Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-623/2021 09.09.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Osmanov Usaməddin Hidayət oğlunun sədrliyi, Mirzəyeva Şəms Şakir qızının katibliyi, üçüncü şəxsin nümayəndəsi X5 iştirakı ilə, İddiaçı2 cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Ərazi İdarəsinə (üçüncü şəxs "xxxx" ASC) qarşı 1000,0 kv.m torpaq sahəsinə dair onun adına çıxarış verilməsi, 1.70 ha torpaq sahəsinin sərhədlərinin müəyyən edilməsi tələbinə dair işə məhkəmənin binasında acıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə: İddiaçı2 (bundan sonra mətndə iddiaçı) cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Ərazi İdarəsinə (bundan sonra mətndə cavabdeh) (üçüncü şəxs "xxxx" ASC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 1000,0 kv.m torpaq sahəsinə dair onun adına çıxarış verilməsi, 1.70 ha torpaq sahəsinin sərhədlərinin müəyyən edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə İddiaçı və cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxaraq iş üzrə qərar qəbul edə bilmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri araşdırıb hesab edir ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə ilk öncə qeyd edir ki, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə edə bilər. Bu zaman nəzərə alınmalıdır ki, məhkəməyə müraciət hüququ mütləq hüquq deyildir və şəxsin məhkərriəyə yazılı müraciətinin qəbul olunması üçün bəzi şərtlər, məhdudiyyətlər müəyyən olunmuşdur. Belə ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə bäxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Bu 'səbəbdən də iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Məhkəmə qeyd edir ki, iddianı fərdiləşdirən iki element vardır - iddianın predmeti və onun əsası. Göstərilən elementlər iddianı konkretləşdirməyə, onun həcmini, xarakterini, məhkəmənin fəaliyyətinin istiqamətini və xüsusiyyətlərini müəyyən etməyə imkan verir, iddianın predmeti iddiaçının, barəsində qərar qəbul olunmasını xahiş etdiyi subyektiv hüquq başa düşülür. İddianın predmetinə qanunla qorunan maraqları, o cümlədən bütövlükdə hüquq münasibətlərini aid etmək olar. İddianın əsasını isə irəli sürülən iddia tələblərinin əsaslandırıldığı hüquqi faktlar təşkil edir. Hazırki iddia tələbi ilə bağlı məhkəmə göstərir ki, iddiaçının bu tələblə məhkəməyə müraciət etməyə subyektiv hüququ yoxdur. İddia ərizəsindən görünür ki, iddia tələbi iki hissədən ibarətdir. Tələbin birinci hissəsi, iddiaçının 15.03.2006-cı ildə Daşınmaz Əmlakın AN-1 № ******* saylı alqı-satqı müqaviləsinə əsasən X2 aldığı Göygöl (Xanlar) rayon Gəncə Daşkəsən yolunun sağ tərəfində yerləşən daş sexinə aid 1000,0 kvm torpaq sahəsinə dair onun adına çıxarış verilməsi ilə bağlıdır. İş materiallarına əlavə olunmuş Xanlar rayon Qızılca Bələdiyyəsinin 15 yanvar 2002-ci il tarixli 01 saylı qərarından görünür ki, həmin qərarla 0,10 ha torpaq sahəsinin sex tikintisi məqsədi ilə İsmayılov Qənbər Ənvər oğluna satılması qərara alınmışdır. Bununla bağlı məhkəmə sözügedən bələdiyyəyə və AR Ədliyyə Nazirliyi Dövlət notariat arxivinə sorğular göndərərək qeyd oluna qərar əsasında həmin torpaq sahəsi ilə bağlı tərəflər arasında alqı-satqı müqaviləsinin bağlanması və bələdiyyənin hesabına pul vəsaitinin köçürülüb-kücürülməməsi barədə məlumatın məhkəməyə göndərilməsi xahiş olunmuşdur. Məhkəməyə verilmiş 10.06.2021-ci il tarixli cavab məktubunda Notariat arxivi Göygöl (Xanlar) ryon Dövlət Notariat ofisi tərəfindən arxivə təhvil verilmiş 2002-2008-ci illərə dair daşınmaz əmlakın özgəninkiləşdirilməsi ilə bağlı müqavilələrə baxış keçirilərkən X6 barəsində rəsmiləşdirilmiş müqavilə aşkar edilmədiyini bildirmişdir. Bundan əlavə məhkəmə mübahisəni hərtərəfli araşdırılması məqsədi ilə Dövlət Notariat arxivindən X6 ilə İddiaçı2 arasında Gəncə-Daşkəsən yolunun sağında yerləşən daş sexinin alqı-satqısı ilə bağlı notariat işini tələb etmiş, məhkəməyə göndərilmiş Xanlar rayon Dövlət Notariat kontorunda 15.03.2006-cı il tarixdə təsdiq olunmuş 4ə-1-155 nömrəli işin materiallarından müəyyən olunmuşdur ki, həmin müqavilə ilə tərəflər arasında 1000,0 kv.m torpaq sahəsində yerləşən yalnız daş sexi alıcıya satılmışdır. Həmin müqavilədə həmçinin müəyyən olunmuşdur ki, sözügedən daş sexi satıcıya Xanlar rayon DTİ və MHQİ-nin 30.09.2004-cü il tarixli 233 nömrəli qeydiyyat vəsiqəsinə əsasən məxsus olmuşdur. Qeyd olunan qeydiyyat vəsiqəsi ilə isə keçmiş mülkiyyətçi X3 yalnız daş sexi üzərində hüquqları 09 nömrəli reyestr kitabında 78 nömrəli qeydiyyata alınmışdır. Həmçinin nəzərə alınmalıdır ki, həmin vaxt torpaq sahəsi üzərində hüquqların qeydiyyatı keçmiş DTXK-nin yerli şöbələri tərəfindən həyata keçirilirdi. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun: 6.1-ci maddəsinə əsasən Bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir; 6.2-ci maddəsinə əsasən Bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. 6.5-ci maddəsinə əsasən Torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir. Torpaqayırma sənədlərinin hazırlanması və razılaşdırılması qaydaları Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edilən əsasnamə ilə tənzimlənir. 9.1-ci maddəsinə əsasən Bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə bu Qanunun 9.8-ci maddəsində müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. 9.6-ci maddəsinə əsasən Bələdiyyə torpaqlarının özgəninkiləşdirilməsi, icarəyə verilməsi müvafiq müqavilə ilə rəsmiləşdirilir. 20.1-ci maddəsinə əsasən Bələdiyyə mülkiyyətində olan torpaqların alqısatqısı, ipotekası, nizamnamə (pay) fonduna verilməsi, habelə mülkiyyət, icarə hüquqlarının digər formalarda dəyişdirilməsi ilə bağlı münasibətlər bələdiyyələrlə müvafiq hüquqi və fiziki şəxslər arasında bağlanılan müqavilələrlə rəsmiləşdirilir. İşdə olan sübutlardan görünürdüyü kimi iddiaçı sözügedən 1000,0 kv.m torpaq sahəsi ilə bağlı Xanlar rayon Qızılca Bələdiyyəsinin 15 yanvar 2002-ci il tarixli 01 saylı qərarından başqa yuxarıda qeyd olunan maddi hüquq normalarınını tələbinə uyğun hər hansı bir sübut məhkəməyə təqdim etməmişdir. Beləliklə, iş üzrə təqdim olunmuş sübutlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, sözügedən 1000,0 kv.m torpaq sahəsi üzərində nə ilkin mülkiyyətçi X3, nədə ki, iddiaçının hüquqları qanunvericilikdə müəyyən olunmuş qaydalarda dövlət qeydiyyatına alınmamışdır. İddiaçı həmin torpaq sahəsi üzərində hər hansı hüquqa malik olmadığından O, sözügedən torpaq sahəsinə çıxarış verilməsini tələb etmək üçün subyektiv hüquqa malik deyildir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 67-ci maddəsinə əsasən;
1. Torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır.
3. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir.
4. Torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. Həmin Məcəllənin 68-ci maddəsinə əsasən; Torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Tələbin ikinci hissəsi, yəni 1,70 ha torpaq sahəsinin sərhədlərinin müəyyən edilməsi tələbinə gəlincə, məhkəmə qeyd edir ki, iş materialları ilə həmin torpaq sahəsinin ******* nömrəli çıxarışa əsasən iddiaçının adına xüsusi mülkiyyət hüququ əsasında qeydiyyata alındığı, 29.04.2008-ci il tarixdə ******* nömrəli çıxarışa əsasən "xxxx" ASC-nin Gəncə xeyrinə ipoteka ilə yüklü edildiyi müəyyən olunmuşdur. Bundan sonra həmin əmlak Gəncə şəhər Kəpəz rayon məhkəməsinin 04.03.2011-ci il tarixli, 2(043)-166/2011 nömrəli icra vərəqəsinə, Bakı şəhər Nizami rayon Məhkəməsinin 14 iyun 2012-ci il tarixli, 2(066)- 177/2015 nömrəli qərardadına, Göygöl rayon İQ-nun 21.10.2014-cü il tarixli, 368/13 nömrəli sifariş məktubuna və "xxxx" ASC-nin müvafiq məktubuna əsasən 19 noyabr 2015ci il tarixli hərracın yekunları üzrə alqı-satqı müqaviləsi əsasında "xxxx" ASC tərəfindən əldə edilmiş və sonuncunun adına 20.08.2016-cı il tarixli, **********69-12301 reyestr nömrəli çıxarış verilmişdir. Belə olan halda iddiaçının artıq həmin torpaq sahəsinin sərhədlərinin müəyyən edilməsini tələb etməyə subyektiv hüququ yoxdur. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Beləliklə, yuxarıda şərh olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı2 cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Ərazi İdarəsinə (üçüncü şəxs "xxxx" ASC) qarşı 1000,0 kv.m torpaq sahəsinə dair onun adına çıxarış verilməsi, 1.70 ha torpaq sahəsinin sərhədlərinin müəyyən edilməsi tələbinə dair iddiası mümkün sayılmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 35 və 80-ci maddələrini rəhbər tutaraq məhkəmə
qərara aldı:
İddiaçı2 cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Ərazi İdarəsinə (üçüncü şəxs "xxxx" ASC) qarşı 1000,0 kv.m torpaq sahəsinə dair onun adına çıxarış verilməsi, 1.70 ha torpaq sahəsinin sərhədlərinin müəyyən edilməsi barədə iddiası mümkün sayılmasın. Qərardaddan, onun tam formada təqdim olunduğu gündən 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi (ünvan: Gəncə şəhəri, H.Əliyev prospekti 105) vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə (ünvan: Gəncə şəhəri, Atatürk prospekti 252)apellyasiya şikayəti verilə bilər.
Hakim: Usaməddin Osmanov