Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-606/2025 15.07.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı mülkiyyət hüququnun qeydə alınması tələbinə iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Fərəcova Tamilla Məhərrəm qızının katibliyi, İddiaçının nümayəndəsi X7, cavabdehin nümayəndəsi X1 və üçüncü şəxs X3 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinə (üçüncü şəxslər X8 və X9) qarşı Daşkəsən rayonu, Quşçu kəndində yerləşən 568.59 kv.m torpaq sahəsinə dair mülkiyyət hüququnun İddiaçı adına qeydiyyatına dair çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: I. İşin halları
1. Daşkəsən Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1996-cı il tarixli 219 nömrəli sərəncamı ilə Quluyev (Quliyev) Allahverdi Vahib oğluna həyətyanı məqsədilə 0.06 ha torpaq sahəsi verilmiş və həmin torpaq sahəsinə dair xx.xx.2006-cı il tarixli JN-257A KOD 50600038 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə tərtib edilmişdir.
2. Daşkəsən Rayon İcra Hakimiyyəti başçısının Quşçu kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin xx.xx.2023-cü il tarixli 5/42-14/2-226/2023 nömrəli arayışında göstərilmişdir ki, vətəndaş İddiaçı verilmiş Torpağın mülkiyyətə verilməsinə dair (JN-257A) (KOD – ********) şəhadətnamədə soyadı səhv yazılmışdır. Şəxsin düzgün adı İddiaçıdur.
3. İddiaçı sözügedən torpaq sahəsi üzərində onun mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və müvafiq çıxarışın verilməsi barədə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakının Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinə müraciət etmiş və sonuncunun xx.xx.2024-cü il tarixli 3-21-3-33/2- 2122/2024 saylı imtina məktubunda aparılan araşdırma zamanı faktiki torpaq sahəsinin ölçüləri ilə sənəd üzrə ölçüləri arasında uyğunsuzluğun olduğu, belə ki, Ərazi İdarəsinin elektron baza məlumatlarına əsasən faktiki torpaq sahəsinin bir hissəsinin başqa şəxslərə məxsus torpaq sahələləri ilə üst-üstə düşdüyü bildirilərək, ərizəsinin icrasından imtina edilmişdir.
4. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2014-cü il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən Daşkəsən rayonu, Quşçu kəndində yerləşən 0.06 ha torpaq sahəsi X3 xüsusi mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.
5. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2014-cü il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən Daşkəsən rayonu, Quşçu kəndində yerləşən 0.06 ha torpaq sahəsi üzərində X4 xüsusi mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.
6. Məhkəmənin sorğusuna Daşkəsən rayon Dövlət Arxivinin xx.xx.2024-cü il tarixli 3-48-13RA/1-19/2024 nömrəli cavab məktubunda bildirilmişdir ki, Daşkəəsn Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1996-cı il tarixli sərəncamında (siyahı əlavə olunsun) yazılmışdır, lakin sərəncama heç bir siyahı əlavə olunmamışdır. Siyahı olmadığın görə, vətəndaşların siyahısının təsdiq olunmuş surətini göndərmək imkanları xaricindədir.
7. Məhkəmənin sorğusuna “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin xx.xx.2024-cü il tarixli 3-21-3-60/2-1968/2024 nömrəli cavab məktubunda bildirilmişdir ki, Mərkəzin arxivində JN -256A (kod ********), JN-257A (kod ********) və JN- 260 (kod ********) nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamələrin nüsxələri olmadığından, rayon aqrar islahat komissiyasının hansı qərarı əsasında işlənilməsinə dair məlumatın araşdırılması mümkün olmamışdır. - Həmin məktuba əlavə edilmiş Daşkəsən rayonu Quşçu kəndində vətəndaşların xüsusi mülkiyyətinə verilən həyətyanı torpaq sahələrinə dair cədvəldə 257-ci sırada A 0.0224 ha torpaq sahəsi sahibsiz kimi qeyd edilmişdir.
8. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə əldə edilmiş mütəxəssis rəyində göstərilmişdir ki: 1) Torpağın mülkiyyətə verilməsinə dair JN-257A (kod-********) nömrəli Şəhadətnaməyə əsasən İddiaçı mülkiyyətində olan 0.06 ha torpaq sahəsinin mülkiyyəti xüsusi mülkiyyət, kateqoriyası - yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid, təyinatı - həyətyanı torpaq sahəsidir. 2) Araşdırma zamanı, iddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin naturada yerləşmə mövqeyi və konfiqurasiyaları ilə, Daşkəsən rayonu Quşçu kəndi ərazisində aparılmış torpaq islahatına dair tərtib olunmuş ərazinin kompleks yerquruluşu layihəsi və eyni zamanda Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədə öz əksini tapmış həyətyanı sahənin konfiqurasiyası və ölçüləri arasında ciddi uyğunsuzluq hallarının mövcud olduğu aşkarlandı. Bu səbəbdən də, mülki iş materiallarına əlavə edlmiş JN-257A (kod-********) nömrəli Şəhadətnamədə göstərilən həyətyanı torpaq sahəsinin naturada dəqiq yerləşmə mövqeyini təyin etmək mümkün olmamışdır. 3) 3-cü və 4-cü suallara cavab olaraq bildirilir ki, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən **********98 reyestr nömrəli, xx.xx.2014cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli Çıxarış və həmin Çıxarışa dair X3 adına tərtib olunmuş AA-002206 nömrəli, xx.xx.2014-cü il tarixli plan və ölçü sənədinə əsasən 0.06 ha həyətyanı torpaq sahəsinin koordinatları yerində müəyyən edildi. Lakin iddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin naturada yerləşmə mövqeyi və konfiqurasiyaları ilə, Daşkəsən mayonu Quşçu kəndi ərazisində aparılmış torpaq islahatına dair tərtib olunmuş ərazinin kompleks yerquruluşu layihəsi və eyni zamanda Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədə öz əksini tapmış həyətyanı sahənin konfiqurasiyası və ölçüləri arasında ciddi uyğunsuzluq hallarının mövcud olduğu aşkarlandı. Bu səbəbdən də, mülki iş materiallarına əlavə edlmiş JN-256A (kod-********) nömrəli Şəhadətnamədə göstərilən həyətyanı torpaq sahəsinin naturada dəqiq yerləşmə mövqeyini təyin etmək mümkün olmamışdır. 4) 5-ci və 6-cı suallara cavab olaraq bildiririk ki, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən **********99 reyestr nömrəli, xx.xx.2014cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli Çıxarış və həmin Çıxarışa dair X4 adına tərtib olunmuş AA-002207 nömrəli, xx.xx.2014-cü il tarixli plan və ölçü sənədinə əsasən 0.06 ha həyətyanı torpaq sahəsinin koordinatları yerində müəyyən edildi. Lakin iddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin naturada yerləşmə mövqeyi və konfiqurasiyalan ilə, Daşkəsən rayonu Quşçu kəndi ərazisində aparılmış torpaq islahatına dair tərtib olunmuş ərazinin kompleks yerquruluşu layihəsi və eyni zamanda Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədə öz əksini tapmış həyətyanı sahənin konfiqurasiyası və ölçüləri arasında ciddi uyğunsuzluq hallarının mövcud olduğu aşkarlandı. Bu səbəbdən də, mülki iş materiallarına əlavə edlmiş JN-256A (kod-********) nömrəli Şəhadətnamədə göstərilən həyətyanı torpaq sahəsinin naturada dəqiq yerləşmə mövqeyini təyin etmək mümkün olmamışdır. 5) Qeyd edilir ki, Daşkəsən rayonu Quşçu kəndi ərazisində aparılmış torpaq islahatına dair tərtib olunmuş ərazinin kompleks yerquruluşu layihəsi və eyni zamanda Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədə öz əksini tapmış həyətyanı sahənin konfiqurasiyası və ölçüləri arasında ciddi uyğunsuzluq hallarının mövcud olduğu aşkarlandı. Bu səbəbdən də, mülki iş materiallarına əlavə edlmiş JN-257A (kod-********) nömrəli Şəhadətnamədə göstərilən həyətyanı torpaq sahəsinin naturada dəqiq yerləşmə mövqeyini təyin etmək mümkün olmamışdır. 6) İddiaçı etibarnamə üzrə nümayəndəsi X2 naturada təqdim etdiyi faktiki istifadəsində olan torpaq sahəsi 1100.0 kv.m təşkil edir. Həmin faktiki istifadəsində olan 1100.0 kv.m torpaq sahəsinin 507.1 kv.m hissəsi Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən **********99 reyestr nömrəli Çıxarışa əsasən X4 mülkiyyətində olan həyətyanı torpaq sahəsi, 5.0 kv.m hissəsi **********98 reyestr nömrəli Çıxarışa əsasən X3 mülkiyyətində olan həyətyanı torpaq sahəsi və 19.31 kv.m hissəsi isə kadastr nömrəsi **********0056 olan torpaq sahəsi ilə üst-üstə düşdüyü müəyyən olundu. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən **********98 reyestr nömrəli, xx.xx.2014-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli Çıxarış və həmin Çıxarışa dair X3 adına tərtib olunmuş AA-002206 nömrəli, xx.xx.2014-cü il tarixli plan və ölçü sənədinə əsasən 0.06 ha həyətyanı torpaq sahəsi, **********99 reyestr nömrəli, xx.xx.2014-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli Çıxarış və həmin Çıxarışa dair X4 adına tərtib olunmuş AA-002207 nömrəli, xx.xx.2014-cü il tarixli plan və ölçü sənədinə əsasən 0.06 ha həyətyanı torpaq sahəsi ilə üst-üstə düşmür. İddiaçı etibarnamə üzrə nümayəndəsi X2 naturada təqdim etdiyi faktiki istifadəsində olan 1100.0 kv.m torpaq sahəsinin 704.0 kv.m hissəsi torpaqların elektron kadastr uçotu informasiya sistemi (TEKUİS və AZCAD) baza məlumatlarına əsasən yaşayış məntəqələrinin torpaqlan kateqoriyasına aid olan həyətyanı torpaq sahələri ilə, 396.0 kv.m hissəsi isə yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid olan infrastruktur (yollar və küçələr) sahə ilə üst-üstə düşdüyü müəyyən olundu. 7) İddiaçı etibarnamə üzrə nümayəndəsi X2 naturada təqdim etdiyi faktiki istifadəsində olan 1100.0 kv.m torpaq sahəsi, elektron baza materiallarına istinadən elektrik xəttinin qoruma zolağına, qaz kəmərinin mühafizə zolağına, çayların, göllərin və sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı obyektlərin mühafizə zonasına düşməsi halı aşkarlanmadı. 8) Əlavə olaraq qeyd edilir ki, İddiaçı etibarnamə üzrə nümayəndəsi X2 naturada təqdim etdiyi faktiki istifadəsində olan torpaq sahəsi, Torpağın mülkiyyətə verilməsinə dair JN-306A, JN-307A, JN-308A, JN-309A, JN-310A nömrəli Şəhadətnamələr ilə müəyyən hissələrdə üst-üstə düşmə halı aşkarlandı.
9. Məhkəmənin sorğusuna Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli 3-21-33/2- 71617/2025 nömrəli cavab məktubunda bildirilmişdir ki, sərəncamda qeyd olunan halların müəyyən qismi barədə, inzibati iş üzrə verilmiş mütəxəssis rəyində cavab verilmişdir. Belə ki, mütəxəssis rəyində qeyd olunduğu kimi, iddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin naturada yerləşmə mövqeyi və konfiqurasiyası ilə, Daşkəsən rayonu Quşçu kəndi ərazisində aparılmış torpaq islahatına dair tərtib olunmuş ərazinin kompleks yerquruluşu layihəsi və eyni zamanda Torpağın mülkiyyətə verilməsinə dair JN-257A (kod- ********) nömrəli Şəhadətnamədə öz əksini tapmış həyətyanı sahənin konfiqurasiyası və ölçüləri arasında ciddi uyğunsuzluq hallarının mövcud olması səbəbindən, JN-257A (kod- ********) nömrəli Şəhadətnamədə göstərilən həyətyanı torpaq sahəsinin naturada dəqiq yerləşmə mövqeyini təyin etməyin mümkün olmaması və bu səbəbdən də, naturada təqdim olunan faktiki sahə ilə JN-257A (kod-********) nömrəli Şəhadətnamədə göstərilən həyətyanı torpaq sahəsinin üst-üstə düşüb-düşməməsini müəyyən etmək mümkün olmamışdır. Torpağın mülkiyyətə verilməsinə dair JN-257A (kod-********) nömrəli Şəhadətnaməyə əsasən 0.06 ha torpaq sahəsi, həmin Şəhadətnaməyə əsasən, yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid olmaqla, İddiaçı mülkiyyətinə verilmiş həyətyanı torpaq sahəsidir. Əraziyə keçirilən baxış zamanı naturada təqdim olunan 0.11 ha (1100.0 kv.m) torpaq sahəsindən, X4 mülkiyyətində olan torpaq sahəsinin 507.1 kv.m hissəsi, X3 mülkiyyətində olan torpaq sahəsinin 5.0 kv.m hissəsi, həmçinin kadastr nömrəsi **********056 olan torpaq sahəsinin 19.31 kv.m hissəsi (ümumilikdə 531.41 kv.m) çıxıldıqdan sonra, yerdə qalan 568.59 kv.m torpaq sahəsinin, elektron kadastr bazası məlumatlarına əsasən başqa şəxslərin mülkiyyət, istifadə və icarə hüquqlarını təsdiq edən sənədlərdə göstərilən torpaq sahələrilə üst-üstə düşməsi halı aşkarlanmamışdır. II. Məhkəmədə icraat
10. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinə (üçüncü şəxslər X8 və X9) qarşı torpaq sahəsi üzərində onun mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
11. Tələb onunla əsaslandırılmışdır ki, Daşkəsən Rayon İcra Hakimiyyəti başçısının 22 iyul 1996-cı il tarixli 219 saylı sərəncamı əsasında Daşkəsən rayonu Quşçu kəndində yerləşən 0,06 ha torpaq sahəsi onun mülkiyyətinə verilmişdir. Həmin sərəncama əsasən Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Daşkəsən rayon şöbəsi tərəfindən mülkiyyətinə verilmiş torpaq sahəsinin planı və sərhədlərin ölçüsü, həmçinin mülkiyyətinə verilmiş torpaq sahəsinin yerləşdiyi yerin sxemi və qaiməsi (sertifikatı) dəqiq qeyd edilməklə xx.xx.2006-cı il tarixli JN-257A KOD 50600038 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə verilmişdir. Həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınması üçün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinə ərizə ilə müraciət etmişdir. Lakin 3 saylı Gəncə Ərazi İdarəsi müraciətinə xx.xx.2024-cü il tarixli məktubla imtina cavabı vermişdir. Məktubda qeyd edilmişdir ki, aparılan araşdırma zamanı, faktiki torpaq sahəsi ilə sənəd üzrə torpaq sahəsinin koordinatları arasında uyğunsuzluğun olduğu, belə ki, Ərazi İdarəsinin elektron baza məlumatlarına əsasən faktiki torpaq sahəsinin bir hissəsinin başqa səxslərə məxsus torpaq sahələri ilə üst-üstə düşdüyü aşkar edilmişdir. Cavabdeh orqanın imtinası qanunsuzdur. Hesab edir ki, torpağa mülkiyyət hüququ reyestrdə qeydə alınmalı və müvafiq çıxarış verilməlidir. Daşınmaz əmlakın dövlət reyestri haqqında Qanunun müddəalarına əsasən həmin torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar mövcuddur (Qanunun 8.0.1-ci maddəsi: qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsasdır). Hesab edir ki, inzibati orqan olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsi ərizəsinin icrasından əsassız olaraq imtina etmişdir. O, qanunun bütün tələblərinə əməl etdiyi üçün inzibati orqan ərizəsini müsbət həll etməli idi.
12. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır.
13. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə hazırki iddia tələbi “Daşkəsən rayonu, Quşçu kəndində yerləşən 568.59 kv.m torpaq sahəsinə dair mülkiyyət hüququnun İddiaçı adına qeydiyyatına dair çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dəyişdirilmişdir. III. İddianın növü və mümkünlüyü
14. Məhkəmə qeyd edir ki, hazırkı iddia ümumi mümkünlük şərtlərinə (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.), eyni zamanda xüsusi mümkünlük şərtlərinə əməl olunmaqla verilmişdir. Belə ki, iddiaçı hazırkı iddianı qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmişdir.
15. Hazırkı iddia İPM-in 2.2.3-cü maddəsində nəzərdə tutulmuş öhdəliyin icrası haqqında iddia növünə aiddir. İPM-in: - 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. - 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. - 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. - 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur.
16. Hazırkı işdə öhdəliyin icrası haqqında iddianın xüsusi mümkünlük şərti kimi əvvəlcə eyni tələblə inzibati orqana müraciət edilməsi barədə şərt də ödənilmiş, iddiaçı hazırkı tələblə cavabdehə müraciət etmiş və cavabdeh tərəfindən onun müraciətinin təmin edilməsindən imtina edilmişdir.
17. Cavabdeh orqanın yerləşdiyi Gəncə şəhəri “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının xx.xx.2019-cu il tarixli Qərarına əsasən Gəncə İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir.
18. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və cavabdehin yerləşdiyi yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsində baxılmalıdır.
19. Göründüyü kimi, iddia mümkün iddiadır, ona görə ki, hazırkı iddianın qaldırılması üçün inzibati prosessual qanunvericilikdə nəzərdə tutulan həm ümumi, həm xüsusi mümkünlük şərtləri ödənilmiş və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. IV. Prosessual məsələlər
20. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə X8 və X9 adi cəlbetmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişlər.
21. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, işin şifahi məhkəmə baxışı iclası xx.xx.2025-ci il tarixə təyin edilmiş, bu barədə tərəflərə və üçüncü şəxslərə məlumat verilərək şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda onların iştirakı olmadan ərizəyə baxılacağı və iş üzrə qərar qəbul ediləcəyi barədə xəbərdarlıq edilmişdir.
22. İddiaçının nümayəndəsi, cavabdehin nümayəndəsi və üçüncü şəxs X8 məhkəmə iclasına gəlmiş, digər üçüncü şəxs X9 isə məhkəmə iclasında iştirak etməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə üçüncü şəxsin iştirakı olmadan işəbaxılmasını mümkün hesab etmişdir. V. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri
23. Cavabdehin iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmuş və etiraz imtina göstərilən dəlillərlə əsaslandırılmışdır (qərarın 6-cı bəndi).
24. Üçüncü şəxsin iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmamışdır.
25. İddiaçının nümayəndəsi X7 şifahi məhkəmə baxışı iclasında iddianı müdafiə edərək, onun təmin edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir.
26. O, sədrlik edənin suallarına cavab olaraq bildirmişdir ki, digər üçüncü şəxslər onun oğulları olmaqla, iddiaçının qardaşlarıdır. Qardaşlar arasında naturada heç bir mübahisə yoxdur və onlara məxsus torpaq sahələri arasında heç bir sərhəd hasarı olmamaqla, sahələr bitişikdir. Hasar hər üç torpaq sahəsini əhatə etməklə çəkilmişdir. Oğlu Elçinə məxsus torpaq sahəsində fərdi yaşayış evi vardır. Oğlu Yaşara məxsus torpaq sahəsində isə tikili yoxdur. Yaşarın torpaq sahəsi də boş olduğundan və ara hasarı olmadığından o, mühəndisə torpaq sahələrini birlikdə təqdim etmişdir.
27. Cavabdeh orqanın nümayəndəsi X1 şifahi məhkəmə baxışı iclasında iddiaya etiraz edərək, orqanın iddiaçının müraciətini ilkin olaraq təmin etməkdən imtina edərkən əsaslandığı eyni dəlilə istinadla iddianın rədd olunmasını xahiş etmişdir.
28. Üçüncü şəxs X8 məhkəmə iclasında iddia tələbinə etiraz etmədiyini bildirmiş və iddianın təmin edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir.
29. O, sədrlik edənin sualına cavab olaraq bildirmişdir ki, iddiaçı olan qardaşı ilə naturada heç bir torpaq mübahisəsi yoxdur. VI. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
30. Məhkəmə araşdırmasının predmetini aşağıdakı sənədlər təşkil etmişdir. - Daşkəsən Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1996-cı il tarixli 219 nömrəli sərəncamı; - xx.xx.2006-cı il tarixli JN-257A KOD 50600038 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə; - Daşkəsən Rayon İcra Hakimiyyəti başçısının Quşçu kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin xx.xx.2023-cü il tarixli 5/42-14/2-226/2023 nömrəli arayışı; - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakının Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli 3-21-3-33/2-2122/2024 saylı imtina məktubu; - Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2014-cü il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarış; - Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2014-cü il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarış; - Məhkəmənin sorğusuna Daşkəsən rayon Dövlət Arxivinin xx.xx.2024-cü il tarixli 3- 48-13RA/1-19/2024 nömrəli cavab məktubu; - Məhkəmənin sorğusuna “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin xx.xx.2024-cü il tarixli 3-21-3-60/2-1968/2024 nömrəli cavab məktubu; - Daşkəsən rayonu Quşçu kəndində vətəndaşların xüsusi mülkiyyətinə verilən həyətyanı torpaq sahələrinə dair cədvəl; - Mütəxəssis rəyi; - Məhkəmənin sorğusuna Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli 3-21-33/2- 71617/2025 nömrəli cavab məktubu.
Əsaslandırma hissəsi:
VII. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
31. Məhkəmə inzibati iş materiallarını araşdırıb, mövcud olan sübutları obyektiv, hərtərəfli və tam tədqiq etməklə, onlara hüquqi qiymət verərək belə qənaətə gəlir ki, iddia mahiyyət baxımından əsaslıdır və təmin edilməlidir.
32. İş materialları ilə müəyyən edilmiş hallardan görünür ki, Daşkəsən Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1996-cı il tarixli 219 nömrəli sərəncamı ilə Quluyev (Quliyev) Allahverdi Vahib oğluna həyətyanı məqsədilə 0.06 ha torpaq sahəsi verilmiş və həmin torpaq sahəsinə dair xx.xx.2006-cı il tarixli JN-257A KOD 50600038 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə tərtib edilmişdir.
33. İddiaçı sözügedən torpaq sahəsi üzərində onun mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və müvafiq çıxarışın verilməsi barədə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakının Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinə müraciət etmiş və sonuncunun xx.xx.2024-cü il tarixli 3-21-3-33/2- 2122/2024 saylı imtina məktubunda aparılan araşdırma zamanı faktiki torpaq sahəsinin ölçüləri ilə sənəd üzrə ölçüləri arasında uyğunsuzluğun olduğu, belə ki, Ərazi İdarəsinin elektron baza məlumatlarına əsasən faktiki torpaq sahəsinin bir hissəsinin başqa şəxslərə məxsus torpaq sahələləri ilə üst-üstə düşdüyü bildirilərək, ərizəsinin icrasından imtina edilmişdir.
34. Cavabdeh orqanın iddiaya qarşı dəlili ondan ibarət olmuşdur ki, iddiaçının hazırda tələb etdiyi Daşkəsən rayonu, Quşçu kəndində yerləşən torpaq sahəsinin bir hissəsi üçüncü şəxslərə məxsus torpaq sahələri ilə və yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid olan infrastruktur (yollar və küçələr) sahə ilə üst-üstə düşür.
35. Məhkəmə cavabdeh orqanın həmin dəlilini və o dəlilə istinadla iddiaçının müraciətini təmin etməkdən imtinasını əsassız sayır.
36. Belə ki, məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, iddiaçıya məxsus torpaq sahəsi ilə üst-üstə düşən sahələr onun qardaşları X8 və X5 məxsus torpaq sahələridir, hansı ki, qardaşlara məxsus torpaq sahələri arasında sərhəd hasarı olmadığından Ərazi İdarəsinə ilkin müraciət zamanı torpaq sahəsinin əyani müayinəsi aparılarkən bütün torpaq sahələri üzrə tədqiqat aparılmışdır. Halbuki, X8 və X5 məxsus torpaq sahələri onların adına qeydə alınmaqla, qardaşlar arasında naturada heç bir mübahisə yoxdur.
37. Məhkəmənin sorğusuna Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli 3-21-33/2- 71617/2025 nömrəli cavab məktubunda bildirilmişdir ki, Torpağın mülkiyyətə verilməsinə dair JN-257A (kod-********) nömrəli Şəhadətnaməyə əsasən 0.06 ha torpaq sahəsi, həmin Şəhadətnaməyə əsasən, yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid olmaqla, İddiaçı mülkiyyətinə verilmiş həyətyanı torpaq sahəsidir. Əraziyə keçirilən baxış zamanı naturada təqdim olunan 0.11 ha (1100.0 kv.m) torpaq sahəsindən, X4 mülkiyyətində olan torpaq sahəsinin 507.1 kv.m hissəsi, X3 mülkiyyətində olan torpaq sahəsinin 5.0 kv.m hissəsi, həmçinin kadastr nömrəsi **********056 olan torpaq sahəsinin 19.31 kv.m hissəsi (ümumilikdə 531.41 kv.m) çıxıldıqdan sonra, yerdə qalan 568.59 kv.m torpaq sahəsinin, elektron kadastr bazası məlumatlarına əsasən başqa şəxslərin mülkiyyət, istifadə və icarə hüquqlarını təsdiq edən sənədlərdə göstərilən torpaq sahələrilə üst-üstə düşməsi halı aşkarlanmamışdır.
38. Göründüyü kimi, iddiaçının faktiki istifadəsində olan torpaq sahəsi 568.59 kv.m təşkil edir. İddiaçı da tələbində 568.59 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınaraq müvafiq çıxarışın verilməsini xahiş etmişdir, hansı ki, həmin torpaq sahəsi başqa şəxslərin mülkiyyət, istifadə və icarə hüquqlarını təsdiq edən sənədlərdə göstərilən torpaq sahələrilə üst-üstə düşmür.
39. Məhkəmə, mübahisə predmeti olan torpaq sahəsinin 396.0 kv.m hissəsinin yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid olan infrastruktur (yollar və küçələr) sahə ilə üst-üstə düşməsi halına münasibətdə qeyd edir ki, iş materiallarına əlavə edilmiş X3 və X4 adına verilmiş çıxarışlarda, vətəndaşların xüsusi mülkiyyətinə verilən torpaq sahələrinin kateqoriyası yaşayış məntəqələrinin torpaqları kimi qeyd edilmişdir, hansı ki, həmin torpaq sahələri iddiaçıya ayrılmış torpaq sahəsinin qonşuluğunda yerləşir.
40. İş materiallarında olan ortofoto görüntüsündən məlum olur ki, həmin infrastruktur (yollar və küçələr) sahə ilə üst-üstə düşməsi qeyd olunan 396.0 kv.m torpaq sahəsinin böyük hissəsi X4 mülkiyyətində olan torpaq sahəsindən ibarətdir. Buna baxmayaraq, cavabdeh orqan X4 mülkiyyət hüququnu mübahisəsiz qeydə alsa da, iddiaçıya münasibətdə bu hüququnun dövlət qeydiyyatına alınmasından imtina etmişdir.
41. Məhkəmənin qənaətinə görə, hər kəsin hüquq və azadlıqlarının qanun və məhkəmə qarşısında bərabərliyinə təminat verilməsi barədə Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin tələbinə cavabdeh orqan tərəfindən riayət edilməmiş və ayrı-seçkiliyə yol verilmişdir.
42. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasına görə: Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Maddə 25.İ. Hamı qanun və məhkəmə qarşısında bərabərdir... İİİ. Dövlət, irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq, hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını irqi, etnik, dini, dil, cinsi, mənşəyi, əqidə, siyasi və sosial mənsubiyyətə görə məhdudlaşdırmaq qadağandır. İV. Heç kəsə bu maddənin İİİ hissəsində göstərilən əsaslara görə zərər vurula bilməz, güzəştlər və ya imtiyazlar verilə bilməz, yaxud güzəştlərin və ya imtiyazların verilməsindən imtina oluna bilməz. V. Hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir.
43. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa görə: Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 12. 1. Hamı qanun və inzibati orqan qarşısında bərabərdir. Maddə 12.2. İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. Maddə 12.3. İnzibati orqan tərəfindən fərqli mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə eyni cür qərarların qəbul edilməsi qadağandır. Maddə 64.2 İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır.
36. Qeyd edilməlidir ki, məhkəmə araşdırması zamanı tədqiq edilmiş sənədlər (ortofoto görüntüsü, qonşu torpaq sahəsinə dair müvafiq sənədlər və digər) əsasında sözügedən torpaq sahəsinin ətrafında olan torpaq sahələrinin kateqoriyalarının yaşayış məntəqələri torpaq sahəsi olduğu müəyyən olunmuşdur.
37. Buna görə də məhkəmə hesab edir ki, eyni ərazidə yerləşən sözügedən torpaq sahəsinin ətrafında yerləşən qonşu torpaq sahələrinin, habelə iddiaçı ilə eyni sərəncam əsasında torpaq sahəsi ayrılmış şəxslərin torpaq sahələrinin hüququ təsdiq edən sənədlərdə kateqoriya olaraq yaşayış məntəqələri torpaqları kimi qeyd edilməsi, habelə həmin torpaq sahələrinə dair mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması, eyni vəziyyətdə olan şəxslər barəsində fərqli yanaşmanın mövcudluğuna səbəb olur ki, bu hal isə özlüyündə hamının qanun və məhkəmə qarşısında bərabər olmasına dair konstitision norma və prinsipin mahiyyətinə ziddir.
38. Başqa sözlə, demokratik cəmiyyətdə insanların hüquqları və azadlıqları bərabərlik prinsipi əsasında həyata keçirilir. Bu prinsipin əsas mahiyyəti ondan ibarətdir ki, hər kəsin bərabər hüquqlara malik olması bəyan edilməklə, onlardan istifadə etmək üçün bərabər imkanlar yaradılmalıdır. Eyni zamanda, bir qrup daxilində hüquq və vəzifələr onun bütün üzvləri üçün eyni olmalıdır. Fərqli rəftar oxşar vəziyyətdə olan fərdlər arasında mövcud olduqda bərabərlik hüququ pozulmuş olur. Fərqli rəftarın obyektiv və ağlabatan əsası, yaxud tətbiq edilən vasitələrlə qarşıya qoyulan qanuni məqsəd arasında ağlabatan mütənasiblik olmadıqda, həmin rəftar ayrı-seçkilik xarakteri daşıyır. Bərabərlik hüququ insan hüquq və azadlıqlarının hər hansı ayrı-seçkilik olmadan ədalətli, eyni hüquqi imkanlar əsasında həyata keçirilməsini nəzərdə tutur. Bu prinsip universal xarakter daşıyır və ictimai münasibətlərin bütün sahələrinə nizamlayıcı təsir edir. O cümlədən, bu prinsipin gözlənilməsi hər şeydən öncə, həm də eyni vəziyyətdə olan şəxslərin hüquqlarının obyektiv və ağlabatan izah olmadan fərqləndirilməsini qadağan edir.
39. Həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarlarında bərabərlik hüququ ilə bağlı formalaşdırdığı hüquqi mövqe ondan ibarətdir ki, hüquqi dövlətin təməl prinsiplərindən hesab olunan hüquq bərabərliyi prinsipi Konstitusiyanın 25-ci maddəsində əks olunmaqla, məhz dövlət tərəfindən heç bir ayrıseçkiliyə yol verilmədən hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verilməsini nəzərdə tutur.
40. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 14-cü maddəsinə əsasən, bu Konvensiyada təsbit olunmuş hüquq və azadlıqlardan istifadə cins, irq, dərinin rəngi, dil, din, siyasi və ya digər baxışlar, milli və ya sosial mənşə, milli azlıqlara mənsubiyyət, əmlak vəziyyəti, doğum və ya digər hər hansı əlamətlərinə görə ayrı-seçkilik olmadan təmin edilməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bu müddəa ilə bağlı presedent hüququna görə Konvensiyanın 14-cü maddəsi üzrə məsələnin ortaya çıxmaması üçün analoji və ya əhəmiyyətli dərəcədə oxşar vəziyyətdə olan şəxslərlə rəftarda fərqləndirmə olmamalıdır. Belə fərqləndirmə obyektiv və ağlabatan deyilsə, başqa sözlə, qanuni məqsədə yönəlmirsə, yaxud da istifadə olunmuş vasitələrlə həyata keçirilməli olan məqsəd arasında mütənasibliyin ağlabatan əlaqəsi yoxdursa, ayrıseçkilik hesab edilir (Ranqelov Almaniyaya qarşı iş üzrə 22 mart 2012-ci il tarixli qərar, §§ 85-86).
41. Bu baxımından məhkəmə qeyd olunan çərçivədə də işin hallarına hüquqi qiymət verərək, hesab edir ki, eyni ərazidə yerləşən sözügedən torpaq sahəsinin ətrafında olan qonşu torpaq sahələrinə dair mülkiyyət hüququnun dövlət qeydiyyatına alındığı halda, iddiaçıya münasibətdə bu hüququnun dövlət qeydiyyatına alınmasından (hüququn atasına məxsusluğu barədə arayışın verilməsindən) imtina edilməsi halı özlüyündə onun konstitusion hüququnu (bərabərlik hüququnu) pozduğundan cavabdeh inzibati orqanın imtina əsası kimi istinad etdiyi qeyd olunan arqumenti də əsassız olmuşdur.
42. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “O.Gərəkməzlinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının 13 mart 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 25 fevral 2014-cü il tarixli qərarında vurğulamışdır ki, “Konstitusiyanın 25-ci maddəsinin İ hissəsinə görə, hamı qanun və məhkəmə qarşısında bərabərdir. Demokratik cəmiyyətdə insanların hüquqları və azadlıqları bərabərlik prinsipi əsasında həyata keçirilir. Bu prinsipin əsas mahiyyəti ondan ibarətdir ki, hər kəsin bərabər hüquqlara malik olması bəyan edilməklə, onlardan istifadə etmək üçün bərabər imkanlar yaradılmalıdır. Eyni zamanda, bir qrup daxilində hüquq və vəzifələr onun bütün üzvləri üçün eyni olmalıdır. Fərqli rəftar oxşar vəziyyətdə olan fərdlər arasında mövcud olduqda bərabərlik hüququ pozulmuş olur. Fərqli rəftarın obyektiv və ağlabatan əsası, yaxud tətbiq edilən vasitələrlə qarşıya qoyulan qanuni məqsəd arasında ağlabatan mütənasiblik olmadıqda, həmin rəftar ayrı-seçkilik xarakteri daşıyır.
43. Azərbaycan Respublikasının qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatı nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır.
44. İPM-ə görə: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
45. Beləliklə, məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir.
Nəticəvi hissə:
46. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75 və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı:
İddia təmin edilsin. Daşkəsən rayonu, Quşçu kəndində yerləşən 568.59 kv.m torpaq sahəsinə dair mülkiyytə hüququnun İddiaçı adına qeydiyyatına dair çıxarışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Gülşən Əliyeva