Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-61/2021 26.05.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundov Emin Tahir oğlunun sədrliyi, Xəlilov Eldar Yaşar oğlunun katibliyi, İddiaçı üçüncü şəxs X2 və onun nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı Şəmkir Ərazi İdarəsinə qarşı (üçüncü şəxs X4) 0,12 ha həyətyanı torpaq sahəsinə dair hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatının aparılması vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. T ə s v i r i h i s s ə: İddiaçı (bundan sonra mətndə iddiaçı) cavabdeh Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı Şəmkir Ərazi İdarəsinə (bundan sonra mətndə cavabdeh) qarşı 19.02.2020-ci il tarixdə iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, 0,12ha həyətyanı torpaq sahəsinə dair hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatının aparılması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Gəncə İnzibati Məhkəməsi tərəfindən qəbul edilmiş 16.06.2020-ci il tarixli, 2-1(114)- 878/2020 nömrəli qərardadla X4 iş üzrə inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Şəmkir rayonu Keçili kəndi ərazisində fəaliyyət göstərmiş sabiq “Sosializm” sovxozunun 06.04.1989-cu il tarixli, 11 nömrəli əmri ilə Azərbaycan Sovet Sosialist Respublikası Nazirlər Sovetinin 10.11.1987-ci il tarixli, 404 nömrəli qərarına əsasən ona da, Əfqanıstan müharibəsi iştirakçısı kimi 0.12 ha torpaq sahəsi verilmişdir. Azərbaycan Respublikası Dövlət X5 k-1-104 nömrəli, 11 fevral 2019-cu il tarixli Arxiv arayışında qeyd edilir ki, X12 Filialında mühafizə olunan Keçili kənd İƏVÜN-nin təsərrüfatbaşına kitabında 1996-2000-ci illərdə İddiaçı adına 638 nömrəli təsərrüfat qeyd edilib. Azərbaycan Respublikası Dövlət X5 k-1-510 nömrəli, 14 avqust 2019-cu il tarixli Arxiv arayışında qeyd edilir ki, Şəmkir Filialında mühafizə olunan Keçili kəndi ərazisində fəaliyyət göstərmiş sabiq “Sosializm” sovxozunun fəhlə və qulluqçularına aid əmr kitablarına əsasən “Sosializm” sovxozunun 06.04.1989-cu il tarixli, 11 nömrəli əmri ilə Azərbaycan Sovet Sosialist Respublikası Nazirlər Sovetinin 10.11.1987-ci il tarixli, 404 nömrəli qərarına əsasən sovxozun üzvlərinə həyətyanı torpaq sahəsi verilmişdir. Həmin əmrlə həyətyanı torpaq sahəsi verilmiş vətəndaşların adlı siyahısında 183-cü sıra nömrəsində pozuntu olmuş, İddiaçı adı yazılmış və onun adının üstündən xətt çəkilərək X2 adı yazılmışdır. Həyətyanı torpaq sahəsi 0.08 ha qeyd edilmişdir. “Sosializm” sovxozunun arxiv sənədi dövlət mühafizəsinə qəbul edilən zaman sənədlərin təhvil-qəbulu barədə akt tərtib edilmiş və həmin aktda 1989-cu ilə dair əmr kitabında sovxozun fəhlə və qulluqçularına həyətyanı torpaq sahəsi verilməsi barədə əmrin adlı siyahısında 18-ci sıra nömrəsində pozuntu və qara olduğu qeyd edilmişdir. O, həmin sənədlər əsasında torpaq sahəsinin hüquqi qeydiyyatı üçün Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı Şəmkir Ərazi İdarəsinə müraciət etmişdir. Orada ondan Arxiv arayışı və Keçili bələdiyyədən yerqurluşu planından çıxarış tələb edildi. O, hər iki sənədi əldə etdikdən sonra, yenidən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı Şəmkir Ərazi idarəsinə müraciət edərək, ona məxsus 0.12 ha torpaq sahəsinə dair hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatının aparılmasını xahiş etmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı Şəmkr Ərazi İdarəsinin **********04, nömrəli 21 iyun 2019cu il tarixli bildirişi ilə ona ərizəsinin icrası mümkün olmadığı bildirilmişdir. Buna əsas olaraq da 0.12 ha torpaq sahəsində digər vətəndaş tərəfindən istilikxana quraşdırılaraq istifadə edildiyi, baza xəritəsinə əsasən həmin ərazi yaşayış məntəqəsi daxilində kənd təsərrüfatı təyinatlı yararsız sahə kimi bələdiyyə mülkiyyətində göstərilməsi, həmin torpaq sahəsinin faktiki olaraq 0.1741 ha olması və ondan 0.1037 ha hissəsinin 110 KV-luq elektrik xəttinin, 0.016 ha hissəsinin isə 10 KV-luq elektrik xəttinin qorunma zolağına düşdüyü, adına kəndin başqa yerində JN-058A saylı “Torğağm mülkiyyətə verilməsinə dair şəhadətnamə” işləndiyi və arxiv arayışının qaytanlanmış kitabdan deyil, təsərrüfat başına kitabdan verildiyi, Azərbaycan Respublikası Nazirlər Kobinetinin 10 iyun 2005-ci il tarixli, 103 nömrəli qərarı ilə təsdiq edilmiş “Gərginliyi 1000 KV - 110000 KV yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi Qaydaları’nın 5ci bəndinə əsasən, hava elektrik ötürücüsü xətləri boyunca kənar naqillərin meyl edilmiş vəziyyətində hər iki tərəfdən şaquli müstəvilərlə məhdudlaşan torpaq sahəsi və hava fəzası şəklində gərginliyi 10-110 KV olan elektrik xətlərinin mühafizə zonası 10-20 metr müəyyən edildiyi qeyd edilmişdir. O, həmin imtinadan sonra X9 Şəbəkəsi MMC-yə müraciət edərək 27.06.2019-cu il tarixli, 1-115/21 nömrəli arayış almışdır. Həmin arayışda qeyd edilir ki, Şəmkir rayonu Keçili kəndində yerləşən İddiaçı məxsus fərdi yaşayış evinin qarşısından keçən 110 KV-luq 2-ci Şəmkir hava xəttinin Dəllər budaqlanması 26 metr məsafədən keçir. X10 tərəfindən verilmiş 01/55 nömrəli, 04.06.2019-cu il tarixli arayışda qeyd edilir ki, Şəmkir rayonu Keçili kəndində yerləşən İddiaçı məxsus fərdi yaşayış evinin qarşısından keçən 10 KV-luq Zəhmət hava xətti 55 metr məsafədən keçir. Hər iki arayışı 11 saylı Şəmkir Ərazi İdarəsinə təqdim etdikdə yenə də, ona torpaq sahəsinin hüquqi qeydiyyatından imtina edilmişdir. Göstərilənlərə əsasən cavabdehin imtinasını qanunsuz hesab edir. Gəncə İnzibati Məhkəməsi tərəfindən qəbul edilmiş 25.02.2021-ci il tarixli, 2-1(114)- 61/2021 nömrəli qərardad ilə iş üzrə mütəxəssis rəyinin verilməsi qərara alınmış, mütəxəssis rəyinin verilməsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Resyestri Xidmətinə həvalə edilmişdir və mütəxəssis qarşısında “Şəmkir rayonu, Keçili kəndi ərazisində fəaliyyət göstərmiş sabiq “Sosializm” sovxozunun 06.04.1989-cu il tarixli, 11 nömrəli əmri ilə Azərbaycan Sovet Sosialist Respublikası Nazirlər Sovetinin 10.11.1987-ci il tarixli, 404 nömrəli qərarına əsasən İddiaçı verilmiş 0,12 ha həyətyanı torpaq sahəsi harada yerləşir?” sualı qoyulmuşdur. 26.04.2021-ci il tarixli, **********51 nömrəli məktubla Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Resyestri Xidməti 22.04.2021-ci il tarixli, 11/M-041 nömrəli mütəxəssis rəyininin surətini məhkəməyə təqdim etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə əsasən inzibati mübahisəyə dair iş üzrə qanunamüvafiq prosessual hərəkətlər edildikdən sonra işin şifahi məhkəmə baxışı iclası 26 may 2021-ci il tarixə təyin edilmişdir. Şifahi məhkəmə baxışı iclasında İddiaçı iddia tələbini müdafiə edərək və iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, 0,12 ha həyətyanı torpaq sahəsinə dair hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatının aparılması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şifahi məhkəmə baxışı iclasında üçüncü şəxs X4 və nümayəndəsi (vəkili) Vəkil ayrıayrılıqda iddia ərizəsinə etiraz edərək, iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı Şəmkir Ərazi İdarəsi nümayəndəsinin iştirakını məhkəmə iclasında təmin etməmiş, səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinin tələblərinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı Şəmkir Ərazi İdarəsi məhkəməyə ünvanladığı 11.03.2020-ci il tarixli, **********75 nömrəli etiraz ərizəsi ilə iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəməyə aşağıdakı sənədlər təqdim olunmuşdur: - İddiaçıya məxsus AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin surəti; - Dövlət X5 11.02.2019-cu il tarixli k-1-104 nömrəli arxiv arayışının əsli; - “Qərb regional Elektrik Təchizatı və Satışı İdarəsi” X6 04.06.2019-cu il tarixli, 01/55 nömrəli arayışının əsli; - “X9 Şəbəkəsi” MMC-nin 27.06.2019-cu il tarixli, 1-115/21 nömrəli arayışının əsli; - Dövlət X5 14.08.2019-cu il tarixli k-1-510 nömrəli arxiv arayışının əsli; - Cavabdehin iddiaçıya ünvanladığı 21.06.2019-cu il tarixli, **********04 nömrəli imtina məktubunun əsli; - Şəmkir rayonu Keçili bələdiyyəsinin Gəncə İnzibati Məhkəməsinə ünvanladığı 17.09.2020-ci il tarixli, 137 nömrəli məktubu; - Məhkəmənin sorğusu əsasında alınmış cavabdehin 31.03.2021-ci il tarixli, **********80 nömrəli cavab məktubu; - 22.04.2021-ci il tarixli, 11/M-041 nömrəli mütəxəssis rəyininin surəti Həmin sənədlərin məzmununa istinad edilir və onlar məhkəmə araşdırmasının əsasını təşkil etmişlər. Ə s a s l a n d ı r m a h i s s ə s i: Məhkəmə, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq, həmçinin, mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-nin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddianın qaldırılması ilə bağlı Məcəllədə nəzərdə tutulmuş müddətə riayət olunmuşdur (İPM-in 39.1-ci maddəsi). İddia aşağıdakılara görə əsaslı deyil. İşin faktiki hallarından görünür ki, iddiaçı cavabdehə ərizə ilə müraciət edərək sabiq “Sosializm” sovxozu tərəfindən verilmiş 0,12 ha həyətyanı torpaq sahəsinə dair hüquqların daşınmaz əmlakın dövlət reyestrində onun adına qeydiyyatının aparılmasını xahiş etmişdir. Cavabdeh orqan 21.06.2019-cu tarxili, **********04 nömrəli məktubla iddiaçıya imtina məktubu ünvanlayaraq bildirmişdir ki, aparılan araşdırma zamanı Şəmkir rayon, Keçili kəndində yerləşən, iddiaçının iddiasında olduğu 0.12 ha torpaq sahəsində digər vətəndaş tərəfindən istilikxana quraşdıraraq istifadə etdiyi müəyyən olunmuşdur. Həmçinin torpaq sahəsi mübahisəlidir. Baza xəritəsinə əsasən həmin ərazi yaşayış məntəqəsi daxilində kənd təsərrüfatı təyinatlı yararsız sahə kimi bələdiyyə mülkiyyətində göstərilmişdir. İddiaçının iddia etdiyi torpaq sahəsi faktiki olaraq 0.1741 hektardır. Sənəd üzrə torpaq sahəsinin 0.1037 ha hissəsi 110 KV-luq elektrik xəttinin, 0.016 ha hissəsi isə 10 KV-luq elektrik xətdinin qorunma zolağına düşür. Eyni zamanda onun adına kəndin başqa yerində JN- 085A sayiı “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” işlənmişdir. İddiaçının təqdim etdiyi arxiv arayışı, qaytanlanmış kitabdan deyil, təsərrüfat başına kitabdan verilmişdir. Ərazidə mübahisə olması ilə bağlı 11.06.2019-cu il tarixdə X3 tərəfindən Ərazi idarəsinə ərizə daxil olmuşdur. Bu səbəblərdən iddiaçının ərizəsinin icrası mümkün olmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 iyun 2005-ci il tarixli, 103 nömrəli qərarı ilə təsdiq edilmiş “Gərginliyi 1000 KV - 110000 KV yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi İ faydaları” nın 5-ci bəndinə əsasən, hava elektrik ötürücü xətləri boyunca kənar naqillərin meyl etməmiş vəziyyətində hər iki tərəfdən şaquli müstəvilərlə məhdudlaşan torpaq sahəsi və hava fəzası şəklində gərginliyi 10-110 KV olan elektrik xətlərinin mühafizə zonası 10-20 m müəyyən edilmişdir. Məhkəmə aşağıdakılara əsasən cavabdeh inzibati orqanın imtinasını qanunvericiliyin tələblərinə uyğun hesab edir. Belə ki, Gəncə İnzibati Məhkəməsi tərəfindən qəbul edilmiş 25.02.2021-ci il tarixli, 2- 1(114)-61/2021 nömrəli qərardad ilə iş üzrə mütəxəssis rəyinin verilməsi qərara alınmış, mütəxəssis rəyinin verilməsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Resyestri Xidmətinə həvalə edilmişdir və mütəxəssis qarşısında “Şəmkir rayonu, Keçili kəndi ərazisində fəaliyyət göstərmiş sabiq “Sosializm” sovxozunun 06.04.1989-cu il tarixli, 11 nömrəli əmri ilə Azərbaycan Sovet Sosialist Respublikası Nazirlər Sovetinin 10.11.1987-ci il tarixli, 404 nömrəli qərarına əsasən İddiaçı verilmiş 0,12 ha həyətyanı torpaq sahəsi harada yerləşir?” sualı qoyulmuşdur. 26.04.2021-ci il tarixli, **********51 nömrəli məktubla Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Resyestri Xidməti 22.04.2021-ci il tarixli, 11/M-041 nömrəli mütəxəssis rəyininin surətini məhkəməyə təqdim etmişdir. Həmin mütəxəssis rəyində qeyd edilmişdir ki, təqdim olunmuş sənədlər toplusunda torpaq sahəsinin harada yerləşməsi barədə koordinatların olmaması səbəbindən yerinin müəyyən olunması və sualın cavablandırılması mümkün olmamışdır. Məhkəmənin sorğusu əsasında alınmış cavabdehin 31.03.2021-ci il tarixli, **********80 nömrəli cavab məktubunda qeyd edilmişdir ki, İddiaçı məxsus olan 0.12 ha torpaq sahəsində ölçü işləri aparılarkən məlum olmuşdur ki, həmin torpaq sahəsində digər vətəndaş istilikxana quraşdıraraq ondan istifadə edir. Həmin torpaq sahəsinin baza xəritəsinə əsasən yaşayış məntəqəsi daxilində kənd təsərrüfatı təyinatlı yararsız sahə kimi bələdiyyə mülkiyyətinə aid olduğu müəyyən edilmişdir. Torpaq sahəsi yüksək (110 KV-luq və 10 KV-luq) gərginlikli elektrik xəttinin mühafizəsi zonasında yerləşir. Həmçinin onun adına həmin kənddə başqa bir ərazidə 0.08 ha həyətyanı torpaq sahəsinə dair JN-085A saylı “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” tərtib edilmişdir. Şəmkir rayonu Keçili bələdiyyəsinin Gəncə İnzibati Məhkəməsinə ünvanladığı 17.09.2020ci il tarixli, 137 nömrəli məktubdan görünür ki, Keçili kənd sakini X1 torpaq islahatlarından qabaq 1987-ci ildən istifadəsində olan 26.72 ha bələdiyyə mülkiyyətinə aid olan torpaq sahəsi vardır və torpaq sahəsi istifadəyə verilməmişdən qabaq vətəndaşın özəl pay torpağından tutulmuşdur. Həmin torpaq sahəsində uzun müddət əvvəl istixana qurulmuşdur. Dəfələrlə torpaq sahəsinin sənədləşməsi ilə bağlı X1 Keçili bələdiyyəsinə şifahi və yazılı şəkildə müraciətinə baxmayaraq bələdiyyə mülkiyyətinə aid olan 26.72 ha torpaq sahəsi yüksək gərgnlikli (110 min) elektrik xəttinin altından keçdiyi üçün sənədləşmə aparıla bilməmişdir. Məhkəmə işin faktiki hallarını araşdıraraq müəyyən edir ki, qeyd edilən torpaq hal-hazırda bələdiyyə mülkiyyətindədir. Bu səbəbdəndə iddiaçının idiası təmin olunmamalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 4.1-ci maddəsinə əsasən 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. Həmin Qanunun 2-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsi və digər normativhüquqi aktları ilə müəyyən olunmuş qaydada aparılır. Həmin Qanunun 10-cu maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. Həmin Qanunun 11-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Həmin Qanunun 12-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənəd əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 23-cü maddəsinə əsasən idarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. Beləliklədə məhkəmə araşdırması nəticəsində müəyyən olunmuşdur ki, İddiaçı tərəfindən iddia olunan torpaq sahəsi bələdiyyə mülkiyyətində olan torpaq sahəsidir. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh tərəfindən verilmiş imtina əsaslıdır və iddiaçı tərəfindən verilmiş iddia təmin edilməməlidir. Avropa Məhkəməsinin “Layıcov Azərbaycana qarşı” 10 aprel 2014-cü il tarixli qərarında qeyd edilir ki, məhkəmə sübutları qiymətləndirən zaman “əsaslı şübhələr yaratmayan” sübut standartını əsas kimi götürür. Belə sübut kifayət qədər güclü, aydın və ziddiyyət təşkil etməyən mülahizələrdən və ya faktların eyni dərəcədə təkzib olunmayan ehtimallarından irəli gələ bilər. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən, məhkəmənin həqiqətə nail olması üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılmaması, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquq normalarına müvafiq olaraq qiymətləndirilməməsi və bununla da qəbul edilən məhkəmə aktlarının qanunilik və əsaslılıq meyarlarına cavab vermədiyindən ədalətli olmasını şübhə altına alır. (Konstitusiya Məhkəməsi Plenumunun F.Cavadov və V.Aslanovun şikayəti ilə əlaqədar 2008-ci il 30 dekabr tarixli, X.Xəlilovun şikayəti üzrə 2009-cu il 16 yanvar tarixli, N.Manafovun şikayəti üzrə 2009-cu il 13 iyul tarixli Qərarları). Konstitusiyada ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması, məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi təsbit olunmuşdur (Konstitusiyanın 127-ci maddəsinin İİ və Vİİ hissələri). Avropa Məhkəməsi Van de Huk Niderlanda qarşı iş üzrə 19 aprel 1994-cü il tarixli Qərarında sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq göstərmişdir ki, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur. İddiaçı iddia tələbinin əsaslığını sübut etməli olduğu halda bunu edə bilməmiş və cavabdeh inzibati orqan Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı Şəmkir Ərazi İdarəsinin hərəkətləri qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin maddənin 2-ci hissəsinin tələblərinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 61.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Cavabdehin iddianı qəbul etdiyi hallarda, qərarın əsaslandırma hissəsində yalnız iddianın cavabdeh tərəfindən qəbul edildiyi onun məhkəmə tərəfindən təsdiq olunduğu göstərilə bilər. Həmin Məcəllənin 61.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş materiallarına əlavə edilmiş ekspertiza xərclərinin smetasından görünür ki, iş üzrə verilmiş mütəxəssis rəyinin xərci 311 (üç yüz on bir) manat təşkil etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən (İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır) hesab edir ki, mütəxəssis rəyinin verilməsi ilə bağlı 311 (üç yüz on bir) manat məhkəmə xərci iddiaçıdan tutulmalıdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək və iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında belə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı Şəmkir Ərazi İdarəsinə qarşı 0,12 ha həyətyanı torpaq sahəsinə dair hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatının aparılması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbi təmin edilməməlidir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68- 61, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı Şəmkir Ərazi İdarəsinə qarşı (üçüncü şəxs X4) 0,12 ha həyətyanı torpaq sahəsinə dair hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatının aparılması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbi təmin edilməsin. İddiaçı 311 (üç yüz on bir) manat məbləği torpaq sahəsinin inventarlaşmasına dair ekspertiza xərci tutularaq Kadast və Yerquruluşu Layihə-Təqdiqat Mərkəzinin (VÖEN **********) müxbir hesab AZ37NABZ******************** SWİFT AİİBAZ2X nömrəli hesabına köçürülsün. Qərardan, onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verə bilərlər. Qərar, onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apelyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Emin Axundov
Məhkəmə qərarları › İş №2-1(114)-61/2021
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-61/2021
26.05.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver