Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-609/2024 04.04.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialına qarşı xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızı, İclas katibi X2, İddiaçı və cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialına qarşı xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: I. Məhkəmədə icraat
1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, ona “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə görə xx.xx.2021-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, xx.xx.2023-cü il tarixdə 2 saylı Gəncə Regional “Asan Xidmət” Mərkəzi vasitəsilə cavabdehə müvafiq sənədlərini göndərərək ona 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsini xahiş etmişdir. Onun 09 iyun 2021-ci il tarixdə 60 yaşı tamam olub. Onun əmək kitabçası üzrə ümumi stajı 26 il 18 gün, güzəştli zərərli stajı isə 18 il 1 ay 21 gün təşkil edir. Mərkəzi Filial tərəfindən 16 mart 2023-cü il tarixli 3-17-1/2-Q- 56651/2023 saylı imtina məktubunda imtinanın səbəbi kimi iddiaçının ümumi stajının 25 ildən az (23 il 1 ay 20 gün və güzəştli iş stajının isə 12 il 6 aydan az (12 il 3 ay 16 gün) təşkil edildiyi bildirilir. İddiaçı 01 avqust 2023-cü il tarixdə Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filiala yenidən müraciət etmişdir. O bildirmişdir ki, ona güzəştli şərtlərdə yaşa görə əmək pensiyası təyin bildirməsi üçün sənədlərə baxılanda qanun pozuntusuna yol verilib. O, sənədlərlə birlikdə Gəncə şəhəri 27 saylı orta texniki peşə məktəbində təhsil aldığı haqqında diplomun surətini də göndərmişdir. O, 01 sentyabr 1976-cı ildən 28 iyul 1979-cu ilə qədər orta texniki peşə məktəbində təhsil almışdır. SSRİ Nazirlər sovetinin xx.xx.1956-cı il tarixli, 1044 saylı qərarı ilə təsdiq edilmiş "Dövlət pensiyalarının təyin edilməsi və ödənilməsi qaydalarının 109-cu maddəsinin "İ" bəndində təsbit edilmişdir ki, ali, orta ixtisas, texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti ümumi iş stajına daxil edilir. 1992-ci il 23 sentyabr tarixli "Vətəndaşların pensiya təminatı haqqında" Qanunun 67-ci maddəsinin "g" bəndinə əsasən ali, orta ixtisas, texniki peşə məktəblərinin bitirmiş şəxslərin təhsil müddəti iş stajına daxil edilir. Bundan başqa, Əmək və Əhalinn Sosial Müdafiə Nazirliyinin xx.xx.2020-ci il tarixli *** **** 6282 nömrəli tapşırığına əsasən 2006-ci il 01 yanvar tarixinədək bitmiş əyani təhsil müddəti nəzərə alınmaqla əmək pensiyasının təyin edilməsinin və hesablanmasının (o cümlədən yenidən hesablanmasını) vətəndaşın müraciəti əsasında həyata keçirilməsi və keçmiş dövr üçün hesablanmış məbləğin ödənilməsi “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanunun 32.1.1-ci maddəsində göatərilmişdir. Göründüyü kimi, istər onun təhsil aldığı vaxt qüvvədə olan, istərsə də “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi 2006-cı il 01 yanvar tarixinədək qüvvədə olan qanunvericiliklə texniki peşə məktəblərində alınmış təhsil müddətinin pensiya təyin edilməsində nəzərə alınmalı olan sosial sığorta (iş) stajına daxil edildiyi təsbit edilmişdir. İddiaçı texniki peşə məktəbində 2 il 10 ay 28 gün təhsil almışamdır. 23 il 1 ay 23 gün stajın üzərinə 2 il 10 ay 28 gün təhsil müddətini əlavə edəndə onun ümumi stajı 26 il 18 gün təşkil edir. İmtinanın 2 ci əsas səbəbi kimi iddiaçının güzəştli iş stajının 12 il 6 aydan az, yəni 12 il 3 ay 16 gün olduğu bildirilir.
3. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır.
4. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(114)-4284/2023 nömrəli qərardadı ilə iddiaçının iddia tələbinin dəyişdirilməsi barədə ərizəsi icraata qəbul edilmiş və iddia tələbi “xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dəyişdirilmişdir. II. Prosessual məsələlər
5. İş üzrə digər zəruri prosessual hərəkətlər edildikdən sonra şifahi məhkəmə baxış iclası xx.xx.2024-cü il tarixə təyin edilərək, tərəflərə bu barədə lazımi qaydada məlumat verilmişdir.
6. İddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak edirlər.
7. 19.03.2024-cü il tarixdə Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialının xx.xx.2024-cü il tarixli 3-17-1/2-63669/2024 nömrəli ərizəsi məhkəməyə daxil olmuşdur.
8. Ərizə onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.2022-ci il tarixdən cavabdeh inzibati orqan tərəfindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmiş, mübahisə məhkəmədənkənar qaydada həll edilmişdir. Artıq işin mahiyyəti üzrə mübahisə mövcud olmadığından iş üzrə icraata xitam verilməlidir.
9. Cavabdehin nümayəndəsi X3 iclas zamanı vəsatəti müdafiə edərək, iddiaçının tələbinin məhkəmədənkənar qaydada təmin edildiyini bildirməklə, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir.
10. İddiaçı məhkəmə iclasında pensiyanın artıq ona ödənilməsinə başlanıldığını və iş üzrə icraata xitam verilməsinə etiraz etmədiyini bildirmişdir.
Əsaslandırma hissəsi:
11. Məhkəmə cavabdehin xx.xx.2024-cü il tarixli 3-17-1/2-63669/2024 nömrəli vəsatətini və ona əlavə edilmiş əmək pensiyası təyin edilməsi haqqında qərarı nəzərdən keçirib hesab edir ki, cavabdeh tərəfindən iddia tələbi təmin edildiyindən və hazırkı iş üzrə inzibati mübahisə artıq mövcud olmadığından iş üzrə icraata xitam verilməlidir.
12. Belə ki, iddiaçının tələbi xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasından ibarətdir.
13. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2024-cü il tarixli 3-17-1/3-3-1385/2024 nömrəli qərarından görünür ki, İddiaçı xx.xx.2022-ci il tarixdən “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi barədə qərar qəbul edilmişdir.
14. Azərbaycan Respublikası İPM-nə görə: Maddə 67.1. Mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək, cavabdeh (inzibati orqan) iddiaçının tələbinin təmin olunduğu yeni inzibati akt qəbul etməyə və ya qanunda nəzərdə tutulmuş başqa tədbir görməyə haqlıdır. Cavabdeh iddiaçının tələbinin təmin olunması ilə bağlı niyyəti barədə məhkəməyə yazılı məlumat verir. Bu məqsədlə inzibati orqan əvvəl məhkəməyə təqdim olunmuş sənədləri geri tələb edə bilər. Maddə 67.2. Sədrlik edən hakim iddiaçının tələbinin təmin olunduğu yeni inzibati aktın qəbul edilməsi və ya qanunda nəzərdə tutulmuş başqa tədbirin görülməsi, habelə bu barədə məhkəməyə müvafiq məlumatın verilməsi üçün cavabdehə müddət təyin edə bilər. Sənədlərin geri qaytarılmasını məqsədəuyğun hesab etmədiyi hallarda, məhkəmə inzibati orqanın bu barədə müraciətini təmin etməyə bilər. Maddə 67.3. Bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir.
15. Beləliklə, iddiaçının tələbi cavabdeh orqan tərəfindən təmin edildiyinə və inzibati mübahisə aradan qalxdığına görə hazırkı iş üzrə icraata xitam verilməlidir.
Nəticəvi hissə:
16. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 67-ci maddəsini rəhbər tutaraq
qərara aldı:
İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialına qarşı xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iş üzrə icraata xitam verilsin. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər. Hakim Gülşən Əliyeva