərbi hissədə həqiqi hərbi xidmətdə olmuşdur. xx.xx.N0N3cü il tarixindən xx.xx.N0N3-cü il tarixinədək Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində fəaliyyət göstərən motoatıcı manqa komandiri kursunu bitirmişdir. xx.xx.N0N3-cü il tarixindən xx.xx.N0N4-cü ilə qədər N saylı hərbi hissədə ƏİK taborunun 8-ci bölüyün N-ci tağım, N-ci manqanın manqa komandiri vəzifəsində kiçik çavuş rütbəsində MAHHXHQ qismində xidmətdə olmuşdur. İddiaçının müraciəti əsasında xidmət yeri, xx.xx.N0N5-ci il tarixdən MN-nin N saylı hərbi hissəyə dəyişdirilmişdir. O, N saylı hərbi hissənin kəşfiyyat bölüyünün N-cı tağımının N-ci manqasında kəşfiyyatçı-snayperçi vəzifəsinin kiçik çavuş rütbəsində xidmət etmişdir. N saylı hərbi hissədə xidmət etdiyi zaman Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda N7 sentyabr N0N0-ci il tarixindən xx.xx.N0N0-ci ilədək Kəlbəcər istiqamətində aparılan döyüşlərdə iştirak etmişdir. Döyüşlərdə iştirakına görə "Kəlbəcərin azad olunmasına görə" və "Vətən Müharibəsi iştirakçısı" medalları ilə təltif edilmişdir. xx.xx.N0N3-cü il tarixində Müharibə veteranı vəsiqəsi almışdır. Onun nümunəvi xidmətinə görə həmişə komandanlıq tərəfindən fəxri fərmanla təltif olunmuşdur. O, N0NN-ci ilin yanvar ayında məzuniyyət verilmədiyi üçün Müdafiə Nazirliyinin kəşfiyyat baş idarəsinə müraciət etmişdir. Bundan sonra hərbi hissə komandanlığı tərəfindən ona qarşı qərəzli mövqe tutulmuş, heç bir əsas olmadan xidməti bir neçə dəfə yoxlanılmışdır. Lakin hərbi xidmətiylə bağlı heç bir nöqsanı və hərbi nizamnaməni pozma halı aşkar olunmamışdır. İddiaçının xəbəri olmadan N0NN-ci ilin mart ayında məzuniyyətdə olduğu vaxtda hərbi hissə komandirinin təqdimatı əsasında 3-cü ordu korpusu komandirinin xx.xx.N0NN-ci il tarixli 0N9əç nömrəli əmrinə əsasən "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin N56-cı maddənin "e" bəndinə (xidmətə uyğunsuzluğa görə) əsasən ehtiyata buraxılmışdır. Onun barəsində heç bir şərəf məhkəməsi keçirilmiyib, barəsində verilən əmrlərdən heç bir xəbəri olmadan, məzuniyyətdə olduğu vaxt, qeyri-qanuni şəkildə hərbi xidmətdən təxris olunmuşdur. Hərbi hissə komandiri tərəfindən barəsində verilən əmrlərdən rəsmi qaydada heç bir xəbəri olmamışdır, bu günə kimi həmin əmrləri almağı barədə heç bir rəsmi sənədə imza atmamışdır. Barəsində olan əmrlər qanunvericiliyin tələbləri pozularaq verilmişdir.

5. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır.

6. İddiaçı məhkəmə iclasında iddianın dəqiqləşdirilməsi ilə bağlı ərizə təqdim edərək, cavabdehin N saylı hərbi hissə kimi qəbul edilməsini və N saylı hərbi hissə komandirinin xx.xx.N0NN-ci il tarixli 0N9 nömrəli əmrinin ləğv edilməsi və əvvəlki vəzifəsinə bərpa olunmasına dair qərar çıxarılmasını xahiş etmiş və məhkəmənin xx.xx.N0N4-cü il tarixli qərardadı ilə ərizə inzibati məhkəmə icraatına qəbul edilmişdir. İİ. Prosessual məsələlər

7. Məhkəmənin hazırlıq iclası xx.xx.N0N4-cü il tarixə təyin edilmiş və bu barədə lazımi qaydada tərəflərə məlumat verilmişdir.

8. İddiaçı məhkəmə iclasına gəlmiş, cavabdehin nümayəndəsi isə məhkəməyə gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məlumat verməmişdir.

9. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 6N.3-cü maddəsinə əsasən məhkəmə iclasının cavabdehin nümayəndəsinin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. İİİ. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri

10. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir.

11. O, sədrlik edənin suallarına cavab olaraq bildirmişdir ki, onun ehtiyata buraxılmasından N-N gün sonra bu barədə əmr ona elan olunmuşdur. O, Müdafiə Nazirliyinə və müxtəlif orqanlara qanunsuz ehtiyata buraxılması ilə əlaqədar müraciətlər etmiş, onların müsbət nəticələnəcəyini gözləmiş, ona görə də vaxtında məhkəməyə müraciət etməmişdir. O, hərbi biletini Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Göygöl rayon şöbəsindən N0NN-ci ilin aprel ayında təhvil almışdır

12. Cavabdehin məhkəməyə xx.xx.N0N3-cü il tarixli etirazı daxil olmuşdur.

13. Etirazda bildirilir ki, N93 nömrəli hərbi hissənin komandiri və onun qanuni nümayəndəsi, Göygöl rayonunda yaşayan vətəndaş İddiaçı iddia ərizəsinə əsasən (N93 nömrəli hərbi hissə komandirinin 0N9ç nömrəli 07 aprel N0NN-ci il tarixli əmrinin ləğv edilməsi və xidmətə bərpa edilməsinə dair iddia ərizəsinə əsasən) Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 48.N-ci maddəsinə əsasən həmin iddia ərizəsinə etiraz edərək bildirmək istəyirik ki, sabiq müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu, kiçik-çavuş İddiaçı, 3N iyul N0N3-cü il tarixdə Göygöl rayon SHXÇDX tərəfindən hərbi xidmətə çağırılmış, 30 may N0N6-cı il tarixdə N7N nömrəli hərbi hissənin kəşfiyyat bölüyünün kəşfiyyat taqımının kəşfiyyat manqasının kəşfiyyatçı-snayperçısı vəzifəsinə təyin edilmişdir. MAHHXHQ kiçik-çavuş İddiaçı xx.xx.N0NN-ci il tarixdə raportla yuxarı komandanlığa müraciət edərək "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin N56cı maddəsinin "e" bəndinə (xidməti uyğunsuzluğa görə) əsasən Ordu sıralarından ehtiyata buraxılmasını xahiş etmişdir. N9N nömrəli hərbi hissənin komandanlığı tərəfindən kiçikçavuş İddiaçı xarakterizə olunarkən qeyd edilmişdir ki, o, hərbi hissədə xidmət etdiyi müddət ərzində özünü bacarıqsız, intizamsız, funksional vəzifə borclarını bilməyən və onların öhdəsindən layiqincə gəlməkdə çətinlik çəkən bir hərbi qulluqçu kimi tanıtmışdır. Peşəkar bilik səviyyəsinin artırılması üzrə öz üzərində çalışqanlığı qənaətbəxş deyil, işinə məsuliyyətlə yanaşmır, verilən tapşırıqları vaxtında və dəqiq yerinə yetirməyi bacarmır, işinə tənqidi yanaşma qabiliyyətinə malik deyil. Hərbi nəzakət və davranış qaydalarını bilmir. MAHHXHQ kiçik-çavuş İddiaçı N7N nömrəli hərbi hissənin kəşfiyyat bölüyünün kəşfiyyat taqımının kəşfiyyat manqasının kəşfiyyatçı-snayperçi vəzifəsində xidmətdə olarkən ordu sıralarından ehtiyata buraxılmasına dair raportla yuxarı komandanlığa müraciət etmiş, bağlaşma müddəti başa çatmadığına görə (bağlaşma müddəti xx.xx.N0NN-ci il tarixdə bitir) o, N7N nömrəli hərbi hissə komandirinin vəsatəti əsasında "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin N56-cı maddəsinin "e" bəndinə (xidməti uyğunsuzluğa görə) əsasən Silahlı Qüvvələrdən ehtiyata buraxılması haqqında qərar qəbul edilmişdir. N93 nömrəli hərbi hissə komandirinin 0N9 ǝç nömrəli 07 aprel N0NN-ci il tarixli əmri ilə "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin N56-cı maddəsinin "e" bəndinə (xidməti uyğunsuzluğa görə) ehtiyata buraxılmışdır. Əsaslandırma hissəsi:

14. Məhkəmə proses iştirakçısının izahatını dinləyərək, iddia ərizəsini və iş materiallarındakı sənədləri nəzərdən keçirib hesab edir ki, iddia tələbi mümkün sayılmamalıdır.

15. Belə ki, “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun N0 aprel N0N5-ci il tarixli 05 nömrəli Qərarına görə: Bənd N.N. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Bənd N.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Bənd N.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Bənd N.N.Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Bənd 6.N. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır.

16. İş materialları ilə müəyyən olunur ki, İddiaçı N93 nömrəli hərbi hissə komandirinin xx.xx.N0NN-ci il tarixli N9 nömrəli əmri ilə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin N56-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. Hazırda İddiaçı həmin əmri mübahisələndirir və bununla yanaşı həmin tələbdən doğan fakültativ tələb – əvvəlki vəzifəsinə bərpa edilmə tələbini irəli sürür.

17. Məhkəmə qeyd edir ki, həmin əmr “İnzibati icraat haqqında” Qanunun N.0.N-ci maddəsinin məzmununa uyğun olaraq inzibati akt hesab edildiyindən, hazırkı iddia mübahisələndirmə haqqında iddia növünə aiddir və bu halda həmin növ iddianın mümkün sayılması üçün xüsusi mümkünlük şərti olan müddətə riayət edilməlidir.

18. İddiaçının sözügedən əmrdən qəbul edildiyi gündən N-N gün sonra ona elan edildiyi vaxtdan məlumatlı olması, lakin onu qanunvericilikdə nəzərdə tutulmuş müddətdə mübahisələndirməməsi və müddəti ötürməsi işin mübahisə olunmayan halıdır.

19. İddiaçı da müddəti ötürdüyünü qəbul edərək, Müdafiə Nazirliyinə və müxtəlif orqanlara qanunsuz ehtiyata buraxılması ilə əlaqədar müraciətlər etdiyini, onların müsbət nəticələnəcəyini gözlədiyini, ona görə də vaxtında məhkəməyə müraciət etmədiyini bildirmişdir.

20. «Hərbi xidmətkeçmə haqqında» Əsasnaməyə görə: Bənd N6N. Həqiqi hərbi xidmətdən ehtiyata, yaxud istefaya buraxılmaq haqqında hərbi qulluqçular, bir qayda olaraq, buraxılmaya iki ay qalmış (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) xəbərdar edilirlər. Həqiqi hərbi xidmətdən hərbi qulluqçuları (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) ehtiyata buraxılmağa təqdim etməzdən əvvəl onların xidmət keçmələri barədə məlumatlar dəqiqləşdirilir, ehtiyac olduqda onların xidmətlərinin müddətləri sənədlə dəqiqləşdirilir, xidmət illəri hesablanır və pensiya təminatı məqsədilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada məlumat vərəqəsi tərtib edilir. Bənd N65. Ehtiyata və ya istefaya buraxılma barədə əmrlər buraxılan hərbi qulluqçulara hərbi hissə komandirləri (rəisləri) tərəfindən elan olunur. Həqiqi hərbi xidmətdən buraxılan hərbi qulluqçuların şəxsi işinin birinci nüsxəsi hərbi hissə tərəfindən getmə haqqında sərəncam verilən gün Azərbaycan Respublikası Silahlı Qüvvələri şəxsi heyətinin uçotu haqqında təlimatla nəzərdə tutulmuş qaydada hərbi komissarlıqlara, yaxud digər orqanlara göndərilir. Həqiqi hərbi xidmətdən buraxılan hərbi qulluqçuların şəxsi işlərinin seçilmiş yaşayış yeri üzrə hərbi komissarlıqlara vaxtında göndərilməsi və daxil olmasına nəzarət korpusların (diviziyaların), Silahlı Qüvvələr növlərinin, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müvafiq qurumları tərəfindən həyata keçirilir. Hərbi qulluqçuların (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) buraxılması əmri və ya ondan çıxarış Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının, Silahlı Qüvvələr növlərinin, korpusların (diviziyaların) müvafiq qurumları tərəfindən korpuslara (diviziyalara), bilavasitə tabelikdə olan hərbi bölmə və hissələrə buraxılan hərbi qulluqçuya elan olunmaq və haqq-hesabı aparmaq üçün göndərilir.

21. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə görə: Maddə 38.N. Mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən N ay müddətində qaldırıla bilər.

22. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununa görə: Maddə 6N.N. İnzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. Maddə 64.N. İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır.

23. Qanunvericiliyin qeyd olunan tələblərindən göründüyü kimi, inzibati akt barədə məlumat, birbaşa elan edildikdə də təqdim olunmuş sayılır. Hazırkı işdə də iddiaçının hərbi qulluqçu olaraq bildiyi (bilməli olduğu) normativ-hüquqi aktın tələblərinə müvafiq olaraq ehtiyata buraxılması barədə əmr ona elan edilmişdir.

24. Digər tərəfdən, iddiaçı hərbi biletini Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Göygöl rayon şöbəsindən N0NN-ci ilin aprel ayında təhvil almışdır ki, hərbi biletində də onun xidməti uyğunsuzluğa görə ehtiyata buraxılması barədə qeyd mövcud olmuşdur.

25. Ən azından, həmin əmrin hüquqi nəticəsidir ki, o, əmrdən sonra bir daha hərbi xidmətə buraxılmamış (hərbi xidmətini dayandırmış) və mülki həyat tərzinə keçmişdir.

26. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə görə: Maddə N4.N. Bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Maddə N4.N. Buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən N5 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. Maddə N4.4. Təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından N il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz.

27. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İPM-in N4-cü maddəsində qanunla nəzərdə tutulan müddətin üzrlü səbəbdən buraxılması hallarında prosessual müddətin bərpası imkanı nəzərdə tutulmuşdur. Lakin N4.4-cü maddənin tələbinə əsasən müddətin buraxılmasından N il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz.

28. Göründüyü kimi, iddia qaldırmaq üçün qanunda nəzərdə tutulmuş müddəti ötürmüşdür və müddətin buraxılmasından N il keçdiyi üçün müddətin bərpasına dair ərizə verə bilməz.

29. Məhkəmə onu da qeyd edir ki, iddianın əmrin ləğv edilməsi hissəsi mümkünlük şərtlərinə cavab vermədiyindən həmin tələbdən asılı olan, digər tələb üzrə mümkünlük şərtlərinin yoxlanılmasına ehtiyac qalmamışdır.

30. Beləliklə, məhkəmə yuxarıda şərh olunanlara əsasən belə nəticəyə gəlir ki, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan iddianın müddətinə dair mümkünlük şərti ödənilmədiyindən iddia mümkün sayılmamalıdır.

31. İPM-in: - 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. - 85.N-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən N0 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Nəticəvi hissə:

32. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddia mümkün sayılmasın. Qərardaddan onun təqdim olunduğu vaxtdan N0 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, N5N) apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən Gülşən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar