Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-620/2020 31.01.2020 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi Axundov Emin Tahir oğlu, İddiaçı cavabdeh Gəncə Şəhər Nizami Rayon İcra Hakimiyyətinə qarşı (maraqlı şəxs X1) Gəncə Şəhər Nizami Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2017-ci il tarixli, 83 nömrəli sərəncamının ləğv edilməsi tələbinə dair iddia ərizəsini və ona əlavə olunmuş sənədləri məhkəmənin binasında, məhkəmə iclasından kənar nəzərdən keçirərək, Müəyyən e t d i m: İddiaçı cavabdeh Gəncə Şəhər Nizami Rayon İcra Hakimiyyətinə qarşı (maraqlı şəxs X1) iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək Gəncə Şəhər Nizami Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2017-ci il tarixli, 83 nömrəli sərəncamının ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, iddia mümkün sayılmamalıdır. Belə ki, iş materialları, ilə müəyyən edilmişdir ki, hazırki mübahisə üzrə eyni predmet barəsində və eyni əsaslar üzrə Gəncə İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(83)-177/2019 nömrəli qərardadı mövcuddur. Həmin qərardad ilə İddiaçı cavabdeh Gəncə Şəhər Nizami Rayon İcra Hakimiyyətinə qarşı (üçüncü şəxslır X1 və Azərbaycan Respublikasl Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı X3) Gəncə Şəhər Nizami Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2017-ci il tarixli, 83 nömrəli sərəncamının ləğv edilməsi barədə iddiası mümkün sayılmamışdır. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2-1(104)-561/2019 nömrəli qərardadı ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Gəncə İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(83)-177/2019 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2- 1(102)-3090/2019 nömrəli qərarı ilə iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Gəncə Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2-1(104)-561/2019 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Gəncə Şəhər Nizami Rayon İcra Hakimiyyətinə qarşı Gəncə Şəhər Nizami Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2017-ci il tarixli, 83 nömrəli sərəncamının ləğv edilməsi barədə iddia tələbi üzrə icraata eyni predmet barəsində və eyni əsaslar üzrə qanuni qüvvəsini almış məhkəmə qərarı mövcud olduğundan iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinin tələblərinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Beləliklə, İddiaçı cavabdeh Gəncə Şəhər Nizami Rayon İcra Hakimiyyətinə qarşı (maraqlı şəxs X1) Gəncə Şəhər Nizami Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2017-ci il tarixli, 83 nömrəli sərəncamının ləğv edilməsi barədə iddiasının mümkün sayılmaması qənaətinə gəlirəm. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 81 və 85-ci maddələrinin tələblərinə əsasən, Q ə r a r a a l d ı m: İddiaçı cavabdeh Gəncə Şəhər Nizami Rayon İcra Hakimiyyətinə qarşı (maraqlı şəxs X1) Gəncə Şəhər Nizami Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2017-ci il tarixli, 83 nömrəli sərəncamının ləğv edilməsi barədə iddiası mümkün sayılmasın. Qərardaddan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi (ünvan: Gəncə şəhəri, Heydər Əliyev pr. 105) vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə (ünvan: Gəncə şəhəri, Atatür pr. 252) şikayət verilə bilər. Sədrlik edən Emin Axundov
Məhkəmə qərarları › İş №2-1(114)-620/2020
Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-620/2020
31.01.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver