Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-616/2021 14.07.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsgəndərova Aygül Vulqar qızının sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, İddiaçının etibarnamə üzrə nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı X5 Cavabdehnə (üçüncü şəxs Azərbaycan Respublikası Qaçqınların və X10 Üzrə Dövlət Komitəsi) qarşı adının məcburi köçkün kimi aylıq müavinət alan şəxslərin adlı siyahısına daxil edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: Cavabdeh 13.07.2020-ci il tarixli, 570 nömrəli məktubu ilə iddiaçıya bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 yanvar tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmiş «Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinətinin və kommunal xidmətlər üzrə güzəştlərin əvəzinə verilən vahid aylıq müavinətin ödənilməsi Qaydası»nın 2.1-ci maddəsinə uyğun olaraq qızı Nümayəndə ayrıca yaşayış sahəsi əldə etdiyinə görə verilən vahid aylıq müavinətin ödənişi dayandırılmışdır. Müavinətin dayandırılmasını qanunsuz hesab edən iddiaçı məhkəməyə müraciət edərək ona və ailə üzvlərinə məcburi köçkün kimi vahid aylıq müavinətin ödənilməsinin bərpa edilməsi, 2019-cu ilin mart ayından bugünədək ödənilməyən aylıq müavinətlərin hesablanaraq birdəfəlik ödənilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Cavabdehnə həvalə edilməsini xahiş etmişdir. Bundan sonra, iddiaçının etibarnamə üzrə nümayəndəsi Nümayəndə məhkəməyə iddia tələbinin dəyişdirilməsi barədə ərizə təqdim edərək İddiaçı adının Cavabdeh hər ay təqdim etdiyi müavinət alan məcburi köçkünlərin adlı siyahısına salınması vəzifəsinin Cavabdeh üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, ərizə inzibati məhkəmə icraatına qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 1993-cü ildən Ağdam rayonundan məcburi köçkün olmuşdur. Hazırda ünvan 1 ünvanında yaşayır. Hər ay ona və övladlarına (iki qızı və oğluna) ehtiyaclarını qarşılamaq üçün aylıq müavinətlər verilmişdir. 2019-cu ilin mart ayında aylıq müavinət verilməsi dayandırılmış, səbəb kimi bildirilmişdir ki, qızı Nümayəndə adına şəxsi mənzil olduğu üçün ona aylıq müavinət ödənilməyəcəkdir. Lakin qızının adına heç bir daşınmaz əmlak yoxdur. Ona ödənilən müavinət dayandırıldıqdan sonra qızı Səadət Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmiş, ona təqdim edilmiş 21.06.2019-cu il tarixli arayışla bildirilmişdir ki, onun adına hər hansı bir daşınmaz əmlak qeydə alınmamışdır. Həmin arayışı cavabdeh Azərbaycan Respublikası Cavabdehnə təqdim etsə də, yenə də ona müavinət ödənilməsindən imtina edilmişdir. Cavabdeh tərəfindən təqdim edilmiş 13 iyul 2020-ci il tarixli 570 saylı imtina məktubu ilə bildirilmişdir ki, Ağdam şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin verdiyi arayışa əsasən Qaçqınların və X10 üzrə Dövlət Komitəsinin göndərdiyi siyahıda qızı Nümayəndə şəxsi mənzili olduğu üçün ailə üzvlərinə ödənilən vahid aylıq müavinət Qaydanın tələbinə uyğun olaraq dayandırılmışdır. Cavabdeh başçısının Quzanlı qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş arayışla qızı Səadətin adına ev olmadığı göstərilmişdir. 2019-cu ilin mart ayında onlara müavinət ödənilməsi dayandırıldıqdan sonra 26.04.2019-cu il tarixində qızı Nümayəndə iki otaqlı, 2019-cu il 5 aprel tarixində də ona oğlu ilə birlikdə yaşamaq üçün üçotaqlı mənzil verilmişdir. Bu halda sual yaranır ki, 2019-cu ilin mart ayında qızı Səadətin adına mənzil aşkarlanırdısa, niyə ona məcburi köçkün kimi yaşamaq üçün 2019-cu ilin aprel ayında ev verilirdi. Sözsüz ki, məcburi köçkünlərə ev onların yaşayış yeri olmadığı təqdirdə verilir. Üçüncü şəxs Azərbaycan Respublikası Qaçqınların və X10 Üzrə Dövlət Komitəsi məhkəməyə etiraz ünvanlayaraq bildirmişdir ki, iddia tələbi əsassızdır. Belə ki, İddiaçı mülkiyyətində Bakı şəhəri, Suraxanı rayonu, D yaşayış sahəsi 13, -, 99 ünvanında yerləşən ayrıca yaşayış sahəsinin olması müəyyən olunmuşdur. Bununla yanaşı, iddiaçının övladı X1 mülkiyyətində Bakı şəhəri, Suraxanı rayonu, D yaşayış sahəsi 13, 0, 99, habelə ünvan 3 ünvanlarında yerləşən yaşayış sahələrinin, Ağdam rayonu, Quzanlı kəndində ayrıca torpaq sahəsinin, iddiaçının övladı Nümayəndə mülkiyyətində isə Ağdam rayonu, Quzanlı kəndində yerləşən yaşayış sahəsinin olması müəyyən olunmuşdur. İddiaçının və ailə üzvlərinin sözügedən yaşayış sahələrini sonradan başqa şəxslərə satmaları və ya bağışlamaları halı belə iddiaçıya və ailə üzvlərinə vahid aylıq müavinətin ödənilməsinə əsas vermir. Belə ki, Qaydanın 2.1-ci bəndi nəinki məcburi köçkünün yaşayış sahəsi əldə etməsini, hətta sonradan həmin yaşayış sahəsini başqa şəxsə satmasını və ya bağışlaması halını da vahid aylıq müavinətin ödənilməsini istisna edən hal qismində müəyyənləşdirmişdir. Odur ki, İddiaçı “adının məcburi köçkün kimi vahid aylıq müavinət alan şəxslərin adlı siyahısına daxil edilməsi”nə dair iddia tələbinin təmin edilməməsi xahiş olunur. İddiaçının etibarnamə üzrə nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. İş üzrə cavabdehə və üçüncü şəxsə hazırki məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, cavabdeh və üçüncü şəxs nümayəndəsinin iştirakını təmin etməmiş, məhkəmə işə baxa və iş üzrə qərar qəbul edə bilmişdir (İPM-in 62.3-cü maddəsi). Məhkəmə araşdırmasının predmetini aşağıdakı sənədlər təşkil etmişdir: - AZE seriyalı 0******* nömrəli iddiaçıya məxsus şəxsiyyət vəsiqəsinin surəti; - AA seriyalı 149606 nömrəli iddiaçıya məxsus məcburi köçkün vəsiqəsinin surəti; - Cavabdeh 13.07.2020-ci il tarixli, 570 nömrəli imtina məktubu; - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin 21.06.2019-cu il tarixli **********00 nömrəli arayışı; - Cavabdeh Başçısının Quzanlı qəsəbə inzibati dairəsi üzrə nümayəndəliyinin 02.10.2019-cu il tarixli 1180 nömrəli arayışı; - Sabunçu rayon Kürdəxanı qəsəbəsi Mənzil Kommunal İstismar Sahəsinin 20.08.2020-ci il tarixli 494 nömrəli iddiaçının yaşayış yeri haqqında arayış; - Azərbaycan Respublikası Qaçqınları və X10 Üzrə Dövlət Komitəsinin 12.04.2021ci il tarixli 02/387 nömrəli və 06.05.2021-ci il tarixli 02/482 nömrəli məktubları; - Cavabdeh 04.05.2021-ci il tarixli, 02/403 nömrəli məktubu; - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsinin 01.07.2021-ci il tarixli **********12 nömrəli məktubu və məktuba əlavə edilmiş JN-157A KOD 60913018 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə, MA seriyalı ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış; - Cavabdeh Başçısının Ağdam şəhər nümayəndəliyinin 14.07.2021-ci il tarixli 915 nömrəli arayışı. Əsaslandırma hissəsi: Məhkəmə ilk növbədə iddia tələbinin mümkünlüyünü yoxlayaraq müəyyən etmişdir ki, verilmiş iddia mümkündür və tələbin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, iddiaçı İnzibati-Prosessual Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmış, iddianın ümumi və xüsusi mümkünlük şərtlərinə əməl olunmuşdur. Məhkəmə işin hallarını, iddia tələbinin dəlillərini inzibati iş materialları ilə birlikdə araşdırıb hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, iddia tələbi təmin edilməməlidir. Məhkəmə işin düzgün həlli üçün əhəmiyyəti olan faktiki hallar kimi müəyyən etmişdir ki, iddiaçı məcburi köçkün statusuna malikdir, ona məcburi köçkün kimi ödənilən müavinət Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 yanvar tarixli, 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlər və onlara bərabər tutulan səxslar üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə, vahid aylıq müavinətin ödənilməsi Qaydası”nın 2.1-ci bəndinə əsasən – yəni ailə üzvü-qızının adına şəxsi mənzil qeydə alındığından dayandırılmışdır. İddiaçı müavinətin dayandırılmasını əsassız hesab edərək, adının aylıq müavinət alan məcburi köçkünlərin adlı siyahısına daxil edilməsini xahiş etmişdir. İddia tələbinin əsasını “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 yanvar tarixli 1206 nömrəli Fərmanı və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24.01.2017-ci il tarixli, 11 saylı qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə, vahid aylıq müavinətin ödənilməsi Qaydası” təşkil edir. “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 yanvar tarixli 1206 nömrəli Fərmanına əsasən məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər (fərdi qaydada sayğacların quraşdırılması və texniki istismarı mümkün olmayan, habelə təbii qazla təmin olunmayan sıx müvəqqəti məskunlaşma yerlərində faktiki yaşayan məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər istisna olmaqla) üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə 2017-ci il 1 yanvar tarixindən hər bir məcburi köçkün və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinət müəyyən edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 yanvar tarixli 1206 nömrəli Fərmanının 2.1-ci bəndinin icrasını təmin etmək məqsədi ilə 01 yanvar 2017-ci ildən qüvvədə olan “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında” Qayda hazırlanmışdır. Qaydanın 1-ci hissəsində qeyd edilmişdir ki, bu Qayda məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə, vahid aylıq müavinətin ödənilməsi qaydalarını müəyyən edir. Qaydaya əsasən aylıq müavinət aşağıdakı məcburi köçkün statusu olan şəxslərə verilir: - 1.1. ərazisi işğal olunmuş rayonda yaşayış yeri üzrə qeydiyyatda olub, respublika ərazisində yaşayan “məcburi köçkün” statusuna malik olan şəxslərə (bu Qaydanın 2-ci hissəsində nəzərdə tutulan şəxslər istisna olmaqla); Qaydanın 2.1-ci hissəsinə əsasən, məcburi köçkün düşdükdən sonra mənzil qanunvericiliyinə və ya mülki-hüquqi əqdlərə əsasən ayrıca yaşayış sahəsi əldə edən, sonradan həmin yaşayış sahəsini başqa şəxsə satan, bağışlayan məcburi köçkünlərə və onlarla birlikdə yaşayan ailə üzvlərinə (Milli qəhrəman ailələri, şəhid ailələri, İ qrup Qarabağ müharibəsi əlilləri, xidməti işi ilə bağlı müvəqqəti yaşadığı ünvana daimi qeydiyyata düşən şəxslər və onlarla birlikdə yaşayan ailə üzvləri istisna olmaqla) aylıq müavinət şamil edilmir. Göründüyü kimi cavabdeh tərəfindən iddiaçıya verilən vahid aylıq müavinətin ödənişinin dayandırılmasının səbəbi kimi iddiaçının qızı Nümayəndə ayrıca yaşayış sahəsini əldə etməsi göstərilmişdir. İddiaçının nümayəndəsi Nümayəndə adına heç bir daşınmaz əmlakın qeydə alınmadığını, eləcə də, iddiaçının oğlu ilə birlikdə yaşadığını göstərsə də, məhkəmə qeyd edir ki, həmin dəlillər yuxarıda sadalanan, məhkəmə araşdırması zamanı tam, hərtərəfli və obyektiv araşdırılan sübutlarla tam təkzib olunur. Belə ki, məhkəmə araşdırılması zamanı müəyyən olunmuşdur ki, İddiaçı ünvan 5 ünvanında qeydiyyatda olmaqla ailə üzvləri övladı Nümayəndə, nəvələri X2 və X3 ibarətdir (Cavabdeh Başçısının Ağdam şəhər nümayəndəliyinin 14.07.2021-ci il tarixli 915 nömrəli arayışı). İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsinin 01.07.2021-ci il tarixli **********12 nömrəli məktubuna əlavə edilmiş JN-157A KOD 60913018 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədən görünür ki, X11 və onun ailə üzvləri X6, X12, X7, X8, X4, X13 və X9 Ağdam rayon Aqrar İslahat Komissiyasının 18.12.1999-cu il tarixli 22 nömrəli qərarı ilə 0.20 ha torpaq sahəsi verilmişdir. MA seriyalı ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, Ağdam rayonun Quzanlı kəndində fərdi yaşayış evi və 0,20 ha torpaq sahəsi üzərində mülkiyyət hüququ ümumi birgə pay əsasında digər şəxslərə bərabər Nümayəndə da adına 29.03.2012-ci il tarixdə ********** nömrə ilə qeydiyyata alınmışdır və həmin qeyd ləğv edilməmişdir. Beləliklə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsinin 01.07.2021-ci il tarixli **********12 nömrəli məktubu və ona əlavə edilmiş sənədlərlə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin 21.06.2019-cu il tarixli arayışı təkzib edilmişdir. Bununla yanaşı məhkəmə qeyd edir ki, Qaydanın 2.1-ci bəndində (eləcə də, Təlimat və Qaydanın digər müddəalarında) “ailə üzvləri”nin tərkibi fərqləndirilmir. Başqa sözlə, istər valideynlər, istərsə də onların övladları (yaxud ailənin üzvü olan digər şəxslər) bir-birinə münasibətdə ailə üzvləridirlər. Odur ki, məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın imtinası yuxarıda qeyd edilən normalara uyğundur və tələbin təmin edilməsi üçün qanuni əsas yoxdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 58.7-ci maddəsinin tələblərinə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 34, 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, qərara aldı: İddiaçı X5 Cavabdehnə (üçüncü şəxs Azərbaycan Respublikası Qaçqınların və X10 Üzrə Dövlət Komitəsi) qarşı adının məcburi köçkün kimi aylıq müavinət alan şəxslərin adlı siyahısına daxil edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbi təmin edilməsin. Qərardan, onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar, apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Aygül İsgəndərova
Məhkəmə qərarları › İş №2-1(114)-616/2021
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-616/2021
14.07.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver