Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-6090/2025 27.11.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Quliyev Zəfər Arif oğlunun sədrliyi, Musayeva Ülviyyə İlham qızının katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı X35, X19, X9, X42, X25, X15 Gəncə şəhəri, Gülüstan qəsəbəsi, ev 20A, mənzil 11 Yeni qaydalarla: ünvan 1 ünvanı üzrə qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakıları müəyyən etdi. Təsviri hissə: İddiaçı tərəf: İddiaçı (bundan sonra mətndə - iddiaçı) xx.xx.1992-ci il tarixdə ünvan 2 ünvanda qeydiyyatda olmaqla yaşayır. xx.xx.2023-cü il tarixdə ünvan 3isində 4Ə-206 reyestr nömrəsi təsdiq edilmiş müqaviləyə əsasən X2 şəhəri, Gülüstan qəsəbəsi, ev 20A, mənzil 11 Yeni qaydalarla: ünvan 1 ünvanda yerləşən daşınmaz əmlakı iddiaçıya bağışlamışdır. Gəncə şəhəri, Gülüstan qəsəbəsi, ev 20A, mənzil 11 Yeni qaydalarla: ünvan 1 ünvanda yerləşən **********26-05101-093003 reyestr nömrəli daşınmaz əmlak üzərində iddiaçının mülkiyyət hüququ xx.xx.2023-cü il tarixdə ********** nömrə ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Gəncə şəhər 5 saylı notariat ofisində xx.xx.2023-cü il tarixdə, 3M-594 reyestr nömrə ilə təsdiq edilmiş İpoteka müqaviləsinə əsasən (K/M № 006L**********42; xx.xx.2023-cü il tarixli; Kredit xəttinin məbləği: 500000 Manat, xx.xx.2023-cü il tarixdən xx.xx.2033-cü il tarixədək) "xxxx" QSC-nin xeyrinə yüklüdür. İddiaçı yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2025-ci il tarixli, ******* nömrəli arayış əsasında xx.xx.1999-cu il təvəllüdlü X35, xx.xx.1961-ci il təvəllüdlü X19, xx.xx.1983-cü il təvəllüdlü X9, xx.xx.1968-ci il təvəllüdlü X42, xx.xx.1964-cü il təvəllüdlü X25, xx.xx.1973-cü il təvəllüdlü X4 şəhəri, Gülüstan qəsəbəsi, ev 20A, mənzil 11 Yeni qaydalarla: ünvan 1 ünvanda qeydiyyatda olduğunu bilmişdir. İddiaçı xx.xx.2025-ci il tarixdə cavabdehə müraciət edərək ona məxsus olan mənzildən üçüncü şəxslər - X35, X19, X9, X42, X25, X15 Gəncə şəhəri, Gülüstan qəsəbəsi, ev 20A, mənzil 11 Yeni qaydalarla: ünvan 1 ünvanından qeydiyyatdan çıxarılmasını xahiş etmişdir. Cavabdeh iddiaçıya ünvanladığı xx.xx.2025-ci il tarixli, 3-13- 57/2-M-29077/2025 nömrəli məktubda ona məhkəməyə müraciət etməsi bildirilmişdir. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X35, X19, X9, X42, X25, X15 Gəncə şəhəri, Gülüstan qəsəbəsi, ev 20A, mənzil 11 Yeni qaydalarla: ünvan 1 ünvanı üzrə qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddia ərizəsi xx.xx.2025-ci il tarixdə qeydiyyata alınmışdır. İddiaçı xx.xx.2025-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək işə iştirakı olmadan baxılıb iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh tərəf Cavabdeh iddiaya qarşı münasibət bildirməmiş və xx.xx.2025-ci il tarixli, 3-13-57/2- 32364/2025 nömrəli məktubla məhkəmə iclasının nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Üçüncü şəxs tərəfi: Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə X35, X19, X9, X42, X25, X15 iştirakı zəruri olan üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunması qərara alınmışdır. 1) X42 xx.xx.1968-ci il tarixdə Gəncə şəhərində anadan olmuş, xx.xx.2009-cu il tarixdən Gəncə şəhəri, Gülüstan qəsəbəsi, ev 20A, mənzil 11 ünvanda qeydiyyatdadır. xx.xx.2023-cü il tarixdə X42 ünvan 4tariat ofisinə verdiyi ərizəsində bildirmişdir ki, Gəncə şəhəri, Gülüstan qəsəbəsi, ev 20A, mənzil 11 Yeni qaydalarla: ünvan 1 ünvanda yerləşən mənzilin "xxxx" QSC-də ipoteka qoyulmasına etiraz etməmiş, ipoteka qoyulan əmlaka ödəniş/tutma yönəldiyi halda onu heç bir məhkəmə aktı tələb etmədən və məhkəməyə müraciət etmədən qeyd-şərtsiz tərk edəcəkdir. Sonuncu xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikasının ərazisindən kənara çıxmışdır. 2) X29 övladı X35 xx.xx.1999-cu ildə Gəncə şəhərində anadan olmuş, xx.xx.2014-cü il tarixdən Gəncə şəhəri, Gülüstan qəsəbəsi, ev 20A, mənzil 11 ünvanda qeydiyyatdadır. xx.xx.2023-cü il tarixdə X5 regional “ASAN Xidmət” mərkəzində notariat ofisinə verdiyi ərizəsində bildirmişdir ki, Gəncə şəhəri, Gülüstan qəsəbəsi, ev 20A, mənzil 11 Yeni qaydalarla: ünvan 1 ünvanda yerləşən mənzilin "xxxx" QSC-də ipoteka qoyulmasına etiraz etməmiş, ipoteka qoyulan əmlaka ödəniş/tutma yönəldiyi halda onu heç bir məhkəmə aktı tələb etmədən və məhkəməyə müraciət etmədən qeyd-şərtsiz tərk edəcəkdir. Sonuncu xx.xx.2019-cu il tarixdə Azərbaycan Respublikasının ərazisindən kənara çıxmışdır. 3) X29 övladı İsmayılova (İmanova) Nigar Arif qızı xx.xx.1994-cü ildə Gəncə şəhərində anadan olmuş, xx.xx.2010-cu il tarixdən Gəncə şəhəri, Gülüstan qəsəbəsi, ev 20A, mənzil 11 ünvanda qeydiyyatdadır. xx.xx.2023-cü il tarixdə X3 regional “ASAN Xidmət” mərkəzində notariat ofisinə verdiyi ərizəsində bildirmişdir ki, Gəncə şəhəri, Gülüstan qəsəbəsi, ev 20A, mənzil 11 Yeni qaydalarla: ünvan 1 ünvanda yerləşən mənzilin "xxxx" QSC-də ipoteka qoyulmasına etiraz etməmiş, ipoteka qoyulan əmlaka ödəniş/tutma yönəldiyi halda onu heç bir məhkəmə aktı tələb etmədən və məhkəməyə müraciət etmədən qeyd-şərtsiz tərk edəcəkdir. Sonuncu xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikasının ərazisindən kənara çıxmışdır. 4) X29 həyat yoldaşı X20 xx.xx.1973-cü ildə Saratov vilayətində anadan olmuş, əvvəllər ünvan 7 ünvanda qeydiyyatda olmuş, xx.xx.2019-cu il tarixdə qaynanası X6 razılığı ilə ünvan 8 ünvanda qeydiyyata düşmüşdür. 5) X21 xx.xx.1961-ci ildə Gəncə şəhərində anadan olmuş, xx.xx.2010-cu il tarixdən Gəncə şəhəri, Gülüstan qəsəbəsi, ev 20A, mənzil 11 ünvanda qeydiyyatdadır. 5) X13 övladı X10 xx.xx.1983-cü ildə Gəncə şəhərində anadan olmuş, xx.xx.2003-cü il tarixdən Gəncə şəhəri, Gülüstan qəsəbəsi, ev 20A, mənzil 11 ünvanda qeydiyyatdadır. X42 və X13 anası X6 adına Gəncə şəhəri, Gülüstan qəsəbəsi, ev 20A, mənzil 11 ünvanda yerləşən əmlaka dair xx.xx.1991-ci il tarixdə 5158 reyestr nömrəli qeydiyyat vəsiqəsi tərtib edilmişdir. X16 xx.xx.2020-ci il tarixdə vəfat etdikdən sonra ondan miras qalmış Gəncə şəhəri, Gülüstan qəsəbəsi, ev 20A, mənzil 11 ünvanda yerləşən əmlaka X36 qanun üzrə vərəsəlik haqqında şəhadətnamə almışdır. X14 şəhəri, Gülüstan qəsəbəsi, ev 20A, mənzil 11 ünvanda yerləşən əmlakı xx.xx.2021-ci il tarixdə ünvan 9yestr nömrəli müqaviləyə əsasən X1. Gəncə Şəhər İcra Hakimiyyəti başçısının 2 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi xx.xx.2025-ci il tarixli, 5-1-3/2-49/2025 nömrəli məktubunda bildirmişdir ki, Gəncə şəhəri, Gülüstan qəsəbəsi, ev 20A, mənzil 11 Yeni qaydalarla: ünvan 1 ünvanda X35, X19, X9, X42, X25, X15 hal-hazırda yaşamadıqları müəyyən olunmuşdur. Üçüncü şəxslər iddiaya münasibət bildirməmişlər, məhkəmə iclasında iştirak etməmişlər. Cavabdehin nümayəndəsinin və üçüncü şəxslərin şifahi məhkəmə baxışı iclasına gəlməmələrinə baxmayaraq, məhkəmə işə baxa və iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, tərəflər onlara təqdim olunmuş bildirişdə məhkəmə iclasında iştirak etmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 62.3-cü maddəsi). Əsaslandırma hissəsi: İddia mümkün iddiadır. Belə ki, iddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddianın ümumi və xüsusi mümkünlük şərtlərinə əməl olunmuş, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın ərazi və predmet aidiyyəti düzgün müəyyən edilmiş, məhkəmədə iddia qaldırmazdan əvvəl həmin məsələnin həll olunması üçün iddiaçı müvafiq inzibati orqana müraciət etmiş, sonuncu müraciəti təmin etmədiyindən məhkəməyə hazırkı iddia tələbini vermişdir. Hazırkı iş üzrə iddiaçının hüquqi marağı onun adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmiş mənzildən üçüncü şəxsin qeydiyyatdan çıxarılmasıdır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanunun 9-cu maddəsinə əsasən Müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə — yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə — müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) ömürlük azadlıqdan məhrum edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə — ölüm aktının qeydə alıması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında. Azərbaycan Respublikasının 1999-cu il 8 dekabr tarixli, 773-İQ saylı Qanunu ilə təsdiq edilmiş “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında Əsasnamənin 14-cü bəndinə əsasə vətəndaş olduğu yerdən getdikdə müvafiq icra hakimiyyəti orqanı onu olduğu yer üzrə qeydiyyatdan çıxarır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 sentyabr 2020ci il tarixli Qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda əks edilmiş mövqeyini rəhbər tutaraq məhkəmə bildirir ki, yaşayış yeri üzrə pasport qeydiyyatından çıxarılması ilə bağlı mübahisəli hüquq münasibətinin həlli üçün iki hal - şəxsin həmin yaşayış evində yaşamaması və həmin evə dair əmlak hüquqlarının mövcud olmaması müəyyən edilməlidir. Üçüncü şəxslərin həmin yaşayış evində yaşaması ilə bağlı qeyd edilməlidir ki, Gəncə Şəhər İcra Hakimiyyəti başçısının 2 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi xx.xx.2025-ci il tarixli, 5-1-3/2-49/2025 nömrəli məktubu, eləcə də üçüncü şəxslərin adına göndərilmiş məhkəmə bildirişi üzərindəki qeyddən üçüncü şəxslərin hazırda həmin ünvanda yaşamadıqları müəyyən olunur (zərflərin üzərinə poçtalyon tərəfindən yapışdırılmış və onun imzası ilə təsdiq edilmiş məlumatda üçüncü şəxslərin bu ünvanda yaşamadıqları göstərilmişdir). Üçüncü şəxslərə münasibətdə təhlil edilməli olan digər məsələ həmin şəxslərin evə dair əmlak hüququnun mövcud olub-olmaması ilə bağlıdır. Mənzil Məcəlləsinin: 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. 30.2-ci maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar; 30.3-cü maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin mülki hüquqi fəaliyyət qabiliyyətli ailə üzvləri həmin yaşayış sahəsinin istifadəsindən irəli gələn öhdəliklər üzrə mülkiyyətçi ilə birgə məsuliyyət daşıyırlar Qeyd olunan normaların tələblərindən göründüyü kimi yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Mülkiyyətçinin ailə üzvlərinin sırasına isə mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri, həmçinin mülkiyyətçi tərəfındən ailə üzvləri kimi yaşayış sahəsinə köçürülmüş digər qohumlar, himayəsində olan əmək qabiliyyəti olmayanlar daxil edilmişlər. Baxılan işdə üçüncü şəxslər iddiaçının ailə üzvü və qohumu deyil, ilkin mülkiyyətçi X8 övladları – X17, X42, gəlini – X26, nəvələri – X11, X25, X30r. Onlar iddiaçıdan əvvəlki mülkiyyətçinin zamanında mübahisəli mənzilə qeydiyyata düşmüşdür. Mənzil Məcəlləsinin yuxarıda istinad olunan 30.1-ci maddəsinə əsasən onlar, həmin evin mülkiyyətçisinin ailə üzvləri sırasına aid edilmir. Ona görə də, onların mübahisəli mənzilə istifadə hüququ yoxdur. Göründüyü kimi, məhkəmə araşdırması zamanı Gəncə şəhəri, Gülüstan qəsəbəsi, ev 20A, mənzil 11 Yeni qaydalarla: ünvan 1 ünvanında yerləşən daşınmaz əmlakın xüsusi mülkiyyət hüququ əsasında iddiaçıya məxsusluğu, üçüncü şəxslərin hazırda mübahisəli yaşayış sahəsinə dair hər hansı əmlak hüquqlarının, iddiaçı ilə əvvəllər və hazırda hər hansı ailə bağlarının olmaması, faktiki olaraq orada yaşamaması müəyyən edilmişdir. Ona görə də cavabdehin imtinası iddiaçının mülkiyyət hüquqlarının pozulmasına səbəb olur. Belə ki, mülkiyyət hüququ mülkiyyətçinin ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək, həmçinin qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan həmin əmlak üzərində dövlət tərəfindən təminat altına alınmış üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Məhkəmə işin faktiki hallarını nəzərə alaraq və maddi hüquq normalarını rəhbər tutaraq hesab edir ki, üçüncü şəxslərin sözügedən mənzil üzərində hər hansı hüquqa malik olmadığı və orada uzun müddət yaşamadığı, hallarda qeyd edilən ünvanda qeydiyyatda qalması iddiaçının mülkiyyətçi kimi öz əmlakı üzərində sərbəst sərəncam vermək hüququnu məhdudlaşdırır. Ona görə də iddiaçı üçüncü şəxslərin sözügedən yaşayış sahəsindən qeydiyyatdan çıxarılmasının cavabdehə həvalə edilməsini tələb etməkdə haqlı olmuşdur. Məhkəmə onu da qeyd edir ki, həmin şəxsin qeydiyyatdan çıxarılması onun üçün hər hansı əlverişsiz hüquqi nəticələr yaratmamaqla yanaşı, onun yaşayış sahəsi üzrə ümumiyyətlə, qeydiyyatsız qalmasına da səbəb olmur. Belə ki, həmin şəxs özlərinin yeni yaşayış yeri üzrə və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09 aprel 2003-cü il tarixli 55s saylı sərəncamına uyğun olaraq Daxili İşlər Nazirliyinin şəxsiyyət vəsiqəsi verən müvafiq orqanının ünvanı üzrə qeydiyyata alına bilər. Beləliklə, məhkəmə icraatında təsdiq olunmuş və barələrində proses iştirakçılarının öz münasibətlərini bildirmək imkanına malik olduqları faktları və sübutları araşdıraraq məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia təmin edilsin. X35, X19, X9, X42, X25, X15 Gəncə şəhəri, Gülüstan qəsəbəsi, ev 20A, mənzil 11 Yeni qaydalarla: ünvan 1 ünvanı üzrə qeydiyyatdan çıxarılması öhdəliyi Cavabdeh üzərinə qoyulsun. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Zəfər Quliyev
Məhkəmə qərarları › İş №2-1(114)-6090/2025
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-6090/2025
27.11.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver