Məhkəmə qərarları › İş №2-1(114)-618/2024

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-618/2024

01.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-618/2024 01.10.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Quliyev Zəfər Arif oğlunun sədrliyi, Musayeva Ülviyyə İlham qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X22, üçüncü şəxs X5 iştirakı ilə, İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsinə qarşı “Şəmkir rayonu, Qapanlı kəndində yerləşən 0,28 ha torpaq sahəsi üzərində hüquqların dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İşdəki sənədlərə əsasən: İddiaçı xx.xx.1966-cı il tarixdə Şəmkir rayonunda anadan olmuş, hazırda həmin kənddə qeydiyyatda olmaqla yaşayır. Qapanlı kənd İƏV üzrə nümayəndəliyin 1991-1995-ci illərə dair təsərrüfatbaşına kitabının 197 nömrəli şəxsi hesabında iddiaçı, X23, X17, X24 qeyd olunmuş, faktiki istifadələrində 0,28 ha torpaq sahəsi olmuşdur. Qapanlı kənd İƏV üzrə nümayəndəliyin 1991-1995-ci illərə dair təsərrüfatbaşına kitabının 498 və 1996-2000-ci illərə dair 495 nömrəli şəxsi hesabında X6, X18, X13, X19 qeyd olunmuş, faktiki istifadələrində 0,06 ha torpaq sahəsi olmuşdur. X37 Arxivinin xx.xx.2023-cü il tarixli, 3-48-13-F/1-M-409/2023 nömrəli arxiv arayışına əsasən Filialda mühafizə olunan Qapanlı kənd İƏV üzrə nümayəndəliyin 1991-1995-ci illərə təsərrüfatbaşına kitabının 197-ci təsərrüfat nömrəsində iddiaçının adına 0,28 ha həyətyanı torpaq sahəsi qeyd edilmişdir. Şəmkir rayonu İcra Hakimiyyəti Başçısının Qapanlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin xx.xx.2023-cü il tarixli, 265 nömrəli arayışına əsasən iddiaçı Şəmkir rayonu, Qapanlı kənd İƏD-si üzrə nümayəndəliyinin ev təsərrüfatı uçotu kitabında qeydiyyata dayanır. Ev təsərrüfatı uçotu kitabında adına 0,28 ha həyətyanı torpaq sahəsi qeyd edilmişdir. İddiaçı Şəmkir rayonu, Qapanlı kəndində yerləşən 0,28 ha torpaq sahəsi üzərində hüquqların qeydiyyata alınması barədə xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli ərizə ilə cavabdehə müraciət etmişdir. Cavabdeh xx.xx.2023-cü il tarixli, 3-21-3-40/2- 4552/2023 nömrəli məktubunda bildirmişdir ki, mütəxəssislər tərəfindən işin icraatına uyğun olaraq, təqdim edilən sənədlərə dair məlumatlar araşdırılmış, müayinə baxışı keçirilmiş və elektron baza məlumatları ilə yoxlanılmışdır. Araşdırma zamanı məlum olmuşdur ki, sözügedən torpaq sahəsi üzərində fərdi yaşayış evi və həyət tikililəri inşa edilmiş, həyət tikilisi vətəndaş İddiaçı, fərdi yaşayış evi isə 2019-cu ildə inşa edilməklə cavabdeh X8 məxsusdur. Hal-hazırda fərdi yaşayış evində X19 yaşayır. Bu səbəbdən də yaranmış uyğunsuzluğu nəzərə alaraq, sözügedən torpaq sahələri üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ərizənizin icrası tərəfimizdən mümkün olmamışdır. İddiaçının xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli müraciətinə cavab olaraq cavabdeh xx.xx.2023-cü il tarixli, 3-21-3-40/2-M-0356-8/2023 nömrəli məktubunda bildirmişdir ki, mütəxəssislər tərəfindən işin icraatına uyğun olaraq, təqdim edilən sənədlərə dair məlumatlar araşdırılmış, yerində müayinə baxışı keçirilmiş və elektron baza xəritələrində yoxlanılmışdır. Bildirilmişdir ki, Şəmkir rayonu, Qapanlı kəndində yerləşən fərdi yaşayış evi və onun torpaq sahəsi üzərində sizinlə və X19 arasında mübahisənin olduğu müəyyən edilmişdir. Ona görə də yaranmış mübahisə səbəbindən sözügedən torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınmasına dair verdiyiniz ərizənizin icrası tərəfimizdən mümkün olmayaraq, "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin müddəalarına əsasən imtina edilmişdir. Məlumat üçün bildirirk ki, 29 iyun 2004-cü il tarixli, 713-İİQ saylı "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanunun 2.4-cü maddəsində göstərilir ki, hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Odur ki, qeyd edilən daşınmaz əmlaka dair mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması ilə bağlı aidiyyəti üzrə məhkəməyə müraciət edilməsi qanunauyğundur. Cavabdehin xx.xx.2024-cü il tarixli, 3-21-3-40/2-4183/2023 nömrəli məktubundakı məlumata əsasən iddiaçının iddia etdiyi torpaq sahəsində inşa edilmiş X8 məxsus fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməmişdir. Şəmkir rayonu İcra Hakimiyyəti Başçısının Qapanlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin xx.xx.2024-cü il tarixli, 5-76-23/2-xx-xx/2024 nömrəli məktubda qeyd etmişdir ki, iddiaçı və mərhum X14 nümayəndəliyin ev təsərrüfatı uçotu kitabında ayrı-ayrı təsərrüfatlarda qeyd olunmuşdur. X27 adlı şəxs nümayəndəliyin təsərrüfatı uçotu kitabında qeydiyyatda dayanmır və nümayəndəlik ərazisində yaşamır. İddiaçı və mərhum X4 adına olan təsərrüfatlarda fərdi yaşayış evi vardır. Şəmkir Rayon İcra Hakimiyyətinin xx.xx.2024-cü il tarixli, 5-76/2-307/2024 nömrəli məktubunda qeyd etmişdir ki, arxiv sənədlərinə baxış keçirilən zaman X5 inşa etdirdiyi fərdi yaşayış evi barədə rayon icra Hakimiyyətinə məlumat verilmədiyi və həmin tikinti ilə bağlı sənədləşmə işlərinin aparılmadığı müəyyən edilmişdir. Məhkəmə mübahisələri: Gəncə İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(114)-503/2020 nömrəli qərarı ilə iddiaçı X2 Şəmkir Rayon İcra Hakimiyyəti Aparatının Qapanlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə qarşı təsərrüfatbaşına kitabda həyətyanı torpaq sahəsinə dair aparılmış qeydiyyatın ləğv edilməsi və həmin kitabda onun adının qeydə alınması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddiası təmin edilməmişdir. Həmin qərardan iddiaçı X7 tərəfindən verilmiş apellyasiya şikayəti Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2-1(104)-538/2020 nömrəli qərarı ilə təmin edilməmiş, iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2- 1(114)-503/2020 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. Gəncə İnzibati Məhkəməsinin 15 aprel 2021-ci il tarixli, 2-1(114)-643/2021 nömrəli qərarı ilə İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsinə qarşı (üçüncü şəxs X7) “mərhum X15 adına verilmiş torpaq sahəsinin planı və ölçü sənədinin və hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi” tələbinə dair iddia rədd edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 19 noyabr 2021-ci il tarixli, 2-1(104)-537/2021 nömrəli qərarı ilə Gəncə İnzibati Məhkəməsinin 15 aprel 2021-ci il tarixli, 2-1(114)-643/2021 nömrəli qərarı ləğv edilmiş, mərhum X15 adına verilmiş 26 noyabr 2020-ci il tarixli AA 572227 nömrəli torpaq sahəsinin planı və ölçü sənədi və 26 noyabr 2020-ci il tarixli, ********** qeydiyyat və **********955 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış ləğv edilmişdir. Həmin qərardan X7 tərəfindən verilmiş kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(102)-711/2022 nömrəli qərarı ilə rədd edilmiş, Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 19 noyabr 2021-ci il tarixli, 2- 1(104)-537/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(076)-639/2023 nömrəli qətnaməsi ilə ünvan 1 ünvanında yerləşən 0,28 ha həyətyanı torpaq sahəsində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsinin əməkdaşlarının həyata keçirdiyi fəaliyyətə cavabdehlər X19 və X9 tərəfindən yaradılan maneənin aradan qaldırılması qət edilmişdir. Hazırkı mübahisə: İddiaçı cavabdehə qarşı xx.xx.2023-cü il tarixli iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Şəmkir rayonu, Qapanlı kəndində yerləşən 0,28 ha torpaq sahəsi üzərində hüquqların dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması”nı xahiş etmişdir. İddia ərizəsi xx.xx.2023-cü il tarixdə qeydiyyata alınmışdır. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, X46 filialında mühafizə olunan və Qapanlı kənd İƏV üzrə nümayəndəliyin 1991-1995, 1996-2000, 2001-2005-ci illərə dair təsərrüfatbaşına kitabının müvafiq olaraq 197,196 və 194 təsərrüfat nömrəsində iddiaçının adına 0,28 ha həyətyanı torpaq sahəsi qeyd edilmişdir. Hazırda iddiaçıya məxsus olan torpaq sahəsi X37 filialında mühafizə olunan Qapanlı kəndinin təsərrüfatbaşına kitabında 1986-1990-cı illərdə mərhum ata nənəsi X15 adına qeyd edilmişdir. O, 1986-cı ildə ölmüşdür və onun ölümündən sonra həmin torpaq sahəsi təsərrüfatbaşına kitabda 5 ildən bir yeni qeydiyyat nömrəsi verilməklə 1991-1995, 1996-2000, 2001-2005-ci illərdə müvafiq olaraq 197, 196, 194 nömrə ilə iddiaçının adına qeydə alınmışdır. Yəni, məhrum X15 adına təsərrüfatbaşına kitabda aparılmış geydiyyat o, 1986-cı ildə öldüyü üçün ləğv edilmiş və təsərrüfatbaşına kitabda dəyişiklik aparılmadan təsərrüfat yeni hesab nömrəsi ilə iddiaçının adına qeydə alınmışdır. Bununla belə, cavabdeh 0.28 ha torpaq sahəsinə dair təsərrüfatbaşına kitabdan çıxarış əldə etmədən, Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Daşınmaz əmlkın dövlət reyestri haqqda" " Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsinin təsdiq edən sənədlərin siyahısı"nda nəzərdə tutulmayan sənədə, yəni kolxozun torpaq kitabında olan qeydə əsasən daşınmaz əmlak üzərində hüquqları əsassız və qanunsuz olaraq mərhum X15 adına xx.xx.2020-ci il tarixli, AA 572227 saylı Torpaq sahəsinin planı və ölçüsü və xx.xx.2020-ci il tarixli, **********955 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında çıxarış vermişdir. Həm də çıxarış verilərkən Şəmkir Rayon Məhkəməsinin 2(076)-3952/2019 saylı, xx.xx.2019-cu il tarixli qərardadı əsasında işə mahiyyəti üzrə baxılıb həll olunanadək X46 Filialında mühafizə olunan və Qapanlı kənd İƏD üzrə nümayəndəliyin 1991-1995-ci illərə dair təsərrüfatbaşına kitabın 197 təsərrüfat nömrəsində iddiaçının adına qeyd edilmiş 0.28 ha həyətyanı torpaq sahəsində hər hansı tikinti-quraşdırma işlərinin aparılması cavabdehlər X10, X8 və X20 qadağan edilmişdir. Qərardad xx.xx.2019-cu ildə Şəmkir rayon İcra və probasiya Şöbəsi tərəfindən icra edilmişdir. Lakin onlar iddiaçının şikayətlərinə və icra məmurunun tələblərinə məhəl qoymayaraq, məhkəmələrdə mübahisələrə baxıldığı vaxtda tikinti işlərini tamamlamışlar. (evin tikintisinin sonrakı illərdə başa çatdırıldığı, o, bunu icra məmurlarının göstərişlərinə əməl etmədən etdiyinə dair kifayət qədər sübutlar vardır). Bütün məhkəmə mübahisələri mənim xeyrinə yekunlaşdıqdan sonra cavabdehə ərizə ilə müraciət edərək, 0.28 ha həyətyanı torpaq sahəsinə dair iddiaçının adına "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış" verilməsini xahiş etmişdir. Həmin ərizə əsasında cavabdehin əmədaşları tərəfindən torpaq sahəsinə yerində baxış keçirilən zaman bildirildi ki, nəzərdə tutulan torpaq sahəsi mübahisə predmeti olduğundan çıxarışın hazırlanması mümkün olmadı. Üçüncü şəxs (qardaşının oğludur)və qeyriləri onların ölçü işləri aparmalarına mane oldular və torpaq sahəsinin mübahisəli olduğunu bildirdilər. Bu səbəbdən də torpaq sahəsinin ölçülməsi mümkün olmadı. Nəticədə iddiaçı həmin torpaq sahəsinə dair hüquqlarını qeydiyyata aldıra bilməmişdir. Ərizəyə cavab olaraq cavabdehin 24 noyabr 2022-ci il tarixli **********78 nömrəli məktubu ilə bildirilmişdir ki, torpaq sahəsi mübahisə predmeti olduğundan çıxarışın hazırlanması mümkün olmamışdır. Hansı ki, həmin torpaqla bağlı mübahisəyə məhkəmə instansiyalarında baxılaraq nəticə verilmişdir və bu barədə məhkəmə qətnamələri tərəfindən cavabdehə təqdim edilmişdir. Gəncə İnzibati Məhkəməsinin 2-1(114)-503/2020 saylı, 21 fevral 2020-ci il tarixli qərarı ilə iddiaçı X3 (hazırkı iş üzrə iddiaçının bibisidir) Şəmkir rayon İcra Hakimiyyəti Aparatının Qapanlı kənd İƏD üzrə nümayəndəsinə qarşı "təsərrüfatbaşına kitabda həyətyanı torpaq sahəsinə dair aparılmış qeydiyyatın ləğy edilməsi və həmin kitabda onun adının qeydə alınması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə" iddiası təmin edilməmişdir. İddiaçı qərardan apellyasiya şikayəti vermişdir. Gəncə Apellyasiya Məhkəməsinin 2-1(104)- 538/2020 saylı, 28 iyul 2020-ci il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Gəncə İnzibati Məhkəməsinin 2-1(114)-503/2020 saylı, 21 fevral 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. İddiaçı qərardan kassasiya şikayəti verməmişdir. İddiaçı X11 bu ərəfədə mübahisəli torpaq sahəsinə dair mərhum X15 adına xx.xx.2020-ci il tarixli, AA 572227 saylı Torpaq sahəsinin planı və ölçüsü və xx.xx.2020-ci il tarixli, **********955 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında çıxarış alaraq, məhkəmədə iddiaçıya qarşı "mirasın qəbul edilməsi faktının müəyyən edilməsi, miras əmlaka vərəsə tanınma və miras əmlakın mülkiyyətə verilməsi tələbin"nə dair iddia qaldırmışdır. Belə olan təqdirdə mən Gəncə İnzibati-İqdisadi Məhkəmədə cavabdeh DƏDRX- nin l1 saylı Şəmkir Ərazi idarəsinə qarşı (üçüncü şəxs X7) iddia qaldıraraq, mərhum X16 adına verilmiş xx.xx.2020-ci il tarixli, AA 572227 saylı Torpaq sahəsinin planı və ölçüsü və xx.xx.2020-ci il tarixli, **********955 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında çıxarışın ləğv edilməsi tələbi"nə dair iddia qaldırdım. Bu səbəbdən birinci instansiyada onun iddiasına baxılması dayandırıldı. Gəncə İnzibati Məhkəməsinin 2-1(114)-643/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı ilə cavabdeh Azərbaycan Respublikası İqdisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında DƏDRX-nin 11 saylı Şəmkir ərazi iarəsinə (üçüncü şəxs X11) qarşı mərhum X16 adına verilmiş xx.xx.2020-ci il tarixli, AA 572227 saylı Torpaq sahəsinin planı və ölçüsü və xx.xx.2020-ci il tarixli, **********955 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi barədə iddiam rədd edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(104)-537/2021 saylı, 19 noyabr 2021-ci il tarixli qərarı ilə apellyasiya şikayətim təmin edilməsi, Gəncə İnzibati Məhkəməsinin 2-1(114)-643/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarının ləğv edilməsi, iddianın təmin edilməsi, mərhum X16 adına verilmiş xx.xx.2020-ci il tarixli, AA 572227 saylı Torpaq sahəsinin planı və ölçüsü sənədi və xx.xx.2020-ci il tarixli, ********** qeydiyyat **********955 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindəki qeydin (Çıxarışın) ləğv edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-711/2022 saylı, 06 may 2022-ci il il tarixli qərarı ilə üçüncü şəxs tərəfindən verilmiş kassasiya şikayətinin rədd edilməsi və Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 19 noyabr 2021-ci il tarixli, 2- 1(104)-537/2021 nömrəli qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Bundan sonra Gülsüm Mustafayeva tərəfindən birinci instansiya məhkəməsində olan işin icraatı təzələnmiş və Şəmkir rayon Məhkəməsinin 2(076)-39/2022 saylı, 08 sentyabr 2022-ci il tarixli qətnaməsi ilə X3 iddiaçıya və 1 saylı notariat ofisinə qarşı mirasın qəbul edilməsi faktının müəyyən edilməsi, **********55 reyestr nömrəli çıxarış əsasında mərhum Tamam Nağıyevanın mülkiyyətində olan ünvan 2 ünvanda yerləşən 0.28 ha həyətyanı torpaq sahəsinə vərəsə tanınması və miras əmlakın onun mülkiyyətinə verilməsinə dair iddiası təmin edilməmişdir. İddianın təmin edilməməsinin əsasını miras daşınmaz əmlakın mövcud olmaması, Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(104)- 537/2021 saylı, 19 noyabr 2021-ci il tarixli qərarı və Azərbaycan Respublikası Ali Məhkəməsinin 2- 1(102)-711/2022 saylı, 06 may 2022-ci il il tarixli qərarları təşkil etmişdir. Odur ki, xx.xx.2022-ci il tarixdə iddiaçı Şəmkir rayon Məhkəməsinə "maneənin aradan qaldırılması tələbi"nə dair iddia ərizəsi verərək, ünvan 3 ünvanda yerləşən 0.28 ha həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüququmun qeydiyyata alınması üçün zəruri olan ölçü işlərinin aparılması zamanı cavabdehin əməkdaşlarına cavabdehlər X19 və X12 tərəfindən qoyulan maneənin aradan qaldırılmasına dair qətnamə çıxarılmasını xahiş etdim. Şəmkir Rayon Məhkəməsinin 2(076)-639/2013 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir. Qətnamədən apellyasiya şikayəti verilməmişdir. Qətnamə qanuni qüvvəsini aldıqdan sonra iddiaçı xx.xx.2023-cü il tarixdə yenidən 11 saylı Şəmkir Ərazi İdarəsinə ərizə ilə müraciət edərək, Şəmkir rayonunun Qapanlı kəndində yerləşən 0.28 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmişdir. Cavabdeh tərəfindən göndərilmiş 3-21-3-40/2- 4552/23 saylı, 16 avqust 2023-cü il tarixli məktubda qeyd olunur ki, araşdırma zamanı məlum olmuşdur ki, sözügedən torpaq sahəsi üzərində fərdi yaşayış evi və həyət tikililəri inşa edilmiş, həyət tikilisi vətəndaş İddiaçı, fərdi yaşayış evi isə 2019-cu ildə inşa edilməklə cavabdeh X8 məxsusdur. Hal hazırda fərdi yaşayış evində X19 yaşayır. Bu səbəbdən də yaranmış uyğunsuzluğu nəzərə alaraq, sözügedən torpaq sahələri üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınması ilə bağlı ərizənizin icrası tərəfimizdən mümkün olmamışdır. Bu səbəbdən də ərizənin icrasından imtina edilmişdir. Belə olan təqdirdə iddiaçı xx.xx.2023-cü il tarixdə cavabdehə təkrar ərizə göndərərək, həmin imtina ilə razılaşmadığımı bildirmiş və məhkəməyə iddia ərizəsi verilməsi üçün, ən azından ilkin hüquq müəyyənedici sənədlər əsasında ona məxsus olan Şəmkir rayonu, Qapanlı kəndində yerləşən 0.28 ha torpaq sahəsinə dair onun adına "Torpaq sahəsinin planı və ölçüsü" sənədi verilməsini xahiş etmişdir. Ərizəyə cavab olaraq cavabdehin 04 sentyabr 2023-cü tarixli 3-21-3-40/2-M-0356-8/2023 nömrəli məktubu ilə bildirildi ki, iddiaçı ilə X19 arasında mübahisə olması səbəbindən sözügedən torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınmasına dair ərizənizin icrası tərəfimizdən mümkün olmayaraq imtina edilmişdir. İddiaçı qeyd edir ki, cavabdeh Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu maddələrinin, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 49 və 84-cü maddələrinin, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152 və 157-ci maddələrinin tələbləri ciddi şəkildə pozulmaqla, 0.28 ha torpaq sahəsinə dair təsərrüfatbaşına kitabdan çıxarış əldə etmədən, Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Daşınmaz əmlkın dövlət reyestri haqqda" Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsinin təsdiq edən sənədlərin siyahısı"nda nəzərdə tutulmayan sənədə, yəni kolxozun torpaq kitabında olan qeydə əsasən daşınmaz əmlak üzərində hüquqları əsassız və qanunsuz olaraq qeydə alaraq, mərhum X15 adına xx.xx.2020-ci il tarixli, AA 572227 saylı Torpaq sahəsinin planı və ölçüsü və xx.xx.2020-ci il tarixli, **********955 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında çıxarış verə bilir. Həmçinin, X21 xx.xx.2020-ci il tarixli, **********955 reyestr nömrəli çıxarış verilərkən X19 iddiaçıya məxsus torpaq sahəsində qanunsuz olaraq tikinti-quraşdırma işləri apardığını, Şəmkir rayon Məhkəməsinin 2(076)-3952/2019 saylı, xx.xx.2019-cu il tarixli qərardadı əsasında işə mahiyyəti üzrə baxılıb həll olunanadək X46 Filialında mühafizə olunan və Qapanlı kənd İƏD üzrə nümayəndəliyin 1991-1995-ci illərə dair təsərrüfatbaşına kitabın 197 təsərrüfat nömrəsində iddiaçının adına qeyd edilmiş 0,28 ha həyətyanı torpaq sahəsində hər hansı tikinti-quraşdırma işlərinin aparılması cavabdehlər X10, X8 və X20 qadağan edildiyini, həmin qərardad xx.xx.2019-cu ildə Şəmkir rayon İcra və probasiya Şöbəsi tərəfindən icra edildiyini və mübahisə olduğunu bildiyi halda Tamam Nağıyevanın adına hüquqların dövlət geydiyyatı haqqında çıxarış verə bilir. Eləcə də X21 xx.xx.2020-ci il tarixli, **********955 reyestr nömrəli çıxarış verilərkən də iddiaçıya məxsus torpaq sahəsində X5 tikilisinin olduğunu bildiyi halda Tamam Nağıyevanın adına hüquqların dövlət qeydiyyatı haqqında çıxarış verə bilir. Lakin iddiaçıya, yəni ilkin hüquq müəyyənedici sənədə sahib şəxsə bundan imtina edilir. Cavabdeh məktublarında qeyd edilən əsaslarla torpaq üzəridə iddiaçının hüquqlarının dövlət reyestrində qeydiyyata almaqdan imtina etməklə ciddi qanun pozuntusuna yol vermişdir. Çünki, iddiaçının ərizələrində cavabdehdən X19 tərəfindən torpaq sahəmdə qanunsuz və əsassız tikilmiş fərdi yaşayış evinə dair hüquqların dövlət reyestrində qeydə alınması xahiş olunmamışdır. Qeyd edilən dəlillərə əsasən ikin hüquq müəyyənedici sənədlər əsasında iddiaçıya məxsus olan və məhkəmə qətnamələri ilə öz təsdiqini tapmış Şəmkir rayonunun Qapanlı kəndində yerləşən 0.28 ha torpaq sahəsi üzərində mülkiyyət hüququm dövlət reyestrində qeydiyyata alınmalıdır. Məhkəmə iclasında iştirak etmiş iddiaçı iddianın təmin olunmasını xahiş etmiş, sədrlik edənin suallarına cavab olaraq bildirmişdir ki, təsərrüfat başına kitabda atasının adına 28 sot, anasının adı 28 sot, qardaşının adına 6 sot torpaq sahəsi olmuşdur. Atasının adına olan 28 sot sonradan qardaşına (üçüncü şəxsin atasına) verilmişdir. Nənəsinin adına olan 28 sot torpaq sahəsinin olduğu təsərrüfat isə onun adına keçirilmişdir. Üçüncü şəxsin adına 6 sot torpaq sahəsi mövcuddur. Cavabdeh iddiaya dair xx.xx.2023-cü il tarixli, 3-21-3-40/2-6273/2023 nömrəli etirazını təqdim etmiş, etirazda digər məhkəmə mübahisələrini qeyd etmiş və imtina əsaslarını təkrarlamışdır. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi imtina əsaslarını müdafiə edərək iddianın təmin olunmamasını xahiş etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə X19 iştirakı zəruri olan üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmuşdur. Məhkəmə iclasında iştirak etmiş üçüncü şəxs izahatında bildirmişdir ki, həmin torpaq sahəsində 2006-cı ildə tikintiyə başlamış, 2019-cu ildə başa çatmışdır. İddiaçının verdiyi akt təqdim edilən zaman evin xeyli hissəsi tikilmişdir. Atası ilə iddiaçı (əmisi) torpaqlarını şifahi – sözlə dəyişdirmişdir. Atası iddiaçının torpağında, iddiaçı da atasının torpağından istifadə edirdi. Atası vəfat etdikdən sonra iddiaçı mübahisə yaratmışdır. Atası ilə iddiaçının ayrı təsərrüfatları olmuşdur. Hazırda atasına məxsus 28 sot ata yurdunda qardaşı yaşayır. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə Şəmkir rayon Qapanlı bələdiyyəsi iştirakı adi olan üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmuşdur. Üçüncü şəxs Şəmkir rayon Qapanlı bələdiyyəsi nümayəndəsinin iştirakını təmin etməmiş, iddiaya dair münasibət bildirməmişdir. Üçüncü şəxs Şəmkir rayon Qapanlı bələdiyyəsinin nümayəndəsinin şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclasına gəlməməsinə baxmayaraq, məhkəmə işə baxa və iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, tərəflər onlara təqdim olunmuş bildirişdə məhkəmə iclasında iştirak etmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 62.3-cü maddəsi). Tədqiqat obyektinə keçirilmiş baxış və aparılmış araşdırma nəticəsində Yerquruluşunun Təşkili şöbəsinin mühəndisi tərəfindən tərtib edilmiş mütəxəssis rəyində qeyd olunur: Şəmkir rayonu, Qapanlı kəndində iddiaçının iddia etdiyi 0,28 ha torpaq sahəsi vardır, lakin başqa şəxslərin istifadəsindədir. İddiaçının iddia etdiyi torpaq sahəsi faktiki olaraq 0.2930 ha-dır. İddiaçının iddia etdiyi torpaq sahəsi həyətyanı məqsədi ilə ayrılmış yaşayış məntəqələrinin torpaqlarına aiddir və hər hansı subyektin mülkiyyətində, icarəsində və ya qanuni istifadəsində olan torpaq sahəsi ilə üst-üstə düşmür. Şəmkir rayonu Qapanlı kəndində İddiaçı qeydə alınmasını tələb etdiyi 0.28 ha torpaq sahəsinin üzərində 154.65 kv.m fərdi yaşayış evi və 85.51 kv.m tövlə vardır. Fərdi yaşayış evi X19 tərəfindən inşa edilmişdir. Rəy elektron məlumat bazasının Yeni elektron uçot xəritəsinə (TEKUİS) və 1999- cu ildə tərtib olunmuş torpaq islahatına dair kompleks yerquruluşu layihəsinə (xəritisinə) əsasən hazırlanlanmışdır. xx.xx.2024-cü il tarixdə keçirilmiş məhkəmə iclasında iştirak etmiş mütəxəssis X1 edənin suallarına cavab olaraq bildirmişdir ki, tədqiqar zamanı təqdim edilən torpaq sahəsi xüsusi mülkiyyətdə olan yaşayış məntəqələri təyinatlı torpaq sahəsi idi. Əgər həmin torpaq sahəsinə dair qeydiyyat ləğv olunmuşdursa, hazırda bələdiyyə mülkiyyətində olan torpaq sahəsidir. Əsaslandırıcı hissə: İddia mümkün iddiadır. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur. İddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. Məhkəmə işin faktiki hallarına və aşağıda qeyd olunanlara əsasən iddianı əsaslı hesab edir. İş materiallarından görünür ki, Şəmkir rayonu, Qapanlı kənd İƏV üzrə nümayəndəliyin qaytanlanmış kitabda və təsərrüfatbaşına kitabda iddiaçının adı qeyd edilmiş, həmçinin, həmin təsərrüfatda torpaq sahəsinin ölçüsü 0,28 ha göstərilmişdir. İddiaçı hazırkı tələblə əvvəl cavabdehə müraciət etmiş, cavabdeh orqan isə imtina cavabı vermişdir. Həmçinin məhkəməsi tərəfindən alınmış mütəxəssis rəyində qeyd edilmişdir ki, iddiaçının iddia etdiyi torpaq sahəsi həyətyanı məqsədi ilə ayrılmış yaşayış məntəqələrinin torpaqlarına aiddir və hər hansı subyektin mülkiyyətində, icarəsində və ya qanuni istifadəsində olan torpaq sahəsi ilə üst-üstə düşmür. Məhkəmə iclasında iştirak etmiş mütəxəssis də həmin torpaq sahəsinə dair qeydiyyat ləğv edildiyi üçün torpaq sahəsinin hazırda bələdiyyə mülkiyyətində olduğunu bildirmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8.0.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısına əsasən, Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə, habelə Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək olan dövrdə qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar və digər təşkilatlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair aşağıdakı sənədlər: 2.2. kənd və qəsəbə yaşayış məntəqələrində (o cümlədən statusu dəyişdirilərək şəhərə (qəsəbəyə) çevrilmiş, habelə ləğv edilərək ərazisi şəhər və ya qəsəbələrin ərazisinə verilmiş kəndlərdə) 2001-ci il yanvarın 1-dək inşa edilmiş yaşayış evlərinə və (və ya) onların yerləşdiyi torpaq sahələrinə, eləcə də yaşayış evlərinin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair təsərrüfatbaşına kitablardan çıxarış. Qeyd olunan qanunvericilik normalara əsasən, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər, Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar və digər təşkilatlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair kənd və qəsəbə yaşayış məntəqələrində (o cümlədən statusu dəyişdirilərək şəhərə (qəsəbəyə) çevrilmiş, habelə ləğv edilərək ərazisi şəhər və ya qəsəbələrin ərazisinə verilmiş kəndlərdə) 2001-ci il yanvarın 1-dək inşa edilmiş yaşayış evlərinə və (və ya) onların yerləşdiyi torpaq sahələrinə, eləcə də yaşayış evlərinin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair təsərrüfatbaşına kitablardan çıxarış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərdən hesab edilir. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə və “İnzibati icraat haqqında” Qanunun 24-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İddiaçının təqdim etdiyi sənədlərlə və məlumatlarla, o cümlədən torpaq sahəsinin qeydə alınmasından imtina edərkən istinad etdiyi hallarla bağlı hərtərəfli yoxlamanın aparılması, obyektiv qərarın qəbulunu təmin edən həcmdə araşdırmanın həyata keçirilməsi əslində və ilk növbədə şəxsə pensiya təyinatı üzrə inzibati icraatı həyata keçirən cavabdehin xidməti vəzifəsidir. Cavabdeh xidməti vəzifəsinə görə yalnız şəxsin əleyhinə və ya ziyanına olan halları deyil, həm də onun xeyrinə olan halları hərtərəfli araşdırmağa, müəyyən etməyə və iş üzrə obyektiv qərar qəbul etməyə borcludur. İnzibati orqan icraat çərçivəsində həmçinin aydın olmayan halların araşdırılması məqsədi ilə müvafiq sorğuların göndərilməsini, arayışların tələb olunmasını təmin etmək öhdəliyi də daşıyır. Bu inzibati orqanların fəaliyyətinin qanunçuluq və obyektiv araşdırma prinsiplərinə tabe olmasından irəli gəlir. Cavabdehin imtina əsaslarına – torpaq sahəsi üzərində mübahisə olması, torpaq sahəsində tikilən fərdi yaşayış evində üçüncü şəxsin yaşaması hallarına gəldikdə isə məhkəmə qeyd edir ki, qanunvericiliyə görə, hüquqların dövlət qeydiyyatı üçün təqdim edilən sənədlər qanunla müəyyən olunmuş tələblərə cavab vermədikdə hüquqların dövlət qeydiyyatından imtina kimi hüquqi nəticəyə səbəb olur. Bu cür imtinanın konkret əsasları “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 15-ci maddəsində göstərilmişdir. Cavabdehin qeyd etdiyi imtina əsasları həmin hallarda əks olunmamışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair Konstitusiya Məhkəməsi Plenumunun 28 mart 2017-ci il tarixli Qərarında torpaq üzərində hüquqların dövlət qeydiyyatı aparılarkən müvafiq icra hakimiyyəti orqanının “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunda göstərilən tələblərə daha diqqətlə yanaşmalı olması, təqdim olunan sənədlərin qanunvericilikdə göstərilən tələblərə uyğun olub-olmamasının yoxlanılmasına xüsusi diqqət yetirməsinin vacibliyi qeyd edilmişdir. Beləliklə, məhkəmə icraatında təsdiq olunmuş və barələrində proses iştirakçılarının öz münasibətlərini bildirmək imkanına malik olduqları faktları və sübutları araşdıraraq məhkəmə hesab edir ki, iddia təmin edilməli və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.8-ci maddəsinə və 13 yanvar 2015-ci il tarixli 439 nömrəli Fərmanla təsdiq edilmiş Siyahının 2.2 və 2.4-cü bəndlərinə əsasən cavabdehin üzərinə iddiaçıya verilmiş, qaytanlanmış kitabda qeyd olunmuş və iddiaçının istifadəsində olan 0,28 ha torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq, çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34, 68, 69, 75-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia təmin edilsin. Şəmkir rayonu, Qapanlı kəndində yerləşən 0,28 ha torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüquqlarının daşınmaz əmlakın reyestrində qeydiyyata alınması və müvafiq çıxarışın verilməsi öhdəliyi cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zəfər Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar