Məhkəmə qərarları › İş №2-1(114)-6041/2025

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-6041/2025

23.02.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-6041/2025 23.02.2026 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əliyeva Leyla Kamil qızının sədrliyi, Məmmədova Ərkinaz Kamal qızının katibliyi, İddiaçı, onun nümayəndəsi olan vəkili Vəkil və cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna qarşı sığorta ödənişinin ona ödənilməsinə dair iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakıları müəyyən etdi. Təsviri hissə: Xəstəlik haqqında 0065 nömrəli şəhadətnaməyə əsasən İddiaçı xx.xx.2024-cü ildə şəhadətləndirilmiş Diaqnoz: “Şizofreniya paranoid forma.Hər iki gözün zəif dərəcəli miopiyası, M-1, 25D nəticəsində görmə itiliyinin 0,6-ə qədər azalması, korreksiya ilə 0,8 olmaqla” Xəstəlikdir, xidmət dövründə alınmışdır kimi müəyyən edilmişdir. Baş vermiş hadisə və şəxsin müvafiq sığortalı üzrə sığortaolunan hesab olunmasına dair xx.xx.2025-ci il tarixli arayışa əsasən İddiaçı Hadisənin səbəbi və başvermə şəraiti (hadisə bilavasitə alkoqoldan,narkotik vasitələrdən,psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə edilməsi nəticəsində baş verdikdə,bu barədə məlumat): Xidməti vəzifəsini verinə yetirərkən beyin funksiyalarında xroniki psixiatrik xəstəlik yaranıb, “Şizofreniya. paranoid forma” və hər iki gözün zəif dərəcəli miopiyası diaqnozu ilə xəstələnmişdir, hadisənin baş verdiyi tarix: 22 sentyabr 2023-cü il, hadisə yeri Hərbi xidmət dövründə., xəsarətin dərəcəsi: Əlilliyinin 60% olması, J11 dərəcə. Cavabdeh orqan iddiaçının müraciətinə xx.xx.2025-ci il tarixli, 3-17-1/2-R-201749/2025 saylı cavab məktubu ilə bildirilmişdir ki, “Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının 1999-cu il 5 oktyabr tarixli 705-İQ nömrəli Qanununun 5-ci maddəsinə əsasən sığortaolunanın xidməti vəzifələrinin icrası ilə bağlı həlak olması, xəsarət alması və əlilliyinin müəyyən edilməsi sığorta hadisələri hesab edilir. Müraciətinizlə əlaqədar olaraq bildiririk ki, əlilliyiniz xidməti vəzifələrinin icrası ilə bağlı deyil, hərbi xidmət dövrü ilə əlaqədar təyin olunduğundan sözügedən Qanunun müddəaları sizə şamil edilmir. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin üzərinə xidməti vəzifəsini yerinə yetirərkən baş vermiş hadisədən irəli gələrək sığorta ödənişinin hesablanması və ödənilməsi vəzifəsinin qoyulmasına dair qərar qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 10 ilə yaxın (xx.xx.2015-xx.xx.2024) müddətdə FHN DYMX Tovuz rayon X5 Hissəsində yanğınsöndürən kimi çalışmış və əliliyinə görə həmin qurumdan təxris olunmuşdur. Xidməti vəzifələrinin icrası zamanı aldığı əlilliyə görə icbari sığorta üzrə ödənişlərin alınması ilə etdiyi müraciətlərə baxmayaraq cavabdeh tərəfindən ödənişlərin hesablanmasından və ödənilməsindən imtina edilmişdir. Belə ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 27 avqust 2025-ci il tarixli 3-17-1/2-R-201749/2025 nömrəli və 24 sentyabr 2025-ci il tarixli 3-17-1/2-R-226799/2025 nömrəli cavab məktublarında İddiaçı əlilliyinin xidməti vəzifələrinin icrası ilə deyil hərbi xidmət dövrü ilə əlaqədar təyin edildiyini əsas kimi götürərək icbari şəxsi sığortadan irəli gələn ödənişlərindən imtina edilmişdir. Cavabdeh baş vermiş hadisə və şəxsin müvafiq söğortalı üzrə sığoıtaolunan hesab olunmasına dair 3-18-4/2-1273/2025 nömrəli xx.xx.2025-ci il tarixli Arayışın 2.1-ci bəndində qeyd olunan əliliyyinin səbəbini əks etdirən məlumatı inkar etmişdir. Həmin bəndə birmənalı olaraq qeyd edilir ki, hadisənin səbəbi xidməti vəzifəsini verinə yetirərkən baş verməsidir. Bu fakt AR Fövqalədə Hallar Nazirliyi tərəfindən də təsdiq edilir. Ümumiyyətlə isə FHN əməkdaşları, xüsusilə X5 Xidmətinin şəxsi heyəti, xüsusi hərbi qulluqçu statusuna malikdirlər. Göründüyü kimi, cavabdeh əsassız olaraq sığorta ödənişinin edilməsindən imtina vermişdir. Cavabdeh orqan iddiaya dair etirazı məhkəməyə daxil olmuşdur. Etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı iddia ərizəsində xidməti vəzifələrinin icrası ilə əlaqədar olaraq əlilliyinin müəyyən edilməsini nəzərə alaraq dövlət icbari şəxsi sığorta ödənişinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha əvvəl o, ərizə ilə Fonda müraciət edərək ona dövlət icbari şəxsi sığorta ödənişinin verilməsini xahiş etmişdir. Fondun 27 avqust 2025-ci il tarixli 3-17-1/2-R-201749/2025 nömrəli və 24 sentyabr 2025-ci il tarixli 3-17-1/2-R- 226799/2025 nömrəli məktubları ilə iddiaçının əlillik səbəbi xidməti vəzifələrinin icrası ilə əlaqədar olmadığından ona sığorta ödənişinin verilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmiş və dövlət icbari şəxsi sığorta ödənişinin verilməsinin mümkün olmadığı bildirilmişdir. Məhkəmənin nəzərinə çatdırmaq istərdik ki. cavabdehin imtinası qanuni və əsaslı olmuşdur. Belə ki, iş üzrə icraat materialları ilə müəyyən olunur ki, İddiaçı xx.xx.1994-cü il təvəllüdlüdür. iş üzrə icraat materialları ilə müəyyən olunur ki, İddiaçı xx.xx.2015-ci ildən xx.xx.2024-cü ilədək Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyində xidmət keçmişdir. İddiaçının Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinnin DYMX-nin Tovuz rayon X5 Hissəsinin yanğınsöndürəni olmuşdur.İiş üzrə icraat materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin X5 Xidmətinin xx.xx.2025-ci il tarixli 3-18- 4/2-1273/2025 nömrəli arayışında iddiaçınınxidməti vəzifəsinin yerinə yetirərkən şi\ofreniya. paranoid forma və hər iki gözün zəif dərəcəli miopiyası diaqnozu ilə xəstələndiyi qeyd edilmişdir. Nazirliyin Mərkəzləşdirilmiş Elektron X3 altsistemi məlumatlarına əsasən xx.xx.2024-cü il tarixdən səbəbi hərbi xidmət dövrü ilə əlaqədar olmaqla orqanizm funksyalarının 60 faiz pozulması müəyyən edilmişdir. Tətbiq edilməli hüquq: Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət müdafiəsi haqqında Qanunun: Maddə 19. Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası və onlara müavinət ödənilməsi Məhkəmə və hüquq mühafizə orqanları işçiləri xidmət vəzifələrinin icrası ilə bağlı həlak olma (vəfat etmə), xəsarət (yaralanma, travma, kontuziya) alma hallarından icbari qaydada dövlət tərəfindən sığortalanmalıdırlar. Sığortalanmanın qaydası, şərtləri və sığorta ödənişlərinin məbləği Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir. Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin həlak olması (vəfat etməsi) və ya xəsarət (yaralanma, travma, kontuziya) alması və ya əmlakının zədələnməsi hallarının xidmət vəzifələrinin icrası ilə bilavasitə bağlı olmamasını müəyyən edən məhkəmə hökmünün və ya qərarının qəbul edilməsi bu Qanunla nəzərdə tutulmuş sığorta və ya müavinət məbləğlərinin verilməsindən imtina edilməsi üçün əsasdır. Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında Qanun: Maddə 5. Sığorta hadisələri və ödənişləri Sığortaolunanların xidməti vəzifələrinin icrası ilə bağlı həlak olması (vəfat etməsi), xəsarət (yaralanma, travma, kontuziya) alması və (və ya) əlilliyin müəyyən edilməsi sığorta hadisələri hesab edilir. Sığorta hadisələri baş verdikdə bu Qanunun 4.1 -ci maddəsində nəzərdə tutulan sığorta məbləğindən faizlə aşağıdakı sığorta ödənişləri verilir: a) sığortaolunan məhkəmə və ya hüquq mühafizə orqanlarında xidmətdə olduğu zaman həlak olduqda (vəfat etdikdə) -100 faiz; b)sığortaolunan xidmətdə olduğu zaman aldığı xəsarət (yaralanma, travma, kontuziya) almağa görə xidmətdən çıxdıqdan sonra üç il ərzində öldükdə -100 faiz c) sığortaolunanın əlilliyi müəyyən edildikdə orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə — 80 faiz; orqanizmin funksiyalarının 61-80 faiz pozulmasına görə — 60 faiz; orqanizmin funksiyalarının 31-60 faiz pozulmasına görə — 40 faiz; ç) sığortaolunan ağır xəsarət (yaralanma, travma, kontuziya) aldıqda - 20 faiz; az ağır xəsarət (yaralanma, travma, kontuziya) - 15 faiz; yüngül xəsarət (yaralanma, travma, kontuziya) aldıqda -10 faiz ağır xəsarət (yaralanma, travma, kontuziya) aldıqda — 25 faiz; az ağır xəsarət (yaralanma, travma, kontuziya) — 15 faiz; Ağır, az ağır və yüngül xəsarət növləri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilmiş siyahıya uyğun olaraq müəyyən edilir. “Əmək Pensiyaları haqqında” Qanun: Maddə 11.2. Hərbi qulluqçular (hərbi rütbələrdən məhrum edilmiş hərbi qulluqçular, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) sırasından olan əlillər aşağıdakı kateqoriyalara bölünürlər: 11.2.1. müharibə əlilləri - əlillik hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən alınmış xəsarət (yaralanma, travma, kontuziya), yaxud cəbhədə olmaqla və ya döyüş əməliyyatları aparılan ölkələrdə beynəlmiləl borcu yerinə yetirməklə bağlı xəstəlik nəticəsində üz verərsə; 11.2.2. hərbi qulluqçular sırasından digər əlillər - əlillik hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə bağlı olmayan bədbəxt hadisə nəticəsində alınmış xəsarət (yaralanma, travma, kontuziya), yaxud cəbhədə olmaqla və ya döyüş əməliyyatları aparılan ölkələrdə beynəlmiləl borcu yerinə yetirməklə bağlı olmayan xəstəlik nəticəsində üz verərsə. Beləliklə qevd olunan normativ hüquqi aktların əlaqəli təhlili ilə müəyyən olunur ki, şəxsə sığorta ödənişinin verilməsi ücün əsas sıöortaolunanların xidməti vəzifələrinin icrası ilə bağlı həlak olması (vəfat etməsi), xəsarət (yaralanma, travma. kontuziya) alması və (və va) əlilliyi müəyyən edilməlidir. İş üzrə icraat materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin xx.xx.2025-ci il tarixli arayışında müəvvvən olunur ki, İddiaçı xidməti vəzifələrinin icrası ilə baölı deyil, xidməti vəzifəsinin yerinə yetirərkən xəsətələnməsi qeyd edilmişdir. Lakin xəstəlik “Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında” Qanuna əsasən sığorta hadisəsi hesab edilmir. İddiaçı xidməti vəzifələrinin icrası ilə bağlı deyil, xidmət dövründə xəstələnməsi ilə əlaqədar ehtiyata buraxıldığı, daha sonra isə səbəbi hərbi xidmət dövrü ilə əlaqədar olmaqla orqanizm funksiyalarının 60 faiz pozulması müəyyən edilərək əlillik təyin edilmişdir. Hesab edirik ki, hazırkı iş üzrə cavabdeh inzibati orqan tərəfindən hər hansı qanuna zidd hərəkətə və ya hərəkətsizliyə yol verilməsi iş materialları ilə müəyyən edilmədiyindən, iddiaçının Nazirlik tabeliyində Fonda qarşı qaldırmış olduğu iddiasında qeyd olunan sığorta ödənişinin ödənilməsi tələbi təmin edilməməlidir. İddiaçı və cavabdehin nümayəndəsi X2 məhkəmə iclasına gəlmişlər. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərinə müvafiq olaraq, işə şifahi məhkəmə baxış iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək tələbin təmin olunmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi olan vəkili Vəkil məhkəmə iclasında iddia tələbini müdafiə edərək tələbin təmin olunmasını xahiş etmişdir. Cavabdehin nümayəndəsi X2 məhkəmə iclasında iddia tələbinə etiraz edərək təmin olunmamasını xahiş etmişdir . Əsaslandırma hissəsi: İddia mümkün iddiadır. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur. İddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. Məhkəmə işin faktiki hallarına və aşağıda qeyd olunan normalara əsasən iddianı əsassız hesab edir. Belə ki, iddiaçının hazırki tələbi ona xidməti vəzifəsini yerinə yetirərkən baş vermiş hadisədən irəli gələrək sığorta ödənişinin hesablanması və ödənilməsindən ibarətdir ki, cavabdeh orqan iddiaçının əlilliyinin xidməti vəzifələrinin icrası ilə bağlı deyil, hərbi xidmət dövrü ilə əlaqədar təyin olunduğundan sözügedən Qanunun müddəalarının ona şamil edilmədiyini bildirərək imtina cavabı vermişdir. Məhkəmə cavabdeh orqanın imtinası ilə razılaşaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət müdafiəsi haqqında Qanuna əsasən: Maddə 19. Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası və onlara müavinət ödənilməsi Məhkəmə və hüquq mühafizə orqanları işçiləri xidmət vəzifələrinin icrası ilə bağlı həlak olma (vəfat etmə), xəsarət (yaralanma, travma, kontuziya) alma hallarından icbari qaydada dövlət tərəfindən sığortalanmalıdırlar. Sığortalanmanın qaydası, şərtləri və sığorta ödənişlərinin məbləği Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir. Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin həlak olması (vəfat etməsi) və ya xəsarət (yaralanma, travma, kontuziya) alması və ya əmlakının zədələnməsi hallarının xidmət vəzifələrinin icrası ilə bilavasitə bağlı olmamasını müəyyən edən məhkəmə hökmünün və ya qərarının qəbul edilməsi bu Qanunla nəzərdə tutulmuş sığorta və ya müavinət məbləğlərinin verilməsindən imtina edilməsi üçün əsasdır. Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında Qanuna əsasən: Maddə 5. Sığorta hadisələri və ödənişləri Sığortaolunanların xidməti vəzifələrinin icrası ilə bağlı həlak olması (vəfat etməsi), xəsarət (yaralanma, travma, kontuziya) alması və (və ya) əlilliyin müəyyən edilməsi sığorta hadisələri hesab edilir. Sığorta hadisələri baş verdikdə bu Qanunun 4.1-ci maddəsində nəzərdə tutulan sığorta məbləğindən faizlə aşağıdakı sığorta ödənişləri verilir: a) sığortaolunan məhkəmə və ya hüquq mühafizə orqanlarında xidmətdə olduğu zaman həlak olduqda (vəfat etdikdə) - 100 faiz; b) sığortaolunan xidmətdə olduğu zaman aldığı xəsarət (yaralanma, travma, kontuziya) almağa görə xidmətdən çıxdıqdan sonra üç il ərzində öldükdə - 100 faiz c) sığortaolunanın əlilliyi müəyyən edildikdə orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə — 80 faiz; orqanizmin funksiyalarının 61-80 faiz pozulmasına görə — 60 faiz; orqanizmin funksiyalarının 31-60 faiz pozulmasına görə — 40 faiz; ç) sığortaolunan: ağır xəsarət (yaralanma, travma, kontuziya) aldıqda - 20 faiz; az ağır xəsarət (yaralanma, travma, kontuziya) - 15 faiz; yüngül xəsarət (yaralanma, travma, kontuziya) aldıqda - 10 faiz ağır xəsarət (yaralanma, travma, kontuziya) aldıqda — 25 faiz; az ağır xəsarət (yaralanma, travma, kontuziya) — 15 faiz; Ağır, az ağır və yüngül xəsarət növləri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilmiş siyahıya uyğun olaraq müəyyən edilir. “Əmək pensiyaları haqqında” Qanun: Maddə 11.2. Hərbi qulluqçular (hərbi rütbələrdən məhrum edilmiş hərbi qulluqçular, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) sırasından olan əlillər aşağıdakı kateqoriyalara bölünürlər: 11.2.1. müharibə əlilləri - əlillik hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən alınmış xəsarət (yaralanma, travma, kontuziya), yaxud cəbhədə olmaqla və ya döyüş əməliyyatları aparılan ölkələrdə beynəlmiləl borcu yerinə yetirməklə bağlı xəstəlik nəticəsində üz verərsə; 11.2.2. hərbi qulluqçular sırasından digər əlillər - əlillik hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə bağlı olmayan bədbəxt hadisə nəticəsində alınmış xəsarət (yaralanma, travma, kontuziya), yaxud cəbhədə olmaqla və ya döyüş əməliyyatları aparılan ölkələrdə beynəlmiləl borcu yerinə yetirməklə bağlı olmayan xəstəlik nəticəsində üz verərsə. Məhkəmə qeyd edir ki, Xəstəlik haqqında 0065 nömrəli şəhadətnamə ilə müəyyən edilir ki, İddiaçı xx.xx.2024-cü ildə şəhadətləndirilmiş Diaqnoz: “Şizofreniya paranoid forma.Hər iki gözün zəif dərəcəli miopiyası, M-1, 25D nəticəsində görmə itiliyinin 0,6-ə qədər azalması, korreksiya ilə 0,8 olmaqla” Xəstəlikdir,xidmət dövründə alınmışdır. Yuxarıda qeyd edilmiş normaların təhlili ilə də müəyyən olunur ki, İddiaçı diaqnozu xidməti vəzifəsinin icrası ilə bağlı olmamışdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, cavabdeh inzibati orqanın iddiaçının müraciətinin təmin edilməsindən imtinası qanuni və əsaslı olmuşdur. Ona görə də iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia təmin edilməsin. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Leyla Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar