Məhkəmə qərarları › İş №2-1(114)-613/2025

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-613/2025

03.12.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-613/2025 03.12.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı çıxarışların ləğv edilməsi və digər tələblərinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi X10 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə (üçüncü şəxs X9) qarşı X3 adına verilmiş 14 may 2008-ci il tarixli ********** reyestr nömrəli, 16 iyun 2008-ci il tarixli ********** nömrəli çıxarışların ləğv edilməsi və X4 adına verilmiş 08 dekabr 1987-ci il tarixli 115 nömrəli qeydiyyat vəsiqəsi üzrə həmin ev və 0.20 ha torpaq sahəsi üzərində hüququn dövlət qeydiyyatının İddiaçı adına aparılması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə: I. İşin halları

1. X23 İnventarlaşdırma Bürosu tərəfindən xx.xx.1987-ci il tarixli qeydiyyat vəsiqəsinə əsasən Daşkəsən rayonu Xoşbulaq kəndində 2 otaqlı, yaşayış sahəsi 53.0 kv.m, köməkçi sahəsi 29.0 kv.m, ümumi sahəsi 82.0 kv.m olan fərdi yaşayış fonduna aid ev X4 mülkiyyəti kimi qeydə alınmışdır.

2. Torpağın mülkiyyətə verilməsinə dair JN-043A nömrəli Kod 50605028 saylı şəhadətnaməyə əsasən Daşkəsən rayon AİK-nin xx.xx.1998-ci il tarixli 01 saylı qərarı ilə X5 adına Daşkəsən rayonu, Xoşbulaq kəndində 1.0 ha həyətyanı torpaq sahəsi verilmişdir.

3. Daşkəsən RİHB Zağalı inzibati ərazi dairəsi üzrə icra nümayəndəsinin xx.xx.2008ci il tarixli 439 nömrəli arayışında X3 adına Daşkəsən rayonu, Xoşbulaq kəndində 1960-cı ildə daşdan tikilmiş üç otaqdan ibarət yaşayış evi və tövləsinin olduğu qeyd edilmişdir.

4. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2008-ci il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən Daşkəsən rayonu, Xoşbulaq kəndində mülkiyyətində olan 1.0 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 53.1 kv.m yaşayış, 21.1 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə X3 adına xx.xx.2008-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.

5. xx.xx.2008-ci il tarixli müqaviləyə əsasən X9 Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2008-ci il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən Daşkəsən rayonu, Xoşbulaq kəndində mülkiyyətində olan 1.0 ha torpaq sahəsinin 0.10 ha hissəsini X2.

6. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2008-ci il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən Daşkəsən rayonu, Xoşbulaq kəndində mülkiyyətində olan 0.9 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 53.1 kv.m yaşayış, 21.1 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə X3 adına xx.xx.2008-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.

7. İddiaçılar X16 və İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinə (üçüncü şəxs X9) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Daşkəsən rayon Aqrar İslahat Komissiyasının qərarının etibarsız hesab edilməsi və ********** qeydiyyat nömrəli çıxarışın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər və həmin iddia Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2-1(114)-440/2025 nömrəli qərardadı ilə mümkün sayılmamışdır.

8. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli 2- 1(104)-543/2025 nömrəli qərardadı ilə apellyasiya şikayəti təmin edilməmiş, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2-1(114)-440/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır.

9. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli 3-21-3-33/2-11432/2023 nömrəli məktubunda bildirilmişdir ki, xx.xx.1987-ci il tarixdə aparılmış inventarizasiya işləri zamanı Daşkəsən rayonu, Xoşbulaq kəndində yerləşən ümumi sahəsi 83 kv.m olan iki yaşayış otağından ibarət fərid yaşayış evinə dair texniki pasport hüquqmüəyyənedici sənədlər olmadan X20 (Mamedalı) oğlunun adına işlənmişdir. Mülkün arxiv qovluğunda tikiliyə və onun yerləşdiyi torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədlər aşkar edilməmiş, fərdi yaşayış evi üzərində hüquqlar daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır.

10. Məhkəmənin sorğusuna Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli 3-21-3- 33/2-5894/2024 nömrəli cavab məktubunda bildirilmişdir ki, 3 saylı Gəncə Ərazi İdarəsinin arxiv sənədlərində və qeydiyyat vəsiqələrinin qeydiyyat kitabında X4 adına qeydiyyat vəsiqəsinin tərtib edilməsinə dair məlumat aşkarlanmamışdır. Arxiv qovluğunda yalnız Xoşbulaq kəndində yerləşən fərdi yaşayış evinə dair X4 adına işlənmiş texniki pasport aşkarlanmışdır. II. Məhkəmədə icraat

11. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı X3 adına verilmiş qeydiyyat nömrəsi ********** olan çıxarışın ləğv edilərək, X4 adına verilmiş xx.xx.1987-ci il tarixli, 115 saylı qeydiyyat vəsiqəsinə əsasən onun adına hüququn qeydiyyatının aparılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

12. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, Daşkəsən rayon Xoşbulaq kəndində mərhum əri X5 0.20 ha torpaq sahəsində 2 otaqlı, ümumi sahəsi 82.0 kv.m olan fərdi yaşayış evi olmuşdur. İddia ərizəsinə əlavə etdiyi cavabdeh tərəfindən verilmiş sorğuya cavab olaraq bildirilmişdir ki, mərhum ərinin adına Daşkəsən rayonu, Xoşbulaq kəndində ümumi sahəsi 82.0 kv.m olan fərdi yaşayış evinə dair inventarlaşdırılma aparılmış, lakin hüquqmüəyyənedici sənədin olmaması göstərilmişdir. Lakin hazırda iddia ərizəsinə əlavə etdiyi qeydiyyat vəsiqəsindən görünür ki, həmin ev üzərində mərhum ərinin hüquq 08 dekabr 1987-ci il tarixdə qeydə alınmışdır. Lakin iş üzrə 3-cü şəxs X8 yolla mərhum ərinə məxsus olan evin üzərində 17 iyun 2008-ci il tarixdə qeydiyyat nömrəsi ********** nömrəli çıxarış verilmişdir. Qeyd olunan fərdi yaşayış evi isə əslində mərhum ərinə məxsus olsa da cavabdeh saxtakarlıq edərək həmin evə X5 çıxarış verilmişdir. İddia ərizəsinə əlavə edilmiş Daşkəsən rayon Dövlət Arxivinin verdiyi xx.xx.2022-ci il tarixli və xx.xx.2023-cü Arxiv-Çıxarışlarından da görünür ki, mərhum əri X4 adına Daşkəsən rayon Xoşbulaq kəndində 0.20 ha torpaq sahəsi və fərdi yaşayış evi təsərrüfatbaşına kitabda mövcuddur. Həmçinin, iddia ərizəsinə əlavə etdiyi torpaq sahəsinə və evə dair ödənilmiş torpaq vergisinə dair çeklər də onu göstərir ki, fərdi yaşayış evi mərhum ərinin adına işlənmişdir. Ev üzrə tikililər artdıqca hər dəfə təsərrüfatbaşına kitabda qeydlər dəyişmişdir. Mərhum əri X11 1994-cü il tarixdə vəfat etmişdir. Bugünki gündə isə mərhum əri vəfat etdiyindən onun prosessual hüquqi varisi kimi hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 3-cü şəxs X6 adına qanunsuz olaraq verilmiş çıxarışın ləğvi ilə bağlı müraciət edir.

13. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır.

14. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə hazırki iddia tələbi “X3 adına verilmiş qeydiyyat nömrəsi ********** olan çıxarışın ləğv edilərək, X4 adına verilmiş xx.xx.1987-ci il tarixli, 115 saylı qeydiyyat vəsiqəsinə əsasən onun adına hüququn qeydiyyatının aparılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dəyişdirilmişdir.

15. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə iddia tələbi “X3 adına verilmiş 14 may 2008-ci il tarixli ********** reyestr nömrəli və 16 iyun 2008-ci il tarixli ********** nömrəli çıxarışların ləğv edilməsi və X4 adına verilmiş 08 dekabr 1987-ci il tarixli 115 nömrəli qeydiyyat vəsiqəsi üzrə adına hüququn qeydiyyatının aparılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dəyişdirilmişdir.

16. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə hazırki iddia tələbi “X3 adına verilmiş 14 may 2008-ci il tarixli ********** reyestr nömrəli, 16 iyun 2008-ci il tarixli ********** nömrəli çıxarışların ləğv edilməsi və X4 adına verilmiş 08 dekabr 1987-ci il tarixli 115 nömrəli qeydiyyat vəsiqəsi üzrə həmin ev və 0.20 ha torpaq sahəsi üzərində hüququn dövlət qeydiyyatının İddiaçı adına aparılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dəyişdirilmişdir. III. Prosessual məsələlər

17. Məhkəmənin xx.xx.2024-cü il tarixli 2-1(114)-2257/2024 nömrəli qərardadı ilə X9 zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir.

18. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq digər prosessual hərəkətlər edilərək, işin şifahi məhkəmə baxışı iclası xx.xx.2025-ci il tarixə təyin edilmiş, bu barədə tərəflərə məlumat verilərək şifahi məhkəmə baxışı iclası ilə bağlı iclasa gəlmədikləri halda onların iştirakı olmadan ərizəyə baxılacağı və iş üzrə qərar qəbul ediləcəyi barədə xəbərdarlıq edilmişdir.

19. İddiaçı və onun nümayəndəsi X13 məhkəmə iclasına gəlmişlər, cavabdehin nümayəndəsi və üçüncü şəxs isə məhkəmə iclasına gəlməmiş, bunun üzürlü səbəbləri və ya mümkünsüzlüyü ilə barədə məhkəməyə məlumat verməmişlər.

20. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin və üçüncü şəxsin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. IV. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri

21. Cavabdeh orqanın yazılı etirazı məhkəməyə daxil olmuş və etiraz onunla əsaslandırılmışdır ki, 3 saylı Gəncə Ərazi İdarəsinin arxiv sənədlərinə əsasən, "Torpağın mülkiyyətə verilməsinə dair" JN-043A nömrəli şəhadətnamə ilə Daşkəsən rayonu, Xoşbulaq kəndində X3 adına 1.00 ha torpaq sahəsi verilmişdir. Həmçinin Daşkəsən rayonu, İHB-nın Zağalı inzibati ərazi üzrə nümayəndəsinin xx.xx.2008-ci il tarixli, 439 nömrəli arayışında X3 adına Daşkəsən rayonu, Xoşbulaq kəndində 1960-cı ildə daşdan tikilmiş üç otaqdan ibarət yaşayış evi və bir tövləsinin olması qeyd edilmişdir. Həmin sənədlər əsasında Daşkəsən rayonu, Xoşbulaq kəndində yerləşən fərdi yaşayış evi və 1.0 ha torpaq sahəsi üzərində X3 mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq xx.xx.2008-ci il tarixli, **********97-10301 reyestr nömrəli çıxarış və texniki pasport verilmişdir. Daşkəsən rayon Dövlət notariat kontorunun xx.xx.2008-ci il tarixli, 40-1-97 reyestr nömrəli müqaviləsinə əsasən X1 rayonu, Xoşbulaq kəndində yerləşən 1.0 ha torpaq sahəsinin 0.10 ha hissəsini X2. Həmin müqavilə əsasında X12 xx.xx.2008-ci il tarixli, **********58 reyestr nömrəli çıxarış verilmişdir. X3 yerdə qalan 0.90 ha torpaq sahəsi və fərdi yaşayış evi üzərində hüquqları dövlət qeydiyyatına alınaraq xx.xx.2008-ci il tarixli, **********79-10301 reyestr nömrəli çıxarış verilmişdir. Arxiv sənədlərinin araşdırılması zamanı Daşkəsən rayonu, Xoşbulaq kəndində X4 adına xx.xx.1987-ci il tarixində tərtib edilmiş texniki pasportun olduğu, qovluqda hər hansı bir hüquqmüəyyənedici sənədin olmadığı müəyyən edilmişdir. Həmin fərdi yaşayış evinə dair X4 adına qeydiyyat vəsiqəsinin verilməsi barədə məlumat ərazi idarəsinin arxiv sənədlərində aşkar edilməmişdir. Məlumat üçün onu da qeyd edirlər ki, İddiaçı və X18 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı çıxarışın ləğvi və yeni çıxarışın verilməsi tələbi ilə Gəncə İnzibati Məhkəməsində iddia qaldırmışlar. İddiaçılar iddia ərizələrini geri götürdükləri üçün Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(114)-1851/2022 nömrəli qərardadı ilə iş üzrə icraata xitam verilmişdir. İddiaçıların iddia tələbi ilə eyni məzmunlu müraciətləri 3 saylı Gəncə Ərazi İdarəsinə daxil olmamışdır. İddiaçı Daşkəsən rayonu, Xoşbulaq kəndi ərazisində yerləşən 0,20 ha həyətyanı torpaq sahəsinə və üzərindəki tikililərə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı qarşılaşdığı problemin həllinə köməklik göstərilməsi barədə müraciəti Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətindən İqtisadiyyat Nazirliyinə olmuşdur. Aparılmış araşdırma zamanı, iş materillarına əlavə edilmiş sənədlər əsasında iddiaçının mərhum əri X3 fərdi yaşayış evi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmadığı müəyyən edilmişdir. İddiaçının iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edirlər. İddiaçı iş üzrə 3-cü şəxs X3 mülkiyyətində olan mübahisəli daşınmaz əmlaka dair aparılmış qeydin etibarsızlığını tələb etdiyindən ilk növbədə iddiaçının həmin əmlaka hüququnun olması, yəni bu iddianı qaldırmaq üçün özünün subyektiv hüququnun mövcudluğunu sübuta yetirməlidir. Hazırki iş üzrə iddiaçının daşınmaz əmllak üzərində hüquqları tələb etdiyi fərdi yaşayış evinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmadığı və beləliklə də həmin evin mülki qanunvericiliyə əsasən mülki dövriyyənin ppredmeti olmadığı mübahisəsiz olaraq müəyyən edilir. Bununla yanaşı, iddiaçı hazırki iddia üzrə daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydin ləğv edilməsi tələbi irəli sürsə də, bununla bağlı mötəbər sübut təqdim edilməmiş, eyni zamanda iddiaçı hər hansı bir qanuna söykənməmişdir. Qeyd edirlər ki, X3 hüquqları həm də daşınmaz əmlakın dövlət reyestrinin tamamlığı və həqiqiliyi prezumpsiyasına əsasən müdafiə olunmalıdır. Buna görə də mülkiyyət hüququna dair daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydin ləğv edilməsi üçün də heç bir əsas yoxdur. Belə olan halda hesab edirlər ki, iddiaçının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı iddiası mümkün sayılmamalıdır.

22. Üçüncü şəxsin iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmamışdır.

23. İddiaçı və onun nümayəndəsi X13 məhkəmə iclasında iddianı müdafiə edərək, onun təmin edilməsini xahiş etmişlər.

Əsaslandırma hissəsi:

24. Məhkəmə iddia ərizəsini və iş materiallarındakı sənədləri nəzərdən keçirib hesab edir ki, iddia tələbi mümkün sayılmamalıdır.

25. Belə ki, “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 05 nömrəli Qərarına görə: Bənd 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Bənd 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Bənd 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Bənd 2.1.Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Bənd 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-nin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Bənd 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır.

26. İş materiallarında olan sənədlərlə müəyyən edilir ki, Torpağın mülkiyyətə verilməsinə dair JN-043A nömrəli Kod 50605028 saylı şəhadətnaməyə əsasən Daşkəsən rayon AİK-nin xx.xx.1998-ci il tarixli 01 saylı qərarı ilə X5 adına Daşkəsən rayonu, Xoşbulaq kəndində 1.0 ha həyətyanı torpaq sahəsi verilmişdir. Daşkəsən RİHB Zağalı inzibati ərazi dairəsi üzrə icra nümayəndəsinin xx.xx.2008-ci il tarixli 439 nömrəli arayışında X3 adına Daşkəsən rayonu, Xoşbulaq kəndində 1960-cı ildə daşdan tikilmiş üç otaqdan ibarət yaşayış evi və tövləsinin olduğu qeyd edilmişdir. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2008-ci il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən Daşkəsən rayonu, Xoşbulaq kəndində mülkiyyətində olan 1.0 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 53.1 kv.m yaşayış, 21.1 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə X3 adına xx.xx.2008-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. xx.xx.2008-ci il tarixli müqaviləyə əsasən X9 Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2008-ci il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən Daşkəsən rayonu, Xoşbulaq kəndində mülkiyyətində olan 1.0 ha torpaq sahəsinin 0.10 ha hissəsini X2. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2008-ci il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən Daşkəsən rayonu, Xoşbulaq kəndində mülkiyyətində olan 0.9 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 53.1 kv.m yaşayış, 21.1 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə X3 adına xx.xx.2008-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.

27. Hazırda iddiaçı X3 adına verilmiş 14 may 2008-ci il tarixli ********** reyestr nömrəli, 16 iyun 2008-ci il tarixli ********** nömrəli çıxarışların ləğv edilməsi və X4 adına verilmiş 08 dekabr 1987-ci il tarixli 115 nömrəli qeydiyyat vəsiqəsi üzrə həmin ev və 0.20 ha torpaq sahəsi üzərində hüququn dövlət qeydiyyatının İddiaçı adına aparılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş edir.

28. Məhkəmə qeyd edir ki, iddiaçının tələbi iki hissədən ibarətdir: - X3 adına verilmiş 14 may 2008-ci il tarixli ********** reyestr nömrəli, 16 iyun 2008ci il tarixli ********** nömrəli çıxarışların ləğv edilməsi; - X4 adına verilmiş 08 dekabr 1987-ci il tarixli 115 nömrəli qeydiyyat vəsiqəsi üzrə həmin ev və 0.20 ha torpaq sahəsi üzərində hüququn dövlət qeydiyyatının İddiaçı adına aparılması öhdəliyinin cavabdehin üzərinə qoyulması.

29. Birinci tələb üzrə mübahisələndirilən ilkin çıxarışın (qeydin) tərtib edilməsinə əsas olan hüquqmüəyyənedici sənəd Torpağın mülkiyyətə verilməsinə dair JN-043A nömrəli Kod 50605028 saylı şəhadətnamə olmuşdur. Həmin şəhadətnaməyə əsasən də Daşkəsən rayon AİK-nin xx.xx.1998-ci il tarixli 01 saylı qərarı ilə X5 adına Daşkəsən rayonu, Xoşbulaq kəndində 1.0 ha həyətyanı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsi və üzərindəki ev Daşkəsən RİHB Zağalı inzibati ərazi dairəsi üzrə icra nümayəndəsinin xx.xx.2008-ci il tarixli 439 nömrəli arayışı nəzərə alınmaqla, vahid əmlak kimi da X3 adına qeydiyyat aparılmış və 14 may 2008-ci il tarixli ********** reyestr nömrəli çıxarış tərtib edilmişdir.

30. Nə qədər ki, Daşkəsən rayon AİK-nin xx.xx.1998-ci il tarixli 01 saylı qərarı, o cümlədən Torpağın mülkiyyətə verilməsinə dair JN-043A nömrəli Kod 50605028 saylı şəhadətnamə ləğv edilməmişdir və qüvvədədir, həmin sənədlərin əsasında tərtib edilmiş reyestr qeydinin ləğvi mümkün deyildir.

31. İkinci mübahisələndirilən çıxarış (qeyd) isə alğı-satqı müqaviləsindən sonra X7 mülkiyyətində qalan əmlak üzərində hüququn qeydiyyatı ilə bağlı olmuşdur və nə qədər ki, ilkin çıxarış və onun tərtib edilməsinə əsas olmuş sənədlər qüvvədədir, onun ləğv edilməsi istisna olunur.

32. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair” 19 may 2014-cü il tarixli Qərarında göstərilmişdir ki: - Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.3 və 178.1-ci maddələrində qeyd edilmişdir ki, dövlət qeydiyyatına alınmalı olan hüquqlar, qanunda digər qayda nəzərdə tutulmadığı halda, qeydiyyata alındığı andan yaranır. Şəxsin mülkiyyət hüququ faktiki olaraq onun adına əmlakın DƏDRX-də qeydiyyata alındığı andan yaranır. Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış isə həmin qeydiyyatı əks etdirən sənəddir və hər bir halda inzibati akt kimi qiymətləndirilə bilməz. - Beləliklə, DƏDRX inzibati orqan hesab edilsə də, onun tərəfindən əmlaka mülkiyyət hüququnu tanıyan qeydiyyatın aparılması və müvafiq çıxarışın verilməsi “passiv legitimləşdirmə” fəaliyyətini nəzərdə tutur.

33. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 4 nömrəli Qərarına görə: Bənd 17. Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. Bu qəbildən olan mübahisələrin məhkəmə aidiyyəti məsələsinin həlli qaldırılmış iddianın hüquqi təbiətindən, onun mülki-hüquqi və ya inzibati-hüquqi tələb olmasından asılıdır. İddia tələblərinin hüquqi təbiətini müəyyənləşdirərkən isə mübahisənin mahiyyəti təhlil edilərək daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlərə və (və ya) inzibati orqanın hərəkətlərinə qiymət verilməlidir. Əgər qeydiyyat mülki-hüquqi əqdlərin (alğı-satqı, bağışlama, vərəsəlik şəhadətnaməsi və s.) əsasında aparılmışdırsa, bu halda, daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyat onun aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlər mübahisələndirilməklə həyata keçirilməli və belə işlərə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Reyestrdəki qeydiyyat inzibati akt əsasında aparıldıqda və iddianın faktiki əsasını bu aktın qanunsuzluğu təşkil etdikdə iddiaçı əvvəlcə özünün hüquqi marağına uyğun olaraq müvafiq aktı qəbul etmiş orqana qarşı iddia qaldırmaqla inzibati məhkəmə icraatı qaydasında həmin inzibati aktı mübahisələndirməlidir. Belə iddia uğurlu olarsa, daha sonra qeydiyyatı aparmış orqana müraciət edilməklə reyestrdəki qeydin dəyişdirilməsi tələb oluna və müvafiq olaraq qeydiyyat orqanının hərəkətindən narazı qalınan halda isə inzibati məhkəməyə müraciət edilə bilər.

34. Göründüyü kimi, iddiaçının mübahisələndirdiyi çıxarışlar (reyestr qeydi) tərtib edilməsinə əsas olan sənədlər ləğv edilmədiyindən (hazırda qüvvədə olduğundan) hazırkı iddia da çıxarışların ləğv edilməsi hissəsində mümkün sayıla bilməz.

35. İddiaçının ikinci tələbi isə X4 adına verilmiş 08 dekabr 1987-ci il tarixli 115 nömrəli qeydiyyat vəsiqəsi üzrə həmin ev və 0.20 ha torpaq sahəsi üzərində hüququn dövlət qeydiyyatının İddiaçı adına aparılması öhdəliyinin cavabdehin üzərinə qoyulmasından ibarətdir.

36. Məhkəmə əvvəla qeyd edir ki, X4 adına verilmiş 08 dekabr 1987-ci il tarixli 115 nömrəli qeydiyyat vəsiqəsi Ərazi İdarəsinin arxiv məlumatlarında olmadığından və həmin vəsiqə üzrə mərhum X4 adına hər hansı qeydiyyat aparılmadığından tələb bu şəkildə (qeydə alınmış hüququn vərəsənin adına rəsmiləşdirilməsi) qoyula bilməzdi. Tələb hüququn mərhum şəxsə məxsus olması barədə arayışın verilməsi şəklində olmalı idi. İddiaçının vəkil olan nümayəndəsinə bu barədə dəfələrlə məhkəmə iclaslarında hüquqi yardım göstərilsə də, iddiaçıya peşşəkar hüquqi yardım göstərən vəkil X4 adına verilmiş 08 dekabr 1987-ci il tarixli 115 nömrəli qeydiyyat vəsiqəsi mövcudluğuna istinad edərək, tələbi bu şəkildə irəli sürmüşdür.

37. Digər tərəfdən, həmin tələb iddiaçının ilkin tələbindən təminindən sonra mümkün ola biləcək tələbdir. Üçüncü şəxsin adına aparılmış qeyd ləğv edilmədiyi halda, iddiaçının adına digər qeyd aparıla bilməz.

38. Ona görə də məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır.

39. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə görə: Maddə 35.3. İddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir.

40. Bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir.

Nəticəvi hissə:

41. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı:

İddia mümkün sayılmasın. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər.

Hakim Gülşən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar