Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-633/2024 04.09.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundov Emin Tahir oğlunun sədrliyi, Allahverdiyeva Gülnara Elşən qızının katibliyi, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 14 saylı Ərazi Vergilər İdarəsinə qarşı 14 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2023-cü il tarixli **********896500 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarının ləğv edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı MMC cavabdeh 14 saylı Ərazi Vergilər İdarəsinə qarşı xx.xx.2023-cü il tarixdə iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, 14 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2023-cü il tarixli **********238200 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının vəkili (nümayəndəsi) Vəkil xx.xx.2023-cü il tarixdə məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, 14 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2023-cü il tarixli **********896500 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş, həmin ərizə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)- 633/2024 nömrəli qərardadı ilə inzibati məhkəmə icraatına qəbul edilmişdir. 1.İşin halları İddiaçı tərəf iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı xx.xx.2022-ci il tarixdə ********** nömrə ilə (VÖEN), ünvan 1 ünvanına malik olmaqla dövlət qeydiyyatına alınmışdır. xx.xx.2022-ci il tarixdən əlavə dəyər vergisının məqsədləri üçün qeydiyyata alınmış, əsas fəaliyyət növünün “tikinti materiallarının topdan satışı"ndan ibarət olduğu, ünvan 2 ünvanda yerləşən ümumi sahəsi 200 kv.m. olan "Anbar” adlı təsərrüfat subyektinin (obyektinin) (obyektin kodu: **********-16002), ünvan 3 ünvanda yerləşən ümumi sahəsi 300 kv.m. olan "Beton Zavod” adlı təsərrüfat subyekti (obyektinin) (obyektin kodu: **********-16001) uçota alınmışdır. 14 saylı Ərazi Vergilər İdarəsinin 26 iyul 2023-cü il tarixli qərarına əsasən "HİMALAY 2022” MMC-nə "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərara əsasən 2022-ci ilin mənfəət vergisi üzrə 234118,45 manat əlavə vergi məbləği hesablanılmışdır. Onlar hesablanılmış vergi məbləğli ilə razı deyil və bununla bağlı bütün sənədləri vergi orqanına inzibati şikayət edərək bildirmişlər. Şirkət Bakı şəhərində sement məhsullarının topdan ve pərakəndə satışı və beton markalarının satışı ilə məşğul olur. Sement məhsullarını X4 Zavodu MMCnin Qazax rayonunda yerləşən zavodundan alırlar. Aldıqları sementin Bakı şəhərinə daşınması üçün Luxoil Company MMC (VÖEN **********) ilə xx.xx.2022-ci il tarixdə daşıma müqaviləsi bağlamışlar. Müqavilə bağlanarkən sementin 1 tonu üçün daşıma qiymətləri 15.00 manat təyin edilmişdir. Lakin sonradan daşıma xərclərinin artması səbəbindən (nəqliyyat vasitələrinə yükgötürmə qabiliyyətindən artıq yüklərin vurulmasına qadağanın güclənməsi) daşıma qiymətlərinə yenidən baxılmasına zərurət yaranmışdır. Qeyd olunanlarla əlaqədar daşıma qiymətlərini yeni qiymətlərlə dəyişməli olmuşlar. Dəyişmiş qiymətlər əsasında Vergi Məcəlləsinin 163-cü maddəsinə əsasən “Qaytarma istisna olmaqla VM-in 163-cü maddəsinə əsasən dəqiqləşdirilmiş qaimə” əsasında qiymətlərə düzəliş edilmişlər. Həmçinin bir sıra daşımaların qaimələri sonradan yazılmışdır. Şirkət gəlir və xərclərinin uçotunu Vergi Məcəlləsinin 135 və 136 maddələrinə əsasən aparır. Müəssisə maliyyə hesabatlarını hesablama metodu ilə aparır. Xərclərin 2022-ci il ərzində çəkilməsi ilə bağlı müqavilə, təhvil-təslim aktları, daşımaya dair yol vərəqələri mövcuddur. Onlar qeyd olunan hallarla bağlı Dövlət Vergi Xidmətinə inzibati şikayət etsələr də, 18.09 2023-cü il tarixli **********105000 saylı inzibati şikayətin təmin edilməməsi barədə qərara əsasən şikayət təmin edilməmişdir. İddiaçı tərəf 14 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2023-cü il tarixli **********238200 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarını məhkəmədə mübahisələndirdikdən sonra, vergi orqanı sözügedən qərarı xx.xx.2023-cü il tarixdə ləğv edərək, xx.xx.2023-cü il tarixli **********896500 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərar qəbul edib yenidən 2022-ci ilin mənfəət vergisi üzrə 233118,45 manat əlavə vergi məbləği hesablanmışdır. İş materiallarına əlavə edilmiş 14 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2023-cü il tarixli **********896500 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarından görünür ki, vergi orqanı tərəfindən aparılmış kameral yoxlama nəticəsində 233118,45 manat əlavə hesablanmış vergi və ya sığorta haqqı məbləği müəyyən edilmişdir. Belə ki, təqdim edilmiş bəyannamə, hesabat üzrə iddiaçı tərəfin hesabladığı vergi və ya sığorta haqqı məbləği 1436,48 manat olsa da, vergi orqanı tərəfindən aparılmış kameral yoxlama nəticəsində müəyyən edilmiş vergi və ya sığorta haqqı məbləği 234554,93 manat təşkil etmişdir. İddiaçı tərəf iddia ərizəsi ilə məhkəməyə müraciət etməkdə vergi orqanı tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli **********896500 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarın ləğv edilməsi və həmin qərarla vergi orqanı tərəfindən aparılmış kameral yoxlama nəticəsində hesablanmış 233118,45 manat əlavə vergi və ya sığorta haqqı məbləğinin iddiaçının şəxsi vərəqəsindən silinməsinə nail olmaq istəmişdir. Belə ki, iddiaçı tərəf hesab edir ki, vergi orqanı tərəfindən sözügedən qərarlarla hesablanmış vergi haqqı və ya sığorta haqqı məbləğləri artıq hesablanmışdır. Vergi orqanının əlavə vergilərin hesablanması ilə bağlı mövqeyi onunla bağlıdır ki, vergi ödəyicisi tərəfindən təqdim edilmiş 2022-ci il üzrə mənfəət vergisi bəyannaməsinin xərclər bölməsinin hüquqi şəxslər üzrə icarə haqqı sətrində göstərilmiş 1839082,28 manat dəyərində icarə haqqının bank hesabına faktiki ödənilmədiyi, əlavə olaraq göstərilmiş icarə haqqına görə göstərilmiş xərci edən elektron qaimə fakturanın olmadığı müəyyən edilmişdir. Göründüyü kimi, vergi orqanı kameral hesablama apararkən kassa metodu ilə uçot aparan vergi ödəyicilərinə münasibətdə tətbiq edilən bank hesabına vəsaitin daxil olmamasına istinad etmişdir. İddiaçı tərəf Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 134-136-cı maddələrinə istinad edərək, müəssisənin gəlir və xərclərinin uçotunun hesablama metodu ilə aparılmasını bildirmişdir. İş üzrə şifahi məhkəmə baxışı iclası 04 sentyabr 2024-cü il tarixə təyin edilmişdir. Şifahi məhkəmə baxışı iclasının keçirilməsi yeri və vaxtı barədə tərəflərə rəsmi qaydada məlumat verilmiş, cavabdeh nümayəndəsinin iştirakını təmin etmiş, iddiaçının vəkili (nümayəndəsi) isə məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə müvafiq olaraq, məhkəmə iclasının iddiaçının vəkilinin (nümayəndəsinin) iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Şifahi məhkəmə iclasında iştirak edən cavabdehin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi iddiaya qarşı yazılı etiraza uyğun izahat verərək iddia tələbinin əsassız olduğunu və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçının vəkili (nümayəndəsi) iddia tələbinin təmin edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh 14 saylı Ərazi Vergilər İdarəsi tərəfindən məhkəməyə təqdim edilmiş iddia tələbinə dair xx.xx.2023-cü il tarixli, **********723600 nömrəli və xx.xx.2023-cü il tarixli, **********036300 nömrəli etirazlarda qeyd edilmişdir ki, uçot-baza məlumatlarına əsasən cəmiyyətin 17 mart 2022-ci il tarixdən vergi ödəyicisi kimi dövlət qeydiyyatına alındığı, 17 mart 2022-ci il tarixdən əlavə dəyər vergisinin məqsədləri üçün qeydiyyata alındığı, əsas fəaliyyət növünün “tikinti materiallarının topdan satışından ibarət olduğu, ünvan 4 ünvanda yerləşən ümumi sahəsi 200 kv.m. olan "Anbar" adlı təsərrufat subyektinin (obyektinin) (obyektin kodu: **********-16002), Bakı şəhəri, Nizami rayonu, Keşlə ŞTQ Davud Aslan ev 2 unvanda yerləşən ümumi sahəsi 300 kv.m. olan "Beton Zavod” adlı təsərrufat subyektinin (obyektinin) (obyektin kodu: **********-16001) uçotda olduğu muəyyən edilmişdir. Vergi ödəyicisi "HİMALAY 2022” Məhdud Məsuliyyətli Cəmiyyəti 01 iyun 2023-cü il tarixində təqdim etdiyi 2022-ci il üzrə mənfəət vergisi bəyannaməsinin kameral vergi yoxlaması zamanı bəyannamənin xərclər bölməsinin hüquqi şəxslər üzrə icarə haqqı sətrində göstərilmiş 1839082,28 manat dəyərində icarə haqqının bank hesabına faktiki ödənilmədiyi, əlavə olaraq göstərilmiş icarə haqqına görə göstərilmiş xərci təsdiq edən elektron qaimə fakturanın olmadığı muəyyən edilmişdir. Qeyd edilən kənarlaşma ilə əlaqədar "HİMALAY 2022” Məhdud Məsuliyyətli Cəmiyyətinə "Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” 10 iyul 2023-cü il tarixli **********399600 saylı məktub göndərilməsinə baxmayaraq, vergi ödəyicisi tərəfindən əsaslandırılmış izahat, müvafiq təsdiqedici sənədlər və ya dəqiqləşdirilmiş bəyannamə təqdim edilmədiyi üçün Vergi Məcəlləsının 37ci, 67-ci və 83-cü maddələrinə əsasən 2022-ci ilin mənfəət vergisi üzrə 233118,45 manat əlavə vergi məbləği hesablanmış və "Vergilərin, sosial sığorta və işsizlik sığorta haqlarının hesablanması barədə” 26 iyul 2023-cü il tarixli **********238200 saylı qərar qəbul edilərək vergi ödəyicisinə göndərilmişdir. Vergi Məcəlləsinin 16.1.3-cü maddəsinə əsasən qanunvericiliklə nəzərdə tutulmuş qaydada gəlirlərinin (xərclərinin) və vergitutma obyektlərinin uçotunu aparmağa, həmin Məcəllənın 16.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada vergi orqanlarına və onların vəzifəli şəxslərinə zəruri olan məlumatları və sənədləri, habelə mühasibat uçotu elektron formatda aparıldığı halda, özünün və filiallarının elektron daşıyıcılarında olan məlumatlara birbaşa və ya məsafədən çıxış imkanı yaratmaqla, həmin məlumatları vergi orqanının tələbi ilə təqdim etmək vergi ödəyicisinin vəzifəsinə aid edilmişdir. Həmin Məcəllənin 16.1.7-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş müddətdə mühasibat uçotu sənədlərini və vergilərin həsablanması və ödənilməsi üçün zərun olan digər sənədlərin, habelə alınan gəliri (hüquqi şəxslər üçün çəkilən xərclən də) və ödənilən (tutulan) vergiləri təsdiq edən sənədlərin saxlanılmasını təmin etmək vergi ödəyicisinin vəzifələrinə aid edilmişdir. Həmin Məcəllənin 175.1.3-cü maddəsinə əsasən vergi ödəyicisinə verilmiş elektron qaimə-faktura üzrə iki və ya daha çox ödəmə aparılarsa, hər ödəmə ödəniş miqdarında ayrıca əməliyyat üçün həyata keçirilmiş sayılır. Vergi ödəyicisinə vərlimiş elektron qaimə-faktura üzrə salınmış malların (iş və xidmətlərin) dəyəri ödənilən gündən bir iş günü müddətində, ƏDV-nin məbləği bu Məcəllə ilə və müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada ödənilməlidir Bu zaman malların (iş və xidmətlərin) dəyəri üzrə iki və ya daha çox ödəmə aparılarsa, ƏDV-nin məbləği aparılmış ödəniş məbləğinə uyğun olaraq ƏDV-nin depozit hesabına ödənilməlidir. Həmin Məcəllənin 23.1.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək, habelə Vergi Məcəlləsinin 23.1.2-ci maddəsinə əsasən vergi ödəyicilərində bütün maliyyə sənədlərini, mühasibat kitablarını, hesabatları, smetaları, nağd vəsaitləri, qiymətli kağızları və başqa qiymətliləri, bəyannamələri və vergilərin hesablanması və ödənilməsi ilə bağlı olan digər sənədləri qanunvericiliklə müəyyən edilmiş qaydada yoxlamaq, yoxlamaların keçirilməsi zamanı yoxlamaya aid olan məsələlərlə bağlı vergi ödəyicilərindən və ya onun vəzifəli şəxslərindən lazımi izahatlar, arayışlar və məlumat almaq, habele mühasibat uçotu elektron formatda aparıldığı halda elektron auditin məqsədləri üçün vergi ödəyicisinin və onun filiallarının elektron daşıyıcılarındakı məlumatlarının verilməsini, həmin məlumatlara birbaşa və ya məsafədən çıxış imkanının yaradılmasını tələb etmək vergi orqanlarının huquqlarına aid edilmişdir. Həmin Məcəllənin 23.1.5-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada vergi qanunvericiliyinin pozulması ilə bağlı işlərə baxmaq, hüquqi və fiziki şəxslərin vergi borclarına faizlər hesablamaq, bu şəxslərə maliyyə sanksiyaları və inzibati cərimələr tətbiq etmək vergi orqanlarının hüquqlarına aid edilmişdir. Həmin Məcəllənin 24.0.1-ci və 24.0.2-ci maddələrinə əsasən, vergi orqanları vergilərin düzgün hesablanmasına, tam ve vaxtında ödənilməsinə nəzarət ətməyə, vergi qanunvencıliyinə tam və dəqiq riayət etməyə və vergi ödəyicilərinin huquqlarını və qanuni mənəfelərini gözləməyə borcludur. Həmin Məcəllənin 37.1-ci maddasinə əsasən kameral vergi yoxlaması vergi orqanı tərəfindən yərlərə getmədən, vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçırilir. Həmin Məcəllənin 37.2-ci maddəsina əsasən kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən bu Məcəllənin 72-ci maddəsində nəzərdə tutulmuş vergi bəyannaməsinin, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışın təqdim edildiyi tarixdən mənfəət və gəlir vergisi bəyannaməsinə (ödəmə mənbəyində tutulan gəlirlər üzrə və xususi notariusun gəlir vergisi bəyannaməsi istisna olmaqla) münasibətdə 60 iş günü müddətində, digər bəyannamələrə, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışlara münasibətdə isə 30 iş günü müddətində keçirilir. Xaricdən əldə olunan gəlirlər üzrə xarici dövlətlərin səlahiyyətli orqanlarından müvafiq məlumatlar daxil olduğu halda kameral vergi yoxlaması bu Məcəllənin 85.4-cü maddəsində göstərilən dövr üzrə məlumatlar daxil olduğu tarixdən 90 iş günü müddətində keçirilir. Həmin Məcəllənin 37.3-cü maddəsinə əsasən kameral yoxlama aparmaq üçun vergi ödəyicisindən təqdim olunmuş bəyannamə ilə bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə vergi orqanı vergi ödəyicisindəki əlavə məlumat, sənəd və izahat tələb edə bilər. Həmin Məcəllənin 67.1-ci maddəsində qeyd edilmişdir ki, bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, mühasibat və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır. Həmin Məcəllənin 70.3-cü maddəsinə əsasən vergi hesablamalarına dair sənədlərin və ya vergi qanunvericiliyinə əsasən tərtib edilən digər sənədlərin heç biri, aşağıdakılara əməl edildiyi halda, etibarsız və ya prosessual pozuntularla tərtib edilmiş sayıla bilməz: 70.3.1. onlar öz məzmununa və mahiyyətinə görə vergi qanunvericiliyinə uyğun gəlirsə; 70.3.2. vergi hesablanılan və ya bu sənədlərin aid olduğu şəxs hamı üçün aydın şəkildə gostərilmişdirsə. 71.2-ci maddəsinə əsasən vergi ödəyiciləri bu Məcəllənin 71.1-ci maddəsində (vergi öhdəliklərinin yaranmasına səbəb olan) göstərilən uçot sənədlərini qanunvericiliklə müəyyən edilmiş qaydada aparmağa borcludurlar. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən vergi ödəyicisi vergi tutulan gəlirin (mənfəətin) dəqiq əks etdirilməsi üçün sənədləşdirilmiş məlumat əsasında gəlirlərinin və xərclərinin vaxtlıvaxtında dəqiq uçotunu aparmağa, bu fəsilə uyğun şəkildə tətbiq edilən uçot metodundan asılı olaraq gəlirlərini və xərclərini onların əldə edildiyi və ya çəkildiyi müvafiq hesabat dövrlərinə aid etməyə borcludur. Vergi ödəyicisinin istifadə etdiyi uçot metodunda xərclərin və daxilolmaların müddətləri ve uçotu qaydasına dair bütün tələblər nəzərə alınmalıdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 24.1-ci və 24.2-ci maddələrinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 79.3-cü maddəsinə əsasən şikayət üzrə icraat zamanı şikayət instansiyası tərəfindən işə mahiyyəti üzrə və tam həcmdə baxılır, şikayət olunan aktın qanunauyğunluğu və məqsədəuyğunluğu araşdırılır. 79.4-cü maddəsinə əsasən şikayət instansiyasının şikayət üzrə qərarı həm işdə olan, həm də əlavə təqdim olunmuş sübutlara əsaslanmalıdır. AR İPM-nin 32.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. AR İPM-nin 8.1.2-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Aşağıdakı sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişdir : -14 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2023-cü il tarixli **********238200 saylı və xx.xx.2023-cü il tarixli **********896500 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarları; -"HİMALAY 2022” Məhdud Məsuliyyətli Cəmiyyətinin Nizamnaməsi; -"xxxx" MMC və İddiaçı MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli, H-08/2022 nömrəli və xx.xx.2022-ci il tarixli, 08/2022 nömrəli alqı-satqı müqavilələr və müqavilələrə əlavələr; -14 saylı Ərazi Vergilər İdarəsi tərəfindən məhkəməyə təqdim edilmiş iddia tələbinə dair xx.xx.2023-cü il tarixli, **********723600 nömrəli və xx.xx.2023-cü il tarixli, **********036300 nömrəli etirazlar; -İddiaçı MMC hüquqi şəxsi haqqında məlumat vərəqinin surəti; -xx.xx.2023-cü il tarixli, **********399600 nömrəli Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında məktub; -Məhkəmə mühasibatlıq ekspertizasının təyin edilməsi barədə vəsatət; -Mənfəət vergisinin bəyannaməsi və bəyannaməyə əlavələr; -Malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron qaimə-fakturalar; -İddiaçı MMC tərəfindən 2022-ci il ərzində görülmüş iş və xidmətlər üzrə qiymət artımı ilə bağlı Qaytarma istisna olmaqla Vergi Məcəlləsinin 163-cü maddəsinə əsasən dəqiqləşdirilmiş elektron qaimə fakturalar; -Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 9/2483 saylı Ekspert Rəyi ; -14 saylı Ərazi Vergilər İdarəsi tərəfindən məhkəməyə təqdim edilmiş Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 9/2483 saylı ekspert rəyinə dair mülahizə. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia qismən təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. Çünki iddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsi (ləğv olunması və ya dəyişdirilməsi) dair iddia (mübahisələndirmə haqqında iddia) qaldırmışdır. Məhkəmə işin faktiki hallarına və aşağıda qeyd edilən normalara əsasən iddianı qismən əsaslı hesab edir. Belə ki, işin faktiki halları ilə müəyyən edilir ki, cavabdeh orqan tərəfindən iddiaçıya xx.xx.2023-cü il tarixli **********238200 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarı ilə vergi orqanı tərəfindən aparılmış kameral yoxlama nəticəsində müəyyən edilmiş vergi və ya sığorta haqqı 234554,93 manat (iddiaçı tərəfindən hesablanmış vergi və ya sığorta haqqı 1436,48 manat; əlavə hesablanmış vergi və ya sığorta haqqı məbləği 233118,45 manat) müəyyən edilmiş, sonra isə vergi orqanı sözügedən qərarı xx.xx.2023-cü il tarixdə ləğv edərək, xx.xx.2023-cü il tarixli **********896500 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərar qəbul edib yenidən 2022-ci ilin mənfəət vergisi üzrə 233118,45 manat əlavə vergi məbləği hesablamışdır. İddia tələbindən görünür ki, iddiaçı tərəf vergi orqanı tərəfindən qəbul edilmiş müvafiq qərarla hesablanmış verginin məbləği ilə razılaşmayaraq vergi orqanı tərəfindən sözügedən qərarlarla hesablanmış vergi haqqı və ya sığorta haqqı məbləğlərinin artıq hesablandığını hesab edərək, həmin qərarın ləğv edilməsi və hesablanmış verginin iddiaçının şəxsi vərəqəsindən silinməsinə nail olmaq istəmişdir. Məhkəmə tərəfindən hazırki mübahisə ilə bağı məhkəmənin xx.xx.2024-cü il tarixli, 2-1(114)-633/2024 nömrəli qərardadı ilə məhkəmə mühasibatlıq ekspertizası təyin edilmiş, ekspert qarşısında aşağıdakı sual qoyulmuşdur -İddiaçı 2022-ci il üzrə gəlirləri nə qədər təşkil edir? -İddiaçı 2022-ci il üzrə gəlirdən çıxılan xərclərinin, yaranan mənfəətin və dövlət büdcəsinə ödənilməli mənfəət vergisinin məbləği nə qədər təşkil edir? Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2024-cü il tarixli, 9/2483 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, tədqiqat zamanı müəyyən olunmuşdur ki, müəssisə tərəfindən vergi orqanına xx.xx.2023-cü il tarixində 2022-ci il üzrə dəqiqləşdirilmiş mənfəət vergisi bəyənnaməsi təqdim edilmişdir. Mənfəət bəyənnaməsində təqdim edilmiş elektron qaimə fakturalara əsasən müəssisənin gəlirləri 6 498 834.39 manat, cəmi xərcləri 6 104 046.88 manat (o cümlədən, əmək haqqı və ona bərabər tutulan ödəmələr - 22 050.00 manat, sosial sığorta haqları - 4 824.75 manat, malin dəyəri 4 563 296.66 manat, bank xidməti üzrə xərclər 31 943.07 manat, borc görə faizlər və onunla bağlı xərclər 30 455.25 manat, rezident üzrə nəqliyyat xərcləri 1 451 477.15 manat) bəyan olunmaqla vergitutma məqsədləri üçün 394 787.51 manat mənfəət müəyyən olunmuş və 78 957.50 manat mənfəət vergisi dövlət büdcəsinə hesablanılmışdır. (C. İİ, V.15) İş materiallarına əlavə edilmiş elektron qaimə fakturaların siyahısına əsasən müəyyən olunur ki, 2022-ci il ərzində müəssisə tərəfindən 6498834.39 manat dəyərində mal, iş və xidmətlərin təqdim edilməsinə dair elektron qaimə fakturalar təqdim edilmişdir. (C.İİ, V. 77). Həmçinin iş materialları ilə müəyyən olunmuşdur ki, dövr ərzində müəssisə tərəfindən elektron qaimə faktura əsasında alınmış malların dəyəri 4642611.52 (C.İİ, V. 27-135) manat (o cümlədən, sement - 4618271.02 manat, beton — 24 340.50 manat məbləğində), ofis ləvazimatları 753.65 manat, nəqliyyat xərcləri isə tərəflər arasında imzalanılmış daşıma xidmətlərinin görülməsinə dair təhvil təslim aktlarına (C.lİİ, V.1-67) əsasən 1312289,90 manat təşkil etmişdir . Göstərilənlərlə yanaşı qeyd edilmişdir ki, iş materiallarından göründüyü kimi, müəssisə gəlir və xərclərinin uçotunu hesablama metodu ilə aparmışdır. Beləliklə, təqdim edilmiş iş materiallarına əsasən 2022-ci il üzrə müəssisənin gəlir və xərcləri aşağıdakı kimi olması müəyyən olunmuşdur: Gəlirlər Malların təqdim edilməsindən gəlir 6498834.39 Xərclər Malın dəyəri 4642611,52 Əmək haqqı və ona bərabər tutulan ödəmələr 22050,00 Sosial sığorta haqları 4824,75 Bank xidməti üzrə xərclər 31943,07 Borca görə faizlər və onunla bağlı xərclər 30455,25 Rezident üzrə nəqliyyat xərcləri 1312289,90 Digər xərclər 753,65 Cəmi XƏRCLƏR 6044928,14 Vergitutma məqsədləri üçün mənfəət 453906,25 MƏNFƏƏT VERGİSİ 90781,25 Yəni, müəssisənin 2022-ci il üzrə fəaliyyətinə dair 90781,25 manat məbləğində mənfəət vergisi hesablanır. Lakin vergi orqanı kameral hesablama apararkən kassa metodu ilə uçot aparan vergi ödəyicilərinə münasibətdə tətbiq edilən bank hesabına vəsaitin daxil olmamasına istinad etmişdir. Bundan başqa qeyd edilmişdir ki, iş materiallarından göründüyü kimi, vergi ödəyicisi tərəfindən xx.xx.2023-cü il tarixində 2022ci il üzrə dəqiqləşdirilmiş mənfəət vergisi bəyannaməsi təqdim edilmişdir. Həmin bəyannaməyə əsasən 78957,50 manat mənfəət vergisi dövlət büdcəsinə hesablanmışdır. Beləliklə, ekspert qarşısında qoyulmuş suallara cavab olaraq bildirilmişdir ki, rəyin tədqiqi hissəsində göstərilənlərə və iş materiallarına əsasən İddiaçı MMC-nin 2022-ci il üzrə ümumi gəliri 6498834,39 manat, gəlirdən çıxılan xərcləri 6044928,14 manat, vergiyə cəlb edilən mənfəəti 453906,25 manat, dövlət büdcəsinə ödənilməli mənfəət vergisinin məbləğinin isə 11823,75 manat (90781,25-78957,50) olması müəyyən olunmuşdur. Cavabdeh orqan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 9/2483 nömrəli rəyinə dair məhkəməyə xx.xx.2024-cü il tarixli, 3-21-2-20/2-11617/2024 nömrəli mülahizə təqdim edərək bildirmişdir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 9/2483 nömrəli Ekspert rəyində İddiaçı MMC-nin 2022-ci il üzrə ümumi gəliri 6498834,39 manat gəlirdən çıxılan xərcləri 6044928,14 manat, vergiyə cəlb edilən mənfəəti 453906,25 manat, dövlət büdcəsinə ödənilməli mənfəət vergisinin məbləğinin isə 11823,75 manat (90781,25-78957,50) olması göstərilmişdir. İddiaçı tərəfindən hesablama metodu ilə təqdim edilmiş 2022-ci il üzrə mənfəət vergisi bəyannaməsində 1839082,28 manat dəyərində xərci təsdiq edən sənədin olmadığı müəyyən edilmişdir. Vergi ödəyicisi tərəfindən təqdim edilmiş 2022-ci il üzrə mənfəət vergisi bəyannaməsinin xərclər bölməsinin hüquqi şəxslər üzrə icarə haqqı sətrində göstərilmiş 1839082,28 manat dəyərində icarə haqqının bank hesabına faktiki ödənilmədiyi, əlavə olaraq göstərilmiş icarə haqqına görə göstərilmiş xərci təsdiq edən elektron qaimə fakturanın olmadığı müəyyən edilmişdir. Qeyd edilən kənarlaşma ilə əlaqədar iddiaçıya “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” 10 iyul 2023-cü il tarixli **********399600 saylı məktub göndərilməsinə baxmayaraq, iddiaçı tərəfindən əsaslandırılmış izahat, müvafiq təsdiqedici sənədlər və ya dəqiqləşdirilmiş bəyannamə təqdim edilmədiyi üçün Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83-cü maddələrinə əsasən 2022ci ilin mənfəət vergisi üzrə 233118,45 manat əlavə vergi məbləği hesablanmış və “Vergilərin, sosial sığorta və işsizlik sığorta haqlarının hesablanması barədə” 21 sentyabr 2023-cü il tarixli **********896500 saylı qərar qəbul edilərək vergi ödəyicisinə göndərilmişdir. Məhkəmə iş üzrə toplanmış sübutlara müqayisəli şəkildə, onlara tətbiq edilməli olan normativ hüquqi aktlar baxımından hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikasının Konstitusiyasının 73-cü maddəsinə əsasən, qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur. Heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergilər və başqa dövlət ödənişləri ödəməyə məcbur edilə bilməz. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin: - 23.1.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək vergi orqanının hüququdur. - 23.1.5-ci maddəsinə əsasən, Məcəllənin 23.1.5-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada vergi qanunvericiliyinin pozulması ilə bağlı işlərə baxmaq, hüquqi və fiziki şəxslərin vergi borclarına faizlər hesablamaq, bu şəxslərə maliyyə sanksiyaları və inzibati cərimələr tətbiq etmək vergi orqanlarının hüquqlarına aid edilmişdir. - 24.1.1-ci maddəsinə əsasən, vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə; vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə borcludur. - 24.1.2-ci maddəsinə əsasən, vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləməyə və müdafiə etməyə borcludur. - 37.1-ci maddasinə əsasən, kameral vergi yoxlaması vergi orqanı tərəfindən yərlərə getmədən, vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçırilir. - 37.2-ci maddəsina əsasən kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən bu Məcəllənin 72-ci maddəsində nəzərdə tutulmuş vergi bəyannaməsinin, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışın təqdim edildiyi tarixdən mənfəət və gəlir vergisi bəyannaməsinə (ödəmə mənbəyində tutulan gəlirlər üzrə və xususi notariusun gəlir vergisi bəyannaməsi istisna olmaqla) münasibətdə 60 iş günü müddətində, digər bəyannamələrə, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışlara münasibətdə isə 30 iş günü müddətində keçirilir. Xaricdən əldə olunan gəlirlər üzrə xarici dövlətlərin səlahiyyətli orqanlarından müvafiq məlumatlar daxil olduğu halda kameral vergi yoxlaması bu Məcəllənin 85.4-cü maddəsində göstərilən dövr üzrə məlumatlar daxil olduğu tarixdən 90 iş günü müddətində keçirilir. Həmin Məcəllənin 37.3-cü maddəsinə əsasən kameral yoxlama aparmaq üçun vergi ödəyicisindən təqdim olunmuş bəyannamə ilə bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə vergi orqanı vergi ödəyicisindəki əlavə məlumat, sənəd və izahat tələb edə bilər. - 67.1-ci maddəsinə əsasən, bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, mühasibat və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır. - 70.3-cü maddəsinə əsasən vergi hesablamalarına dair sənədlərin və ya vergi qanunvericiliyinə əsasən tərtib edilən digər sənədlərin heç biri, aşağıdakılara əməl edildiyi halda, etibarsız və ya prosessual pozuntularla tərtib edilmiş sayıla bilməz. 70.3.1. onlar öz məzmununa və mahiyyətinə görə vergi qanunvericiliyinə uyğun gəlirsə; 70.3.2. vergi hesablanılan və ya bu sənədlərin aid olduğu şəxs hamı üçün aydın şəkildə gostərilmişdirsə. - 71.2-ci maddəsinə əsasən, vergi ödəyiciləri bu Məcəllənin 71.1-ci maddəsində (vergi öhdəliklərinin yaranmasına səbəb olan) göstərilən uçot sənədlərini qanunvericiliklə müəyyən edilmiş qaydada aparmağa borcludurlar. - 94-cü maddəsinə əsasən, verginin hesablandığının səhv olduğunu sübut etmək vəzifəsi bu Məcəllə ilə müəyyən edilmiş hallarda vergi ödəyicisinin hesablamalarının səhv olduğunu vergi orqanının, vergi orqanının hesablamalarının səhv olduğunu vergi ödəyicisinin üzərinə düşür. - 104.1-ci maddəsinə əsasən, Rezident müəssisə üçün vergitutma obyekti onun mənfəətidir. Vergi ödəyicisinin bütün gəlirləri, o cümlədən onun Azərbaycan Respublikasının hüdudlarından kənarda daimi nümayəndəlikləri vasitəsilə əldə etdiyi gəlirləri, Azərbaycan Respublikasının hüdudlarından kənarda əldə etdiyi dividend, faiz, royalti (vergidən azad edilən gəlirdən başqa) ilə bu Məcəllənin X fəslində göstərilən, gəlirdən çıxılan xərc (vergidən azad edilən gəlirlər üzrə çəkilən xərclərdən başqa) arasındakı fərq mənfəətdir. - 130.1-ci maddəsinə əsasən, vergi ödəyicisi vergi tutulan gəlirin (mənfəətin) dəqiq əks etdirilməsi üçün sənədləşdirilmiş məlumat əsasında gəlirlərinin və xərclərinin vaxtlıvaxtında dəqiq uçotunu aparmağa, bu fəsilə uyğun şəkildə tətbiq edilən uçot metodundan asılı olaraq gəlirlərini və xərclərini onların əldə edildiyi və ya çəkildiyi müvafiq hesabat dövrlərinə aid etməyə borcludur. Vergi ödəyicisinin istifadə etdiyi uçot metodunda xərclərin və daxilolmaların müddətləri ve uçotu qaydasına dair bütün tələblər nəzərə alınmalıdır. Azərbaycan Respublikasının “İnzibati icraat haqqında” Qanunun: - 24.1-ci maddəsinə əsasən “İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur”. - 24.2-ci maddəsinə əsasən, inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. - 24.3-cü maddəsinə əsasən, inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. - 24.4-cü maddəsinə əsasən, təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. - 61.2-ci maddəsinə əsasən, əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. - 61.3-cü maddəsinə əsasən, inzibati akt diskresion səlahiyyətlər daxilində qəbul edildiyi halda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə əsaslandırmalıdır. - 61.40-cü maddəsinə əsasən, inzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Məhkəmə hazırki iş üzrə sübutları tam və hərtərəfli araşdırdıqdan sonra qiymətləndirərək iddianın qismən təmin edilməsi qətanətinə gəlmişdir. Belə ki, iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, vergi orqanı kameral hesablama apararkən kassa metodu ilə uçot aparan vergi ödəyicilərinə münasibətdə tətbiq edilən bank hesabına vəsaitin daxil olmamasına istinad etmişdir. Məhkəmə araşdırması nəticəsində məlum olmuşdur ki, İddiaçı maliyyə hesabatları hesablama metodu ilə aparılmışdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Vergi Məcəlləsinin hesablama metodu ilə gəlir və xərclərinin uçotunun aparılması qaydalarını müəyyən 134-136-cı maddələrində aşağıdakılar göstərilmişdir: -134-cü maddəsinə əsasən, hesablama metodu ilə uçot aparan vergi ödəyicisi gəlir əldə edilməsinin və xərc çəkilməsinin faktiki vaxtından asılı olmayaraq gəlirini və xərcini müvafiq surətdə gəlir almaq hüququnun əldə edildiyi və ya xərcin çəkilməsi barədə öhdəliyin yarandığı vaxt nəzərə almalıdır. -135-ci maddəsinə əsasən, müvafiq məbləğ vergi ödəyicisinə qeyd-şərtsiz ödənilməlidirsə, yaxud vergi ödəyicisi əqd və ya müqavilə üzrə bütün öhdəliklərini yerinə yetirmişdirsə, bu vaxt gəliri almaq hüququ əldə edilmiş sayılır. Vergi ödəyicisi müqavilə üzrə iş görürsə və ya xidmət göstərirsə, gəlir onu almaq hüququ müqavilədə nəzərdə tutulan işlərin görülməsinin və ya xidmətlərin göstərilməsinin tam başa çatdığı vaxtda əldə edilmiş sayılır. Vergi ödəyicisi gəlir əldə edirsə və ya onun faiz gəliri, yaxud əmlakın icarəyə verilməsindən gəlir əldə etmək hüququ vardırsa, borc öhdəliklərinin və ya icarə müqaviləsi üzrə ödəmənin müddətinin qurtardığı vaxt gəlir almaq hüququnun əldə edildiyi vaxt sayılır. Borc öhdəliyinin və ya icarə müqaviləsi üzrə ödəmənin müddəti bir neçə hesabat dövrünü əhatə edirsə, gəlir onun hesablanma qaydasına müvafiq surətdə həmin hesabat dövrləri üzrə bölüşdürülür. -136.1-ci maddəsinə əsasən, vergi ödəyicisi vergi uçotunun aparılması üçün hesablama metodundan istifadə etdikdə, əqdlə bağlı olan xərcin çəkilməsi vaxtı, bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, aşağıda sadalanan şərtlərin hamısına əməl edildiyi vaxt sayılır: 136.1.1. vergi ödəyicisi birmənalı olaraq maliyyə öhdəliklərini qəbul edir; 136.1.2. maliyyə öhdəliklərinin məbləği dəqiq qiymətləndirilir; 136.1.3. əqddə və ya müqavilədə iştirak edən bütün tərəflər əqd və ya müqavilə üzrə özlərinin bütün öhdəliklərini yerinə yetirmişlər, yaxud müvafiq məbləğlər qeydşərtsiz ödənilməlidir. -136.2-ci maddəsinə əsasən, bu maddədə göstərilən maliyyə öhdəliyi əqdə və ya müqaviləyə müvafiq surətdə qəbul edilən elə öhdəlikdir ki, onun yerinə yetirilməsindən ötrü əqdin və ya müqavilənin digər iştirakçısı pul şəklində və ya digər şəkildə müvafiq vəsait verməli olsun. -136.3-cü maddəsinə əsasən, borc öhdəliyi üzrə faizlər və ya əmlakın icarə haqqı ödənilərkən borc öhdəliyi və ya icarə müqaviləsi üzrə ödənişin müddəti bir neçə hesabat dövrünü əhatə edirsə, xərc həmin hesabat dövrləri üzrə onun hesablanma qaydasına müvafiq surətdə bölüşdürülür. Məhkəmə qeyd edir ki, iş materiallarından göründüyü kimi, vergi ödəyicisi tərəfindən xx.xx.2023-cü il tarixində 2022-ci il üzrə dəqiqləşdirilmiş mənfəət vergisi bəyannaməsi təqdim edilmişdir. Həmin bəyannaməyə əsasən 78957,50 manat mənfəət vergisi dövlət büdcəsinə hesablanmışdır. İş materiallarına əlavə edilmiş sənədlərlə müəyyən olunur ki, İddiaçı 2022-ci il üzrə ümumi gəliri 6498834,39 manat, gəlirdən çıxılan xərcləri isə 6044928,14 manat təşkil etmişdir. Belə olan halda, müəssisənin vergiyə cəlb edilməli mənfəəti 453906,25 manat, dövlət büdcəsinə ödənilməli mənfəət vergisinin məbləği isə 11823,75 manat (90781,25-78957,50) məbləğində olmalıdır. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutları sistemli şəkildə təhlil edib, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək belə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdeh tərəfindən İddiaçı MMC barəsində qəbul edilmiş xx.xx.2023-cü il tarixli, **********896500 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarı qismən ləğv edilməli, 11823,75 manat mənfəət vergisi İddiaçı MMC-nin üzərində saxlanılmalı, iş üzrə keçirilmiş məhkəmə ekspertizası üçün aparılmış tədqiqatın dəyəri olan 100 (bir yüz) manat ekspertiza xərci cavabdehdən alınaraq Az.MEM, VÖEN **********, AZ34CTRE ********************, X1, KOD 210005 VÖEN********** Müxbir hesab AZ41 NABZ013601**********3944 SFİFT BİK CTREAZ 22 saylı hesaba ödənilməlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 69.4-cü maddəsinə əsasən məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Cavabdehin iddianı qəbul etdiyi hallarda, qərarın əsaslandırma hissəsində yalnız iddianın cavabdeh tərəfindən qəbul edildiyi onun məhkəmə tərəfindən təsdiq olunduğu göstərilə bilər. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 75 və 85.1 maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia qismən təmin edilsin. Cavabdeh tərəfindən İddiaçı MMC barəsində qəbul edilmiş xx.xx.2023-cü il tarixli, **********896500 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarı qismən ləğv edilsin, 11823,75 manat mənfəət vergisi İddiaçı MMC-nin üzərində saxlanılsın. İddia qalan hissədə təmin edilməsin. İş üzrə keçirilmiş məhkəmə ekspertizası üçün aparılmış tədqiqatın dəyəri olan 200 (iki yüz) manat ekspertiza xərci cavabdehdən alınaraq Az.MEM, VÖEN **********, AZ34CTRE ********************, X1, KOD 210005 VÖEN********** müxbir hesab AZ 41 NABZ013601**********3944 SFİFT BİK CTREAZ 22 saylı hesaba ödənilsin. Qərar şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Emin Axundov
Məhkəmə qərarları › İş №2-1(114)-633/2024
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-633/2024
04.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver