Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-633/2021 18.05.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı vəkili və nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı (üçüncü şəxs X7) yaşayış yeri üzrə qeydiyyata alınma tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə 23.02.2021-ci il tarixdə məhkəməyə müraciət edərək, Samux rayonu, Kəsəmən kəndində yerləşən və X3 adına olan 0.26 ha torpaq sahəsində yerləşən 99.2 kv.m evə qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Samux Rayon Məhkəməsinin 06.08.2020-ci il tarixli, 2(058)-529/2020 nömrəli qətnaməsi ilə iddiaçının və azyaşlı övladı X5 Samux rayonu, Kəsəmən kəndində 0.26 ha torpaq sahəsində yerləşən hazırda X3 mülkiyyətində olmaqla istifadə etdiyi mübahisəli yaşayış evinə köçürülməsi və həmin evdən istifadə hüququnun tanınması qət edilmişdir. Qeyd olunan qətnamə qanuni qüvvəsini aldıqdan sonra iddiaçı həmin evə qeydiyyata düşmək məqsədilə Cavabdehnə müraciət etsə də, cavabdeh orqan bundan imtina etmişdir. İddiaçının vəkili X2 iddianı müdafiə etmiş, əlavə olaraq bildirmişdir ki, Samux Rayon Məhkəməsinin 06.08.2020-ci il tarixli, 2(058)-529/2020 nömrəli qətnaməsindən apelyasiya şikayəti verilməmiş, qətnamə qanuni qüvvəyə minmişdir. Üçüncü şəxs X7 əvvəlki məhkəmə iclasında iddia tələbini qəbul etməyərək bildirmişdir ki, iddiaçının qeydiyyata düşmək istədiyi ev onun mülkiyyətindədir, iddiaçının həmin evdə yaşamasına etiraz etməsə də, qeydiyyata düşməyinə razı deyildir. Bundan əlavə, Samux Rayon Məhkəməsinin 06.08.2020-ci il tarixli, 2(058)-529/2020 nömrəli qətnaməsindən apelyasiya şikayəti verməmişdir. Cavabdeh işə nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -********** qeydiyyat nömrəli, 06.12.2019-cu il qeydiyyat tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Samux rayonu, Kəsəmən kəndində yerləşən fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ əsasında X3 adına qeydiyyata alınmış, X4, X8, X9 və X10 hüquq sahibləri kimi qeyd olunmuşdur. -Samux Rayon Məhkəməsinin 06.08.2020-ci il tarixli, 2(058)-529/2020 nömrəli qətnaməsinin surətindən görünür ki, İddiaçı azyaşlı uşağı X11 ilə birlikdə Samux rayonu, Kəsəmən kəndində 0.26 ha torpaq sahəsində yerləşən və hazırda X3 mülkiyyətində olmaqla yaşayıb istifadə etdiyi mübahisəli yaşayış evinə köçürülməsi və həmin evə istifadə hüquqlarının tanınması qət edilmişdir. -Cavabdeh 05.05.2020-ci il tarixli, 181-6163-1220 nömrəli məktubundan görünür ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin 5-ci bəndinə əsasən İddiaçı Samux rayonu, Kəsəmən kəndində yerləşən evə qeydiyyata alınmasından imtina edilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olmaqla yanaşı mahiyyəti üzrə də əsaslıdır. Belə ki, iş materiallarında olan sənədlərlə müəyyən edilmişdir ki, Samux rayonu, Kəsəmən kəndində yerləşən fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ əsasında X3 adına qeydiyyata alınmış, həmçinin X4 da evin yerləşdiyi torpaq sahəsinə paylı hüquq sahibi kimi qeyd olunmuşdur. Bundan əlavə Samux Rayon Məhkəməsinin 06.08.2020-ci il tarixli, 2(058)-529/2020 nömrəli qətnaməsi ilə İddiaçı azyaşlı uşağı X11 ilə birlikdə Samux rayonu, Kəsəmən kəndində 0.26 ha torpaq sahəsində yerləşən və hazırda X3 mülkiyyətində olmaqla yaşayıb istifadə etdiyi mübahisəli yaşayış evinə köçürülməsi və həmin evə istifadə hüquqlarının tanınması qət edilmişdir. İddiaçı həmin yaşayış evi üzrə qeydiyyata alınması ilə bağlı Cavabdehnə müraciət etsə də, cavabdeh orqan bundan imtina etmişdir. Məhkəmə cavabdehin qeyd olunan imtinası ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun:- -1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. -5-ci maddəsinə əsasən yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) şəxsiyyət vəsiqəsi 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. Göründüyü kimi cavabdeh orqan yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsinin təqdim edilməməsi əsası ilə iddiaçının müraciətinin təmin edilməsindən imtina etsə də, nəzərə almamışdır ki, məhkəmənin qanuni qüvvəyə minmiş müvafiq qətnaməsinə əsasən onun azyaşlı övladı ilə birlikdə həmin yaşayış evinə istifadə hüquqları tanınmışdır. Beləliklə işin faktiki hallarına və yuxarıda qeyd olunan maddi hüquq normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh orqanın imtinası əsassız hesab edilməli və İddiaçı Samux rayonu, Kəsəmən kəndində yerləşən və X3 adına olan 0.26 ha torpaq sahəsində yerləşən evə yaşayış yeri üzrə qeydiyyata alınması öhdəliyi Cavabdehnə həvalə edilməlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin:- -2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr tərəfindən baxılır. -34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. -68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçun əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34, 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı Samux rayonu, Kəsəmən kəndində yerləşən və 06.12.2019-cu il tarixli, ********** nömrəli çıxarışla X3 adına qeydə alınmış evə qeydiyyata alınması öhdəliyi Cavabdehnə həvalə edilsin. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fikrət Hüseynov
Məhkəmə qərarları › İş №2-1(114)-633/2021
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-633/2021
18.05.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver