Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-615/2020 27.11.2020 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Osmanov Usaməddin Hidayət oğlunun sədrliyi, X1 katibliyi, İddiaçının nümayəndəsi (vəkili) Vəkil və cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinə qarşı Gəncə şəhəri, Gülüstan qəsəbəsi ünvanında yerləşən əsas sahəsi 9.4 kv.m və köməkçi sahəsi 140.9 kv.m olan 1 saylı bazarın yerləşdiyi ümumilikdə 1239.0 kv.m olan tikinti altı və sərbəst torpaq sahəsinin normativ qiyməti əsas götürülməklə özəlləşdirilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. T ə s v i r i h i s s ə: İddiaçı (bundan sonra mətndə iddiaçı) cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinə (bundan sonar mətndə cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Gəncə şəhəri, Gülüstan qəsəbəsi ünvanında yerləşən əsas sahəsi 9.4 kv.m və köməkçi sahəsi 140.9 kv.m olan 1 saylı bazarın yerləşdiyi ümumilikdə 1239.0 kv.m olan tikinti altı və sərbəst torpaq sahəsinin normativ qiyməti əsas götürülməklə özəlləşdirilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Gəncə şəhəri, Gülüstan qəsəbəsi ünvanında yerləşən əsas sahəsi 9.4 kv.m və köməkçi sahəsi 140.9 kv.m olan 1 saylı bazar cavabdeh tərəfindən ona satılmış və bu barədə xx.xx.2006-cı il tarixli 000349 qeydiyyat nömrəli mülkiyyət hüququnu təsdiqləyən şəhadətnamə verilmişdir. Həmin mülk Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı X3 tərəfindən xx.xx.2017-ci il tarixdə qeydiyyata alınıb və bu barədə ona ******* nömrəli çıxarış və yeni tərtib olunmuş texniki posport verilmiş, həmin texniki posportla müəyyən olunur ki, özəlləşdirdiyi qeyri-yaşayış sahəsinin ərazisinin ümumi torpaq sahəsi 1239.0 kv.m-dir və obyekti özəlləşdirdiyi xx.xx.2006-cı il tarixdən onun istifadəsindədir. O, dövlət müəssisəsini özəlləşdirdikdən sonra bir neçə dəfə istifadəsində olan torpaq sahəsini qanunvericiliyin verdiyi imtiyazlardan istifadə edərək özəlləşdirmək istəsə də, hər dəfə cavabdeh tərəfindən eyni növ torpaq sahələrinin qiymətindən artıq olan qiymət deyildiyindən özəlləşdirə bilməmişdir. Bundan sonra məcbur olub qanuni istifadəsində olan və istifadəsinə daxil olan vaxtdan imtiyazlı şərtlərlə özəlləşdirməyə hüququ olan həmin torpaq sahəsini cavabdehin təklif etdiyi xx.xx.2017-ci il tarixli 414 nömrəli müqavilə əsasında illik 556.0 manata icarəyə götürməyə məcbur olmuşdur. 2006-cı ildən istifadəsində olan torpaq sahəsinin satış qiyməti müəyyən edilərkən cavabdeh "Qiymətləndirmə fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanununu əsas götürməməlidir və torpaq sahəsinin ona yalnız bazar qiyməti ilə satıla bilməsi haqda cavabdehin mövqeyi qanunsuzdur. xx.xx.2020-ci il tarixdə keçirilən şifahi məhkəmə baxış iclasında iddiaçının nümayəndəsi Vəkil məhkəməyə dəqiqləşmə ərizəsi verərək Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin üzərinə iddiaçının mülkiyyətində olan Gəncə şəhəri, Gülüstan qəsəbəsi ünvanında yerləşən əsas sahəsi 9.4 kv.m və köməkçi sahəsi 140.9 kv.m olan 1 saylı bazarın yerləşdiyi ümumilikdə 1239.0 kv.m olan tikinti altı və sərbəst torpaq sahəsinin normativ qiymətlə alqı-satqı qiyməti 3006.72 manat məbləğində müəyyən edilməklə iddiaçıya satılması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Cavabdehin nümayəndəsi Nümayəndə iddianın dəqiqləşdirilməsi barədə ərizənin icraata götürülməsinə etiraz etmədi. Məhkəmənin xx.xx.2020-ci il tarixli qərardadı ilə ərizə inzibati məhkəmə icraatına qəbul edilmişdir. Şifahi məhkəmə baxış iclasında iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edib, iddia ərizəsində qeyd olunanlarla eyni məzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi iddia tələbinə etiraz edərək bildirmişdir ki, Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən Azərbaycan Respublikası Prezidentinin xx.xx.1997ci il tarixli 659 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Özəlləşdirilən dövlət müəssisəsi və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin satılması qaydaları haqqında" Əsasnaməyə uyğun olaraq Gəncə şəhəri, Gülüstan qəsəbəsi ünvanında özəlləşdirilmiş qeyr-yaşayış binasının yerləşdiyi 1239.0 kv.m torpaq sahəsinin satın alınması və ya satın alma hüququ ilə icarəyə götürülməsi xx.xx.2017-ci il tarixli **********34 nömrəli bildirişlə iddiaçıya təklif edilmişdir. İddiaçı torpaq sahəsinin "Qiymətləndirmə fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanununa uyğun olaraq bazar qiyməti ilə deyil normativ qiyməti əsas götürməklə satılmalı olduğunu qeyd edir. Halbuki özəlləşdirməyə çıxarılmış dövlət mülkiyyətində olan əmlakın qiymətinin təmin edilməsi hüquqi satıcı kimi dövlətə və onun adından çıxış edən səlahiyyətli icra hakimiyyəti orqanına məxsusdur və əmlakın dəyəri müvafiq qanunvericiliyə uyğun müəyyən edilir. Gəncə şəhəri, Gülüstan qəsəbəsi ünvanında özəlləşdirilmiş qeyr-yaşayış binasının yerləşdiyi 1239.0 kv.m torpaq sahəsinin bazar dəyəri yuxarıda qeyd olunan qanunvericilik aktlarının tələblərinə əsasən qiymətləndirici təşkilat tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli 377 nömrəli qərarı ilə "Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərinin yerləşdiyi dövlət torpaq sahələrinin normativ qiyməti haqqında Əsasnamə"yə yeni məzmunda 6-1-ci hissə əlavə edilmiş və həmin normaya əsasən torpaq sahələrinin həmin əsasnamə ilə müəyyən edilən normativ qiyməti daşınmaz əmlakın dövlət reyestrində torpaq sahələrinin alqı-satqısı zamanı təşəkkül tapan bazar dəyərindən aşağı olduqda həmin torpaq sahələrinin qiymətləndirilməsi "Qiymətləndirmə fəaliyyəti haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. Qeyd edilən yeni norma xx.xx.2016-cı il tarixdən sonra özəlləşdiriləcək bütün torpaq sahələrinə münasibətdə tətbiq olunmalıdır. Həmçinin tərəflər arasında torpaq sahəsinin qiyməti ilə bağlı mübahisə xx.xx.2017-ci il tarixində iddiaçıya torpaq sahəsinin satın alınmasına dair müvafiq bildirişlər göndərildikdən sonra yarandığından Mülki Prosessual Məcəllənin 217-ci maddəsinə uyğun olaraq həmin mübahisənin yarandığı zaman qüvvədə olan maddi hüquq normaları əsas götürülməklə iddiaya hüquqi qiymət verilməlidir ki, bu halda da iddia rədd edilməlidir. Ona görədə iddia tələbinin rədd edilməsini xahiş etdi. Məhkəmə araşdırmasının predmetini 12.06.217-ci il tarixli **********34 nömrəli bildiriş, xx.xx.2017-ci il tarixli 414 nömrəli icarə müqaviləsi, Əmlak Məsələləri Dövlət Komitəsinin xx.xx.2017-ci il tarixli **********445 nömrəli məktubu, 3 saylı X2 xx.xx.2019-cu il tarixli **********45 nömrəli məktubu, RX seriyalı ******* nömrəli xx.xx.2017-ci il qeydiyyat tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış, xx.xx.2006-cı il tarixli 000349 nömrəli şəhadətnamə, xx.xx.2005-ci il tarixli 009877 nömrəli müəssisə və obyektin texniki posportu və cavabdehin xx.xx.2020-ci il tarixli **********32 nömrəli etirazı təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad edilmişdir. Ə s a s l a n d ı r m a h i s s ə s i: Məhkəmə ilk növbədə iddianın mümkünlüyünü yoxlayaraq müəyyən etmişdir ki, verilmiş iddia mümkündür və iddia tələbinin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın ərazi və predmet aidiyyəti düzgün müəyyən edilmişdir. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır. Məhkəmə işin hallarını, tərəflərin izahatlarını dinləyib, iddia tələbinin dəlillərini inzibati iş materialları ilə birlikdə araşdırıb hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, iddia tələbi rədd edilməlidir. Göründüyü kimi iddia tələbi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin üzərinə iddiaçının mülkiyyətində olan Gəncə şəhəri, Gülüstan qəsəbəsi ünvanında yerləşən əsas sahəsi 9.4 kv.m və köməkçi sahəsi 140.9 kv.m olan 1 saylı bazarın yerləşdiyi ümumilikdə 1239.0 kv.m olan tikinti altı və sərbəst torpaq sahəsinin normativ qiymətlə alqı-satqı qiyməti 3006.72 manat məbləğində müəyyən edilməklə iddiaçıya satılması vəzifəsinin cavabdehin üzərinə qoyulmasından ibarətdir. İşin faktiki hallarından görünür ki, Gəncə şəhəri, Gülüstan qəsəbəsi ünvanında yerləşən ümumi sahəsi 9.4 kv.m olan qeyri-yaşayış sahəsi xüsusi mülkiyyət hüququ ilə istifadə üçün tam mülkiyyət hüququ ilə İddiaçı mülkiyyətinə verilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2006-cı il tarixli 000349 nömrəli Dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılması haqqında şəhadətnamədən görünür ki, Gəncə şəhəri, Gülüstan qəsəbəsi ünvanında yerləşən 1 saylı (ümumi sahəsi 150.3 kv.m) bazar mülkiyyət üzərində sahiblik hüququnu təsdiqləyən şəhadətnamə ilə İddiaçı satılmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2017-ci il tarixli 414 nömrəli Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilədən görünür ki, Gəncə şəhəri, Nizami rayonu, Gülüstan qəsəbəsi ünvanında yerləşən qeyri-yaşayış binasının yerləşdiyi 1392.0 kv.m torpaq sahəsi icarəçi (İddiaçı) tərəfindən icarə şərtləri əsasında istifadəyə qəbul edilmişdir. İş materiallarına əlavə edilmiş Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2017-ci il tarixli **********34 nömrəli bildirişdən görünür ki, Gəncə şəhəri, Gülüstan qəsəbəsi ünvanında iddiaçı tərəfindən özəlləşdirilmiş qeyriyaşayış binasının yerləşdiyi 1239.0 kv.m torpaq sahəsi satın alınması və ya satınalma hüququ ilə icarəyə götürülməsi üçün iddiaçıya təkilf olunmuşdur. Cavabdeh xx.xx.2020-ci il tarixli **********63 nömrəli məktubunda bildirmişdir ki, qanunvericiliyə əsasən Gəncə şəhəri, Gülüstan qəsəbəsi ünvanında texniki posporta əsasən istifadədə olan 1392.0 kv.m torpaq sahəsinin normativ qiyməti 3006.72 manat təşkil edir və sözügedən torpaq sahəsinin bazar qiymətinin müəyyən edilməsi ilə bağlı mövcud qanunvericiliklə nəzərdə tutulmuş qayda da müstəqil qiymətləndiricilərə müraciət edilməsi məqsədəuyğun hesab edilir. Proses iştirakçıları sözügedən torpaq sahəsinin bazar qiymətinin normativ qiymətindən dəfələrlə yüksək olduğunu bildirmişlər. Beləliklə, qeyd olunduğu kimi cavabdeh orqan tərəfindən mübahisəli əmlakın iddiaçıya satılması ilə bağlı hər hansı bir qadağa olmamaqla, tərəflər arasında əmlakın satın alma qiyməti ilə bağlı mübahisə yaranmışdır. Cavabdeh orqanın iddiaçıya qarşı Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxx 1998-ci il tarixli, 93 nömrəli qərarı ilə təsdiq edilmiş, “Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin normativ qiyməti haqqında” Əsasnamənin 6-1-ci bəninə istinad etməklə irəli sürdüyü təklif əsaslı olmuşdur. Belə ki, “Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin normativ qiyməti haqqında” Əsasnamənin 6.1-ci bəndinə əsasən torpaq sahələrinin bu Əsasnamə ilə müəyyən edilən normativ qiyməti daşınmaz əmlakın dövlət reyestrində torpaq sahələrinin alqı-satqısı zamanı təşəkkül tapan bazar dəyərindən aşağı olduqda, həmin torpaq sahələrinin qiymətləndirilməsi “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. Həmçinin məhkəmə iddiaçının qanunun geriyə şamil edilməsi barədə dəlilinə tənqidi yanaşaraq qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Beləliklə iş üzrə tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, iddiaçının tələbi ilə bağlı cavabdeh tərəfindən həyata keçirilən tədbirlər əsaslı olmuşdur. Ona görə də iddia rədd olunmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 69.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək belə hesab edir ki, iddia tələbi rədd edilməlidir. N ə t i c ə h i s s ə s i: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Gəncə şəhəri, Gülüstan qəsəbəsi ünvanında yerləşən əsas sahəsi 9.4 kv.m və köməkçi sahəsi 140.9 kv.m olan 1 saylı bazarın yerləşdiyi ümumilikdə 1239.0 kv.m olan tikinti altı və sərbəst torpaq sahəsinin normativ qiymətlə alqı-satqı qiyməti 3006.72 manat məbləğində müəyyən edilməklə iddiaçıya satılması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddiası rədd edilsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi (ünvan: Gəncə şəhəri, H.Əliyev prospekti 105) vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə (ünvan: Gəncə şəhəri, Atatürk prospekti 252) apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Usaməddin Osmanov
Məhkəmə qərarları › İş №2-1(114)-615/2020
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-615/2020
27.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver