Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-62/2024 21.06.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi Axundov Emin Tahir oğlunun sədrliyi, Allahverdiyeva Gülnara Elşən qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı əlilliyin bərpa edilməsi tələbi üzrə inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı xx.xx.2023-cü il tarixdə iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, ona təyin edilmiş əlilliyin statusunda olan uyğunsuzluğun aradan qaldırılması və “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi qeyd olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı xx.xx.2023-cü il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, ona təyin edilmiş əlilliyin statusunda olan uyğunsuzluğun aradan qaldırılması, “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi qeyd olunması və əlilliyinin bərpa olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, həmin ərizə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2- N(NN4)-N448/2023 nömrəli qərardadı ilə məhkəmənin icraatına qəbul edilmişdir. İddiaçı xx.xx.2023-cü il tarixdə məhkəməyə iddia tələbinin dəqiqləşməsinə dair ərizə təqdim edərək, əlillik dərəcəsinin bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, o, N3-cü ildə Ağstafa rayon Hərbi Komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılmış və N saylı hərbi hissənin tərkibində siravi (kəşfiyyatçı-pulemyotçu) əsgər kimi hərbi xidmət keçmişdir. xx.xx.N4-cü il tarixdə Tonaşen yaşayış məntəqəsində düşmən mövqeyinin arxasında döyüş tapşırığını yerinə yetirdiyi zaman hər iki ayağının donması nəticəsində xx.xx.N4-cü il tarixdə Tərtər hərbi hissə hospitalının göndərişi ilə "Hər iki ayağın İİ-İİİ dərəcəli donması" diaqnozu ilə Mingəçevir şəhər Birləşmiş Xəstəxanasının LOR şöbəsinə qəbul edilmiş, stasionar şəraitdə müalicə olunmuş və xx.xx.N4-cü il tarixdə "Hər iki ayaq barmaqlarının İİ-İİİ dərəcəli donvurması" diaqnozu ilə xəstəxanadan çıxarılmışdır. AR Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının N29 saylı, xx.xx.2003-cü il tarixli protokolu ilə xəstəliyinin səbəbli əlaqəsi "Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır" kimi yazılsa da, ona ümumi xəstəliyə görə 2-ci qrup müddətsiz əlillik təyin edilmişdir. Əlilliyinin statusunda (səbəbəlaqəsində) olan uyğunsuzluğun aradan qaldırılması məqsədilə cavabdeh təşkilata müraciət etmiş və ona imtina vavabı verilmişdir. Səbəb də bu olmuşdur ki, tam reabilitasiya olunmağı barədə qərar qəbul edilmişdir. Ona görə də, iddia tələbi ilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. İş üzrə şifahi məhkəmə baxışı iclası 2N iyun 2024-cü il tarixinə təyin edilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi məlumat verilməsinə baxmayaraq, cavabdeh nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə etmiş və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən məhkəməyə göndərilmiş xx.xx.2023-cü il tarixli etirazda qeyd edilmişdir ki, xx.xx.2003-cü il tarixdən ümumi səbəbdən müddətsiz ikinci dərəcə əlilliyi olan Ağstafa rayon sakini İddiaçı əlillik səbəbinin dəyişdirilməsi ilə əlaqədar əlillik vəziyyəti tibb müəssisəsinin 022N003AAVFZ nömrəil göndərişi əsasında xx.xx.2020-ci il tarixdə qiymətləndirilmiş və göndərişin natamam doldurulması barədə qərar verilmişdir. Həmin qərardan narazı qalan vətandaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olunmuşdur ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.20085-cü il tarixli 88 nömrəli Qərar verilmişdir. Həmin qərarda “Sol ayağın İİ,İİİ,İV və V barmaqlarının İV dərəcəli donvurmasına görə V barmağın ekzartikulyasiyası İl-İİ-İV barmaqların əsas falanqalarının distal ucları səviyyəsində amputasiyasından sonrakı güdülləri, İ barmağın varus deformasiyası funksiyanın mülayim dərəcədə pozulması ilə. Hər iki ayağın İl mərhələ angiotrofonevrozu funksi yanın cüzi dərəcədə pozulması ilə” diaqnozlu xəstəliyin səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı göndərişdə əsas xəstəlik və ağırlaşması kimi qeyd edilmiş “Sol ayağın İİ, İİİ, İV və V barmaqlarının İV dərəcəli donvurmasına görə V barmağın ekzartikulyasiyası İl-İİ-İV barmaqların əsas falanqalarının distal ucları səviyyəsində amputasiyasından sonrakı güdülləri, İ barmağın varus deformasiyası, funksiyanın mülayim dərəcədə pozulması ilə. Hər iki ayağın İl mərhələ angiotrofonevrozu funksiyanın cüzi dərəcədə pozulması ilə” anamnestik məlumatlar və obyektiv müayinələrda öz təsdiqini tapmışdır. Nəticədə diaqnoz “Əlilliyin və sağlamlıq imkanları məhdudluğun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin xx.xx.202N-ci il tarixdən hissəvi reabilitasiya olunaraq ümumi səbəbdən müddətsiz üçüncü dərəcə əlillik təyin edilməsi barədə qərar qəbul edilmişdir. Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin tibbi-sosial ekspert komissiya (bundan sonra-Komissiya) xx.xx.2022-ci il tarixdə vətəndaşın əlilliyinin qiymətləndirilməsi barədə verilmiş qərarlardan şikayətlərinə əsasən əyani müayinəsini həyata keçirmiş və aşağıdakıları müəyyən etmişdir. Ağstafa rayon sakini xx.xx.N9785-ci il təvəllüdlü İddiaçı əlillik vəziyyəti xx.xx.20N3-cü il tarixdə DTSERA-da əyani müayinə olunmuş və ona Ümumi səbəbdən müddətsiz ikinci dərəcə təyin edilmişdir. Lakin səbəb əlaqədən narazı olan vətəndaş təkrar müraciət etmiş və əlillik vəziyyəti xx.xx.202N-ci il tarixində Əyani müayinə zamanı qiymətləndirilmiş və “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun “ müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.5.4. bəndinə müvafiq olaraq Ümumi xəstəlik ilə əlaqədar müddətsiz üçüncü dərəcə əlillik təyin edilmişdir. (Hissəvi Reabilitasiya). Daha sonra vətəndaşın verilmiş qərarının səbəbəlaqəsini dəyişmək üçün tibb müəssisəsinin yeni göndərişi rəsmiləşdirilmiş və qərar verilməsi üçün Agentliyə göndərilmişdir. Əlillik təyinatlarının əsaslığının müxtəlif risk qrupları üzrə araşdırılması əsasında əlavə əyani müayinə aparılaraq müəyyən olunmuşdur ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2003-cü il tarixli 88 nömrəli Qərar verilmişdir. Həmin qərarda “Sol ayağın İİ-İİİ-İV-V barmarlarının İV dərəcəli donvurmasına görə V barmağın ekzartikulyasiyası, İİ-İİİ-İV barmaqların əsas falanqalarının distal ucları səviyyəsində amputasiyasından sonrakı güdülləri, İ barmağın varus deformasiyası funksiyanın mülayim dərəcədə pozulması ilə. Hər iki ayağın İl mərhələ angiotrofonevrozu. Funksiyanın mülayim dərəcədə pozulması ilə" diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı sol aşağı ətrafda İV, V barmaqların tam, İİ-İİİ barmaqların əsas falanqadan amputasiyası qeyd olunmuş, hər iki ayaqarxasında pulsasiya müəyyən edilmiş, əlillik təyinatına əsas verən hərbi travmanın qalıq əlaməti, patofunksional pozuntu və hərəki məhdudluq aşkar edilməmişdir. ƏƏSMN tabeliyində DTSERA-da xx.xx.2022-ci il tarixli aşağı ətraf arteriaların dopplerografiyası müayinəsinin nəticəsi “Magistral arteriyaların divarında tək-tək kalsifik, diffuz aterosklerotik plaklar izlənilir. Bifazik, trifazik axımlar” kimi müəyyənləşdirilmişdir. Anamnestik məlumatlarda, obyektiv və instrumental müayinələrin nəticələrində əlillik təyinatına əsas verən patofunksional pozuntular müəyyən edilməmişdir. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 dekabr 20N5ci il tarixli 4N3 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunmağı meyarlarına dair Əsasnamə”yə və N3 may 2022-ci il tarixli N87 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlar”ına uyğun olaraq tam reablitasiya olunması barədə qərar qəbul edilmişdir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-N(N02)-N403/2022 nömrəli qərarına əsasən nəzərə almaq lazımdır ki, diskresion səlahiyyətin həyata keçirilməsi inzibati orqanların icra hakimiyyəti orqanları qismində fəaliyyəti çərçivəsində ilkin vəzifəsi və hüququ sayılır. Əgər məhkəmə inzibati orqanın qərarını qanunsuz hesab edirsə, onda o, elə hakimiyyətlərin bölünməsi prinsipinin mövcudluğuna görə, doğru hesab etdiyi diskresion qərarı özü qəbul edə bilməz. Məhkəmə inzibati orqanın diskresion səlahiyyətini özünün diskresion səlahiyyəti ilə əvəz edə bilməz. Başqa sözlə, məhkəmə yalnız inzibati orqanın öz diskresion səlahiyyətini necə həyata keçirdiyini yoxlaya bilər. Çünki, məhkəmə hakimiyyətinin fəaliyyəti ədalət mühakiməsinin və hüquqi nəzarətin həyata keçirilməsi ilə məhdudlaşır. Bununla yanaşı, məhkəmə kollegiyası nəzərə alır ki, inzibati orqan diskresion səlahiyyətə malik olduğu hallarda da tam sərbəst deyildir. Əksinə, inzibati orqan diskresion səlahiyyəti düzgün həyata keçirmək öhdəliyi daşıyır və bu səbəbdən maraqlı şəxs inzibati orqandan diskresion səlahiyyətin düzgün həyata keçirilməsini tələb etmək hüququna malikdir (“İnzibati icraat haqqında” Qanunun N6.2-ci maddəsi). Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Müdafiə Nazirliyi MHHK-nın xx.xx.2003-cü il tarixli, 88 nömrəli qərarından görünür ki, İddiaçı döyüş zonasında hərbi xidmət keçərkən, xx.xx.N4-cü ildə aldığı travma “Sol ayağın İİ-İİİ-İV-V barmarlarının İV dərəcəli donvurmasına görə V barmağın ekzartikulyasiyası, İİ-İİİ-İV barmaqların əsas falanqalarının distal ucları səviyyəsində amputasiyasından sonrakı güdülləri, İ barmağın varus deformasiyası funksiyanın mülayim dərəcədə pozulması ilə. Hər iki ayağın İl mərhələ angiotrofonevrozu. Funksiyanın mülayim dərəcədə pozulması ilə" xx.xx.N4-cü ildən xx.xx.N4-cü ilə kimi Mingəçevir şəhər birləşmiş xəstəxanasında müayinə və müalicə olunmuşdur. “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır”. -iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Müdafiə X2 xx.xx.2022-ci il tarixli, 4/2-8005 nömrəli arxiv arayışından görünür ki, İddiaçı Ağstafa RHK-dan çağırılmış, N975-ci il təvəllüdlü İddiaçı Cəmil oğlunun N nömrəli hərbi hissə komandirinin N iyul N3-cü il tarixli N5N nömrəli əmrində (əsas: 3, sıra N04, əmrdə atasının adı Cəmil yazılmışdır) şəxsi heyətin siyahısına daxil edilməklə bütün növ təminatlarla təmin edilərək “sıravi” hərbi rütbəsi verilməklə kursant vəzifəsinə təyin olunması barədə məlumat vardır. N nömrəli hərbi hissədən xidmətini davam etdirmək üçün gəlmiş, sıravi İddiaçı N nömrəli hərbi hissə komandirinin N oktyabr N3-cü ıl tarixli 24N nömrəli əmrilə (əsas: 5, sıra 63, əmrdə vəzifəsi göstərilməvib) xx.xx.N3-cü il tarixdən şəxsi heyətin siyahısına daxil edilərək bütün növ təminatlarla təmin edilmişdir. N nömrəli hərbi hissə komandirinin N yanvar N4-cü il tarixli 20/3 nömrəli əmrində sıravi İddiaçı Cəmil oğlunun (əsas: N, sıra 88, əmrdə atasının adı Cəmil yazılmışdır, vəzifəsi və göndərildiyi yer göstərilməyib) döyüş əməliyyatları bölgəsinə getmiş hesab edilərək qazan təminatından çıxarılması barədə məlumat vardır. N nömrəli hərbi hissə komandirinin N2 fevral N4-cü il tarixli NN nömrəli əmrində yaralandığına və don vurduğuna görə sıravi İddiaçı Cəmil oğlunun (əsas: 8, sıra N2, əmrdə atasının adı Cəmil yazılmışdır, vəzifəsi göstərilməyib) hərbi hospitala göndərilərək qazan təminatından çıxarılması barədə məlumat vardır. Tonaşen yaşayış məntəqəsində düşmən mövqeyinin arxasında döyüş tapşırığını yerinə yetirən zaman don vurduğu üçün kəşfiyyatçı pulemyotçu, sıravi İddiaçı Cəmil oğlunun N nömrəli hərbi hissə komandirinin N iyun N4-cü il tarixli NN5 nömrəli əmrində (əsas: 3, sıra 7, əmrdə atasının adı Cəmil yazılmışdır) hərbi hospitala müalicəyə göndərilərək ştatdan kənar edilməsi barədə məlumat vardır. Qeyd edirik ki, N nömrəli hərbi hissə komandirinin oktyabr N3-cü il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı xidməti barədə məlumat aşkar olunmamışdır. -iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası « TƏBİB » PHŞ-nin « Mingəçevir ŞMX » PHŞ-nin xx.xx.2022-ci il tarixli, 824/22 nömrəli arayışından görünür ki, İddiaçı xx.xx.N4-cü il tarixdə, saat N4 : 00-da Tərtər Hərbi hissə hospitalının göndərişinə əsasən “Hər iki ayağın İİ-İİİ dərəcəli donması” diaqnozu ilə Mingəçevir Şəhər Birləşmiş Xəstəxanasının LOR şöbəsinə daxil olmuş, stasionar şəraitdə müalicədə olmuş və xx.xx.N4-cü il tarixində xəstəxanadan çıxarılmışdır. -iş materiallarına əlavə edilmiş cavabdeh orqan tərəfindən məhkəməyə göndərilmiş xx.xx.2023-cü il tarixli, 3-N7-4/2-8042/2023 nömrəli « Vətəndaşın əlillik vəziyyəti haqqında » məktubdan görünür ki, İddiaçı əlillik təyinatlarının əsaslılığının müəyyən risk qrupları üzrə araşdırılması çərçivəsində Qazax Rayon Mərkəzi Xəstəxanasının mütəxəssislərin 0236003AAKƏK nömrəli göndərişi əsasında xx.xx.2022-ci il tarixində Agentlikdə mütəxəssislərin iştirakı ilə komissiyada əyani müayinə olunmuşdur. Müayinə zamanı əlilliyin təyininə əsas verən ağırlaşmalar və patofunksional dəyişikliklər aşkar olunmadığından Azərbaycan Respublikası Nazirlər Kabinetinin göndərişin rəsmiləşdirildiyi tarixdə qüvvədə olan 20N5-ci il 30 dekabr tarixli 4N3 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə və hazırda qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin N3 may 2022-ci il tarixli N87 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na uyğun olaraq “Tam reabilitasiya olması” barədə qərar qəbul edilmişdir. -iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “MTE və PAB” PHŞ-nin xx.xx.2023-cü il tarixli, T 385/2023 nömrəli ekspert rəyinin nəticə hissəsində qeyd edilmişdir ki, İddiaçı adına tərtib edilmiş qiymətləndirmə üzrə məlumatda qeyd edilmiş “Aşıq-baldır oynağı nahiyəsi və ayağın toxumaların nekrozlaşan donvurması, sol ayaq İİ, İİİ, İV, V barmaqların İV dərəcəli donvurmasına görə V barmağın ekzartikulyasiyası, İİ, İİİ, İV barmaqların əsas falanqalarının distal ucları səviyyəsində amputasiyasından sonrakı güdülləri, bifazik, trifazik axın” diaqnozuna onda hazırda da rast gəlinir. İddiaçı hal-hazırkı əyani müayinəsini və tibbi sənədlərində qeyd edilən diaqnozu nəzərə alaraq onun əlavə bərpa müalicəsinə zərurət yoxdur. -iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “MTE və PAB” PHŞ tərəfindən məhkəməyə göndərilmiş xx.xx.2023-cü il tarixli, 5NN4 nömrəli məktubdan görünür ki, vətəndaş İddiaçı adına tərtib edilmiş T385/2023 saylı rəydə göstərilən “Aşıq-baldır oynağı və ayağın yumşaq toxumalarının donvurma nəticəsində nekrozlaşması, sol ayağın İİ, İİİ İV, V barmaqlarının İV dərəcəli, V barmağın eksartikulyasiyası, İİ, İİİ, İV barmaqların əsas falanqaların distal ucları səviyyəsindən amputasiyadan sonrakı güdülləri, bifazik, trifazik axın” diaqnozu məhkəmə-tibbi ekspertiza aparılarkən öz təsdiqini tapmış və güdüllər tam formalaşdığından ekspert komissiyası tərəfindən hal-hazırda hər-hansı əlavə müalicəyə ehtiyacı olmaması düzgün olaraq müəyyən edilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək, həmçinin mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin N.N-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddia mümkün iddia olmaqla yanaşı, mahiyyət baxımından da əsaslıdır. Belə ki, iş materiallarına əlavə edilmiş sənədlərlə müəyyən edilmişdir ki, iddiaçının xəstəliyi ilə əlaqədar ona xx.xx.20N3-cü il tarixdə “Hər iki ayaq barmaqlarının İİ-İİİ dərəcə donvurma (XBT kodu: XİX sinif – Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri – S90-S99 – Aşıq baldır oynağı və ayaq nahiyələrinin travmaları – S98 – Aşıq baldır oynağı və ayağın digər...)” diaqnozu ilə İİ dərəcə əlillik təyin edilmiş, xx.xx.2020-ci il tarixdə “S98.2 Ayağın iki və daha artıq barmağının travmatik amputasiyası, Sol ayaq İ, İİ, İİİ, İV və V barmaqlarının amputasion güdülü. Ağırlaşma R26 Hərəkətin və yerişin pozulmaları, Kəskin yeriş pozğunluğu. Yanaşı xəstəliklər M24.5 Oynaqların kontrakturası, Sol dirsək oynağının kontrakturası (XBT kodu: XİX sinif – Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri – S90-S99 – Aşıq baldır oynağı və ayaq nahiyələrinin travmaları – S98 – Aşıq baldır oynağı və ayaq səviyyə...)” diaqnozu təyin edilmiş, xx.xx.202N-ci il tarixdə “Ayağın iki və daha artıq barmağının travmatik amputasiyası, Sol ayaq İ, İİ, İİİ, İV və V barmaqlarının amputasion güdülü. Hərəkətin və yerişin pozulmaları, Kəskin yeriş pozğunluğu (XBT kodu: XİX sinif – Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri – S90-S99 – Aşıq baldır oynağı və ayaq nahiyələrinin travmaları – S98 – Aşıq baldır oynağı və ayaq səviyyə...)” diaqnozu ilə İİİ dərəcə əlillik təyin edilmiş, lakin xx.xx.2022-ci il tarixdə isə “Aşıq-baldır oynağı nahiyəsi və ayağın toxumaların nekrozlaşan donvurması, sol ayaq İİ, İİİ, İV, V barmaqların İV dərəcəli donvurmasına görə V barmağın ekzartikulyasiyası, İİ, İİİ, İV barmaqların əsas falanqalarının distal ucları səviyyəsində amputasiyasından sonrakı güdülləri, bifazik, trifazik axın (XBT kodu : XİX sinif - Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri – T33-T35 – Donvurma – T34 – Toxumaların nekrozu ilə gedən donvurma – T34.8 – Aşıq-baldır oynağı nahiyəsi...)” diaqnozu ilə Tam reabilitasiya olunması barədə qərar qəbul edilməsi səbəbi ilə əlillik dərəcəsi təyin edilməsindən imtina edilmişdir. Bundan sonra İddiaçı ona təyin edilmiş əlilliyin statusunda olan uyğunsuzluğun aradan qaldırılması, «Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır» kimi qeyd olunması və əlilliyin bərpa edilməsi ilə əlaqədar cavabdeh orqana müraciət etsə də, cavabdeh orqan tərəfindən müsbət cavab ala bilməmişdir. Cavabdeh orqan imtinasını onunla əsaslandırmışdır ki, müayinə zamanı əlilliyin təyininə əsas verən ağırlaşmalar və patofunksional dəyişikliklər aşkar olunmadığından Azərbaycan Respublikası Nazirlər Kabinetinin göndərişin rəsmiləşdirildiyi tarixdə qüvvədə olan 20N5-ci il 30 dekabr tarixli 4N3 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə və hazırda qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin N3 may 2022-ci il tarixli N37 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na uyğun olaraq “Tam reabilitasiya olması” barədə qərar qəbul edilmişdir. Məhkəmə iş üzrə toplanmış sübutlara müqayisəli şəkildə, onlara tətbiq edilməli olan normativ hüquqi aktlar baxımından hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun :- -3.N-ci maddəsinə əsasən şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. -3.2-ci maddəsinə əsasən əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. -3.3-cü maddəsinə əsasən şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. -3.3-N-ci maddəsinə əsasən maddəsinə əsasən əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. -3.4-cü maddəsinə əsasən əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. -4.3-cü maddəsinə əsasən əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. -6.4-cü maddəsinə əsasən Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır. 2022-ci il iyulun N-dək qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 20N5-ci il tarixli 4N3 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin :- -N.2-ci bəndinə əsasən əlillik və ya N8 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu şəxsin tibbi-sosial ekspertiza müayinəsindən keçirilərək, “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq anadangəlmə, xəstəlikdən və ya xəsarətdən yaranan əqli və ya fiziki qüsurlar nəticəsində həyat fəaliyyətinin məhdudlaşması haqqında müvafiq qərar çıxarılması yolu ilə müəyyən olunur. -N.5-ci bəndinə əsasən Tibbi-sosial ekspert komissiyaları tərəfindən birinci, ikinci və üçüncü dərəcə əlillik və N8 yaşınadək uşaqlara münasibətdə sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunur. -2.2. bəndinə əsasən ikinci dərəcə əlillik - xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (təhsilalma, ünsiyyət, uyğunlaşma, öz davranışına nəzarətetmə, hərəkətetmə, özünə xidmətetmə, əmək fəaliyyəti) elə kəskin məhdudlaşması və ya əmək fəaliyyətinin mümkün olmaması hallarında təyin edilir ki, həmin xəstənin kənar şəxsin yardım və ya qulluğuna ehtiyacı olmasın. İkinci dərəcə əlillik aşağıdakı hallarda təyin edilir: Azərbaycan Respublikası Nazirlər Kabinetinin N6 yanvar 2020-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydaları”-na əsasən, N.N. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qəran ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra - Komissiya) tərəfindən "Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra - göndəriş) əsasında aparılır. N.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra alt sistemə ötürülür. 2.3. Göndəriş alt sistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə alt sistem üzərindən dərhal TSEK-ə göndərilir. 2.4. TSEK N0 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən N5 (on beş) iş gününədək uzadıla bilər. 2.9. Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: -24.N. maddəsinə əsasən İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. -24.2. maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. -24.3. maddəsinə əsasən İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. -24.4. maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. -58.N-ci maddəsinə əsasən inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “MTE və PAB” PHŞ-nin xx.xx.2023-cü il tarixli, T 385/2023 nömrəli ekspert rəyinin nəticə hissəsində qeyd edilmişdir ki, İddiaçı adına tərtib edilmiş qiymətləndirmə üzrə məlumatda qeyd edilmiş “Aşıq-baldır oynağı nahiyəsi və ayağın toxumaların nekrozlaşan donvurması, sol ayaq İİ, İİİ, İV, V barmaqların İV dərəcəli donvurmasına görə V barmağın ekzartikulyasiyası, İİ, İİİ, İV barmaqların əsas falanqalarının distal ucları səviyyəsində amputasiyasından sonrakı güdülləri, bifazik, trifazik axın” diaqnozuna onda hazırda da rast gəlinir. Məhkəmə araşdırması nəticəsində də məlum olmuşdur ki, iddiaçıya xx.xx.2022-ci il tarixdə təyin edilmiş “Aşıq-baldır oynağı nahiyəsi və ayağın toxumaların nekrozlaşan donvurması, sol ayaq İİ, İİİ, İV, V barmaqların İV dərəcəli donvurmasına görə V barmağın ekzartikulyasiyası, İİ, İİİ, İV barmaqların əsas falanqalarının distal ucları səviyyəsində amputasiyasından sonrakı güdülləri, bifazik, trifazik axın (XBT kodu : XİX sinif - Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri – T33-T35 – Donvurma – T34 – Toxumaların nekrozu ilə gedən donvurma – T34.8 – Aşıq-baldır oynağı nahiyəsi...)” diaqnozu müayinə nəticəsində söz ifadəsi olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli N87 nömrəli qərar təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarına dair” Əsasnamənin müvafiq kodları və XN qeyd olunan kodlar baxımından eynilik təşkil edir. Belə olduğu təqdirdə məhkəmə hesab edir ki, cavabdeh orqan tərəfindən iddiaçıya müvafiq əlillik dərəcəsi təyin edilməli idi. Hazırki iş üzrə mübahisənin predmetini iddiaçıya cavabdeh inzibati orqan tərəfindən ona təyin edilmiş əlilliyin statusunda olan uyğunsuzluğun aradan qaldırılması, «Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır» kimi qeyd olunması və əlilliyin bərpa edilməsidir. İddiaçının əlilliyini səbəbi isə TSEK müayinə nəticələrində “Ümumi xəstəlik” kimi müəyyən edilmişdir. Həmçinin məhkəmə hesab edir ki, iddiaçıya cavabdeh inzibati orqan tərəfindən iddiaçının tələbinin təmin olunmasından imtina edilsə də, əlilliyin səbəb əlaqəsi ilə bağlı hərbi-həkim komissiyasının mübahisələndirilməyən şəhadətnaməsinin mövcud olması və həmin sənəd əsasında əlilliyin təyin olunması ilə bağlı şəxsin özünün də müraciət etmək hüququnun olması nəzərə alınmamış, bununla da cavabdeh inzibati orqan tərəfindən iddiaçının müraciətinin təmin edilməməsi əsassız və qanunazidd olmaqla iddiaçının hüquqlarının pozulması ilə nəticələnmişdir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 20N5-ci il N6 mart tarixli 484 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi haqqında Əsasnamə”nin 3.N.2.-ci bəndinə əsasən, əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlillik dərəcəsi, onun müddəti, səbəbi və əlilliyin baş vermə vaxtı barədə tibbi-sosial ekspert komissiyaları tərəfindən qərar qəbul edilməsini təmin etmək bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq Agentliyin vəzifəsidir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 26 dekabr 20N7-ci il tarixli, N9-N nömrəli qərar ilə təsdiq edilmiş “Ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçulara hərbi xidmətlə əlaqədar əlillik səbəblərinin müəyyən olunması barədə Təlimat”ın 2.5-ci bəndinə görə "Hərbi xidmət dövrü ilə əlaqədar" əlillik səbəbi aşağıdakı hallarda müəyyən edilir: -2.5.N. xəstəlik şəxsin hərbi xidmət (hərbi toplanış) keçməsi, yaxud şəxsin hərbi xidmətə (hərbi toplanışa) çağırılmasına və ya hərbi xidmətə daxil olmasına qədər yaranmış xəstəliyi hərbi xidmət (hərbi toplanış) dövründə onun hərbi xidmətə yararlılıq kateqoriyasını dəyişən, o cümlədən, müvəqqəti yararsızlığına gətirib çıxaran dərəcəyə çatmışsa, habelə hərbi xidmətdən buraxıldıqdan, hərbi toplanış başa çatdıqdan sonra bir il keçənədək təyin edilmiş xroniki, tədricən proqressivləşən xəstəliklər olduqda, həmin xəstəliklərin başlanğıcını hərbi xidmət (hərbi toplanış) dövrünə aid etmək mümkündürsə; -2.5.2. xəstəlik şəxsin döyüşən ordunun tərkibinə daxil olmayan hərbi hissədə hərbi xidmət (hərbi toplanış) keçməsi dövründə, yaxud onun xaricə, döyüş əməliyyatları aparılan dövlətə getməsinə qədər yaranmışsa və bu dövlətdə xidmətkeçmə onda olan xəstəliyə və onun hərbi xidmətə yararlılıq kateqoriyasına təsir etməmişsə; -2.5.3. şəxs xəsarəti hərbi xidmət dövründə hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) icrası ilə bağlı olmayan bədbəxt hadisə nəticəsində almışsa; -2.5.4. xəsarət hərbi xidmət (hərbi toplanış) dövründə alınmışsa, lakin müraciət anında xəsarətin alınma şəraiti haqqında sənədlər yoxdursa. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli, 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin: - 7.N-ci bəndinə əsasən hərbi qulluqçuların, orqanlarda xidmət keçən vətəndaşların, hərbi toplanışa çağırılmış vətəndaşların şəhadətləndirilməsi zamanı, onlara diaqnoz təyin edilmişdirsə, həmin şəxslərin istintaq altında olması və ya barələrindəki cinayət işinin məhkəməyə verilməsi halları istisna olunmaqla, hərbi-həkim komissiyası onların aldıqları xəsarətlərin, xəstəliklərin səbəb əlaqəsini təyin edir. - 7.2-ci bəndinin a) yarmbəndinə əsasən hərbi-həkim komissiyası xəsarətlərin, xəstəliklərin səbəb əlaqəsi haqqında «Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır» qərarı çıxarır. «Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır» qərarına aşağıdakılar aiddir: əgər şəhadətləndirilən şəxs xəsarəti Azərbaycan Respublikasının ərazi bütövlüyünü, müstəqilliyini və konstitusional quruluşunu müdafiə edərkən və ya cəbhədə olduğu dövrdə hərbi xidmətin digər vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən, habelə sülh dövründə dövlət sərhədini mühafizə edərkən almışsa; əgər şəhadətləndirilən şəxs xəsarəti xarici dövlətlərdə olan dövrdə kəşfiyyat və ya əks-kəşfiyyatla bağlı vəzifələri yerinə yetirərkən, sülhməramlı qüvvələrin tərkibində xidməti vəzifələrini yerinə yetirərkən almışsa; əgər şəhadətləndirilən şəxs xəsarəti hərbi əməliyyatlar zonasında döyüş tapşırığını yerinə yetirərkən almışsa; əgər şəhadətləndirilən şəxsin xəstəliyi Azərbaycan Respublikasını müdafiə edərkən cəbhədə olduğu dövrdə, N4-cü il may ayının N2-dək döyüş əməliyyatları aparan hərbi hissələrin tərkibində xidmət etdiyi dövrdə yaranmışsa, yaxud buna qədər yaranmış xəstəlik həmin dövrlərdə şəhadətləndirilən şəxsin hərbi xidmətə, orqanlarda xidmətə yararlılıq kateqoriyasını dəyişmişsə, o cümlədən, müvəqqəti yararsızlığına gətirib çıxaran dərəcəyə çatmışsa, habelə, şəhadətləndirilən şəxsdə tədricən artan xroniki xəstəlik olduğu halda, bu xəstəliyin başlanğıcını və ya kəskinləşməsini onun cəbhədə olduğu dövrə aid etməyə imkan verən tibbi sənədlər varsa; əgər şəhadətləndirilən şəxsin xəstəliyi xaricdə kəşfiyyatla və ya əks-kəşfiyyatla bağlı vəzifələri yerinə yetirən dövrdə, sülhməramlı qüvvələrin tərkibində xidmət etdiyi dövrdə yaranmışsa, yaxud buna qədər yaranmış xəstəlik həmin dövrlərdə şəhadətləndirilən şəxsin hərbi xidmətə, orqanlarda xidmətə yararlılıq kateqoriyasını dəyişmişsə, o cümlədən, müvəqqəti yararsızlığına gətirib çıxaran dərəcəyə çatmışsa, habelə, şəhadətləndirilən şəxsdə tədricən artan xroniki xəstəlik olduğu halda, bu xəstəliyin başlanğıcını və ya kəskinləşməsini göstərilən dövrlərə aid etməyə imkan verən tibbi sənədlər varsa; əgər şəhadətləndirilən şəxs xəsarəti, xəstəliyi bilavasitə döyüş əməliyyatları zamanı və döyüş tapşırığını yerinə yetirərkən əsir düşərək əsirlikdə olduğu dövrdə (əgər əsir düşmə könüllü olmamışsa və hərbi qulluqçu əsirlikdə olarkən Vətənə qarşı cinayət törətməmişsə) almışsa. “Tibbi-sosial ekspert komissiyaları haqqında Əsasnamə”yə görə göndərişlər “Tibbisosial ekspert komissiyasına göndərişlərin reyestri”nə rəsmiləşdirilən tarixdə hərbi həkim ekspertizasının sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənərək, elektron sənəd formasında daxil edilir. Adsızlaşdırılmış göndərişlər dərhal TSERAS tərəfindən əlilliyin qiymətləndirilməsi məqsədi ilə TSEK-ə (göndərişi vermiş səhiyyə müəssisəsinin ünvanına və şəxsin yaşayış yerinə xidmət edən TSEK istisna olmaqla) göndərilir. TSEK 2 (iki) iş günü müddətində əlilliyin qiymətləndirilməsini həyata keçirir və onun nəticələrini N (bir) iş günü müddətində kollegial müzakirə etdikdən sonra dərhal qərar qəbul edir. “Ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçulara hərbi xidmətlə əlaqədar əlillik səbəblərinin müəyyən olunması barədə Təlimat”ın tələbinə görə şəxsə hərbi xidmətdə aldığı xəsarət, xəstəlik ayrı-ayrı götürüldükdə ən azı üçüncü dərəcə əlillik təyin etmək üçün əsas vermiş olduqda hərbi xidmətlə əlaqədar əlillik müəyyən edilir. Təlimata görə hərbi xidmətlə əlaqədar əlillik səbəbi hərbi xidmət zamanı alınmış xəsarətin, xəstəliyin bilavasitə nəticələrinə, yaxud fəsadlarına və uzaq nəticələrinə görə müəyyən edilir, əlillik səbəbləri müəyyən edilərkən xəstəlik haqqında şəhadətnamə, ştatlı HHK-nın xəsarətin, xəstəliyin səbəb əlaqəsi haqqında qərarı əsas götürülür. Hərbi xidmət (hərbi toplanış) zamanı alınmış xəsarətin, xəstəliyin hərbi xidmətlə səbəb əlaqəsi göstərilmiş hərbi tibbi sənədi olan şəxslərin əlillik səbəbi təqdim edilən hərbi tibbi sənəd (xəstəlik haqqında şəhadətnamə və ya arayış, yaxud ştatlı HHK tərəfindən tərtib edilmiş qərar) əsasında təyin edilir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Müdafiə Nazirliyi MHHK-nın xx.xx.2003-cü il tarixli, 88 nömrəli qərarında iddiaçıya təyin edilmiş diaqnozlar « Hərbi travmadır, Azərbaycan Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır » kimi qeyd edilməsi, Azərbaycan Respublikası Müdafiə X2 xx.xx.2022-ci il tarixli, 4/2-8005 nömrəli arxiv arayışı ilə İddiaçı Cəmil oğlunun N nömrəli hərbi hissə komandirinin N2 fevral N4-cü il tarixli NN nömrəli əmrində yaralandığına və don vurduğuna görə hərbi hospitala göndərilərək qazan təminatından çıxarılması, Tonaşen yaşayış məntəqəsində düşmən mövqeyinin arxasında döyüş tapşırığını yerinə yetirən zaman don vurduğu üçün N nömrəli hərbi hissə komandirinin N iyun N4-cü il tarixli NN5 nömrəli əmri ilə hərbi hospitala müalicəyə göndərilərək ştatdan kənar edilməsi və Azərbaycan Respublikası « TƏBİB » PHŞ-nin « Mingəçevir ŞMX » PHŞ-nin xx.xx.2022-ci il tarixli, 824/22 nömrəli arayışında onun xx.xx.N4-cü il tarixdə Tərtər Hərbi hissə hospitalının göndərişinə əsasən “Hər iki ayağın İİ- İİİ dərəcəli donması” diaqnozu ilə Mingəçevir Şəhər Birləşmiş Xəstəxanasının LOR şöbəsinə daxil olması, stasionar şəraitdə müalicədə olması və xx.xx.N4-cü il tarixində xəstəxanadan çıxarılması qeyd olunmuşdur. Beləliklə, işin faktiki hallarına və yuxarıda qeyd olunan maddi hüquq normalarına əsasən məhkəmə hesab edir ki, cavabdehin iddiaçının hazırki tələbindən imtina ilə bağlı hərəkətləri qanunsuz olmuşdur. Odur ki, məhkəmə hesab edir ki, iddiaçıya ona təyin edilmiş əlilliyin statusunda olan uyğunsuzluğun aradan qaldırılması, əlilliyin bərpa edilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin:- -2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr tərəfindən baxılır. -34.N-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. -68.N-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 33, 68-69, 75, 8N-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı əlilliyin bərpa edilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Emin Axundov
Məhkəmə qərarları › İş №2-1(114)-62/2024
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-62/2024
21.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver