Məhkəmə qərarları › İş №2-1(114)-622/2020

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-622/2020

17.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-622/2020 17.06.2020 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı vəkili X5, Cavabdeh nümayəndəsi X3, üçüncü şəxs X4 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı (üçüncü şəxs X8 və X6) sərəncamın ləğv edilməsi tələbinə dair inzibati işə şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə M üə y y ə n etdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə xx.xx.2020-ci il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh başçısının xx.xx.2015-ci il tarixli sərəncamının ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, “Fərdi yaşayış evinin yeriəşdirilməsinə (layihələndirilməsinə) icazə verilməsi haqqında" Cavabdeh başçısının xx xxx 2013-cü il tarixli 714 nömrəli sərəncamı ilə Gəncə şəhəri, 3-cü mikrorayon şimal-şərq hissəsində 400,0 kv.m torpaq sahəsində X8 tərəfindən fərdi yaşayış evinin yeriəşdirilməsinə icazə verilmişdir. X8 iddiaçının keçmiş həyat yoldaşıdır və onlar xx.xx.2019-cu il tarixdə boşanmışdır. Sərəncamdan sonra sözü gedən torpaq sahəsində onlar ev tikmiş və həmin əmlak iddiaçı ilə X4 birgə ümumi əmlakı hesab edilir. Bundan sonra Cavabdeh başçısının xx xxx 2015-ci il tarixli sərəncamı ilə Gəncə şəhəri, 3-cü mikrorayonun şimal-şərq hissəsində yerləşən 400,0 kv.m torpaq sahəsində X6 tərəfindən fərdi yaşayış evinin yeriəşdirilməsinə (layihələndirilməsinə) icazə verilmişdir və "Fərdi yaşayış evinin yeriəşdirilməsinə (layihələndirilməsinə) icazə verilməsi haqqında" Cavabdeh başçısının xx xxx 2013-cü il tarixli 714 nömrəli sərəncamı qüvvədən düşmüş hesab edilmişdir. Sərəncamın verilməsinə əsas X4 və X1 müraciətləri olmuşdur. Beləliklə qeyd olunan əmlak heç bir əsas olmadan X1 adına rəsmiləşdirilmişdir. Sözügedən sərəncam onun hüquqlarını pozmuşdur. İddiaçının vəkili və nümayəndəsi X10 iddianı müdafiə etmiş, həmçinin iddia qaldırmaq üçün nəzərdə tutulan prosessual müddətin bərpa edilməsi barədə ərizə təqdim edərək hazırkı iddia tələbinə mahiyyəti üzrə baxılması üçün prosessual müddətin bərpa olunmasını xahiş etmişdir. Cavabdehin nümayəndəsi X9 bildirmişdir ki, X7 Cavabdeh başçısının xx xxx 2013-cü il tarixli 714 nömrəli sərəncamı ilə fərdi yaşayış evinin yeriəşdirilməsinə icazə verilmiş, daha sonra həmin şəxs 2015-ci ildə ərizə verərək sərəncamın addan-ada keçirilməsini xahiş etmiş və buna nail olmuşdur. İddiaçı və əri həqiqətən 2013-cü ildə həmin sahədə ev tikmişdir. Üçüncü şəxs X8 məhkəmə iclasında iddia tələbini qəbul etməyərək bildirmişdir ki, bacısının ailəsində həmin vaxt problemlər olduğuna və bacısı ərinə etibar etmədiyinə görə Cavabdeh başçısının xx xxx 2013-cü il tarixli 714 nömrəli sərəncamı onun adına verilmişdir. Ona görə də sərəncam onun adına verilsə də, Leyla ilə orada ev tikməmişdir, 2015-ci ildə sərəncam Sahilənin adına dəyişdikdən sonra Sahilə orada özünə ev tikdirmişdir, həmin evdə iddiaçı və özü heç vaxt yaşamamışdır. Üçüncü şəxs X2 məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinin tələblərinə əsasən işə üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirib hesab edir ki, aşağıda qeyd edilənlərə əsasən iddiaçının buraxılmış prosessual müddətin bərpası barədə ərizəsi təmin edilməməli və iddia mümkün sayılmamalıdır. Belə ki, iddiaçının cavabdeh X7 qarşı “birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsi” tələbinə dair Gəncə şəhəri Nizami Rayon Məhkəməsində işə baxılmış və məhkəmənin 2(044)-2462/2019 nömrəli, xx.xx.2019-cu il tarixli qətnaməsində Cavabdeh başçısının xx xxx 2015-ci il tarixli sərəncamına istinad olunmuşdur. İddiaçının vəkili müddətin bərpasına dair ərizəsində qeyd etmişdir ki, mübahisələndirilən sərəncamdan iddiaçı Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsini əldə edərkən xəbəri olmuşdur. Bununla bağlı məhkəmə qeyd edir ki, qeyd olunan məhkəmə qətnaməsi qəbul edilənədək işin gedişi zamanı hazırda mübahisələndirilən sərəncam iş materiallarında mövcud olmuşdur, bu səbəbdən iddiaçı tərəfindən həmin sərəncamın mübahisələndirilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətin buraxılması səbəbi üzürlü hesab edilə bilməz. İnzibati prosessual qanunvericiliyin tələblərinə əsasən istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddianın yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlərdən biri iddia müddətinə dair normalara riayət edilməsidir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2015-ci il tarixli, 05 nömrəli qərarında məhkəmələrə tövsiyyə edilmişdir ki, ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmaması, cavabdehin həmin iddiaya cavab verməli olub-olmaması, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmaması, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyi, prosessual həmiştirakçılığın yol verilənliyi, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyü İPM-nin 37-ci maddəsinə uyğun yoxlanılmalıdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun:- -73.1-ci maddəsinin tələblərinə əsasən, qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, şikayət inzibati aktın qüvvəyə mindiyi gündən 30 gün müddətində müvafiq şikayət instansiyasına verilir. -73.2-ci maddəsinin tələblərinə əsasən, inzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın elan olunduğu vaxtdan, şikayət intansiyasına şikayət verildiyi hallarda isə, şikayətə dair qərarın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. İş materiallarından göründüyü kimi, iddiaçı Cavabdehnə qarşı sərəncamın ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş müddətdə məhkəməyə müraciət etməmiş və bununla da həmin inzibati aktın mübahisələndirmə müddəti üzürlü səbəb olmadan ötürülmüşdür. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: -35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. -35.3 maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 81, 85-ci maddələrinin tələblərinə əsasən məhkəmə, Q ə r a r a a l d ı : İddiaçı Cavabdehnə qarşı sərəncamın ləğv edilməsi tələbinə dair iddiası üzrə iddiaçının vəkilinin prosessual müddətinin üzürlü hesab edilməsi barədə ərizəsi təmin edilməsin, iddia mümkün sayılmasın. Qərardaddan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fikrət Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar