Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-613/2022 20.04.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi ilə, İddiaçı cavabdehlər Azərbaycan Respublikası Təhsil Nazirliyinə və Azərbaycan Respublikası X1rşı məlumatın elektron informasiya sisteminə yerləşdirilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Təhsil Nazirliyinə və Azərbaycan Respublikası X1rşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, onun hazırda Türkiyə Respublikası Atatürk Universitetində təhsili barədə məlumatların mərkəzləşdirilmiş elektron informasiya sisteminə yerləşdirilməsi öhdəliyinin cavabdehlərə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 06.12.2021-ci il tarixli 2-1(112)-12138/2021 nömrəli qərardadı ilə iş baxılması üçün Gəncə İnzibati Məhkəməsinə göndərilmişdir. Tələb onunla əsaslandırılmışdır ki, 2020-ci ildən Türkiyə Respublikası Atatürk Universitetində qiyabi qaydada İctimaiyyətlə əlaqələr və təqdimat bakalavr proqramı üzrə təhsil alır. Təhsili barədə məlumatın Dövlət Mərkəzləşdirilmiş elektron informasiya sistemində yerləşdirilməsi barədə 07.05.2021-ci il tarixdə cavabdeh orqanlara ünvanlanmış müraciətləri müsbət həll edilməmişdir. Buna görə də hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh Azərbaycan Respublikası X3 nümayəndəsi X2 məhkəmə hazırlıq icraatı iclasında iddia tələbini qəbul etməyərək bildirmişdir ki, mövcud qanunvericiliyə əsasən xarici ölkələrin ali təhsil müəssisələrinin tələbələri və məzunları barədə məlumatların “Tələbə-məzun” dövlət elektron məlumat sisteminə daxil edilməsi nəzərdə tutulmamışdır. Bu səbəbdən də, iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. İddiaçı işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə iş üzrə digər cavabdehə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -surəti işə əlavə edilmiş Türkiyə Respublikası Atatürk Universitetinin Rektorluğu Tədris şöbəsinin 17.11.2020-ci il tarixli 49123300 nömrəli arayışından görünür ki, İddiaçı “İctimaiyyətlə əlaqələr və təqdimat” bakalvr proqramının qeydiyyatda olan tələbəsidir, 2020-2021-ci il tədris ili payız semestrində dərs qeydiyyatından keçmişdir və tələbəlik hüquqlarından yararlanır. -X3 27.05.2021-ci il tarixli 04/08-08/132 nömrəli məktubundan görünür ki, iddiaçının müvafiq müraciətinin təmin edilməsindən imtina edilmişdir. - Azərbaycan Respublikası Təhsil Nazirliyinin 25.05.2021-ci il tarixli S-346/03/12-24 nömrəli məktubundan görünür ki, iddiaçının müvafiq müraciətinin təmin edilməsindən imtina edilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir.İddiaçı həmin Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olsa da mahiyət baxımından əsaslı deyil. Belə ki, iş üzrə araşdırılmış sübutlarla müəyyən edilmişdir ki, iddiaçı hal-hazırda Türkiyə Respublikası Atatürk Universitetində qiyabi qaydada “İctimaiyyətlə əlaqələr və təqdimat” bakalavr proqramı üzrə təhsil alır. Təhsili barədə məlumatın Dövlət Mərkəzləşdirilmiş elektron informasiya sistemində yerləşdirilməsi barədə inzibati orqanlara müraciət etsə də, cavabdehlər mövcud qanunvericiliyə əsasən xarici ölkələrin ali təhsil müəssisələrinin tələbələri və məzunları barədə məlumatların “Tələbə-məzun” dövlət elektron məlumat sisteminə daxil edilməsinin nəzərdə tutulmadığını əsas gətirərək iddiaçıya imtina cavabı vermişdirlər. Məhkəmə inzibati orqanların mövqeyi ilə razılaşaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Belə ki, İş materialları ilə müəyyən olunur ki, iddiaçı Türkiyə Respublikası Atatürk Universitetinin “İctimaiyyətlə əlaqələr və təqdimat” bakalvr proqramının qeydiyyatda olan tələbəsidir. Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 23 fevral tarixli 225 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Tələbə-məzun” dövlət elektron məlumat sistemi haqqında Əsasnamənin 1-ci bəndinə əsasən bu Əsasnamə “Tələbə-məzun” dövlət elektron məlumat sisteminin (bundan sonra – Sistem) yaradılması, zənginləşdirilməsi və ondan istifadə qaydalarını müəyyən edir. Sistemə ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri və məzunları, həmçinin ali təhsil müəssisələrinin magistrantları haqqında məlumatlar daxil edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 1 may tarixli 125 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil alması Qaydaları”nın 4.11-ci bəndinə əsasən ali və orta ixtisas təhsili müəssisələrinin əcnəbi tələbələri və məzunları haqqında məlumatlar “Tələbə-məzun”, ümumi təhsil və peşə təhsili müəssisələrinin əcnəbi tələbələri və məzunları haqqında məlumatlar isə “Şagird-məzun” dövlət elektron məlumat sistemlərinə daxil edilir. “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 14.17-1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında fəaliyyət göstərən bütün təhsil müəssisələri “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi”nə qoşulmalıdırlar. Göründüyü kimi, hazırda qüvvədə olan qanunvericilikdə yalnız Azərbaycan Respublikasının ali və orta ixtisas təhsili müəssisələrinin azərbaycanlı və əcnəbi tələbələri və məzunları barədə məlumatın dövlət elektron məlumat sisteminə (“Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi”nə) daxil edilməsi nəzərdə tutulmuşdur. Beləliklə işin faktiki hallarına və qeyd olunan maddi hüquq normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh orqanların imtinası əsaslı olmuşdur. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin:- -2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr tərəfindən baxılır. -34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. -68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçun əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 34, 68, 69, 73, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərar aldı: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Təhsil Nazirliyinə və Azərbaycan Respublikası X1rşı məlumatın elektron informasiya sisteminə yerləşdirilməsi vəzifəsinin cavabdehlərin üzərinə qoyulması barədə iddia təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fikrət Hüseynov
Məhkəmə qərarları › İş №2-1(114)-613/2022
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-613/2022
20.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver