Məhkəmə qərarları › İş №2-1(114)-63/2020

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-63/2020

04.03.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-63/2020 04.03.2020 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, cavabdeh Azərbaycan Respublikası Cavabdeh nümayəndəsi Sadıqov Şəmsi Rövşən oğlunun iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Cavabdehnə qarşı qərarların ləğv edilməsi tələbinə dair işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Cavabdehnə qarşı iddia ərizəsi ilə xx.xx.2019-cu il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2019-cu il tarixli və xx.xx.2019-cu il tarixli qərarlarının ləğv edilməsi, onun Azərbaycan Respublikasının vətəndaşlığının tanınmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək belə hesab edir ki, iddia tələbi “Azərbaycan Respublikası Cavabdehxx.xx.2019-cu il tarixli qərarının ləğv edilməsi” hissəsində mümkün sayılmamalıdır. Belə ki, iddia ərizəsinin məzmunundan görünür ki, iddiaçının Cavabdehnə ilkin müraciətinə əsasən xx.xx.2019-cu il tarixli ******* saylı qərar qəbul edilmişdir. Həmin qərardan narazı qalaraq iddiaçı tərəfindən DMX-ya inzibati şikayət verilmiş, lakin DMX tərəfindən şikayəti təmin edilməyərək xx.xx.2019-cu il tarixdə şikayətin təmin edilməməsi barədə qərar qəbul edilmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 32.2.2-ci maddəsinə əsasən barəsində şikayət verildiyi hallarda, şikayət instansiyasının qərarı ilə dəyişdirilmiş inzibati akt (şikayət instansiyası tərəfindən qərar qəbul edildikdən sonrakı formada ilkin inzibati akt) və şikayət instansiyası tərəfindən şikayətə baxma qaydasında qəbul edilmiş və ilk dəfə olaraq üçüncü şəxs üçün öhdəlik yaradan qərar (inzibati akt) mübahisələndirmə haqqında iddianın predmeti ola bilər. Qanunvericiliyin qeyd olunan tələbindən də göründüyü kimi barəsində şikayət verildiyi hallarda, şikayət instansiyasının qərarı ilə dəyişdirilmiş inzibati aktın mübahisələndirilməsi nəzərdə tutulmuş, dolayısı ilə şikayət instansiyasının qərarı ilə dəyişdirilməmiş inzibati aktın mübahisələndirilməsi istisna edilmişdir. Hazırki tələb üzrə mübahisələndirilən Cavabdeh xx.xx.2019-cu il tarixli qərarı xx.xx.2019-cu il tarixli ******* saylı qərardan verilmiş şikayət üzrə qəbul edilmiş inzibati aktdır və nəticə etibarı ilə şikayət təmin edilməmişdir. Beləliklə məhkəmə tələbin “Azərbaycan Respublikası Cavabdeh xx.xx.2019-cu il tarixli qərarının ləğv edilməsi” hissəsində iddianın mümkün sayılmaması qənaətinə gəlir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinin tələblərinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 81, 85-ci maddələrinin tələblərinə əsasən, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Cavabdehnə qarşı qərarların ləğv edilməsi tələbinə dair iddia “Azərbaycan Respublikası Cavabdehxx.xx.2019-cu il tarixli qərarının ləğv edilməsi” hissəsində mümkün sayılmasın. Qərardaddan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fikrət Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar