Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-604/2025 24.10.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınması tələbinə iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X2 və X1nun iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinə (üçüncü şəxs Göygöl rayonu Yeni Qızılca bələdiyyəsi) qarşı Göygöl rayonu Qızılca kəndində yerləşən 2.28 ha torpaq sahəsinin faktiki istifadə vəziyyəti üzrə koordinatlarla üzərində mülkiyyət hüququnun qeydə alınaraq bu barədə çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: I. İşin halları
1. Xanlar rayon Qızılca bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 06 nömrəli qərarı ilə bələdiyyənin ərazisindəki əkinə yararlı torpaq sahəsindən İddiaçı 2.28 ha torpaq sahəsinin satılması nəzərdə tutulmuşdur.
2. Həmin tarixdə tərtib edilmiş aktla Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Xanlar rayon şöbəsi bələdiyyənin ehtiyat fond torpaq sahəsindən həmin həyətyanı torpaq sahələrinin ayrılaraq vətəndaşa satılmasını məqsədəuyğun hesab etmişdir.
3. Eyni zamanda DT və XK-nin Xanlar rayon şöbəsi ayrılmış torpaq sahəsinin bələdiyyənin ehtiyat fondunun kənd daxili torpağına və İ keyfiyyət qrupuna aid 100 ballı torpaq sahəsi olması, həmin yerin başqa hüquqi və fiziki şəxslərin mülkiyyətinə verilməməsi, elektrik, rabitə, nəqliyyat, qaz, su, kanalizasiya və digər kommunikasiya xətlərinin mühafizə zolağında və sürüşmə zonasında yerləşməməsi barədə rəy vermiş, ayrılmış sahənin naturada yerləşmə vəziyyətini əks etdirən yerquruluşu planından çıxarış tərtib edilmişdir.
4. Bələdiyyə ilə iddiaçı arasında torpaqların alğı-satqısına dair akt imzalanmış, iddiaçı tərəfindən bununla bağlı bələdiyyənin hesabına 1968.28 manat vəsait ödənilmiş, eləcə də alğı-satqı aktı Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Xanlar rayon şöbəsi tərəfindən təsdiq edilməklə xx.xx.2007-ci il tarixdə 1119 nömrə ilə qeydiyyata alınmışdır.
5. Qeyd olunan torpaq sahəsinə dair iddiaçının adına xx.xx.2007-ci il tarixli A 010366 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədi tərtib edilmiş və X7 kitabında xx.xx.2007-ci il tarixdə 116 nömrə ilə uçota alınmışdır.
6. İddiaçı göstərilən sənədləri təqdim etməklə cavabdeh orqana müraciət edərək, 2.28 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını xahiş etmiş, cavabdeh orqan xx.xx.2024-cü il tarixli məktubla iddiaçının müraciətini təmin etməkdən imtina edərək, imtinasını onunla əsaslandırmışdır ki, ərizəyə əlavə edilmiş **********0013 nömrəli Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən tərtib edilmiş “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin Ərazi İdarəsinin elektron kadastr məlumat bazasında öz əksini tapmadığı müəyyən edilmişdir. Araşdırma aparılan zaman faktiki torpaq sahəsinin koordinatları ilə sənəd üzrə torpaq sahəsinin koordinatları arasında uyğunsuzluğun olduğu, belə ki, faktiki torpaq sahəsinin Yeni uçot xəritəsinə əsasən faktiki torpaq sahəsinin bir hissəsinin bələdiyyə mülkiyyətinə aid kənd təsərrüfatı təyinatlı (daşlı örüş) torpağına düşdüyü aşkar edilmişdir. Ərizəyə əlavə edilmiş Göygöl rayonu Qızılca bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 06 nömrəli qərarına əsasən bələdiyyənin mülkiyyətindəki əkinə yararlı 2.28 ha torpaq sahəsi vətəndaş İddiaçı kənd təsərrüfatı və tikinti işlərinin aparılması məqsədilə ayrılmış torpaq sahəsi alqı-satqı yolu ilə satılması qərara alınmışdır.
7. Məhkəmə qərardadı ilə əldə edilmiş mütəxəssis rəyində göstərilmişdir ki: 1) Xanlar (indiki Göygöl) rayon Qızılca bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 06 nömrəli qərarı ilə tikinti və kənd təsərrüfatı məhsulları üçün İddiaçı adına tərtib olunmuş xx.xx.2007-ci il tarixli A-010366 (**********0013) nömrəli torpaq sahəsinin planındakı koordinatlara əsasən 2.28 ha torpaq sahəsi, Xanlar (indiki Göygöl) rayonu Yeni Qızılca kəndi (R.Mamedov adına təsərrüfatın) ərazisində aparılmış torpaq islahatına dair tərtib olunmuş kompleks yerquruluşu layihəsinə və Xanlar (indiki Göygöl) rayonu Qızılca bələdiyyəsinin hüdudlarında bələdiyyə mülkiyyətinə verilmiş torpaqların 2005-ci il tarixli (kod-********) yerquruluşu sxeminə əsasən bələdiyyə mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaqları kateqoriyasına aid olmaqla təmiz örüş sahəsidir. xx.xx.2007-ci il tarixli A-010366 (**********0013) nömrəli torpaq sahəsinin planındakı koordinatlara əsasən 2.28 ha torpaq sahəsi, Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2016-cı il tarixli 818 nömrəli Fərmanı əsasında hazırlanmış, torpaqların elektron kadastr uçotu informasiya sistemi (TEKUİS və AZCAD) məlumatlarına istinadən 2.08 ha hissəsi Göygöl rayonu Yeni Qızılca kəndi ərazisində, 0.20 ha hissəsi isə Gəncə şəhər ərazisində yerləşdiyi müəyyən edildi. Göygöl rayonu Yeni Qızılca kəndi ərazisində yerləşən 2.08 ha torpaq sahəsinin 2.02 ha hissəsi (TEKUİS və AZCAD) məlumatlarına istinadən bələdiyyə mülkiyyəti, 0.06 ha hissəsi isə Dövlət mülkiyyətində yerləşir. Həmin 2.08 ha torpaq sahəsinin 2.02 ha hissəsi kənd təsərrüfatı təyinatlı torpaqları kateqoriyasına aid olmaqla 1.22 ha hissəsi tikinti altında olan torpaq sahəsi, 0.54 ha hissəsi infrastruktur (yollar və küçələr) sahəsi, 0.26 ha hissəsi isə örüş sahəsi olaraq müəyyən edildi. Həmin 2.08 ha torpaq sahəsinin 0.06 ha hissəsi sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqları kateqoriyasına aid olmaqla infrastruktur (yollar və küçələr) sahəsi olaraq müəyyən edildi. Gəncə şəhər ərazisində yerləşən 0.20 ha torpaq sahəsinin 0.10 ha hissəsi (TEKUİS və AZCAD) məlumatlarına istinadən bələdiyyə mülkiyyəti, 0.10 ha hissəsi isə xüsusi mülkiyyətdə yerləşir. Həmin 0.20 ha torpaq sahəsi yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid olmaqla 0.10 ha hissəsi digər təyinatlı, 0.10 hissəsi isə bağ sahələri olaraq müəyyən edildi. xx.xx.2007-ci il tarixli A-010366 (**********0013) nömrəli torpaq sahəsinin planındakı koordinatlara əsasən 2.28 ha torpaq sahəsinin 0.58 ha hissəsi, ərazinin kompleks yerquruluşu layihəsində (əks olunan) JN-4193 nömrəli torpaq sahəsi ilə üst-üstə düşdüyü müəyyən olundu. 2) İddiaçı naturada təqdim etdiyi faktiki istifadəsində olan 4.30 ha torpaq sahəsinin 1.22 ha hissəsi, xx.xx.2007-ci il tarixli A-010366 (**********0013) nömrəli torpaq sahəsinin planındakı koordinatlara əsasən 2.28 ha torpaq sahəsinin 1.22 ha hissəsi ilə üst- üstə düşdüyü müəyyən olundu. 3) Xanlar (indiki Göygöl) rayon Qızılca bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 06 nömrəli qərarı ilə tikinti və kənd təsərrüfatı məhsulları üçün İddiaçı adına tərtib olunmuş xx.xx.2007-ci il tarixli A-010366 (**********0013) nömrəli torpaq sahəsinin planındakı koordinatlara əsasən 2.28 ha torpaq sahəsi üzərində hər hansısa şəxsin mülkiyyət, istifadə və yaxud icarə hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır.
8. Məhkəmə qərardadı ilə əldə edilmiş mütəxəssis rəyinə əlavədə göstərilmişdir ki: 1) xx.xx.2007-ci il tarixli A-010366 (**********0013) nömrəli torpaq sahəsinin planındakı koordinatlara əsasən 2.28 ha torpaq sahəsinin 2.08 ha hissəsi Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin xx.xx.2016-cı il tarixli 818 nömrəli Fərmanı əsasında hazırlanmış, torpaqların elektron kadastr uçotu informasiya sistemi (TEKUİS və AZCAD) məlumatlarına istinadən Göygöl rayonu Yeni Qızılca kəndi ərazisində, 0.20 ha hissəsi isə Gəncə şəhər ərazisində yerləşdiyi müəyyən edilmişdir. Bildiririk ki, Gəncə şəhər ərazisində yerləşən həmin 0.20 ha hissə, Gəncə şəhərinin, Daşkəsən, Goranboy, Göygöl, Samux rayonlarının sərhədlərində qismən dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikasının 21 dekabr, 2012-ci il tarixli 518-İVQ nömrəli Qanununa əsasən, Azərbaycan Respublikasının Milli Məclisi, Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin İ hissəsinin 3-cü (3.5.) bəndində: Quşqara kənd inzibati ərazi dairəsi tərkibindəki Quşqara kəndinin ərazisindən 450.24 ha torpaq sahəsi Gəncə şəhər Nizami rayonunun inzibati ərazisinə verilmiş (Gəncə şəhər İnzibati Ərazi vahidinin yeni sərhəd hüdudlarını əks etdirən 2012-ci il tarixli miqyas 1:25 000 xəritədə 450.24 ha əks olunan) torpaq sahəsi olduğu müəyyən edilmişdir. 2) Göygöl rayonu Yeni Qızılca kəndi ərazisində yerləşən 2.08 ha torpaq sahəsinin 2.02 ha hissəsi (TEKUİS və AZCAD) məlumatlarına istinadən Qızılca-Üçtəpə bələdiyyəsinin mülkiyyəti, 0.06 ha hissəsi isə Dövlət mülkiyyətində yerləşir (Bax plan 1). 3) Gəncə şəhər ərazisində yerləşən 0.20 ha torpaq sahəsinin 0.10 ha hissəsi (TEKUİS və AZCAD) məlumatlarına istinadən Gəncə şəhəri Nizami bələdiyyəsinin mülkiyyəti, 0.10 ha hissəsi isə xüsusi mülkiyyətdə yerləşsədə, həmin xüsusi mülkiyyətdə yerləşən 0.10 ha hissəsi üzərində hər hansı şəxsin mülkiyyət, istifadə və yaxud icarə hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır (Bax plan 2). Xanlar (indiki Göygöl) rayon Qızılca bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 06 nömrəli qərarı ilə tikinti və kənd təsərrüfatı məhsulları üçün İddiaçı adına tərtib olunmuş xx.xx.2007-ci il tarixli, A-010366 (**********0013) nömrəli torpaq sahəsinin planındakı koordinatlara əsasən 2.28 ha torpaq sahəsi üzərində hər hansı şəxsin mülkiyyət, istifadə və yaxud icarə hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. 4) Bildirilir ki, xx.xx.2007-ci il tarixli A-010366 (**********0013) nömrəli torpaq sahəsinin planındakı koordinatlara əsasən 2.28 ha torpaq sahəsinin 0.58 ha hissəsi, ərazinin kompleks yerquruluşu layihəsində (əks olunan) JN-4193 nömrəli torpaq sahəsi ilə üst-üstə düşdüyü müəyyən olunmuşdur. Həmin üst-üstə düşən 0.58 ha torpaq sahəsinin 0.47 ha hissəsi, torpaqların elektron kadastr uçotu informasiya sistemi (TEKUİS və AZCAD) məlumatlarına istinadən bələdiyyə mülkiyyəti, 0.01 ha hissəsi dövlət mülkiyyəti, 0.10 ha hissəsi isə xüsusi mülkiyyətdə olduğu aşkarlanmışdır. Həmin xüsusi mülkiyyətdə yerləşən 0.10 ha hissəsi üzərində hər hansı şəxsin mülkiyyət, istifadə və yaxud icarə hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır (Bax plan 3).
9. Göygöl rayonu, Qızılca kəndində yerləşən mübahisəli torpaq sahəsinə baxış zamanı müəyyən edilmişdir ki, torpaq sahəsi Gəncə-Daşkəsən yolunun sağ tərəfində yerləşməklə, faktiki olaraq mal-qara (heyvan) bazarı kimi istifadə edilir. Torpaq sahəsinin üzərində tikililər də mövcuddur. İddiaçının və mütəxəssisin izahatı ilə müəyyən edilir ki, iddiaçının adına tərtib edilmiş plan-ölçü sənədinin koordinatları ilə iddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin koordinatları uyğunluq təşkil etmir. Belə ki, iddiaçı rəyə əlavə edilmiş ortofoto görüntüyə baxış zamanı onun faktiki istifadəsində olan sahələrin kənarda qaldığını, faktiki istifadəsində olmayan sahələrin isə plan-ölçüdə əks etdirildiyini bildirdi. İddiaçı eyni zamanda, həm özünün, həm oğlu Amin İsmayılovun mükiyyətində və icarəsində olan torpaq sahələrinin də hazırkı sahə ilə yanaşı yerləşdiyini və onun faktiki istifadəsində olduğunu bildirir və həmin torpaq sahələrinin hüquqmüəyyənedici və texniki sənədlərini təqdim edir. Həmçinin, baxış zamanı müəyyən edilir ki, sözügedən torpaq sahəsi yol səviyyəsindən aşağıda yerləşir və mütəxəssis rəyində dövlət mülkiyyəti kimi qeyd edilən sahə yolun mühafizə zolağına düşməklə, eniş hissədən ibarətdir. İddiaçı mütəxəssis rəyində xüsusi mülkiyyətlə üst-üstə düşdüyü qeyd edilən torpaq sahəsinin onun faktiki istifadəsində olmadığını bildirir.
10. Məhkəmənin sorğusuna Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli 3-21-3-33/2- 10540/2025 nömrəli cavab məktubunda bildirilmişdir ki, İddiaçı naturada təqdim etdiyi 4.30 ha torpaq sahəsinin A-010366 (**********0013 kadastr nömrəli) plandakı koordinatlara əsasən 2.28 ha torpaq sahəsi ilə 1.22 ha hissədə üst-üstə düşmə halının və məktubda qeyd olunan mülkiyyət və icarə hüquqlarını təsdiq edən sənədlərinin (çıxarışların) planı və ölçüsü sənədlərində göstərilən torpaq sahələrinin naturada yerləşmə vəziyyətlərini əks etdirən ortofoto gürüntüləri təqdim edirlər. Qeyd edilir ki, naturada təqdim olunan 4.30 ha torpaq sahəsi ilə məktubda qeyd olunan olunan mülkiyyət və icarə hüquqlarını təsdiq edən sənədlərinin (çıxarışların) planı və ölçüsü sənədlərində göstərilən torpaq sahələrinin üstüstə düşməsi halı mövcud deyildir. II. Məhkəmədə icraat
11. İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, Göygöl rayonu, Qızılca kəndi ərazisində yerləşən 2.28 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.
12. Tələb onunla əsaslandırılmışdır ki, Göygöl rayonu, Qızılca kəndində yerləşən torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması ilə bağlı cavabdeh orqana müraciət etmişdir. Cavabdeh orqanın xx.xx.2024-cü il tarixli, 3-21- 3-33/2-1933/2024 saylı imtina məktubu ilə mülkiyyət hüququmun dövlət reyestrində qeydə alınmasından imtina edilmişdir. İmtina onunla əsaslandırılmışdır ki, "**********0013 nömrəli Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən tərtib edilmiş Torpaq sahəsinin planı və ölçüsü sənədinin ərazi İdarəsinin elektron kadastr məlumat bazasında öz əksini tapmadığı, faktiki torpaq sahəsinin koordinatları ilə sənəd üzrə torpaq sahəsinin koordinatları arasında uyğunsuzluğun olduğu, belə ki, faktiki torpaq sahəsinin Yeni uçot xəritəsinə əsasən faktiki torpaq sahəsnin bir hissəsinin bələdiyyə mülkiyyətinə aid kənd təsərrüfatı təyinatlı (daşlı örüş) torpağına düşdüyünü və Göygöl rayonu, Qızılca bələdiyyəsinin xx.xx.2017-ci il tarixli, 06 nömrəli qərarını, yəni 2.28 ha torpaq sahəsinin alqı-satqı müqaviləsini qəbul etməmişdir". Cavabdeh orqan qəbul etdiyi imtina qərarını bir neçə istiqamətdə əsaslandırdığı üçün hər bir əsaslandırmaya ayrıca münasibət bildirmək istəyir. **********0013 nömrəli Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən tərtib edilmiş Torpaq sahəsinin planı və ölçüsü sənədinin ərazi İdarəsinin elektron kadastr məlumat bazasında öz əksini tapmamasını qeyd etməklə dövlət orqanının 2015-ci ilədək fəaliyyətini şübhə altına alır. Belə ki, 2015-ci il tarixədək-Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi ləğv edilənək bu qurumun verdiyi torpaq sahəsinin plan və ölçü sənədi mülkiyyət hüququnun qeydə alınması üçün mötəbər və ən üstün sənəd idi. 2015-ci il tarixdən sonra isə bu qurumun sənədlərini onun bazası əsasında yaranmış cavabdeh orqan qəbul etmədi. Torpaq sahəsinin plan və ölçü sənədi 2007-ci il tarixdə tərtib edilmişdir. Sual yaranır ki, onda 2007-ci il tarixdə ölçmə işləri sadə primitiv alətlərlə aparıldığı üçün bu gün elektron bazada öz təsdiqini tapmır. Qətiyyən bu mümkün deyildir. 2007-ci il tarix XXİ əsr ilk on illiyi olmaqla yanaşı, ölçmə işlərinin o dövrü üçün ən müasir avadanlıqlarla aparılmasını təsdiq edir. Göygöl rayonu, Qızılca bələdiyyəsinin xx.xx.2017ci il tarixli 06 nömrəli qərarını, yəni 2.28 ha torpaq sahəsinin alqı-satqı müqaviləsini sənəd kim qəbul edilməməsinin hər hansı hüquqi istinad nöqtəsi yoxdur. Çünki, alqı-satqı müqaviləsinin mötəbərliyi ilə bağlı hər hansı mübahisə yoxdur. Cavabdeh orqan formal qeyd etdiyi hal formal mülahizəyə əsaslanır. Ona görə də, məhkəmə müdafiəsi hüququndan istifadə edərək məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
13. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılımışdır.
14. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə hazırki iddia tələbi “Göygöl rayonu Qızılca kəndində yerləşən 2.28 ha torpaq sahəsinin faktiki istifadə vəziyyəti üzrə koordinatlarla üzərində mülkiyyət hüququnun qeydə alınaraq bu barədə çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dəyişdirilmişdir. III. İddianın növü və mümkünlüyü
15. Məhkəmə qeyd edir ki, hazırkı iddia ümumi mümkünlük şərtlərinə (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.), eyni zamanda xüsusi mümkünlük şərtlərinə əməl olunmaqla verilmişdir. Belə ki, iddiaçı hazırkı iddianı qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmişdir.
16. Hazırkı iddia İPM-in 2.2.3-cü maddəsində nəzərdə tutulmuş öhdəliyin icrası haqqında iddia növünə aiddir. İPM-in: - 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. - 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. - 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. - 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur.
17. Hazırkı işdə öhdəliyin icrası haqqında iddianın xüsusi mümkünlük şərti kimi əvvəlcə eyni tələblə inzibati orqana müraciət edilməsi barədə şərt də ödənilmiş, iddiaçı hazırkı tələblə cavabdehə müraciət etmiş və cavabdeh tərəfindən onun müraciətinin təmin edilməsindən imtina edilmişdir.
18. Cavabdeh orqanın yerləşdiyi Gəncə şəhəri “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının xx.xx.2019-cu il tarixli Qərarına əsasən Gəncə İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir.
19. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və cavabdehin yerləşdiyi yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsində baxılmalıdır.
20. Göründüyü kimi, iddia mümkün iddiadır, ona görə ki, hazırkı iddianın qaldırılması üçün inzibati prosessual qanunvericilikdə nəzərdə tutulan həm ümumi, həm xüsusi mümkünlük şərtləri ödənilmiş və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. IV.Prosessual məsələlər
21. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə Göygöl rayonu Qıızlca bələdiyyəsi adi cəlbetmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir.
22. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, şifahi məhkəmə baxışı iclası xx.xx.2025-ci il tarixə təyin edilmişdir.
23. İddiaçı, cavabdehin nümayəndəsi və mütəxəssis məhkəmə iclasına gəlmiş üçüncü şəxsin nümayəndəsi isə gəlməmiş və gəlməmələrinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. V. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri
24. Cavabdeh orqanın iddiaya qarşı yazılı etirazı xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuş və etiraz imtinada göstərilən dəlillərlə əsaslandırılmışdır (qərarın 6-cı bəndi).
25. Üçüncü şəxsin iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmamışdır.
26. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə eədərk, iddianın təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir.
27. Cavabdehin nümayəndəsi X2 məhkəmə iclasında iddia tələbinə etiraz edərək, iddianın təmin olunmaması barədə qərar çıxarılmasını xahiş etmişdir.
28. X1 məhkəmə iclasında sədrlik edənin suallarına cavab olaraq bildirmişdir ki, iddiaçının adına tərtib edilmiş plan-ölçü sənədinin koordinatlarına görə 2.28 ha torpaq sahəsi ilə yol arasında 30 metr məsafə yoxdur, lakin iddiaçının faktiki istifadə kimi təqdim etdiyi sahə ilə yol arasında 30 metr məsafə vardır. İddiaçının faktiki istifadə vəziyyəti üzrə hüquqları qeydə alınacağı halda, digər şəxslərin mülkiyyətində və istifadəsində olan torpaq sahələri ilə üst-üstə düşmə halı yaranmır. VI. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
29. Məhkəmə araşdırmasının predmetini aşağıdakı sənədlər təşkil etmişdir: - Xanlar rayon Qızılca bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 06 nömrəli qərarı; - xx.xx.2007-ci il tarixli akt; - DT və XK-nin Xanlar rayon şöbəsinin rəyi; - Ayrılmış sahənin naturada yerləşmə vəziyyətini əks etdirən yerquruluşu planından çıxarış; - xx.xx.2007-ci il tarixdə 1119 nömrəli Torpaqların alğı-satqısına dair akt; - xx.xx.2007-ci il tarixli A 010366 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədi; - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli 3-21-3-33/2-1933/2024 nömrəli imtina məktubu; - Mütəxəssis rəyi və mütəxəssis rəyinə əlavə; - Göygöl rayonu, Qızılca kəndində yerləşən mübahisəli torpaq sahəsinə baxış protokolu; - Məhkəmənin sorğusuna Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli 3-21-3-33/2- 10540/2025 nömrəli cavab məktubu.
Əsaslandırma hissəsi:
VII. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
30. Məhkəmə inzibati iş materiallarını araşdırıb, mövcud olan sübutları obyektiv, hərtərəfli və tam tədqiq etməklə, onlara hüquqi qiymət verərək belə qənaətə gəlir ki, iddia mahiyyət baxımından əsaslıdır və təmin edilməlidir.
31. İş materialları ilə müəyyən edilmiş hallardan görünür ki, Xanlar rayon Qızılca bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 06 nömrəli qərarı ilə bələdiyyənin ərazisindəki əkinə yararlı torpaq sahəsindən İddiaçı 2.28 ha torpaq sahəsinin satılması nəzərdə tutulmuşdur. Həmin tarixdə tərtib edilmiş aktla Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Xanlar rayon şöbəsi bələdiyyənin ehtiyat fond torpaq sahəsindən həmin həyətyanı torpaq sahələrinin ayrılaraq vətəndaşa satılmasını məqsədəuyğun hesab etmişdir. Eyni zamanda DT və XK-nin Xanlar rayon şöbəsi ayrılmış torpaq sahəsinin bələdiyyənin ehtiyat fondunun kənd daxili torpağına və İ keyfiyyət qrupuna aid 100 ballı torpaq sahəsi olması, həmin yerin başqa hüquqi və fiziki şəxslərin mülkiyyətinə verilməməsi, elektrik, rabitə, nəqliyyat, qaz, su, kanalizasiya və digər kommunikasiya xətlərinin mühafizə zolağında və sürüşmə zonasında yerləşməməsi barədə rəy vermiş, ayrılmış sahənin naturada yerləşmə vəziyyətini əks etdirən yerquruluşu planından çıxarış tərtib edilmişdir. Bələdiyyə ilə iddiaçı arasında torpaqların alğı-satqısına dair akt imzalanmış, iddiaçı tərəfindən bununla bağlı bələdiyyənin hesabına 1968.28 manat vəsait ödənilmiş, eləcə də alğı-satqı aktı Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Xanlar rayon şöbəsi tərəfindən təsdiq edilməklə xx.xx.2007-ci il tarixdə 1119 nömrə ilə qeydiyyata alınmışdır. Qeyd olunan torpaq sahəsinə dair iddiaçının adına xx.xx.2007-ci il tarixli A 010366 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədi tərtib edilmiş (hansı ki, orada torpaq sahəsinin əsas döngə nöqtələrinin koordinatları və yerləşmə yeri əks olunmuşdur) və X7 kitabında xx.xx.2007-ci il tarixdə 116 nömrə ilə uçota alınmışdır.
32. İddiaçı göstərilən sənədləri təqdim etməklə cavabdeh orqana müraciət edərək, 2.28 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını xahiş etmiş, cavabdeh orqan xx.xx.2024-cü il tarixli məktubla iddiaçının müraciətini təmin etməkdən imtina edərək, imtinasını onunla əsaslandırmışdır ki, ərizəyə əlavə edilmiş **********0013 nömrəli Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən tərtib edilmiş “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin Ərazi İdarəsinin elektron kadastr məlumat bazasında öz əksini tapmadığı müəyyən edilmişdir. Araşdırma aparılan zaman faktiki torpaq sahəsinin koordinatları ilə sənəd üzrə torpaq sahəsinin koordinatları arasında uyğunsuzluğun olduğu, belə ki, faktiki torpaq sahəsinin Yeni uçot xəritəsinə əsasən faktiki torpaq sahəsinin bir hissəsinin bələdiyyə mülkiyyətinə aid kənd təsərrüfatı təyinatlı (daşlı örüş) torpağına düşdüyü aşkar edilmişdir. Ərizəyə əlavə edilmiş Göygöl rayonu Qızılca bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 06 nömrəli qərarına əsasən bələdiyyənin mülkiyyətindəki əkinə yararlı 2.28 ha torpaq sahəsi vətəndaş İddiaçı kənd təsərrüfatı və tikinti işlərinin aparılması məqsədilə ayrılmış torpaq sahəsi alqı-satqı yolu ilə satılması qərara alınmışdır.
33. Mübahisələndirilən torpaq sahəsinin iddiaçının qanuni sahibliyinə verilməsi iş materiallarında olan torpaq sahəsinin satılması barədə qərar, yerin seçilmə aktı və Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Göygöl rayon şöbəsinin müvafiq rəyi, torpaqların alğısatqısına dair akt ilə də təsdiq edilir.
34. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununa görə: Maddə 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar.
35. Mübahisəli torpaq sahəsi iddiaçıya Xanlar rayon Qızılca bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 06 nömrəli qərarı və xx.xx.2007-ci il tarixdə 1119 nömrəli Torpaqların alğı-satqısına dair akta əsasən satılmış və həmin torpaq sahəsinin iddiaçıya həyətyanı məqsədlə satılmasına Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Xanlar rayon şöbəsinin və Xanlar RİHB aparatının Memarlıq və Tikinti şöbəsinin rəyləri ilə də etiraz edilməmişdir. Beləliklə, torpaq sahəsi Göygöl rayonu Qızılca bələdiyyəsinin mülkiyyətində olmuş və onun tərəfindən qanunvericiliklə nəzərdə tutulmuş qaydalara riayət edilməklə iddiaçıya satılmışdır.
36. Cavabdeh orqanın iddiaya qarşı dəlili ondan ibarət olmuşdur ki, aparılan araşdırma zamanı xx.xx.2007-ci il tarixli A 010366 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin Ərazi İdarəsinin elektron baza məlumatlarında öz əksini tapmadığı, həmçinin, faktiki torpaq sahəsinin Ərazi İdarəsinin xəritə materiallarına əsasən bələdiyyə mülkiyyətinə aid kənd təsərrüfatı təyinatlı örüş ərazisinə düşdüyü müəyyən edilmişdir.
37. Məhkəmə cavabdehin orqanın ilk dəlilini və o dəlilə istinadla iddiaçının müraciətini təmin etməkdən imtinasını əsassız sayır.
38. Belə ki, xx.xx.2007-ci il tarixli A 010366 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin Ərazi İdarəsinin elektron baza məlumatlarında öz əksini tapmaması iddiaçının məsuliyyət sferasına aid məsələ deyil. Sözügedən şəhadətnamə həmin dövrdə buna səlahiyyətli olan orqanların vəzifəli şəxsləri tərəfindən imzalanaraq, möhürlənmiş və iddiaçıya təqdim edilmişdir.
39. Həmin Torpaq sahəsinin planı və ölçüsü sənədinin Ərazi İdarəsinin elektron baza məlumatlarında öz əksini tapmaması iddiaçının hüquqlarının qeydiyyatından imtinaya əsas sayıla bilməz.
40. Cavabdeh orqanın digər dəlili Torpaq sahəsinin planı və ölçüsü sənədinin Ərazi İdarəsinin xəritə materiallarına əsasən bələdiyyə mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı (örüş) əraziyə düşdüyü aşkar edilməsi ilə bağlıdır.
41. Məhkəmə bununla bağlı qeyd edir ki, əldə edilmiş mütəxəssis rəyi ilə müəyyən olunur ki, Xanlar (indiki Göygöl) rayon Qızılca bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 06 nömrəli qərarı ilə tikinti və kənd təsərrüfatı məhsulları üçün İddiaçı adına tərtib olunmuş xx.xx.2007-ci il tarixli A-010366 (**********0013) nömrəli torpaq sahəsinin planındakı koordinatlara əsasən 2.28 ha torpaq sahəsi, Xanlar (indiki Göygöl) rayonu Yeni Qızılca kəndi (R.Mamedov adına təsərrüfatın) ərazisində aparılmış torpaq islahatına dair tərtib olunmuş kompleks yerquruluşu layihəsinə və Xanlar (indiki Göygöl) rayonu Qızılca bələdiyyəsinin hüdudlarında bələdiyyə mülkiyyətinə verilmiş torpaqların 2005-ci il tarixli (kod-********) yerquruluşu sxeminə əsasən bələdiyyə mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaqları kateqoriyasına aid olmaqla təmiz örüş sahəsidir. xx.xx.2007-ci il tarixli A-010366 (**********0013) nömrəli torpaq sahəsinin planındakı koordinatlara əsasən 2.28 ha torpaq sahəsi, Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2016-cı il tarixli 818 nömrəli Fərmanı əsasında hazırlanmış, torpaqların elektron kadastr uçotu informasiya sistemi (TEKUİS və AZCAD) məlumatlarına istinadən 2.08 ha hissəsi Göygöl rayonu Yeni Qızılca kəndi ərazisində, 0.20 ha hissəsi isə Gəncə şəhər ərazisində yerləşdiyi müəyyən edildi. Göygöl rayonu Yeni Qızılca kəndi ərazisində yerləşən 2.08 ha torpaq sahəsinin 2.02 ha hissəsi (TEKUİS və AZCAD) məlumatlarına istinadən bələdiyyə mülkiyyəti, 0.06 ha hissəsi isə Dövlət mülkiyyətində yerləşir. Həmin 2.08 ha torpaq sahəsinin 2.02 ha hissəsi kənd təsərrüfatı təyinatlı torpaqları kateqoriyasına aid olmaqla 1.22 ha hissəsi tikinti altında olan torpaq sahəsi, 0.54 ha hissəsi infrastruktur (yollar və küçələr) sahəsi, 0.26 ha hissəsi isə örüş sahəsi olaraq müəyyən edildi. Həmin 2.08 ha torpaq sahəsinin 0.06 ha hissəsi sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqları kateqoriyasına aid olmaqla infrastruktur (yollar və küçələr) sahəsi olaraq müəyyən edildi. Gəncə şəhər ərazisində yerləşən 0.20 ha torpaq sahəsinin 0.10 ha hissəsi (TEKUİS və AZCAD) məlumatlarına istinadən bələdiyyə mülkiyyəti, 0.10 ha hissəsi isə xüsusi mülkiyyətdə yerləşir. Həmin 0.20 ha torpaq sahəsi yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid olmaqla 0.10 ha hissəsi digər təyinatlı, 0.10 hissəsi isə bağ sahələri olaraq müəyyən edildi. Bildirilir ki, xx.xx.2007-ci il tarixli A-010366 (**********0013) nömrəli torpaq sahəsinin planındakı koordinatlara əsasən 2.28 ha torpaq sahəsinin 0.58 ha hissəsi, ərazinin kompleks yerquruluşu layihəsində (əks olunan) JN-4193 nömrəli torpaq sahəsi ilə üst-üstə düşdüyü müəyyən olundu. İddiaçı naturada təqdim etdiyi faktiki istifadəsində olan 4.30 ha torpaq sahəsinin 1.22 ha hissəsi, xx.xx.2007-ci il tarixli A- 010366 (**********0013) nömrəli torpaq sahəsinin planındakı koordinatlara əsasən 2.28 ha torpaq sahəsinin 1.22 ha hissəsi ilə üst-üstə düşdüyü müəyyən olundu. Xanlar (indiki Göygöl) rayon Qızılca bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 06 nömrəli qərarı ilə tikinti və kənd təsərrüfatı məhsulları üçün İddiaçı adına tərtib olunmuş xx.xx.2007-ci il tarixli A- 010366 (**********0013) nömrəli torpaq sahəsinin planındakı koordinatlara əsasən 2.28 ha torpaq sahəsi üzərində hər hansısa şəxsin mülkiyyət, istifadə və yaxud icarə hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır.
42. Mütəxəssis rəyinə əlavədə isə göstərilmişdir ki, xx.xx.2007-ci il tarixli A-010366 (**********0013) nömrəli torpaq sahəsinin planındakı koordinatlara əsasən 2.28 ha torpaq sahəsinin 2.08 ha hissəsi Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin xx.xx.2016-cı il tarixli 818 nömrəli Fərmanı əsasında hazırlanmış, torpaqların elektron kadastr uçotu informasiya sistemi (TEKUİS və AZCAD) məlumatlarına istinadən Göygöl rayonu Yeni Qızılca kəndi ərazisində, 0.20 ha hissəsi isə Gəncə şəhər ərazisində yerləşdiyi müəyyən edilmişdir. Bildiririk ki, Gəncə şəhər ərazisində yerləşən həmin 0.20 ha hissə, Gəncə şəhərinin, Daşkəsən, Goranboy, Göygöl, Samux rayonlarının sərhədlərində qismən dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikasının 21 dekabr, 2012-ci il tarixli 518-İVQ nömrəli Qanununa əsasən, Azərbaycan Respublikasının Milli Məclisi, Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin İ hissəsinin 3-cü (3.5.) bəndində: Quşqara kənd inzibati ərazi dairəsi tərkibindəki Quşqara kəndinin ərazisindən 450.24 ha torpaq sahəsi Gəncə şəhər Nizami rayonunun inzibati ərazisinə verilmiş (Gəncə şəhər İnzibati Ərazi vahidinin yeni sərhəd hüdudlarını əks etdirən 2012-ci il tarixli miqyas 1:25 000 xəritədə 450.24 ha əks olunan) torpaq sahəsi olduğu müəyyən edilmişdir. Göygöl rayonu Yeni Qızılca kəndi ərazisində yerləşən 2.08 ha torpaq sahəsinin 2.02 ha hissəsi (TEKUİS və AZCAD) məlumatlarına istinadən Qızılca-Üçtəpə bələdiyyəsinin mülkiyyəti, 0.06 ha hissəsi isə Dövlət mülkiyyətində yerləşir. (Bax plan 1) Gəncə şəhər ərazisində yerləşən 0.20 ha torpaq sahəsinin 0.10 ha hissəsi (TEKUİS və AZCAD) məlumatlarına istinadən Gəncə şəhəri Nizami bələdiyyəsinin mülkiyyəti, 0.10 ha hissəsi isə xüsusi mülkiyyətdə yerləşsədə, həmin xüsusi mülkiyyətdə yerləşən 0.10 ha hissəsi üzərində hər hansı şəxsin mülkiyyət, istifadə və yaxud icarə hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. (Bax plan 2). Xanlar (indiki Göygöl) rayon Qızılca bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 06 nömrəli qərarı ilə tikinti və kənd təsərrüfatı məhsulları üçün İddiaçı adına tərtib olunmuş xx.xx.2007-ci il tarixli, A-010366 (**********0013) nömrəli torpaq sahəsinin planındakı koordinatlara əsasən 2.28 ha torpaq sahəsi üzərində hər hansı şəxsin mülkiyyət, istifadə və yaxud icarə hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. Bildirilir ki, xx.xx.2007-ci il tarixli A-010366 (**********0013) nömrəli torpaq sahəsinin planındakı koordinatlara əsasən 2.28 ha torpaq sahəsinin 0.58 ha hissəsi, ərazinin kompleks yerquruluşu layihəsində (əks olunan) JN- 4193 nömrəli torpaq sahəsi ilə üst-üstə düşdüyü müəyyən olunmuşdur. Həmin üst-üstə düşən 0.58 ha torpaq sahəsinin 0.47 ha hissəsi, torpaqların elektron kadastr uçotu informasiya sistemi (TEKUİS və AZCAD) məlumatlarına istinadən bələdiyyə mülkiyyəti, 0.01 ha hissəsi dövlət mülkiyyəti, 0.10 ha hissəsi isə xüsusi mülkiyyətdə olduğu aşkarlanmışdır. Həmin xüsusi mülkiyyətdə yerləşən 0.10 ha hissəsi üzərində hər hansı şəxsin mülkiyyət, istifadə və yaxud icarə hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. (Bax plan 3).
43. Daha sonra məhkəmənin sorğusuna Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli 3-21- 3-33/2-10540/2025 nömrəli cavab məktubunda bildirilmişdir ki, İddiaçı naturada təqdim etdiyi 4.30 ha torpaq sahəsinin A-010366 (**********0013 kadastr nömrəli) plandakı koordinatlara əsasən 2.28 ha torpaq sahəsi ilə 1.22 ha hissədə üst-üstə düşmə halının və məktubda qeyd olunan mülkiyyət və icarə hüquqlarını təsdiq edən sənədlərinin (Çıxarışların) planı və ölçüsü sənədlərində göstərilən torpaq sahələrinin naturada yerləşmə vəziyyətlərini əks etdirən ortofoto gürüntüləri təqdim edirlər. Qeyd edilir ki, naturada təqdim olunan 4.30 ha torpaq sahəsi ilə məktubda qeyd olunan olunan mülkiyyət və icarə hüquqlarını təsdiq edən sənədlərinin (Çıxarışların) planı və ölçüsü sənədlərində göstərilən torpaq sahələrinin üst-üstə düşməsi halı mövcud deyildir.
44. Eyni zamanda, rəyi vermiş mütəxəssisin iclasdakı izahı ilə müəyyən edilir ki, iddiaçının adına tərtib edilmiş plan-ölçü sənədinin koordinatlarına görə 2.28 ha torpaq sahəsi ilə yol arasında 30 metr məsafə yoxdur, lakin iddiaçının faktiki istifadə kimi təqdim etdiyi sahə ilə yol arasında 30 metr məsafə vardır. İddiaçının faktiki istifadə vəziyyəti üzrə hüquqları qeydə alınacağı halda, digər şəxslərin mülkiyyətində və istifadəsində olan torpaq sahələri ilə üst-üstə düşmə halı yaranmır.
45. Bu hal məhkəməyə o qənaətə gəlmyə əsas verir ki, plan-ölçü sənədi iddiaçıya ayrılmış torpaq sahəsinin naturadakı vəziyyətinə uyğun işlənilməmiş, başqa sözlə qüsurlu işlənilmişdir. Ona görə ki, iddiaçıya torpaq sahəsi ayrılarkən tərtib edilmiş yerquruluşu planından çıxarışda torpaq sahəsinin yoldan məsafəsi 30 metr kimi qeyd edilmişdir.
46. Torpaq sahəsinə yerli bais zamanı da iddiaçının plan-ölçüsündə göstərilən (yol tərəfdən) torpaq sahəsinin istifadəsinin qeyri-mümkün olduğu, həmin hissənin eniş sahə olduğu (yoldan daha aşağıda) və yolun mühafizə zonası olduğu, iddiaçının istifadəsində olmadığı müəyyən edilmişdir.
47. Göründüyü kimi, iddiaçıya Xanlar rayon Qızılca bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 06 nömrəli qərarı ilə ayrılmış 2.28 ha torpaq sahəsinin faktiki üst-üstə düşməsi deyil, həmin torpaq sahəsinə dair tərtib edilmiş xx.xx.2007-ci il tarixli A 010366 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində göstərilən koordinatların üst-üstə düşməsi halı baş vermişdir.
48. İddiaçı da hazırkı tələbində Göygöl rayonu Qızılca kəndində yerləşən 2.28 ha torpaq sahəsinin faktiki istifadə vəziyyəti üzrə koordinatlarla üzərində mülkiyyət hüququnun qeydə alınaraq bu barədə çıxarışın verilməsini xahiş edir.
49. Nəzərə almaq lazımdır ki, sözügedən 2.28 ha torpaq sahəsi ayrıldığı vaxtdan mübahisəsiz olaraq iddiaçının faktiki istifadəsindədir. Hazırda da iddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin hər-hansı subyektin mülkiyyət, istifadə və icarə hüququnu təsdiq edən sənədlərdəki torpaq sahələri ilə üst-üstə düşmə halı aşkarlanmamışdır.
50. Göründüyü kimi, iddiaçının üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasını tələb etdiyi torpaq sahəsi səlahiyyətli orqanın – bələdiyyənin qərarı əsasında ayrılmışdır və həmin qərar hazırda qüvvədədir. İddiaçı hazırda da qüvvədə olan və ona münasibətdə əlverişli xarakter daşıyan qərara etimad göstərək həmin sənədin məzmununa uyğun davranmış, torpaq sahəsinin dəyərini ödəmiş və ondan təyinatına uyğun istifadə etmişdir. Bununla da, iddiaçının inzibati orqanın inzibati praktikasına etimadı yaranmışdır.
51. Yəni, iddiaçı təxminən 18 ilə yaxındır ki, qüvvədə olan qərar əsasında torpaq sahəsinə faktiki sahiblik etdiyindən onun həmin torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınacağına dair etimadı mövcud olmuşdur. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir.
52. Eyni zamanda, cavabdeh inzibati orqanın statusu baxımından torpaq sahəsinin ayrılmasına dair bələdiyyələr tərəfindən qəbul edilmiş qərarın qanunvericiliyin tələblərinə uyğun olub-olmamasına dair hər hansı nəzarətedici səlahiyyətləri nəzərdə tutulmamışdır. Müvafiq ərazi idarələri mövcud hüquqların dövlət reyestrində qeydiyyata alınması funksiyasını həyata keçirən qurumdur. Bələdiyyələrin fəaliyyətinə, o cümlədən bələdiyyə mülkiyyətində olan əmlaka dair mülkiyyət hüququnun həyata keçirilməsi barədə aktların normativ hüquqi aktlara zidd olub-olmamasına nəzarəti isə “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” Qanun əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir.
53. Bununla bağlı nəzərə almaq lazımdır ki, torpaq sahəsi üzərində hüquq həmin torpaq sahəsinin ayrılması (mülkiyyətə, icarəyə, istifadəyə) barədə hüquqmüəyyənedici sənəd əsasında yaranır. Hüquqmüəyyənedici sənəd qanunla müəyyən olunmuş qaydada ləğv edilənə, geri çağırılana, dəyişdirilənə və ya etibarsız sayılana qədər qüvvədə sayılır və etibarlı hesab olunur. Bu mənada hüquqmüəyyənedici sənədlərin qüvvədə olduğu müddətdə, qeyd edilən sənədlərin aid olduğu konkret şəxsin həmin sənədə əsaslanan hüququ şəxsin müraciəti əsasında qeydiyyata alınmalıdır.
54. Qeyd olunmalıdır ki, həmin hüquqmüəyyənedici sənəd yalnız onu qəbul edən inzibati orqanın deyil, həm də suveren hakimiyyət daşıyıcısı olan digər inzibati orqanların da davranışını müəyyən edir. Başqa sözlə, inzibati orqanlar hüquqmüəyyənedici sənədin qüvvədə olduğu müddətdə onun məzmununa bağlıdır və ona uyğun davranmağa borcludurlar. Bu, icra hakimiyyətinin vahidliyi prinsipindən və həmin orqanların səlahiyyət bölgüsündən irəli gəlir.
55. Bundan başqa, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15.1-ci maddəsində hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsasları sadalanmışdır. Həmin maddəyə görə, hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: - 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; - 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; - 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; - 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; - 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; - 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.
56. Hazırkı işdə isə daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsaslarından heç biri mövcud deyildir.
57. Azərbaycan Respublikası İqtisadiyyat nazirinin 28 oktyabr 2021-ci il tarixli F-144 nömrəli əmri ilə təsdiq edilmiş “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin nizamnaməsinə görə: Bənd 2.0. DƏDKR-in fəaliyyət istiqamətləri aşağıdakılardır: 2.0.1. dövlət reyestrini tərtib etmək və aparmaq, dövlət reyestrində daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatını (bundan sonra - hüquqların dövlət qeydiyyatı) həyata keçirmək...
58. İPM-ə görə: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
59. Beləliklə, məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir.
Nəticəvi hissə:
60. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75 və 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddia təmin edilsin. Göygöl rayonu Qızılca kəndində yerləşən 2.28 ha torpaq sahəsinin faktiki istifadə vəziyyəti üzrə koordinatlarla üzərində İddiaçı mülkiyyət hüququnun qeydə alınaraq bu barədə çıxarışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Gülşən Əliyeva