Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-63/2023 31.01.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundov Emin Tahir oğlunun sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialına qarşı iş illərin sosial sığorta stajına daxil edilməsi və hüququ yarandığı tarixdən yaşa görə əmək pensiyanın təyin edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. T ə s v i r i h i s s ə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialına qarşı iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, onun xx.xx.1973-cü il tarixdən xx.xx.1984-cü il tarixədək “Şəfəq” kolxozunda və xx.xx.1984-cü il tarixdən xx.xx.1998-ci il tarixədək “Şəfəq” sovxozunda fəhlə işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1973-cü il tarixdən xx.xx.1984-cü il tarixədək “Şəfəq” kolxozunda və xx.xx.1984-cü il tarixdən xx.xx.1998-ci il tarixədək “Şəfəq” sovxozunda fəhlə işləmişdir. Həmçinin xx.xx.2000-ci il tarixdən xx.xx.2006-ci il tarixədək Şəmkir rayon Kür qəsəbə MKTTİSS-də fəhlə işləmişdir. Yaşa görə əmək pensiyası təyin edilməsi üçün cavabdeh idarəyə müraciət etmiş, lakin müraciətinin təmin edilməsindən imtina edilmişdir. Əmək kitabçasında xx.xx.1973-cü il tarixdən xx.xx.1984-cü il tarixədək “Şəfəq” kolxozunda və xx.xx.1973-cü il tarixdən xx.xx.1998-ci il tarixədək “Şəfəq” sovxozunda fəhlə işləməyi faktı öz əksini tapmışdır. Həmçinin Azərbaycan Respublikası Dövlət X2 verdiyi arxiv arayışlarında da xx.xx.1973-cü il tarixdən xx.xx.1984-cü il tarixədək “Şəfəq” kolxozunda əmək haqqı almağı və xx.xx.1984-cü il tarixdə “Şəfəq” sovxozuna fəhlə işinə qəbul edilməyi öz təsdiqini tapmışdır. Hesab edir ki, cavabdeh tərəfindən verilmiş imtina tam əsassızdır. Onun işlədiyi illər əmək kitabçası və arxiv arayışı ilə öz təsdiqini tapmaqdadır. İddiaçı iddia tələbinin dəyişdirilməsi barədə ərizə verərək, onun xx.xx.1973-cü il tarixdən xx.xx.1974-cü il tarixinədək, xx.xx.1976-cı il tarixindən xx.xx.1984-cü il tarixədək “Şəfəq” kolxozunda və xx.xx.1984-cü il tarixdən xx.xx.1998-ci il tarixədək “Şəfəq” sovxozunda fəhlə işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi və hüququ yarandığı tarixdən yaşa görə əmək pensiyası təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, xx.xx.2022-ci il tarixli qərardadla iddia dəyişdirilmişdir. Cavabdehin nümayəndəsi X3 məhkəmə iclasında iddianı qəbul etməyərək bildirmişdir ki, Dövlət Sosial Müdafiə Fondunun 19 saylı regional ərazi filialının xx.xx.2021ci il tarixli aktına əsasən xx.xx.1984-cü il tarixində “Şəfəq” sovxozunda işəgirmə əmri olmasına baxmayaraq işdənçıxma əmri yoxdur. Eyni zamanda “Şəfəq” kolxozunda 1973cü il tarixindən 1977-ci il tarixinədək və 1980-ci il tarixində iddiaçının adına əməkhaqqı hesablanmamışdır. Bu səbəblə həmin dövrlərin sığorta stajına əlavə edilməsi qanunauyğun hesab edilmir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı əvvəlki məhkəmə iclasında iddianı müdafiə etmişdir. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialının xx.xx.2022-ci il tarixli, **********2 nömrəli etirazından qeyd edilmişdir ki, Fondun 19 saylı regional ərazi filialının xx.xx.2021-ci tarixli aktına əsasən xx.xx.2021-ci il tarixli aktına əsasən xx.xx.1984-cü il tarixdə “Şəfəq” sovxozunda işə daxil olma əmri olmasına baxmayaraq işdən azad olunma əmri olmadığından, 1973-cü ildən 1977-ci ilədək və 1980ci ildə “Şəfəq” kolxozunda əməkhaqqı almadığından qeyd edilən dövrlərin sığorta stajına daxil edilməsi qanunauyğun hesab edilməmişdir. İddiaçı xx.xx.1956-cı il tarixdə doğulduğundan xx.xx.2021-ci il tarixdə (65 yaşında) pensiya yaşına çatmışdır. İddiaçı müvafiq qanunvericiliklə tələb olunan 25 il sığorta stajı qarşılığında mübahisələndirilməyən 12 il sığorta stajı mövcuddur. İddiaçı S. Qurbanovun sığorta stajına daxil etmək istədiyi illər: xx.xx.1973-cü il tarixdən xx.xx.1984-cü il tarixədək “Şəfəq” kolxozunda, xx.xx.1984-cü il tarixdən xx.xx.1998-ci il tarixədək “Şəfəq” sovxozunda işlədiyi illərdir. X4 Filialına göndərilmiş 28 avqust 2022-ci il tarixli **********9 nömrəli məktuba cavabda, İddiaçı “Şəfəq” adına kolxozda işlədiyi dövrə aid minumum əmək iştirakı norması göstərilmədiyi üçün 1973-cü ildən 1984-cü ilədək iş stajının neçə il təşkil etdiyi tam müəyyən edilə bilmir. Bununla yanaşı iddiaçının xx.xx.1984-cü il tarixdən xx.xx.1998-ci il tarixədək “Şəfəq” sovxozunda işlədiyi dövrlərdə 1985-ci ildə 12 ay, 1986-cı ildə 9 ay, 1987, 1988, 1989-cu illərdə 12 ay, 1990-cı ildə 8 ay,1991-ci ildə 5 ay, 1992-ci ildə 2 ay, 1994-cü ildə 3 ay, 1996- 1998-ci illərdə isə müvafiq olaraq bir ay əməkhaqqı almadığı müəyyən olunur. İddiaçı mübahisələndirilən dövrlərdə 1985-ci ildə 12 ay, 1986-cı ildə 9 ay, 1987,1988, 1989-cu illərdə 12 ay, 1990-cı ildə 8 ay,1991-ci ildə 5 ay, 1992-ci ildə 2 ay, 1994-cü ildə 3 ay, 1996- 1998-ci illərdə isə müvafiq olaraq bir ay əməkhaqqı almadığı müəyyən edilməmişdir. Qeyd olunanları nəzərə alaraq iddia tələbinin rədd edilməsi xahiş edilmişdir. Cavabdehin təqdim etdiyi xx.xx.2022-ci il tarixli, **********8 nömrəli xidməti məktubun məzmunundan görünür ki, xx.xx.1974-cü il tarixindən xx.xx.1976-cı il tarixinədək hərbi xidmət illəri, 4 il kolxozda əmək fəaliyyəti dövrü, xx.xx.1985-ci il tarixindən xx.xx.1985-ci il tarixinədək, xx.xx.1985-ci il tarixindən xx.xx.1985-ci il tarixinədək, xx.xx.1986-cı il tarixindən xx.xx.1986-cı il tarixinədək, xx.xx.1990-cı il tarixindən xx.xx.1990-cı il tarixinədək, xx.xx.1990-сı il tarixindən xx.xx.1990-cı il tarixinədək, xx.xx.1990-cı il xx.xx.1990-сi il tarixinədək, xx.xx.1991-ci il tarixindən xx.xx.1991-ci il tarixinədək xx.xx.1991-ci il tarixindən xx.xx.1991-ci il tarixinədək, xx.xx.1991-ci il tarixindən xx.xx.1991-ci il tarixinədək, xx.xx.1992-ci il tarixindən xx.xx.1996-cı il tarixinədək, xx.xx.1991-ci il tarixindən xx.xx.1991-ci il tarixinədək, xx.xx.1996-cı il tarixindən xx.xx.1996-cı il tarixinədək, xx.xx.2000-ci il tarixindən xx.xx.2006-cı il tarixinədək əmək fəaliyyəti dövrləri iddiaçının mübahisələndirilməyən əmək fəaliyyəti dövrləri kimi qəbul edilmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -təsdiq edilmiş surəti işə əlavə edilmiş iddiaçının İT-İ ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, xx.xx.1973-cü il tarixdən xx.xx.1984-cü il tarixədək «Şəfəq» kolxozunda kolxozçu işləmiş; xx.xx.1984-cü il tarixdən xx.xx.1998-ci il tarixinədək «Şəfəq» sovxozunda fəhlə işləmişdir. -işə əlavə edilmiş Azərbaycan Respublikası Dövlət X2 xx.xx.2022-ci il tarixli, k-3-157 nömrəli məktubunda bildirilir ki, Qapanlı kəndində fəaliyyət göstərmiş «Şəfəq» adına kolxozun 1973-1984-cü illərə dair əmək haqqı kitablarında adam günü norması barədə qeydiyyatlar olmadığı üçün həmin illərdə müəyyən olunmuş adam günü norması barədə məlumat verilməsi mümkün olmamışdır. Belə ki, rayon ərazisində fəaliyyət göstərən kolxozlarda müəyyən olunmuş minimum adam günü norması hər kolxozun özünün heyət iclasının qərarı ilə ayrı-ayrı illər üzrə ayrı-ayrı rəqəmlər təsdiq edilmişdir. -surəti işə əlavə edilmiş Azərbaycan Respublikası Dövlət X2 xx.xx.2021-ci il tarixli, k- 1-654 nömrəli arxiv arayışlarından görünür ki, İddiaçı “Şəfəq” adına kolxozda 1973, 1974, 1977, 1978, 1979, 1981, 1982, 1983 və 1984-cü illərdə işləyərək əmək haqqı almışdır. Bundan əlavə həmin dövrlərə aid əmək günü norması qeyd edilməmişdir. - surəti işə əlavə edilmiş Azərbaycan Respublikası Dövlət X2 xx.xx.2021-ci il tarixli, k- 1-654 nömrəli arxiv arayışından görünür ki, İddiaçı xx.xx.1984-cü il tarixli əmrlə fəhlə vəzifəsinə işə qəbul edilmiş, lakin sonuncunun işdən azad edilməsi barədə əmr aşkar edilməmişdir. -təsdiq edilmiş surəti işə əlavə edilmiş NZ ******* nömrəli hərbi biletdən görünür ki, iddiaçı xx.xx.1974-cü il tarixdən xx.xx.1976-cı il tarixinədək hərbi xidmətdə olmuşdur. -işə əlavə edilmiş xx.xx.2022-ci il tarixli Dövlət X2 arxiv arayışından görünür ki, iddiaçının “Şəfəq” sovxozundan işdən çıxma əmri aşkar edilməmişdir. -ƏƏSMN tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialının xx.xx.2022-ci il tarixli **********9 nömrəli məktubundan görünür ki, İddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsindən qanunla müəyyən edilmiş sosial sığorta stajına malik olmaması (hərbi xidmət dövrü də daxil edilməklə sığorta stajı 12 il təşkil edir) səbəbi ilə imtina edilmişdir. Ə s a s l a n d ı r m a h i s s ə s i: Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək, həmçinin mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olmaqla yanaşı, mahiyyət baxımından da əsaslıdır. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlərlə müəyyən olunmuşdur ki, iddiaçı xx.xx.1956-cı il təvəllüdlü olmaqla müvafiq illərdə əmək fəaliyyəti ilə məşğul olmuşdur. İddiaçı pensiya yaşına çatdığına görə ona yaşa görə əmək pensiyasının təyin edilməsi məqsədilə cavabdehə müraciət etmiş, lakin sonuncu iddiaçının ümumi iş stajının 12 il təşkil etdiyini, daha sonra məhkəməyə təqdim edilmiş xidməti məktubda isə 13 il 7 ay 16 gün olmasına görə yaşa görə əmək pensiyasının təyin olunmasından imtina etmişdir. Məhkəmə iş üzrə toplanmış sübutlara müqayisəli şəkildə, onlara tətbiq edilməli olan normativ hüquqi aktlar baxımından hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun:- -3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdir. -21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının; -3.1-ci bəndinə əsasən sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajından ibarətdir. -3.2-ci bəndinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası, əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı, mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işləyən şəxsi işəgötürənin arayışı (9 nömrəli əlavə) üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. Qeyd edilməlidir ki, şəxsin pensiya təyin edilməsi zamanı nəzərə alınmalı olan sosial sığorta stajı (iş stajı) bir qayda olaraq uzun illər ərzində toplanır. Bu illər ərzində onun işlədiyi, təhsil aldığı, hərbi xidmətdə olduğu və s. dövrlərin pensiya hüququ verən sosial sığorta stajına hesablanması, eləcə də hansı sənədlərin iş stajını təsdiq edən sənədlər kimi nəzərə alınmasının mümkünlüyü məsələsinə münasibətdə qanunvericiliyin normaları dəyişkən ola bilər. Belə dəyişkənliyin şəxsin hüquqlarını pozmamasını təmin etmək üçün “qazanılmış hüquq” konsepsiyası tətbiq edilməlidir. Göründüyü kimi əmək kitabçası olmadıqda və ya əmək kitabçasında müvafiq qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajını təsdiqedici sənəd kimi digər mötəbər sənədlər, o cümlədən arxiv arayışları, eləcə də əmək haqqı cədvəlləri nəzərə alına bilər. Yuxarıda istinad olunan əmək pensiyaları haqqında müvafiq qanunvericilik normalarına əsasən iş stajı nəzərə alınan zaman ilkin olaraq əmək kitabçası, bu olmadıqda isə digər sənədlər nəzərə alınır. İddiaçıya məxsus əmək kitabçası ilə təsdiq olunur ki, o, 1973-2006-cı illərdə ayrı-ayrı vaxtlarda müxtəlif işlərdə əmək funksiyasını yerinə yetirmişdir. Cavabdehin etirazında iddiaçıya pensiya təyin edilməsindən imtinaya səbəb kimi sığorta stajının ümumilikdə 12 il olması göstərilmişdir. Bundan əlavə etirazda İddiaçı “Şəfəq” adına kolxozda işlədiyi dövrə aid minumum əmək iştirakı norması göstərilmədiyi üçün 1973-cü ildən 1984-cü ilədək iş stajının neçə il təşkil etdiyi tam müəyyən edilə bilmədiyindən, bununla yanaşı iddiaçının xx.xx.1984-cü il tarixdən xx.xx.1998-ci il tarixədək “Şəfəq” sovxozunda işlədiyi dövrlərdə 1985-ci ildə 12 ay, 1986-cı ildə 9 ay, 1987, 1988, 1989-cu illərdə 12 ay, 1990-cı ildə 8 ay,1991-ci ildə 5 ay, 1992-ci ildə 2 ay, 1994-cü ildə 3 ay, 1996-1998-ci illərdə isə müvafiq olaraq bir ay əməkhaqqı almadığı müəyyən olunduğundan həmin dövrlərin sosial sığorta stajına daxil edilməsi mümkün deyildir. Məhkəmə xx.xx.2022-ci il tarixli, **********8 nömrəli xidməti məktubda cavabdeh orqan tərəfindən iddiaçının mübahisələndirilməyən sığorta stajının 13 il 7 ay 16 olması qeyd edilsə də həmin məktubda göstərilən dövrlərin məcmusu faktiki olaraq 18 il 6 ay 13 gün təşkil edir. Bu fakt isə özlüyündə qərəzsizliyini şübhə altına alır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Hazırda qüvvədə olmayan “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununun 67-ci maddəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzürlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır. Məhkəmə iddiaçının 1973-1974 və 1976-1984-cü illər üzrə kolxozda işlədiyi müddətlə bağlı qeyd edir ki, həmin müddət üzrə adam günü normalarının müəyyən edilməməsi iddiaçının sosial sığorta stajının hesablanmasında məhdudiyyət yaratmasına baxmayaraq, bu hal onun sosial təminat hüququnun məhdudlaşdırlıması ilə nəticələnə bilməz. Belə ki, həmin müddət üzrə iddiaçının işləməsi adam günü normasının qeyd edilməməsinə baxmayaraq, arxiv arayışı və əmək kitabçası ilə öz təsdiqini tapır. Bundan əlavə məhkəmə cavabdehin xx.xx.1984-cü il tarixində “Şəfəq” sovxozunda işəgirmə əmri olmasına baxmayaraq işdənçıxma əmri olmadığını əsas gətirərək həmin illərin sosial sığorta stajına daxil edilməsindən imtinası ilə bağlı qeyd edir ki, müəssisələrin sənədlərinin arxivə təhvil verilməməsi də iddiaçının ziyanına şərh edilə bilməz, çünki sənədlərin arxivə təhvil verilməsi iddiaçının deyil işəgötürənin vəzifəsidir və arxiv məlumatlarından, həmçinin əmək kitabçasında olan məlumatlardan görünür ki, iddiaçı xx.xx.1984-cü il tarixdən xx.xx.1998-ci il tarixədək fasiləsiz olaraq “Şəfəq” sovxozunda işləmişdir. Odur ki, iddiaçının xx.xx.1973-cü il tarixdən xx.xx.1974-cü il tarixinədək, xx.xx.1976-cı il tarixindən xx.xx.1984-cü il tarixədək “Şəfəq” kolxozunda və xx.xx.1984-cü il tarixdən xx.xx.1998-ci il tarixədək “Şəfəq” sovxozunda fəhlə işlədiyi müddət sosial sığorta stajı kimi nəzərə alınmalıdır. Beləliklə iş materiallarında olan sənədlərə əsasən xx.xx.1973-cü il tarixdən xx.xx.1974-cü il tarixinədək, xx.xx.1976-cı il tarixindən xx.xx.1984-cü il tarixədək “Şəfəq” kolxozunda və xx.xx.1984-cü il tarixdən xx.xx.1998-ci il tarixədək “Şəfəq” sovxozunda fəhlə işlədiyi müddətdə nəzərə alınmaqla müəyyən olunur ki, iddiaçının ümumilikdə 31 il 6 ay sığorta stajı, yəni yaşa görə əmək pensiyasının təyin edilməsi üçün kifayət qədər sosial sığorta stajı mövcuddur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən şəxsə yaşa görə əmək pensiyası təyin olunması üçün iki şərt ödənilməlidir, yəni şəxs müəyyən olunmuş yaş həddində olmalı və müvafiq staja (və ya fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalına) malik olmalıdır. İş materiallarına əlavə olunmuş sənədlərlə müəyyən olunmuşdur ki, iddiaçı xx.xx.1956-cı il təvəllüdlü olmaqla xx.xx.2021-ci il tarixdə artıq tələb olunan yaş (65 yaş) həddində olmuşdur. Deməli iddiaçının həmin tarixdə yaşa görə əmək pensiyası almaq hüququ yaranmışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun:- -7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. -32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. -37.7-ci maddəsinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği bu Qanunun 32.1-1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir. Beləliklə işin faktiki hallarına və yuxarıda qeyd olunan maddi hüquq normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh orqanın imtinası əsassız olmuşdur. Odur ki, məhkəmə hesab edir ki, iddiaçının işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi və hüququnun yarandığı tarixdən yaşa görə əmək pensiyanın təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34, 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı xx.xx.1973-cü il tarixdən xx.xx.1974-cü il tarixinədək, xx.xx.1976-cı il tarixindən xx.xx.1984-cü il tarixədək “Şəfəq” kolxozunda və xx.xx.1984-cü il tarixdən xx.xx.1998-ci il tarixədək “Şəfəq” sovxozunda işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi və hüququ yarandığı xx.xx.2021-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialının üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Emin Axundov
Məhkəmə qərarları › İş №2-1(114)-63/2023
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-63/2023
31.01.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver