Məhkəmə qərarları › İş №2-1(114)-617/2021

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-617/2021

27.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-617/2021 27.04.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsgəndərova Aygül Vulqar qızının sədrliyi, Əliyeva Tahirə Nazim qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı müharibə veteranı adının və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: Azərbaycan Respublikası Müdafiə Nazirliyi Şəxsi Heyət Baş idarəsinin N5.05.20N9cu il tarixli, N/A-6249 saylı məktubu ilə İddiaçı N nömrəli hərbi hissəyə daxil olması barədə məlumat olmadığından ona müharibə veteranı adının və vəsiqəsinin verilməsindən imtina edilmişdir. İmtina ilə razılaşmayan iddiaçı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı ona müharibə veteranı adı və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 29.N2.2020-ci il tarixli 2-N(NN4)-522N/2020 nömrəli qərardadı ilə (qərardadın mətninə düzəlişlər barədə N2.0N.202N-ci il tarixli qərardadla birlikdə) İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı müharibə veteranı adının və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati iş aidiyyəti üzrə baxılması üçün Gəncə İnzibati Məhkəməsinə göndərilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, N992-N996-cı illərdə Azərbaycan Silahlı Qüvvələrinin N saylı hərbi hissəsinə həqiqi hərbi xidmətə getmiş, 4 il həqiqi hərbi xidmətdə olmuş, ağır döyüşlərdə iştirak etmişdir. N saylı hərbi hissə komandirinin NN avqust N996cı il tarixli 2N5 №-li əmrinə əsasən ordu sıralarından tərxis olmuşdur. Müdafiə Nazirliyinin Arxiv İdarəsində onun tərxis olması barədə əmr olsa da, hərbi hissəyə daxil olması barədə əmr aşkar olunmadığı üçün ona veteran vəsiqəsi verilməkdən imtina edilmişdir. Onun N saylı hərbi hissəyə daxil olması barədə əmrin olmaması onun səhvi deyil. Kimlərinsə səhlənkarlığı ucbatından onun hüquqları pozulmuşdur. Ona görə də hazırkı iddia ilə məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi məhkəməyə N3.08.2020-ci il və N0.03.202N-ci il tarixli etirazlar ünvanlayaraq bildirmişdir ki, iddia tələbini qəbul etmirlər, iddia ərizəsi əsassızdır. İddiaçının N996-cı ildə ehtiyata buraxılması ona “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi üçün əsas ola bilməz, çünki həmin dövrdə hərbi hissə döyüş əməliyyatlarında iştirak etməyib. “Müharibə veteranı” adının verilməsi üçün şəxsin hərbi xidmət keçdiyi dövrdə həmin hərbi hissənin döyüş əməliyyatlarında iştirak etməsidir. İddiaçı isə N nömrəli hərbi hissənin döyüş əməliyyatlarında iştirak etdiyi vaxt orada xidmət etməsi təsdiq olunmadığından, iddia tələbi təmin oluna bilməz. Çünki, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin ikinci bəndinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda dövüs əməliyyatlarında iştirak etmiş səxslər Müharibə veteranı sayılırlar. İddiaçı şifahi məhkəmə baxışı iclasında iddia ərizəsinə uyğun izahat vermiş və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Cavabdehə şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Cavabdehin nümayəndəsinin şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclasına gəlmədiyinə baxmayaraq, məhkəmə işə baxa və iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, tərəflər təqdim olunmuş bildirişdə məhkəmə iclasında iştirak etmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar olunmuşdur (Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). Məhkəmə araşdırmasının predmetini aşağıdakı sənədlər təşkil etmişdir: - AZE seriyalı 0******* nömrəli iddiaçıya məxsus şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiqlənmiş surəti; - AO ******* nömrəli iddiaçıya məxsus hərbi biletin surəti; - Azərbaycan Respublikası Müdafiə Nazirliyi N saylı hərbi hissənin N3.09.N999-cu il tarixli 798 nömrəli məktubu; - Azərbaycan Respublikası Müdafiə Nazirliyi N saylı hərbi hissənin 28.06.N996-cı il tarixli 3/272 nömrəli arayışı; - Azərbaycan Respublikası Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsinin N5.05.20N9-cu il tarixli, N/A-6249 nömrəli məktubu; - Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gədəbəy rayon şöbəsinin NN.03.202N-ci il tarixli 363 nömrəli məktubu; - Azərbaycan Respublikası Müdafiə Nazirliyi İşlər İdarəsi Mərkəzi Arxivinin N0.03.202N-ci il tarixli, 9/2-2NN2 nömrəli və N2.04.202N-ci il 9/2-3000 nömrəli tarixli məktubları; - Azərbaycan Respublikası Müdafiə Nazirliyi Hüquq İdarəsinin N5.04.202N-ci il tarixli, NN/N608 nömrəli məktubu. Əsaslandırma hissəsi: Məhkəmə ilk növbədə iddianın mümkünlüyünü yoxlayaraq müəyyən etmişdir ki, verilmiş iddia mümkündür və iddia tələbinin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, iddiaçı Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddianın ümumi və xüsusi mümkünlük şərtlərinə əməl olunmuş, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın ərazi və predmet aidiyyəti düzgün müəyyən edilmiş, məhkəmədə iddia qaldırmazdan əvvəl həmin məsələnin həll olunması üçün iddiaçı müvafiq inzibati orqana müraciət etdikdən sonra məhkəməyə hazırkı iddia tələbini vermişdir. Məhkəmə hesab edir ki, iddiaçının öhdəliyin icrası haqqında iddiası mümkün iddia olmaqla yanaşı, mahiyyət baxımından da əsaslıdır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi İşlər İdarəsi Mərkəzi Arxivinin N0 mart 202N-ci il tarixli, 9/2-2NN2 nömrəli məktubundan görünür ki, N973-cü il təvəllüdlü sıravi XN 86N №-li hərbi hissə komandirinin N7.07.N992ci il tarixli N20 №-li əmrilə (əsas: səh N8, sıra N, əmrdə soyadı Əliyev, atasının adı Tahar yazılmışdır) 4-cü atıcı bölüyün şəxs heyətinin siyahısına və bütün növ təminatlara daxil edilmişdir. 86N №-li hərbi hissə komandirinin 05.02.N993-cü il tarixli N5a №-li əmrində (əsas: səh 32, sıra N8) yanvar N993-cü il tarixi üçün üç qat əməkhaqqı almış 4-cü bölüyün şəxsi heyətinin siyahısında sıravi İddiaçı adı qeyd edilmişdir. 86N №-li hərbi hissə komandirinin N0.02.N993-cü il tarixli N7 №-li əmrilə (əsas: səh 45 sıra 8) sıravi İddiaçı qranatatan köməkçisi vəzifəsindən azad edilərək 4-CL bölük 2-ci tağım, 3-cü bölməyə komandir vəzifəsinə təyin edilmişdir. 86N №-li hərbi hissə komandirinin 0N.03.N993-cü il tarixli 27a №-li əmrində (əsas: səh 59, sıra N8, əmrdə atasının adı Tahar yazılmışdır) fevral N993-cü il tarixi üçün üç qat əməkhaqqı almış 4-cü bölüyün şəxsi heyətinin siyahısında sıravi İddiaçı Tahar oğlunun adı qeyd edilmişdir. 86N №-li hərbi hissə komandirinin 04.04.N993-cü il tarixli 45 №-li əmrində (əsas: səh 99, sıra 5N) mart N993-cü il tarixi üçün üç qat əməkhaqqı almış 4-cü bölüyün şəxsi heyətinin siyahısında sıravi İddiaçı adı qeyd edilmişdir. 86N №-li hərbi hissə komandirinin 03.05.N993-cü il tarixli 59 №-li əmrində (əsas: səh N3N, sıra 50) aprel N993-cü il tarixi üçün üç qat əməkhaqqı almış 4-cü bölüyün şəxsi heyətinin siyahısında sıravi İddiaçı adı qeyd edilmişdir. Döyüş mövqeyini özbaşına tərk etdiyi üçün sıravi İddiaçı 86N №-li hərbi hissə komandirinin 05.06.N993-cü il tarixli 78 №-li əmrilə (əsas: səh 2N, sıra N7) may ayı üçün üç qat əmək haqqından məhrum edilmişdir. 4-cü bölüyün sıravisi İddiaçı tutduğu vəzifəsinin öhdəsindən gələ bilmədiyinə görə 86N №-li hərbi hissə komandirinin 20.07.N993-cü il tarixli N04 №-li əmrilə (əsas: səh 52, sıra 3) tutduğu vəzifədən azad edilərək atıcı vəzifəsinə təyin edilmişdir. 86N №-li hərbi hissə komandirinin 3N.N2.N993-cü il tarixli N8N №-li əmrində (əsas: səh N65, sıra 69, əmrdə atasının adı Tahar yazılmışdır) dekabr N993-cü il tarixi üçün üç qat əməkhaqqı almış 4-cü bölüyün şəxsi heyətinin siyahısında sıravi İddiaçı Tahar oğlunun adı qeyd edilmişdir. N7N №-li hərbi hissə komandirinin 2N.0N.N994-cü il tarixli 2 №-li əmrilə (əsas səh 37 sıra 7, əmrdə atasının adı Tahar yazılmışdır) sıravi X2 qranatatan vəzifəsinə təyin edilmişdir. N7N №-li hərbi hissə komandirinin 03.03.N994-cü il tarixli N7 №-li əmrilə (əsas: səh 72 bənd 22, sıra 56, əmrdə soyadı Əliyev, atasının adı Tahar yazılmışdır) 2-ci taburun ştatından kənar edilərək PDM (BMP) taburuna verilmiş sıravi XN BMP taburunun şəxsi heyətinin siyahısından azad edilərək N-ci taburun şəxsi heyətinin siyahısına daxil edilmişdir. N7N №-li hərbi hissə komandirinin NN.06.N994-cü il tarixli 96 №-li əmrində (əsas səh 267, § 2, əmrdə atasının adı yazılmamışdır) may ayında fövqəladə vəziyyət rayonunda olduğu üçün baş atıcı sıravi İddiaçı üç qat əmək haqqı alması barədə məlumat vardır. Müdafiə nazirinin 24.06.N996-cı il tarixli müvafiq əmrinə əsasən Ordu sıralarından tərxis edildiyi üçün sıravi X3 N7N №-li hərbi hissə komandirinin NN.08.N996cı tarixli 2N5 №-li əmrilə (əsas: § 3, sıra 4N, əmrdə soyadı Əliyev yazılmışdır) şəxsi heyətin siyahısından və bütün növ təminatlardan çıxarılaraq qeydiyyata düşmək üçün çağırıldığı RHK-na göndərilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Hüquq İdarəsinin N5.04.202N-ci il tarixli, NN/N608 nömrəli məktubundan və ona əlavə edilmiş Müdafiə Nazirliyinin aparatı nəzdində veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiyanın 02.03.20N9-cu il tarixli məktubdan görünür ki, 86N nömrəli hərbi hissə N5.08.N992-25.N2.N993-cü il tarixədək döyüş əməliyyatlarında iştirak etmişdir. Göründüyü kimi Azərbaycan Respublikası Müdafiə Nazirliyi iddiaçının hərbi hissəyə daxil olması barədə məlumat olmadığını, eyni zamanda N nömrəli hərbi hissənin döyüş əməliyyatlarında iştirak etdiyi vaxt iddiaçının həmin hissədə xidmət etmədiyini əsas gətirərək, ona müharibə veteranı adının və vəsiqəsinin verilməsindən imtina etsə də, bunun hüquqi nəticəsini əks etdirən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Əksinə Azərbaycan Respublikası Müdafiə Nazirliyi İşlər İdarəsi Mərkəzi Arxivinin N0 mart 202N-ci il tarixli, 9/2-2NN2 nömrəli məktubunda N973-cü il təvəllüdlü sıravi XN 86N №-li hərbi hissə komandirinin N7.07.N992-ci il tarixli N20 №-li əmrilə 4-cü atıcı bölüyün şəxs heyətinin siyahısına və bütün növ təminatlara daxil edilməsi qeyd edilmişdir. 86N №-li hərbi hissə komandirinin 0N.03.N993-cü il tarixli 27a №-li və 3N.N2.N993-cü il tarixli N8N №-li əmrlərində də İddiaçı atasının adı Tahar kimi qeyd edilmişdir. Lakin həmin hərbi hissə komandirinin 05.02.N993-cü il tarixli N5a №-li, N0.02.N993-cü il tarixli N7 №-li, 04.04.N993-cü il tarixli 45 №-li, 03.05.N993-cü il tarixli 59 №-li, 05.06.N993-cü il tarixli 78 №-li, 20.07.N993-cü il tarixli N04 №-li əmrlərində İddiaçı adı qeyd edilmişdir. Ona görə də məhkəmə hesab edir ki, iddiaçının iyul N992-ci il tarixdən yanvar N994-cü il tarixədək Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 86N (N7N) nömrəli hərbi hissəsində hərbi xidmət keçməsi öz təsdiqini tapır. Bundan başqa, Müdafiə nazirinin 24.06.N996-cı il tarixli müvafiq əmrinə əsasən Ordu sıralarından tərxis edildiyi üçün sıravi X3 N7N №-li hərbi hissə komandirinin NN.08.N996-cı tarixli 2N5 №-li əmrilə (əsas: § 3, sıra 4N, əmrdə soyadı Əliyev yazılmışdır) şəxsi heyətin siyahısından və bütün növ təminatlardan çıxarılaraq qeydiyyata düşmək üçün çağırıldığı RHK-na göndərilmişdir. İddia tələbinin hüquqi əsasını təşkil edən “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin birinci hissəsinin birinci və üçüncü abzaslarının müddəalarına əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. X4 3-cü maddəsinin «Qeyd» hissəsində müharibə veteranı sayılmasının istisna edən hallar müəyyən edilərək göstərilmişdir ki, «bu maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın N-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir». Azərbaycan Respublikası Nazirlər Kabinetinin N995-ci il 22 sentyabr tarixli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnaməyə görə müharibə veteranı adı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda N988-ci il fevralın N-dən N994-cü il mayın N2-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin N994-cü il N2 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında, (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış şəxslərə isə sonuncu xidmət keçdiyi (qulluq etdiyi) yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir, o cümlədən respublikanın hərbi məhkəmələrində və hərbi prokurorluq orqanları sistemində xidmət edən hərbi qulluqçulara Azərbaycan Respublikası Ali Məhkəməsində və Respublika Prokurorluğunda yaradılan komissiyaların rəyinə əsasən Müdafiə Nazirliyi tərəfindən verilir. Adıçəkilən Əsasnamənin N-ci maddəsinin qeydində göstərilmişdir ki, bu qayda Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın N-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin birinci hissəsinin üçüncü abzasında göstərilmiş şəxslərə şamil olunmur. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 02 noyabr 2020-ci il tarixli arayışından görünür ki, İddiaçı məhkumluğu barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin mərkəzləşdirilmiş uçotlarında məlumat yoxdur. Yəni iddiaçı hərbi xidmət əleyhinə cinayət törətməmiş, cinayət məsuliyyətinə cəlb olunmamışdır. Göründüyü kimi iddiaçının müharibə veteranı sayılması üçün «Veteranlar haqqında» Qanunda müəyyən edilmiş şərtlər mövcuddur. Lakin cavabdeh iddiaçıya «Müharibə veteranı» adının verilməsindən imtina etmiş və imtinasını yuxarıda açıqlanan məzmunda əsaslandırmışdır. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikası İPM-in N4-cü maddəsində inzibati məhkəmə icraatında baxılan iddia növləri üzrə tərəflərin sübut etmə vəzifələri dəqiqləşdirilmişdir. İPM-in N4.2-ci maddəsinə görə inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxilələrdən müdafiəyə dair iddialar üzrə belə müdaxilələri zəruri edən faktik şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. İPM-nin N4.3-cü maddəsinə əsasən, inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktik şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Bu normaların tələbləri baxımından iddiaçı «Müharibə veteranı» adının verilməsi üçün zəruri olan ilkin sübutları, yəni hərbi hissədə xidmət etməsini və hərbi xidmətdən qanuni əsaslarla tərxis olunduğunu təsdiq edən sübutları təqdim etmişdir. İşin bu vəziyyətində, İPM-in N4.3-cü maddəsinə əsasən, iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktik şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Məhkəmə qeyd edir ki, istər arxiv arayışlarında, istərsə də iş materiallarında olan digər sənədlərdə iddiaçının hərbi hissəyə daxil olmasını və qanuni əsaslarla ehtiyata buraxılmasını təkzib edən hər hansı bir sübut yoxdur, əksinə iddiaçının döyüş əməliyyatlarında iştirak etməsi və qanuni əsaslarla ehtiyata buraxılması iş materiallarında öz təsdiqini tapmışdır. Beləliklə, məhkəmə iş materiallarını nəzərə alaraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Bunun əksi şəxsin hüquqlarının inzibati və məhkəmə təminatının nəzərdə tutulduğu Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin tələblərinin pozulmasına səbəb olardı. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin: - 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. - 68.N və 62.2-ci maddələrinin tələblərinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. - 69.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. - 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68-69, 75, 8N-ci maddələrini rəhbər tutaraq, qərara aldı: İddia təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə İddiaçı müharibə veteranı adının və vəsiqəsinin verilməsi vəzifəsi qoyulsun. Qərardan, onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar, apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Aygül İsgəndərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar