Məhkəmə qərarları › İş №2-1(114)-619/2020

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-619/2020

16.03.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-619/2020 16.03.2020 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı nümayəndəsi X1, üçüncü şəxs Əsgərov Vəkil Teymur oğlunun iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı (üçüncü şəxs Əsgərov Vəkil Teymur oğlu) qərarın qismən ləğv olunması tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M üə y y ə n e t d i: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə xx.xx.2020-ci il tarixdə məhkəməyə müraciət edərək, Tovuz rayon X2 xx.xx.1999-cu il tarixli 35 nömrəli qərarının qismən, Əsgərov Vəkil Teymur oğluna aid hissədə ləğv olunması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi X3 məhkəmə iclasında iddianı müdafiə etmişdir. Üçüncü şəxs Əsgərov Vəkil Teymur oğlu məhkəmə iclasında iddianı qəbul etməyərək bildirmişdir ki, hazırki tələbə əvvəllər baxılmış və qərar qanuni qüvvəyə minmişdir, ona görə də yenidən baxıla bilməz. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə məlumat verilməsinə baxmayaraq nümayəndəsinin iştirakını təmin etməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə AR İPM-in 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materialarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, iş materiallarına əlavə olunmuş Gəncə Apelyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2-1(104)-844/2019 nömrəli qərardadından görünür ki, İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə Gəncə-İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, Tovuz rayon X2 xx.xx.1999-cu il tarixli 35 nömrəli qərarının qismən, Əsgərov Vəkil Teymur oğluna aid hissədə ləğv olunması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmiş, Gəncə-İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2- 1(83)-562/2019 nömrəli qərardadı ilə iddia mümkün sayılmamış və həmin qərardaddan verilmiş apelyasiya şikayəti təmin edilməmişdir. Göründüyü kimi hazırki mübahisə üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərardadı mövcuddur. Bununla bağlı məhkəmə aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin:- -1.1-ci maddəsinə əsasən bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin (bundan sonra - inzibati mübahisələr) məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. -32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. -32.2-ci maddəsinə əsasən barəsində məhkəməyə şikayət verilməmiş inzibati akt, barəsində şikayət verildiyi hallarda, şikayət instansiyasının qərarı ilə dəyişdirilmiş inzibati akt (şikayət instansiyası tərəfindən qərar qəbul edildikdən sonrakı formada ilkin inzibati akt) və şikayət instansiyası tərəfindən şikayətə baxma qaydasında qəbul edilmiş və ilk dəfə olaraq üçüncü şəxs üçün öhdəlik yaradan qərar (inzibati akt) mübahisələndirmə haqqında iddianın predmeti ola bilər. -78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Yuxarıda qeyd olunan hüquq normalarından göründüyü kimi hazırki mübahisə eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslarla bağlı olduğundan və həmin mübahisə üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarı olduğundan iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 81, 85-ci maddələrinin tələblərinə əsasən, məhkəmə Q ə r a r a a l d ı : İddiaçı Cavabdehnə qarşı qərarın qismən ləğv olunması barədə iddiası mümkün sayılmasın. Qərardaddan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fikrət Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar