Məhkəmə qərarları › İş №2-1(114)-604/2020

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-604/2020

04.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-604/2020 04.06.2020 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsgəndərova Aygül Vulqar qızının sədrliyi, Əliyeva Tahirə Nazim qızının katibliyi, İddiaçı və vəkili X11 iştirakları ilə İddiaçı Cavabdehnə (üçüncü şəxs X7) qarşı doğum haqqında akt qeydində düzəliş edilməsi tələbinə dair işə məhkəmənin binasında şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. T ə s v i r i h i s s ə: Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Cavabdeh xx/xx-1718 nömrəli, xx xxxxxx 2020-ci il tarixli məktubu ilə iddiaçının doğum haqqında akt qeydinin ana bəndində düzəliş edilməsindən imtina olunmuşdur. İmtina onunla əsaslandırılmışdır ki, İddiaçı barəsində şöbənin arxivində yoxlama aparılmış və xx.xx.2001-ci il tarixli 893 saylı doğum akt qeydində ana bəndində ana «X8» kimi qeyd edildiyi, düzəliş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ciil 01 mart tarixli 52 saylı qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydaları»na əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki düzəliş əməliyyatının bu qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında və mübahisə olmadıqda qeydə alınması bildirilmişdir. İmtinanı qanunsuz hesab edən iddiaçı hazırkı tələblə məhkəməyə müraciət edərək, Cavabdehnə (üçüncü şəxs X7) qarşı ona məxsus doğum haqqında akt qeydində ana bəndində düzəliş edilərək X1 yazılması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, X6 ilə X3 qeyri-rəsmi evliliyindən xx xxxxxxxx 2001-ci il tarixdə anadan olmuşdur. Valideynləri bir müddət yaşadıqdan sonra, hələ səkkiz aylıq olarkən anası Elmira onu atıb getmiş, arabir atası ilə əlaqə saxlasa da, sonradan əlaqə kəsilmiş və onun harada yaşaması barədə məlumatları olmamışdır. Elə həmin vaxtdan, yəni anası onu səkkiz aylıq körpə vaxtından atıb gedəndən sonra, ona xx.xx.1987-ci il tarixdən X2 rəsmi nikahda olduğu həyat yoldaşı X7 baxmış və həmişə ona öz doğma övladı kimi münasibət göstərmişdir. O da, X4 daima öz anası kimi qəbul etmişdir. Sonradan müəyyən yaşa çatdıqdan sonra ona məlum olmuşdur ki, anası Elmira Məmmədovadır. Onu atıb getməsinə səbəb isə, narkoloji xəstəlikdən əziyyət çəkməsi olmuş, təxminən 2009-2010-cu ildə vəfat edərək kimsəsizlər qəbirstanlığında dəfn olunmuşdur. Məhz bu səbəbdən də, o doğum haqqında akt qeydində ana bəndində düzəliş edilərək X9 yazılması ilə bağlı Cavabdehnə müraciət etmiş və xx.xx.2019-cu il tarixli məktubla ona məhkəməyə müraciət etməyi tövsiyyə edilmişdir. İddiaçı və vəkili X13 şifahi məhkəmə baxışı iclasında iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdilər. Üçüncü şəxs X7 xx xxxx 2020-ci il tarixdə keçirilmiş məhkəmə iclasında iddia tələbini qəbul edərək izahatında bildirmişdir ki, onunla X6 arasında xx.xx.1987-ci il tarixdə rəsmi nikah bağlanmışdır. Ərinin onunla nikahda olduğu dövrdə iddiaçının bioloji anası X10 ilə qeyri-rəsmi münasibəti olmuş və onların bu münasibətindən xx xxxxxxxx 2001-ci il təvəllüdlü İddiaçı doğulmuşdur. Həmin qadın həm narkotik aludəçisi olmuş, həm də əxlaqsız həyat tərzi sürmüşdür. İddiaçı 8 aylıq olarkən onu atıb getmişdir. Elə həmin vaxtdan, Şəmsə o öz övladı kimi baxmış, onun qayğısına qalmışdır. Şəms də onu doğma anası bilmişdir. Sonralar ona bioloji anasının Elmira Məmmədova olduğu məlum olmuşdur. Lakin Şəms həqiqəti bildikdən sonra belə, onu doğma anası kimi qəbul etmişdir. Elmira Məmmədova təxminən 2009-2010-cu illərdə vəfat edərək kimsəsizlər qəbirstanlığında dəfn olunmuşdur. Odur ki, İddiaçı məxsus doğum haqqında akt qeydində ana bəndində düzəliş edilərək onun adının yazılmasına etiraz etmir. İş üzrə cavabdehə və üçüncü şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, üçüncü şəxs məhkəmə iclasına gəlməmiş, cavabdeh isə məhkəməyə ərizə ünvanlayaraq işə nümayəndələrinin iştirakı olmadan baxılmasını xahiş etmiş, məhkəmə Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin və üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan; -xx.xx.2018-ci il tarixli, AZ-İİİ 981967 nömrəli “Doğum haqqında” şəhadətnamənin təsdiqlənmiş surətindən məlum olur ki, İddiaçı xx.xx.2001-ci ildə anadan olmuşdur. Ata qrafasında X6, ana qrafasında X10 qeyd edilmişdir. -Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli, 2(044)- 645/2018-ci il tarixli qətnaməsinə əsasən ərizəçi X2 maraqlı şəxs X5 qarşı «atalığın müəyyən edilməsi» tələbinə dair ərizəsi təmin edilmiş, ərizəçi X2 X10 tərəfindən Gəncə şəhərində doğulmuş 04 sentyabr 200-ci il təvəllüdlü Şəmsin atası olması faktı müəyyən edilmiş, 04 sentyabr 200-ci il tarixdə anadan olmuş İddiaçı doğum haqqında şəhadətnamə verilərkən atası «Məhəd», ata qrafasında «X6», ana qrafasında «X10» kimi yazılması, yeni doğum haqqında şəhadənamənin verilməsinin Gəncə şəhəri Nizami rayon Qeydiyyat şöbəsinə həvalə edilməsi qət edilmişdir. Ə s a s l a n d ı r m a h i s s ə s i: Məhkəmə ilk növbədə iddia tələbinin mümkünlüyünü yoxlayaraq müəyyən etmişdir ki, verilmiş iddia mümkündür və tələbin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, iddiaçı İnzibati-Prosessual Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddianın ümumi və xüsusi mümkünlük şərtlərinə əməl olunmuş, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın ərazi və predmet aidiyyəti düzgün müəyyən edilmiş, məhkəmədə iddia qaldırmazdan əvvəl həmin məsələnin həll olunması üçün iddiaçı müvafiq inzibati orqana müraciət etdikdən sonra məhkəməyə hazırkı iddia tələbini vermişdir. Məhkəmə tərəfin izahatını dinləyib, iddia tələbinin dəlillərini inzibati iş materialları ilə birlikdə araşdırıb hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2003-cüil tarixli 145 saylı qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı» qaydasının; 2.1. bəndinə əsasən doğumun dövlət qeydiyyatı uşağın doğulduğu yerdə və ya valideynlərin, yaxud onlardan birinin yaşadığı yerdə Qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyətinin nümayəndəliyi tərəfindən aparılır. Uşağın doğulmasının qeydə alındığı yerdən asılı olmayaraq doğum haqqında akt qeydində və doğum haqqında şəhadətnamədə uşağın doğulduğu yer kimi onun doğum yeri göstərilir. 2.2. bəndinə əsasən doğumun qeydə alınması üçün valideynlər və ya onlardan biri, valideynlərin müəyyən səbəblərə görə (xəstələndikdə, uzunmüddətli ezamiyyətə getdikdə, ölkə hüdudlarından kənarda olduqda, öldükdə və sair) müraciət etməsi mümkün olmadıqda isə qohumlar, qonşular, uşağın doğulduğu tibb müəssisəsinin müdiriyyəti və yaxud başqa şəxslər qeydiyyat şöbəsinə, konsulluq idarəsinə, icra hakimiyyətinin nümayəndəliyinə müraciət edirlər. 2.3-1. bəndinə əsasən tibb müəssisəsində anaya doğum haqqında tibbi şəhadətnamə ilə birlikdə doğumun qeydə alınmasının zəruriliyi barədə bildiriş də təqdim oluna bilər. Bildirişdə doğumun qeydə alınmasının məcburiliyi, bunun üçün tələb olunan sənədlər, qeydiyyatın qanunvericiliklə müəyyən olunmuş müddəti və bu müddətin pozulmasına görə inzibati məsuliyyət barədə məlumatlar əks olunur. 2.8. bəndinə əsasən doğum haqqında aktın qeydində uşağın adı, atasının adı və soyadı, habelə onun valideynləri haqqında məlumat aşağıdakı qaydada yazılır: 2.8.2. valideynlər öz aralarında nikahda olmadıqda uşağın anası haqqında qeyd ananın ərizəsi, atası haqqında qeyd isə uşağın atasının və anasının birgə ərizəsi və ya atanın ərizəsi əsasında, habelə məhkəmənin qərarı əsasında aparılır; 2.8.3. uşaq nikahı olmayan anadan olduqda və atalığın müəyyən olunması barədə valideynlərin birgə ərizəsi və ya məhkəmənin qətnaməsi olmadıqda, doğum haqqında aktın qeydində və şəhadətnamədə uşağın atasının soyadının əvəzinə ananın soyadı yazılır. Uşağın atasının və babasının adı uşağın anasının göstərişi üzrə yazılır; Azərbaycan Respublikası Ailə Məcəlləsinin; 46.2. maddəsinə əsasən valideynlər öz aralarında nikahda olmadıqda uşağın anası haqqında qeyd ananın ərizəsi, atası haqqında qeyd isə uşağın atasının və anasının birgə ərizəsi və ya atanın ərizəsi əsasında, habelə məhkəmənin qərarı əsasında aparılır. 46.3. maddəsinə əsasən uşaq nikahı olmayan anadan olduqda və atalığın müəyyən olunması barədə valideynlərin birgə ərizəsi və ya məhkəmənin qətnaməsi olmadıqda, doğum haqqında şəhadətnamədə uşağın atasının soyadının əvəzinə ananın soyadı yazılır. Uşağın atasının və babasının adı uşağın anasının göstərişi üzrə yazılır. Göründüyü kimi, doğum - valideynlər və ya onlardan birinin müraciət etməsi nəticəsidə qeydə alınır. Uşaq nikahı olmayan anadan olduqda atalığın müəyyən olunması barədə valideynlərin birgə ərizəsi və ya məhkəmənin qətnaməsi əsasında qeydiyyat aparılır. Valideynlərin birgə ərizəsi və ya məhkəmənin qətnaməsi olmadıqda isə doğum haqqında şəhadətnamədə uşağın atasının soyadının əvəzinə ananın soyadı, atasının və babasının adı uşağın anasının göstərişi üzrə yazılır. Hazırkı işdən məlum olur ki, İddiaçı doğum akt qeydi ilk dəfə anasının ərizəsi əsasında, sonradan Gəncə şəhər Nizami Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli, 2(044)-645/2018-ci il tarixli qətnaməsinə əsasən aparılmış, qeyd edilən qətnamə ilə İddiaçıının ana qrafasında «X10», ata qrafasında «X6» kimi yazılması qət edilmişdir. Məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 161.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxslərin daimi yaşayış yerində müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2001-ci il 01 mart tarixli 52 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını” müəyyən edən müddəaların 3-cü bəndinə əsasən aşağıdakı hallarda Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişikliklər aparılır: -övladlığa götürmə ilə əlaqədar övladlığa götürülənin adı, atasının (anasının) adı, soyadı, doğulduğu yer və doğum tarixi dəyişdirildikdə; nikahın pozulması və nikahın etibarsız sayılması ilə əlaqədar ərin (arvadın) nikah qeydə alınan zaman seçdiyi soyadı dəyişdirildikdə; atanın adının dəyişdirilməsinin qeydə alınması hallarında onun uşaqlarının ata adı dəyişdikdə, valideynlərdən birinin və ya hər iki valideynin soyadı dəyişdirildikdə, yetkinlik yaşına çatmayan uşaqlarının soyadı dəyişdikdə; atalıq müəyyən edildikdə, uşağın doğulması haqqında qeydə ata barəsində yeni məlumat yazıldıqda, doğum haqqında aktın qeydindən uşağın atası və ya anası haqqında məlumatlar çıxarıldıqda; vətəndaşlar qanunvericilikdə nəzərdə tutulmuş qaydada adını, soyadını və ata adını dəyişdirdikdə; övladlığa götürmə ləğv edildikdə; atalığın müəyyən edilməsi ləğv olunduqda; vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlər düzəldikdə; cinsin dəyişməsi ilə əlaqədar olaraq vətəndaşın adı, soyadı və ata adı dəyişdirildikdə; vətəndaşlıq vəziyyəti aktlarının qeydində valideynlərin soyadları, adları, ata adları və ya milliyyəti göstərilməmişsə; vətəndaşlıq vəziyyəti aktının qeydində qeyri-düzgün məlumatlar göstərilmişsə; qanunvericilikdə müəyyən edilən digər hallarda. Göründüyü kimi, adıçəkilən qaydalarda vətəndaşlıq vəziyyəti aktlarında düzəliş edilməsi üçün əsaslar dəqiq müəyyən olunmuş, hazırkı iddia tələbində və məhkəmə araşdırılması zamanı qeyd olunan əsaslar müəyyən edilməmişdir. Beləliklə, iddiaçının anasının X3 olması yuxarıda qeyd olunan sənədlərdə öz təsdiqini tapdığından və hazırki halda iddiaçıya məxsus doğum haqqında akt qeydində düzəliş edilməsi üçün əsaslar müəyyən edilmədiyindən məhkəmə hesab edir ki, İddiaçı Cavabdehnə (üçüncü şəxs X7) qarşı doğum haqqında akt qeydində düzəliş edilməsinə dair iddia tələbi təmin olunmamalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin: 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. 68.1. maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5. maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. N ə t i c ə h i s s ə s i: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, qərara aldı: İddiaçı Cavabdehnə (üçüncü şəxs X7) qarşı doğum haqqında akt qeydində düzəliş edilməsinə dair iddia tələbi təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qərar, onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apelyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda qanuni qüvvəyə minir. Sədrlik edən: Aygül İsgəndərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar