Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-621/2021 16.04.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Osmanov Usaməddin Hidayət oğlunun sədrliyi, Mirzəyeva Şəms Şakir qızının katibliyi, İddiaçılar X4, İddiaçı və onun nümayəndəsi (vəkili) X1, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçılar İddiaçı və X4 cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Göygöl rayon şöbəsinə qarşı şəhid statusu verilməsi barədə arayışın verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Göygöl rayon şöbəsinin üzərinə qoyulması tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı və X9 (bundan sonra mətndə iddiaçlar) cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Göygöl rayon şöbəsinə (bundan sonra mətndə cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, övladları XN atəşkəs dövründə, döyüş şəraitində olan hərbi hissədə xidməti vəzifəsini yerinə yetirərkən minaya düşərək həlak olduğundan ona Azərbaycan Respublikasının Qanununa əsasən şəhidlik statusunun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçıların övladı xx.xx.1987-ci il təvəllüdlü XN xx.xx.2005-ci il tarixdə Xanlar (indiki Göygöl) rayon Hərbi Komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağrılmış, xx.xx.2005-ci il tarixdən xx.xx.2006-cı il tarixə kimi ARMN-nin N saylı hərbi hissəsində, xx.xx.2006-cı il tarixdən xx.xx.2007-ci il tarixə kimi ARMN-nin N saylı hərbi hissəsində, xx.xx.2007-ci il tarixdən etibarən isə ARMN-nin Fizuli rayonu ərazisində yerləşən N saylı hərbi hissəyə yeri dəyişdirilərək xx.xx.2007-ci il tarixə kimi sonuncu hərbi hissədə xidmət etişdir. xx.xx.2007-ci il tarixdə günorta nahar vaxtı övladları XN xidmət etdiyi Fizuli rayonu ərazisinin erməni əsgərləriylə üzbəüz olan hissəsinin döyüş mövqeyi yaxınlığında minaya düşərək, mina partlaması nəticəsində bədənin müxtəlif yerlərindən almış olduğu metal qəlpələrdən ölmüşdür. Övladlarının ölüm səbəbinin müəyyənləşdirilməsi məqsədi ilə iddiaçıların şikayəti üzrə xx.xx.2007ci il tarixdə Fizuli rayonu hərbi Prokurorluğu və sonra Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Ağır Cinayətlərə dair işlər üzrə istintaq idarəsi tərəfindən cinayət işi başladılaraq istintaq aparılımış, hadisə yerinə baxış, meyitin xarici və daxili müayinələri keçirilmiş, çoxsaylı ekspertizalar təyin olunaraq rəylər alınmış, müvafiq şahidlər dindirilməklə sənədlər toplanmış, yekunda hadisənin məhz əsgər X5 şəxsi ehtiyatsızlığı nəticəsində baş verdiyi müəyyən edildiyindən xx.xx.2008-ci il tarixli qərarla (müstəntiq Rafael İsmayılov) 32348 nömrəli cinayət işi üzrə cinayət təqibinə, cinayət hadisəsi olmadığından AR CPM-nin 39.1.1-ci maddəsinə əsasən xitam verilmişdir. Lakin buna baxmayaraq həqiqi hərbi xidmətdə vəzifəsini yerinə yetirərkən minaya düşüb partlayış nəticəsində həlak olmuş mərhum X5 şəhidlik statusunu ala bilməmiş və özləri isə bu günə kimi şəhid ailəsi üzvü kimi imtiyazlardan istifadə edə bilməmişlər. Yalnız Xanlar rayon Dövlət notariatı kontorunun Dövlət notariusunun xx.xx.2007-ci il tarixli 2V-1-37 nömrəli Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnaməsi əsasında İddiaçı Azərbaycan Respublikası Dövlət Sığorta Şirkəti tərəfindən 11.000 (on bir min) manat məbləğində sığorta ödənişinin pulu verilmişdir. Mərhumun nəşi xx.xx.2007-ci il tarixdə Gəncə şəhər Şəhidlər Xiyabanında dəfn olunmuşdur. İddiaçılar X7 şəhidlik statusunun verilməsi məqsədi ilə cavabdehə müraciət etsə də, sonuncu xx.xx.2021-ci il tarixli, 84 nömrəli məktubda, N saylı hərbi hissənin komandirinin xx.xx.2007-ci il tarixli 167 nömrəli bildirişinə əsasən X5 xx.xx.2007-ci il tarixdə Fizuli rayonu ərazisində təhlükəsizlik qaydalarını pozması nəticəsində mina partlaması nəticəsində həlak olması qeyd edildiyindən şəhid statusunun alınması üçün məhkəmə orqanına müraciət etmələri məqsədə müvafiq hesab edilmişdir. xx.xx.2021-ci il tarixdə iddiaçı «iddianın dəqiqləşdirilməsinə dair» ərizə təqdim edərək, şəhid statusu verilməsi barədə arayışın verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Göygöl rayon şöbəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2021-ci il tarixli qərardadı ilə ərizə inzibati məhkəmə icraatına qəbul edilmişdir. Şifahi məhkəmə baxış iclasında iddiaçılar tələbini müdafiə edib, iddia ərizəsində qeyd olunanlarla eyni məzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etdilər. Şifahi məhkəmə baxış iclasında İddiaçı nümayəndəsi (vəkili) X3 iddia tələbini müdafiə edib, iddia ərizəsində qeyd olunanlarla eyni məzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etdi. Şifahi məhkəmə baxış iclasında cavabdehin nümayəndəsi X6 iddia tələbini qəbul etməyərək rədd edilməsini xahiş etdi. Məhkəmə araşdırmasının predmetini xx.xx.1987-ci il tarixli, 25 nömrəli doğum haqqında şəhadətnamənin surəti, AO ******* nömrəli hərbi biletin surəti, AZ-1 232634 nömrəli ölüm haqqında şəhadətnamənin surəti, xx.xx.2007-ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə, Azərbaycan Respublikasının Hərbi Prokurorluğunun xx.xx.2019-cu il tarixli, HP- 7/182 nömrəli məktubu, Göygöl rayon İcra Hakimiyyəti Başçısının Aparatının xx.xx.2021-ci il tarixli A-34/03 nömrəli məktubu və cavabdehin xx.xx.2021-ci il tarixli 84 nömrəli imtina məktubu təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad edilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə tərəflərin izahatlarını dinləyib, iddia tələbinin dəlillərini inzibati iş materialları ilə birlikdə araşdırıb hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, iddia tələbi təmin edilməməlidir. İddianın ümumi mümkünlük şərtlərinə əməl olunmuşdur. Belə ki, iddiaçılar iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın ərazi və predmet aidiyyəti düzgün müəyyən edilmişdir. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır. Məhkəmə araşdırması zamanı təqdim edilmiş sübutlarla müəyyən edilmişdir ki, N saylı hərbi hissə komandirinin xx.xx.2007-ci il tarixli 167 nömrəli bildirişinə əsasən XN xx.xx.2007-ci il tarixdə Fizuli rayonu ərazisində təhlükəsizlik qaydalarını pozması nəticəsində mina partlamasından həlak olmuşdur. İddiaçılar cavabdeh orqana müraciət edərək onlara şəhid statusu verilməsi barədə arayışın verilməsini xahiş etmiş, lakin cavabdeh “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi Qaydaları”nın 1.2.5-ci yarımbəndinə istinad edərək bundan imtina etmişdir. İş materiallarında olan xx.xx.1987-ci il tarixli, 25 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, XN xx.xx.1987-ci tarixdə Daşkəsən rayonunun, Qabaqtəpə kəndində anadan olmuşdur. İş materiallarında olan AO ******* nömrəli hərbi biletin surətindən görünür ki, XN xx.xx.2005-ci il tarixdən xx.xx.2006-cı il tarixə kimi N saylı hərbi hissədə, xx.xx.2006-cı il tarixdən xx.xx.2007-ci il tarixə kimi N saylı hərbi hissədə, xx.xx.2007-ci il tarixdən xx.xx.2007-ci il tarixə kimi N saylı hərbi hissədə xidmət etmişdir. İş materiallarında olan AZ-1 232634 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, XN xx.xx.2007-ci il tarixdə, Fizuli rayonu Qaradız kəndində baş beyin əzilməsi səbəbiylə öldüyü qeyd olunmuşdur. İş materialları ilə, habelə məhkəmə tərəfindən işin tədqiq edilmiş halları ilə iddia tələbinin hüquqi əsasının olmadığı müəyyən edilmişdir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1994-cü il tarixli N nömrəli qərarı ilə təsdiq olunmuş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi Qaydaları”nın:- - 1.1-ci maddəsinə görə şəhid - Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyən edilmiş qaydada ölmüş hesab edilən şəxsdir. - 1.2.5-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğurunda aparılan hərbi əməliyyatlar zamanı həlak olmuş və itkin düşmüş hərbi qulluqçular şəhid hesab edilirlər. - 1.2.6-cı maddəsinə müvafiq olaraq, Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilən digər hadisələrdə, o cümlədən atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə və ya daxili işlər, milli təhlükəsizlik orqanlarında döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş, itkin düşmüş və məhkəmənin qərarına əsasən ölmüş hesab edilmiş şəxslər şəhid hesab edilirlər. - 4.1-ci maddəsinə müvafiq olaraq, şəhid və şəhid ailəsi statusunun verilməsi məsələsinə maraqlı şəxsin müraciəti və dövlət orqanlarının və ya müvafiq hərbi hissənin vəsatəti ilə baxılır. Şəxsin şəhid hesab edilməsi ölüm haqqında şəhadətnamə, məhkəmə qətnaməsi, hərbi hissənin arayışı əsasında təsdiq olunur. Hərbi hissənin arayışında Azərbaycan Respublikasının 1994-cü il 23 sentyabr tarixli 886 nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və qarovul xidmətləri Nizamnaməsi”nin 16 saylı əlavəsinin 1.4.2-ci maddəsində göstərilən məlumatlar əks edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə dair” xx.xx.2008-ci il tarixli qərarına görə, “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Qanunun 1-ci maddəsi Azərbaycan Respublikasının Silahlı Qüvvələrində hərbi xidməti vəzifəsi çərçivəsində Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün qorunmasından irəli gələn borcunu həyata keçirməsi ilə bağlı həlak olmuş şəxslərin də şəhid hesab olunduğunu əhatə edir. Bu qanun norması şəhid adının verilməsi üçün üsul, şərait və vəziyyətdən asılı olmayaraq göstərilən şəxslərin həlak olması ilə Azərbaycan Respublikasının azadlığının, suverenliyinin və ərazi bütövlüyünün qorunması arasında səbəbli əlaqənin mövcudluğunu şərtləndirir. Hazırkı qərarda istinad edilən normaların məzmunundan, eləcə də Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyindən aydın olur ki, iddiaçıların mərhum oğlu X7 “şəhid” statusu verilməsi üçün sonuncunun həlak olması ilə Azərbaycan Respublikasının azadlığının, suverenliyinin və ərazi bütövlüyünün qorunması arasında səbəbli əlaqənin mövcudluğu və “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları”nın 4.1-ci bəndində qeyd olunan sənədlərin mövcud olub olmadığı müəyyən edilməlidir. İş materiallarında olan xx.xx.2008-ci il tarixli cinayət təqibinə xitam verilməsi haqqında Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinin mühüm işlər üzrə müstəntiqi, ədliyyə mayoru Rafael İsmayılovun 32348 saylı cinayət işinin istintaqı barədə qərarından görünür ki, xx.xx.2007-ci il tarixdə saat 14:N radələrində N saylı hərbi hissənin 1-ci taborunun 1-ci bölüyünün 2- tağımının 2-ci manqasının əsgəri XN 1-ci bölüyün qida məntəqəsinə nahar etməyə gəlmiş və yemək məntəqəsində masa çatışmadığı üçün yerlərin boşalmasını bayırda gözləyən zaman, özbaşına olaraq həmin məntəqədən təxminən 500 metr aralıda olan minalanmış sahəyə keçmiş və mina partlayışı nəticəsində müxtəlif növ bədən xəsarətləri alaraq öldüyü və 32348 saylı cinayət işində N saylı hərbi hissənin sıravi əsgəri X5 minaya düşərək həlak olması faktı üzrə cinayət təqibinə, cinayət hadisəsi olmadığından Azərbaycan Respublikası CPM-nin 39.1.1-ci maddəsinə əsasən xitam verilmişdir. İşin məhkəmə tərəfindən araşdırılan hallarından görünür ki, iddiaçıların oğlu XN Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyünün qorunması ilə əlaqədar hərbi əməliyyatlar və döyüş tapşırığını yerinə yetirən zaman yox, müəyyən olunmuş təhlükəsizlik qaydalarını pozması nəticəsində mina partlaması nəticəsində həlak olmuşdur. Göründüyü kimi iddiaçılar mərhum oğluna “şəhid” statusunun verilməsini təsdiq edən mötəbər sübut məhkəməyə təqdim etməmişlər. Bununla da iddiaçının oğlunun şəhid hesab edilməsi üçün “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları”nın 4.1-ci bəndində qeyd olunan sənədlərin mövcud olmadığı müəyyən edilmişdir. Bu səbəbdən də məhkəmə hesab edir ki, cavabdeh orqanın iddiaçıların tələbinə əsasən “şəhid” statusu verilməsindən imtinası əsaslı olduğundan iddia təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 34, 68- 69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçılar İddiaçı və X4 cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Göygöl rayon şöbəsinə qarşı şəhid statusu verilməsi barədə arayışın verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Göygöl rayon şöbəsinin üzərinə qoyulması tələbinə dair iddiası təmin edilməsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi (ünvan: Gəncə şəhəri, H.Əliyev prospekti N5) vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə (ünvan: Gəncə şəhəri, Atatürk prospekti 252) apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Usaməddin Osmanov
Məhkəmə qərarları › İş №2-1(114)-621/2021
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-621/2021
16.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver