Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-614/2022 02.03.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı (üçüncü şəxs Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti) “müharibə veteranı” adı və vəsiqəsinin verilməsi tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M üə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə 13.07.2021-ci il tarixdə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, ona “müharibə veteranı” adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 28.09.2021-ci il tarixli 2-1(112)-8499/2022 nömrəli qərardadına əsasən iş aidiyyəti üzrə baxılması üçün Gəncə İnzibati Məhkəməsinə göndərilmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı 03.04.1992-ci ildən 18.05.1992-ci ilədək Gədəbəy rayonun Saratovka kəndində yerləşən N saylı hərbi hissədə çavuş vəzifəsində xidmət göstərmiş və döyüşlərdə iştirak etmişdir. Hərbi hissənin 2-ci batalyonunun 3-cü rotasının çavuşu kimi 18 may 1992-ci il tarixli 68 saylı əmrlə şəxsi heyətin siyahısından azad olmuşdur. Bu barədə Müdafiə Nazirliyinin Mərkəzi Arxivi tərəfindən 18.04.2018-ci il tarixli 9/2-5640 nömrəli məktubla onun xidməti barədə arxiv arayışında göstərilmişdir. İddiaçının hərbi biletində göstərilmişdir ki, 18 may 1992-ci ildə ordu sıralarından ehtiyyata buraxılmışdır. Bütün bunlara baxmayaraq Mərkəzi Arxivin 18.03.2021-ci il tarixli 9/2-5640 nömrəli arayışını əsas götürərək iddiaçıya müharibə veteranı adı və vəsiqəsinin verilməsindən imtina edilmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə və üçüncü şəxsə məlumat verilməsinə baxmayaraq nümayəndəsinin iştirakını təmin etməmiş, səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə AR İPM-in 62.3-cü maddəsinə əsasən işə cavabdehin və üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən məhkəməyə göndərilmiş 22.02.2022-ci il tarixli 11/657 nömrəli etirazda qeyd olunmuşdur ki, iddiaçının hərbi xidməti 03.04.1992-ci il tarixdən 18.05.2022-ci il tarixləri əhatə edir, bu səbəbdən onun xidmətdə olduğu tarixlərdə adları qeyd edilən N və N nömrəli hərbi hissələr döyüş əməliyyatlarında iştirak etməmişdir. Bu halda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22.09.1995-ci il tarixli 216 nömrəli qərarına əsasən ona müharibə veteranı adı və vəsiqəsinin verilməsi mümkün deyildir. Məhkəmə iş materialarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, iş materiallarına əlavə olunmuş Gəncə Apelyasiya Məhkəməsinin 26.10.2020-ci il tarixli 2-1(104)-341/2020 nömrəli qərarından görünür ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı müharibə veteranı adı və vəsiqəsinin verilməsi tələbinə dair işə Gəncə İnzibati-İqtisadi Məhkəməsində baxılaraq iddia təmin edilməmiş, Gəncə İnzibati-İqtisadi Məhkəməsinin 16.12.2019-cu il tarixli 2-1(083)- 1651/2019 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. Göründüyü kimi hazırki mübahisə üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarı mövcuddur. Bununla bağlı məhkəmə aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin:- -1.1-ci maddəsinə əsasən bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin (bundan sonra - inzibati mübahisələr) məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. -78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Məcəllənin bu normasının mənasına görə eyni tərəflər arasında olan iş üzrə qanuni qüvvəyə minmiş qərarı ilə müəyyən edilmiş faktlar həmin tərəflər arasında başqa bir işdə təkrar sübut edilə bilməz. Bu, məhkəmə aktının qanuni qüvvəsi ilə əlaqədardır və əvvəlki prosesdə müəyyən edilmiş halın sonrakı məhkəmə üçün preyudisial əhəmiyyətə malik olmasını göstərir. İşin faktiki hallarından və yuxarıda qeyd olunan hüquq normalarından göründüyü kimi hazırki mübahisə eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslarla bağlı olduğundan və həmin mübahisə üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarı olduğundan iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 81, 85-ci maddələrinin tələblərinə əsasən, məhkəmə Q ə r a r a a l d ı : İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı” adı və vəsiqəsinin verilməsi barədə iddiası mümkün sayılmasın. Qərardaddan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fikrət Hüseynov
Məhkəmə qərarları › İş №2-1(114)-614/2022
Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-614/2022
02.03.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver