Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-627/2025 06.03.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə qarşı ikinci dərəcə əlilliyin müddətsiz təyin edilməsi tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X5 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə qarşı xx.xx.2022-ci il tarixdən ikinci dərəcə müddətsiz əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: I. İşin halları
1. İddiaçı ilk dəfə Hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar xx.xx.1989-cu il tarixdə 1 il müddətinə üçüncü dərəcə, xx.xx.2008-ci il tarixdə 1 il müddətinə ikinci dərəcə, xx.xx.2014-cü il tarixdə 1 il müddətinə ikinci dərəcə, xx.xx.2015-ci il tarixdə 1 il müddətinə ikinci dərəcə, xx.xx.2016-cı il tarixdən 5 il müddətinə ikinci dərəcə əlillik təyin edilmiş və o, 5 il müddətinə ikinci dərəcə əlil kimi pensiya almışdır.
2. Sonradan İddiaçı əlillik vəziyətinin qiymətləndirilməsi məqsədilə “Tərtər rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin xx.xx.2021-ci il tarixli 0319003AAGCV nömrəli göndərişi əsasında xx.xx.2021-ci il tarixdə onun əlillik vəziyyətinin qiymətləndirilməsi həyata keçirilmiş və Göndərişin natamam doldurulması səbəbi ilə əsas diaqnozun ağırlıq dərəcəsini dəqiqləşdirilməsi üçün xəstənin Bakı şəhəri ETTOİ-da müayinə olunmasına qərar verilmişdir.
3. İddiaçı əlillik vəziyyəti yenidən xx.xx.2021-ci il tarixdə qiymətləndirilmiş və diaqnozun əlillik əlaməti təyin etməməsi səbəbindən əlillik təyinatından imtina edilmişdir.
4. Sonradan İddiaçı əlillik vəziyətinin qiymətləndirilməsi məqsədilə “Tərtər rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin xx.xx.2022-ci il tarixli H00016446KAT nömrəli göndərişi əsasında iddiaçının əlillik vəziyyəti xx.xx.2022-ci il tarixdə qiymətləndirilmiş və diaqnozun əlillik əlaməti təyin etməməsi səbəbindən əlillik təyinatından imtina edilmişdir.
5. Həmin göndərişdə iddiaçıya qoyulmuş diaqnozlar aşağıdakı qaydada olmuşdur: Əsas diaqnoz – S98.2 – Ayağın iki və daha artıq barmağının travmatik amputasiyası. Sol ayağın İ, İİ, İİİ barmaqlarının, ayaq daraq sümüklərinin açıq, yerini dəyişmiş qəlpəli sınığı (xx.xx.1998); Diaqnoz qeydi: S90.3-Sol ayaq pəncəsinin yumşaq toxumalarının əzniyi. Diaqnoz qeydi: S52.6: Sol said sümüklərinin aşağı 1/3-nin qapalı yerini dəyişmiş sınığı. Yaraların birincili cərrahi işlənməsi (xx.xx.1998). Yumşaq toxumaların nekroektomu. Ağırlaşma – M25.6 – Oynağın başqa rubrikalarda təsnif olunmayan çətin hərəkətliyi. Sol ayağın İV-V barmaqlarının tam hərəkət məhdudluğu; Ağırlaşma - M24.5 – Oynaqların kontrakturası. Sol aşıq baldır oynaqlarının açıcıbükücü kontrakturası; Ağırlaşma - R52.2 – Digər daimi ağrı, sol ayağın İ, İİ, İİİ barmaqlarının amputasion güdüllərində, sol aşıq-baldır oynağında daimi ağrı sindromu, Ağırlaşma - R26.2 – Başqa rubrikalarda təsnif olunmayan yeriş çətinləşməsi, Hərəkət funksiyasının əhəmiyyətli dərəcədə pozulması; Ağırlaşma - Z73.6 - Əmək qabiliyyətinin azalması və ya itirilməsi ilə əlaqədar fəaliyyətin məhdudlaşması; Ağırlaşma - Z96.6 - digər dəqiqləşdirilmiş cərrahi müdaxilədən sonrakı vəziyyətlər, appendektomiya əməliyyatından sonrakı vəziyyət.
6. Tibbi-Sosial Ekspert Komissiyasının xx.xx.2022-ci il tarixli, **********3 nömrəli qərarı ilə İddiaçı xx.xx.2021-ci il tarixdə DTSERA-da əyani müayinə olunması və "Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı sol aşağı ətrafda İ-İİ-İİİ barmaqların amputasiyasından sonrakı güdülü müəyyən edilmişdir. Xroniki işemik əlamətlər qeyd olunmamışdır, periferik nəbz dolğundur. Əlillik təyinatına əsas verən funksional pozuntular aşkarlanmamışdır" kimi qiymətləndirilmiş, dinamikada ağırlaşma aşkar edilməmişdir. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli, 187 nömrəli qərarı ilə təsdiq edilmiş "Əlilliyin müəyyən olunması meyarları"na müvafiq olaraq "Diaqnoz əlillik əlaməti təyin etmir" barədə qərar qəbul edilmişdir.
7. İddiaçının həmin qərardan verdiyi şikayətə əsasən onun xx.xx.2022-ci il tarixdə əyani müayinəsi həyata keçirilmiş və "Diaqnoz əlillik əlaməti təyin etmir" barədə xx.xx.2022-ci il tarixli qərar qəbul edilmişdir.
8. “Məhkəmə-Tibbi Ekspertiza və X6” publik hüquqi şəxsin xx.xx.2023-cü il tarixli T826/2023 nömrəli ekspert rəyi ilə müəyyən edilmişdir ki, vətəndaş İddiaçı tibbi sənədlərinə əsasən iş materiallarında olan əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilməsi üçün adına müvafiq tibb müəssisəsində tərtib edilmiş göndərişdə qeyd edilən diaqnoz Azərbaycan Respubikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”də olan 2-ci bəndində göstərilən xəstəliklərin əhatə dairəsinə düşmür. Buna görə də həmin Əsasnamənin bəndlərindən birini aid etmək mümkün olmadı.
9. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə iş üzrə məhkəmə-tibbi ekspertizası təyin edilmiş və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə- Tibbi Ekspertiza və X6” publik hüquqi şəxsin xx.xx.2024-cü il tarixli T547/2024 nömrəli ekspert rəyi əldə edilmişdir. Həmin rəy ilə belə nəticəyə gəlinmişdir ki, vətəndaş İddiaçı məhkəmə-tibbi müayinəsi zamanı X4 və Ortopediya İnstitutuna göndərilmiş və onun xx.xx.2024-cü il tarixdə mütəxəssislər tərəfindən müayinəsi zamanı ona "Sol pəncənin İ-İİ barmaqların eksartikulyasiyasından, İİİ-İV barmağın proksimal falanqadan amputasiyasından sonrakı güdülləri. Sol mil sümüyünün aşağı V3-nin bitişmiş sınığı. Sol mil-bilək oynağının varus deformasiyası. Sol əlin İ barmağının distal falanqasının hissəvi amputasiyası" diaqnozu təyin edilmişdir. İddiaçı əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilməsi ilə bağlı müvafiq tibb müəssisəsində tərtib edilmiş göndərişdə qeyd edilən a) "Əsas diaqnoz: S98.2-ayağın iki və daha artıq barmağının travmatik amputasiyası, sol ayağın İ, İİ barmaqlarının, ayaq-daraq sümüklərinin açıq, yerinidəyişmiş, qəlpəli sınığı, sol ayağın İİİ, İV, V barmaqlarının qapalı yerinidəyişmiş sınığı (xx.xx.1988). Diaqnoz qeydi: S90.3-sol ayaq pəncəsinin yumşaq toxumalarının əzniyi. Diaqnoz qeydi: S52.6-sol said sümüklərinin aşağı 1/3-nin qapalı yerinidəyişmiş sınığı, yaraların birincili cərrahi işlənməsi (xx.xx.1988), yumşaq toxumaların nekroektomiyası; b) Ağırlaşma: M25.5-oynağın başqa rubrikalarda təsnif olunmayan çətin hərəkətliyi, sol ayağın İV, V barmaqlarının tam hərəkət məhdudluğu, M24.5-oynaqların kontrakturası, sol aşıq-baldır oynaqlarının açıcı-bükücü kontrakturası, R52.2-digər daimi ağrı, sol ayağın İ, İİ, İİİ barmaqlarının amputasion güdüllərində, sol aşıq-baldır oynağında daimi ağrı sindromu, R26.2-başqa rubrikalarda təsnif olunmayan yeriş çətinləşməsi. hərəkət funksiyasının əhəmiyyətli dərəcədə pozulması, axsama ilə; c) Yanaşı xəstəliklər: Z73.6-əmək qabiliyyətinin azalması və ya itirilməsi ilə əlaqədar fəaliyyətin məhdudlaşması. Əmək qabiliyyətinin azalması, Z96.6-digər dəqiqləşdirilmiş cərrahi müdaxilədən sonrakı vəziyyətlər, appendektomiya əməliyyatından sonrakı vəziyyət" diaqnoz ona stasionarlarda müayinə və müalicələri zamanı müəyyən edilsə də şəxsin əyani müayinəsi zamanı əlillik təyinatına əsas verən hərbi travmanın qalıq əlamətləri, patofunksional pozuntu və hərəki məhdudluq, dinamikada ağırlaşma aşkar edilmədiyindən ona istər Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli, 413 saylı qərarı ilə təsdiq edilmiş "Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair" Əsasnamənin, istərsə də xx.xx.2022-ci il tarixli, 187 saylı qərarla təsdiq edilmiş "Əlilliyin təyin edilməsi meyarları"nın hər hansı bir bəndini aid etmək mümkün olmadı.
10. Cavabdehin təqdim etdiyi iddiaçının əlillik vəziyyətinə dair sənədlərlə müəyyən edilir ki, İddiaçı hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar xx.xx.1989-cu il tarixdən 1 il müddətinə üçüncü dərəcə
11. Məhkəmənin sorğusuna Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Arxiv və Sosial Ödəniş İşlərinin Çeşidlənməsi üzrə Mərkəzi Filialın xx.xx.2025-ci il tarixli 3-17-1/2-28833/2025 nömrəli cavab məktubuna əlavə edilmiş sənədlərlə müəyyən edilir ki, İddiaçı hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar xx.xx.2008-ci il tarixdən 1 il müddətinə ikinci dərəcə, xx.xx.2009-cu il tarixdən 1 il müddətinə ikinci dərəcə, xx.xx.2010-cu il tarixdən 1 il müddətinə ikinci dərəcə, xx.xx.2011-ci il tarixdən 1 il müddətinə ikinci dərəcə, xx.xx.2012ci il tarixdən 1 il müddətinə ikinci dərəcə, xx.xx.2013-cü il tarixdən 1 il müddətinə ikinci dərəcə, xx.xx.2014-cü il tarixdən 1 il müddətinə ikinci dərəcə, xx.xx.2015-ci il tarixdən 1 il müddətinə ikinci dərəcə, xx.xx.2016-cı il tarixdən 5 il müddətinə ikinci dərəcə əlillik təyin edilmişdir. II. Məhkəmədə icraat
12. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə qarşı xx.xx.2023-cü il tarixdə iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, Tibbi-Sosial Ekspert Komissiyasının sonuncu müayinəsi ilə bağlı xx.xx.2022-ci il tarixli qiymətləndirilməsinə dair qərarın ləğv edilməsi və tibbi sosial ekspertiza keçirilərək onun əlilliyinin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
13. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1968-ci ildə anadan olmuşdur. 1986-cı ildən başlayaraq 2006-cı ilədək 17 il ərzində İİİ qrup müddətsiz hərbi əlillik almışdır. 2006-cı ildə onun şikayəti əsasında onun əlillik dərəcəsini dəyişərək İİ qrup əlillik təyin etdilər. 2006-cı ildən 2021-ci ilin may ayınadək o, İİ qrup əlillik pensiyası almışdır. Lakin 2021-ci ilin may ayında əlilliyini ləğv etmişlər. İndiyədək üç dəfə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə müraciət etsə də və hər dəfə də canlı (onlayn) müayinədən keçsə də xx.xx.2022-ci ildə onun barəsində «Diaqnoz əlillik əlaməti təyin etməməsi» və «Diaqnoz əlillik əlaməti təyin etmir barədə» qərar qəbul edilmişdir ki, o da bunu cavabdehin qanunsuz və əsassız hərəkətləri hesab edir. Belə ki, müayinə və müalicə dövründə həkimlər əsas diaqnoz kimi «Ayağın iki və daha artıq barmağının travmatik amputasiyası, sol ayağın 1/3 barmaqlarının, ayaq daraq sümüklərinin açıq, yerini dəyişmiş, qəlpəli sınığı. Sol ayağın İİİ, İV, V barmaqlarının qapalı yerini dəyişmiş sınığı (xx.xx.1988). Sol ayaq pəncəsinin yumşaq toxumalarınin əziyi. Sol said sümüklərinin aşağı 1/3-nin qapalı yerini dəyişmiş sınığı. Yaraların birincili cərrahi işlənməsi (xx.xx.1988)» göstərilmiş və bu diaqnoz ilə 1986-cı ildən əlilik təyin edilmiş və həmin vaxtdan da indiyədək əlillik pensiyası almışdır.
14. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(114)-1865/2023 nömrəli qərardadı ilə iddia tələbi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X2-sosial ekspert komissiyasının xx.xx.2022-ci il tarixli **********3 nömrəli qərarının ləğv edilməsi və xx.xx.2016-cı il tarixdən müddətsiz ikinci dərəcə əlilliyin təyin edilməsi barədə iddia tələbinə dəyişdirilmişdir.
15. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(114)-1865/2023 nömrəli qərarı ilə (hakim F.Hüseynov) iddia təmin edilmişdir.
16. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-ci il tarixli 2- 1(104)-81/2024 nömrəli qərardadı ilə apellyasiya şikayəti qismən təmin edilmiş, iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ləğv edilmiş, iş yenidən baxılması üçün Gəncə İnzibati Məhkəməsinə göndərilmişdir.
17. İddiaçı xx.xx.2025-ci il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, 21 dekabr 2022-ci il tarixdən müddətsiz ikinci dərəcə əlilliyin təyin edilməsi barədə qərar qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmiş və eyni tarixli qərardadla ərizə icraata qəbul edilmişdir.
18. Məhkəmənin xx.xx.2025-ci il tarixli qəraradı ilə hazırki iddia tələbi “xx.xx.2022-ci il tarixdən müddətsiz ikinci dərəcə əlilliyin təyin edilməsi barədə qərar qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dəyişdirilmişdir. III. İddianın növü və mümkünlüyü
19. Məhkəmə qeyd edir ki, hazırkı iddia ümumi mümkünlük şərtlərinə (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.), eyni zamanda xüsusi mümkünlük şərtlərinə əməl olunmaqla verilmişdir. Belə ki, iddiaçı hazırkı iddianı qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmişdir.
20. Hazırkı iddia İPM-in 2.2.2-ci maddəsində nəzərdə tutulmuş məcburetmə haqqında iddia növünə aiddir.
21. İPM-ə görə: Maddə 2.2.2. İnzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Maddə 33.1. Məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 8.1.2. Mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur.
22. Hazırkı işdə məcburetmə haqqında iddianın xüsusi mümkünlük şərti kimi tələb olunan müddətlə bağlı şərt də ödənilmişdir. Belə ki, məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə iş üzrə buraxılmış prosessual müddət bərpa edilmişdir.
23. Cavabdeh orqanın səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə etdiyi üçün hazırkı işə xüsusi aidiyyət qaydası tətbiq olunmaqla, iddiaçının yaşayış yeri (və ya olduğu yer) üzrə baxılır. İddiaçının yaşadığı (olduğu) yer olan Bərdə rayonu “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının xx.xx.2019-cu il tarixli Qərarına əsasən Gəncə İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir.
24. Məhkəmə hazırkı iddianın məcburetmə iddia növünə aid olduğunu və iddiaçının yaşadığı yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsində baxılmalıdır.
25. Göründüyü kimi, iddia mümkün iddiadır, ona görə ki, hazırkı iddianın qaldırılması üçün inzibati prosessual qanunvericilikdə nəzərdə tutulan həm ümumi, həm xüsusi mümkünlük şərtləri ödənilmiş və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. IV. Prosessual məsələlər
26. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, şifahi məhkəmə baxışı iclası xx.xx.2025-ci il tarixə təyin edilmiş, bu barədə tərəflərə məlumat verilərək şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda onların iştirakı olmadan ərizəyə baxılacağı və iş üzrə qərar qəbul ediləcəyi barədə xəbərdarlıq edilmişdir.
27. İddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlmişlər. V. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri
28. Cavabdeh orqanın iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmuş və etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı əlillik vəziyyətinə Tərtər rayon Mərkəzi Xəstəxanasının xx.xx.1989-cu il tarixli göndərişi əsasında baxılmış və Səbəb: “Hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar əlillik”, “X1: XİX Sinif - Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => S90-S99 - Aşıq-baldır oynağı və ayaq nahiyələrinin travmaları => S98 - Aşıq-baldır oynağı və ayaq səviyyə…; Diaqnozun mətni: Quru qanqrena Sol ayağın İ - İİİ barmaqlarının amputasiyasından sonrakı vəziyyət; Meyar: 2.3. Üçüncü dərəcə əlillik => DİGƏR: 2.3” səbəbi ilə 1 il müddətinə əlillik dərəcəsi verilmişdir. İddiaının əlillik vəziyyətinə Tərtər rayon Mərkəzi Xəstəxanasının xx.xx.2008-ci il tarixli göndərişi əsasında yenidən baxılmış və İkinci dərəcə əlillik => DİGƏR: 2.2” səbəbi ilə 1 il müddətinə əlillik dərəcəsi verilmiş, eyni zamanda həmin xəstəxananın xx.xx.2014cü il və xx.xx.2021-ci il tarixli göndərişləri əsasında ona 1 il müddətinə ikinci dərəcə əlillik dərəcəsi verilmişdir. Elektron təyinatla xx.xx.2016-cı il tarixli göndərişi əsasında baxılmış və İkinci dərəcə əlillik => DİGƏR: 2.2” səbəbi ilə 5 il müddətinə əlillik dərəcəsi verilmişdir. Tərtər rayon Mərkəzi Xəstəxanasının xx.xx.2021-ci il tarixli göndərişi əsasında əlillik vəziyyətinə yenidən baxılmış və Mərkəzə göndərilmənin/lmtina edilmənin səbəbi: Göndərişin natamam doldurulması - Səbəb: Əsas diaqnozun agirliq dərəcəsini deqiqleşdirilməsi üçün Xəstənin Bakı şəhəri ETTOl-da müayinə olunmasına qərar verilir” səbəbi ilə imtina edilmişdir. Tərtər rayon Mərkəzi Xəstəxanasının xx.xx.2021-ci il və xx.xx.2022-ci il tarixli göndərişləri əsasında baxılmış və Mərkəzə göndərilmənin/lmtina edilmənin səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb: Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir" səbəbi ilə imtina edilmişdir. Bundan əlavə İddiaçı əyani müayinədə olmuş və Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən 21 dekabr 2022-ci il tarixli **********3 nömrəli qərar qəbul edilmişdir. Qərarda qeyd edilmişdir ki, Tərtər rayon sakini xx.xx.1968-cü il təvəllüdlü İddiaçı (FİN:xxxxxxx) əlillik vəziyyəti xx.xx.2021-ci il tarixli göndəriş əsasında DTSERA-da əyani müayinə olunmuş və ona Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərarı verilmişdir.(ESDAS:**********7) Növbəti dəfə əlillik vəziyyətinin qiymətləndirməsi üçün tibb müəssisəsinin yeni göndərişi rəsmiləşdirilmiş, qərar verilməsi üçün Agentliyə göndərilmişdir (unikal kod). Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı SSRİ Müdafiə Nazirliyi tərəfindən xx.xx.1988-ci il tarixli 982 nömrəli Şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə “Sol ayağın daraq sümüklərinin və ayaq barmaqlarının açıq sınığından sonra, konsolide olunmuş l, ll ayaq-daraq sümükləri, sol ayağın İV, V dımaq falanqaları. Sol topuq nahiyəsinin basılması nəticəsində, yerişin mülayim dərəcədə pozulması" diaqnozlu travmanın səbəb əlaqəsi “Xəstəlikdir, Hərbi xidmət dövründə hərbi xidmət vəzifələrinin icrası zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı xəstənin sol aşağı ətrafın İ-İİ-İİİ barmaq falanqalarının amputasiya güdülü izlənilmiş, əlillik təyinatına əsas verən hərbi travmanın qalıq əlaməti, patofunksional pozuntu və hərəki məhdudluq aşkar edilməmiş, ekspertiza üçün əhəmiyyətli müayinə və müalicə sənədləri təqdim olunmamışdır. Qeyd etməliyik ki, vətəndaş xx.xx.2021-ci il tarixdə DTSERA-da əyani müayinə olunmuş “Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı sol aşağı ətrafda l-İİ-İll barmaqların amputasiyasından sonrakı güdülü müəyyən edilmişdir. Xroniki işemik əlamətlər qeyd olunmamışdır, periferik nəbz dolğundur. Əlillik təyinatına əsas verən funksional pozuntular aşkarlanmamışdır” kimi qiymətləndirilmiş, dinamikada ağırlaşma aşkar edilməmişdir. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli, 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq “Diaqnoz əlillik əlaməti təyin etmir” barədə qərar qəbul edilmişdir. İddiaçıya əlilliyin təyin edilməsi istiqamətində Agentlik tərəfindən hər hansı qanuna zidd hərəkətlərə yol verilməmişdir.
29. İddiaçı şifahi məhkəmə baxışı iclasında iddia müdafiə edərək, onun təmin edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir.
30. Cavabdehin nümayəndəsi X7 məhkəmə iclasında iddia tələbinə etiraz edərək, iddianın təmin olunmaması barədə qərar çıxarılmasını xahiş etmişdir. Vİ. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
31. Məhkəmə araşdırmasının predmetini aşağıdakı sənədlər təşkil etmişdir: - İddiaçı dair tibbi-sosial ekspertiza sənədlər.; - İddiaçı pensiya ödənişinə dair sənədlər.
Əsaslandırma hissəsi:
Vİİ. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
32. Məhkəmə inzibati iş materiallarını araşdırıb, mövcud olan sübutları obyektiv, hərtərəfli və tam tədqiq etməklə, onlara hüquqi qiymət verərək belə qənaətə gəlir ki, iddia mahiyyət baxımından əsassızdır və təmin edilməməlidir.
33. Belə ki, iş materiallarına əlavə edilmiş sənədlərlə müəyyən edilmişdir ki, Həsənov X3 ilk dəfə Hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar xx.xx.1989-cu il tarixdə 1 il müddətinə üçüncü dərəcə, xx.xx.2008-ci il tarixdə 1 il müddətinə ikinci dərəcə, xx.xx.2014cü il tarixdə 1 il müddətinə ikinci dərəcə, xx.xx.2015-ci il tarixdə 1 il müddətinə ikinci dərəcə, xx.xx.2016-cı il tarixdən 5 il müddətinə ikinci dərəcə əlillik təyin edilmiş və o, 5 il müddətinə ikinci dərəcə əlil kimi pensiya almışdır.
34. Sonradan İddiaçı əlillik vəziyətinin qiymətləndirilməsi məqsədilə “Tərtər rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin xx.xx.2021-ci il tarixli 0319003AAGCV nömrəli göndərişi əsasında xx.xx.2021-ci il tarixdə onun əlillik vəziyyətinin qiymətləndirilməsi həyata keçirilmiş və Göndərişin natamam doldurulması səbəbi ilə əsas diaqnozun ağırlıq dərəcəsini dəqiqləşdirilməsi üçün xəstənin Bakı şəhəri ETTOİ-da müayinə olunm aslna qərar verilmişdir.
35. İddiaçı əlillik vəziyyəti xx.xx.2021-ci il tarixdə qiymətləndirilmiş və diaqnozun əlillik əlaməti təyin etməməsi səbəbindən əlillik təyinatından imtina edilmişdir.
36. Sonradan İddiaçı əlillik vəziyətinin qiymətləndirilməsi məqsədilə “Tərtər rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin xx.xx.2022-ci il tarixli H00016446KAT nömrəli göndərişi əsasında iddiaçının əlillik vəziyyəti xx.xx.2022-ci il tarixdə qiymətləndirilmiş və diaqnozun əlillik əlaməti təyin etməməsi səbəbindən əlillik təyinatından imtina edilmişdir.
37. Həmin göndərişdə iddiaçıya qoyulmuş diaqnozlar aşağıdakı qaydada olmuşdur: Əsas diaqnoz – S98.2 – Ayağın iki və daha artıq barmağının travmatik amputasiyası. Sol ayağın İ, İİ, İİİ barmaqlarının, ayaq daraq sümüklərinin açıq, yerini dəyişmiş qəlpəli sınığı (xx.xx.1998); Diaqnoz qeydi: S90.3-Sol ayaq pəncəsinin yumşaq toxumalarının əzniyi. Diaqnoz qeydi: S52.6: Sol said sümüklərinin aşağı 1/3-nin qapalı yerini dəyişmiş sınığı. Yaraların birincili cərrahi işlənməsi (xx.xx.1998). Yumşaq toxumaların nekroektomu; Ağırlaşma – M25.6 – Oynağın başqa rubrikalarda təsnif olunmayan çətin hərəkətliyi. Sol ayağın İV-V barmaqlarının tam hərəkət məhdudluğu; Ağırlaşma - M24.5 – Oynaqların kontrakturası. Sol aşıq baldır oynaqlarının açıcıbükücü kontrakturası; Ağırlaşma - R52.2 – Digər daimi ağrı, sol ayağın İ, İİ, İİİ barmaqlarının amputasion güdüllərində, sol aşıq-baldır oynağında daimi ağrı sindromu; Ağırlaşma - R26.2 – Başqa rubrikalarda təsnif olunmayan yeriş çətinləşməsi, Hərəkət funksiyasının əhəmiyyətli dərəcədə pozulması; Ağırlaşma - Z73.6 - Əmək qabiliyyətinin azalması və ya itirilməsi ilə əlaqədar fəaliyyətin məhdudlaşması; Ağırlaşma - Z96.6 - digər dəqiqləşdirilmiş cərrahi müdaxilədən sonrakı vəziyyətlər, appendektomiya əməliyyatından sonrakı vəziyyət.
38. Tibbi-Sosial Ekspert Komissiyasının xx.xx.2022-ci il tarixli, **********3 nömrəli qərarı ilə İddiaçı xx.xx.2021-ci il tarixdə DTSERA-da əyani müayinə olunması və "Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı sol aşağı ətrafda İ-İİ-İİİ barmaqların amputasiyasından sonrakı güdülü müəyyən edilmişdir. Xroniki işemik əlamətlər qeyd olunmamışdır, periferik nəbz dolğundur. Əlillik təyinatına əsas verən funksional pozuntular aşkarlanmamışdır" kimi qiymətləndirilmiş, dinamikada ağırlaşma aşkar edilməmişdir. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli, 187 nömrəli qərarı ilə təsdiq edilmiş "Əlilliyin müəyyən olunması meyarları"na müvafiq olaraq "Diaqnoz əlillik əlaməti təyin etmir" barədə qərar qəbul edilmişdir.
39. İddiaçının həmin qərardan verdiyi şikayətə əsasən onun xx.xx.2022-ci il tarixdə əyani müayinəsi həyata keçirilmiş və "Diaqnoz əlillik əlaməti təyin etmir" barədə xx.xx.2022-ci il tarixli qərar qəbul edilmişdir.
40. Qeyd edilməlidir ki, Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin İ hissəsinin 1-ci bəndinə uyğun olaraq əlilliyi olan şəxslər barəsində dövlət siyasətinin əsasları və onların hüquqlarının müdafiəsi sahəsində dövlətin vəzifələrinin müəyyən edilməsi, əlilliyə səbəb olan risklərin, əlillik əlamətinə görə ayrı-seçkiliyin bütün formalarının aradan qaldırılması, əlilliyi olan şəxslərin reabilitasiyası, cəmiyyətin həyatında tam həcmdə iştirakı və sosial inteqrasiyasına şərait yaradılması, onlara aid olan strategiya və proqramlara dair qərarların qəbulu prosesinə fəal cəlb olunması, əlilliyi olan şəxslərin hüquq və azadlıqlarının tam və bərabər səviyyədə həyata keçirilməsi, onların şərəf və ləyaqətinin müdafiəsi sahəsində yaranan münasibətlər “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir.
41. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydaları”na əsasən: Bənd 1.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qəran ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra — Komissiya) tərəfindən "Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbisosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra — göndəriş) əsasında aparılır. Bənd 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. Bənd 1.6. Orqanizmin funksiyalarının pozulması faizinin, səbəbinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır. Bənd 1.8. Əlillik Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda nəzərdə tutulan insanın həyat fəaliyyətinin əsas kateqoriyaları və onların məhdudlaşma dərəcələri və “Əlilliyin müəyyən olunması meyarları”na Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə əsasən müəyyən olunur. Bənd 1.9. Orqanizmin funksiyalarının 30 faizədək pozulması hallarında əlillik müəyyən edilmir, 30 faizdən artıq pozulması hallarında isə 31-60 faizədək, 61-80 faizədək və 81-100 faizədək qiymətləndirilməklə əlillik müəyyən edilir.
42. Məhkəmə qeyd edir ki, İddiaçı xəstəlikləri onun əlilliyinin qiymətləndirildiyi zaman qüvvədə olmuş “Əlilliyin müəyyən olunması meyarları”nda nəzərdə tutulmuş hər hansı bəndə uyğun gəlmədiyi üçün cavabdeh orqanın ona əlillik təyin etməkdən imtina barədə qərarı (hərəkətləri) qanuni olmuşdur.
43. Belə ki, iddiaçının əsas xəstəliyi olan S98.2 – Ayağın iki və daha artıq barmağının travmatik amputasiyası. Sol ayağın İ, İİ, İİİ barmaqlarının əsas falanqadan posttravmatik amputasiyasından sonrakı vəziyyət (əsas diaqnozu) Əlilliyin müəyyən olunması meyarlarına Əlavənin 13.4-cü bəndində təsbit olunsa da, həmin xəstəliyin ağırlaşma hallarına yalnız ayağın bud və baldır hissədən amputasiyası və protezləşmə, güdülün amputasiyası, pəncənin amputasiyası və güdülü, bud-çanaq oynaqlarının hərəkət məhdudluğu və ankilozu, budun displaziyası, ayağın qısalması, büd sümüyünün psevdoartrozu və diz oynağının ankilozu halları aid edilmiş və yalnız həmin ağırlaşma hallarının mövcudluğu şəxsə əlillik təyinatına əsas verir.
44. İddiaçının göndərişində onun xəstəliyinin ağırlaşması kimi qeyd edilən xəstəliklər isə nəinki həmin bəndin (S.98 XBT kodunun əks olunduğu 13.4-cü bənd) alt yarımbəndlərində, ümumiyyətlə yuxarıda adıçəkilən Meyarlara Əlavədə öz əksini tapmamışdır.
45. İddiaçıda yalnız sol aşağı ətrafda l-İİ-İll barmaqların amputasiyasından sonrakı güdülü mövcuddur ki, həmin xəstəlik səbəbindən iddiaçıda hərəkət məhdudluğunun və s. bu kimi halların olması iş materiallarında olan tibbi sənədlərdə öz təsdiqini tapmamışdır.
46. Məhkəmə onu da qeyd edir ki, məhkəmə tərəfindən əldə edilmiş sənədlərlə iddiaçının hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar ardıcıl və fasiləsiz olaraq 10 il müddətinə (xx.xx.2008-ci il tarixdən etibarən xx.xx.2021-ci il tarixədək) ikinci dərəcə əlillik təyin edilməsinin müəyyən olunmasına baxmayaraq, həmin hal təkbaşına iddiaçıya müddətsiz ikinci dərəcə əlillik təyina edilməsinin əsası kimi çıxış edə bilməz. Həmin halla yanaşı iddiaçının həmin əlilliklərin təyininə əsas olmuş xəstəliklərinin hazırda da iddiaçının səhhətində mövcud olması və əlilliyin təyininə əsas verən həcmdə olması tələb olunur ki, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə araşdırması ilə ikinci şərtin ödənilməməsi öz təsdiqini tapmışdır.
47. Bu qərarın 43 və 44-cü bəndlərində sadalanan hallar isə iddiaçıda olan xəstəliklərin əlillik təyinatına əsas verən səviyyə və həcmdə olmadığına dəlalət edir ki, bu hal da iddianın rədd edilməsinə əsasdır.
48. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli qərarı ilə təsdiq edilmiş və 2022-ci ilin 1 iyul tarixindən qüvvəyə minmiş “Əlilliyin müəyyən olunması meyarları”na görə: Bənd 1.1. Əlilliyin müəyyən olunması meyarları (bundan sonra – Meyarlar) “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi üçün əsas göstəriciləri müəyyən edir. Bənd 3.1. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: 3.1.2. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİİ dərəcə məhdudlaşması halında – 31-60 faiz; Bənd 3.2. Xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının klinik funksional xüsusiyyətləri, XBT-10, orqanizmin funksiyalarının pozulması faizi və müddəti bu Meyarlara Əlavədə müəyyən edilmişdir.
49. İPM-ə görə: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
50. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir.
Nəticəvi hissə:
51. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75 və 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı: İddia təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Gülşən Əliyeva