Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-623/2022 09.03.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bərdə rayon Bərdə bələdiyyəsinə qarşı (üçüncü şəxs X2) həyətyanı torpaq sahəsinin sənədləşdirilməsi tələbinə dair inzibati işə hazırlıq icraatı iclasında baxaraq, məhkəmə M üə y y ə n e t d i: İddiaçı İddiaçı cavabdeh Bərdə rayon Bərdə bələdiyyəsinə qarşı iddia ərizəsi ilə 11.01.2022-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, ünvan 1 ünvanda yerləşən həyətyanı torpaq sahəsinin öz adına sənədləşdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı ünvan 2 ünvanda yerləşən 0.03 ha həyətyanı torpaq sahəsində tikilmiş 4 otaqli fərdi yaşayış evində 40 ildən çox müddət ərzində ailəsi ilə birlikdə yaşamışdır. Belə ki, sözügedən torpaq sahəsi iddiaçının atası tərəfindən zəbt edilmiş və o vəfat etməzdən əvvəl həmin ərazinin bir hissəsini ev tikməsi üçün iddiaçıya vermiş, iddiaçı isə ev tikdirərək ailə üzvləri ilə birgə orada yaşamışdır. Həmin mənzilin bütün komunal xərclərinin iddiaçının adına olmasına baxmayaraq o, həmin həyətyanı torpaq sahəsinə rəsmi olaraq sənəd ala bilməmişdir. Bu barədə cavabdehə müraciət etsə də, sonuncu bundan imtina etmişdir. İddiaçı iddianı müdafiə etmişdir. Cavabdeh Bərdə rayon Bərdə bələdiyyəsinə və üçüncü şəxs X1 məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, üçüncü şəxs isə gəlməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə AR İPM-in 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin və üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini, ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, iddia aşağıdakı əsaslara görə mümkün sayılmamalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş iddiaçının cavabdeh Bərdə rayon Bərdə bələdiyyəsinə ünvanladığı 17.12.2021-ci il tarixli ərizənin məzmunundan görünür ki, iddiaçı Bərdə şəhəri, Koroğlu küçəsi, ev 14 ünvanda 0.03 ha həyətyanı torpaq sahəsi üzərində olan fərdi yaşayış evinin sənədinin onun adına verilməsini cavabdehdən xahiş etmişdir. Başqa sözlə, iddiaçı cavabdehə məhkəmədə reallaşdırılmasını tələb etdiyi hüquqla bağlı deyil, başqa məsələ ilə bağlı müraciət etmiş, bu hal isə hazırki tələb üzrə mümkünlük şərtlərini istisna edir. İnzibati prosessual qanunvericiliyin prinsiplərinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddianın yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri – iddia tələbinin iddia müddətinə dair normalara riayət etməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 05 nömrəli qərarının 1.1, 1.2, 1.3, 1.4 və 2.1-ci bəndlərinə uyğun olaraq məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1 maddəsində qeyd olunur ki, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3 maddəsinin tələblərinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 13, 35, 80, 81 və 85-ci maddələrini rəhbər tutaraq, Q ə r a r a a l d ı : İddiaçı cavabdeh Bərdə rayon Bərdə bələdiyyəsinə qarşı həyətyanı torpaq sahəsinin sənədləşdirilməsi tələbinə dair iddia mümkün sayılmasın. Qərardaddan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fikrət Hüseynov
Məhkəmə qərarları › İş №2-1(114)-623/2022
Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-623/2022
09.03.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver