Məhkəmə qərarları › İş №2-1(114)-634/2024

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-634/2024

15.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-634/2024 15.05.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi Axundov Emin Tahir oğlunun sədrliyi, Allahverdiyeva Gülnara Elşən qızının katibliyi, İddiaçının nümayəndəsi (vəkili) X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı müharibə veteranı adı və vəsiqəsinin verilməsi məqsədilə iddiaçının adının müvafiq siyahıya daxil edilərək razılaşdırılması ilə bağlı Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi (vəkili) X5 məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, müharibə veteranı adı və vəsiqəsinin verilməsi məqsədilə iddiaçının adının müvafiq siyahıya daxil edilərək razılaşdırılması ilə bağlı Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, o, 2014-cü il tarixdən N saylı hərbi hissənin tərkibində müddətdən artıq xidmət edən hərbi qulluqçu olaraq əsgər kimi xidmət edir.Onun vəzifəsi sürücüdür. O, 44 günlük Vətən müharibəsində ön cəbhədə xidmətdə olmuş, maşına aid ləvazimatlarla bağlı N günlük həmin hərbi hissədə olmuşdur. Bundan sonra isə xx.xx.2020-xx.xx.2020-ci il tarixədək döyüş əməliyyatlarında iştirak etmişdir. Bununla yanaşı, o, döyüş bölgələrinə silah-sursat aparmışdır. O, ona müharibə veteranı adı vəsiqəsinin verilməsi üçün cavabdeh orqana müraciət etsə də, bununla bağlı cavabdeh orqan tərəfindən imtina olunaraq bildirilmişdir ki, N nömrəli hərbi hissənin qulluqçusu olaraq N sentyabr 2020-ci il tarixdən 10 noyabr 2020-ci il tarixədək N nömrəli hərbi hissə komandirinin nizami hissə üzrə əmrində öz əksini tapmadığını bildirmişdir. İş üzrə şifahi məhkəmə baxışı iclası 15 may 2024-cü il tarixə təyin edilmişdir. Şifahi məhkəmə baxışı iclasının keçirilməsi yeri və vaxtı barədə tərəflərə rəsmi məlumat verilmiş, iddiaçının nümayəndəsi (vəkili) məhkəmə iclasına gəlmiş, iddiaçı gəlməmiş, cavabdeh isə nümayəndəsinin iştirakını təmin etməmişdir. İddiaçının nümayəndəsi (vəkili) X5 məhkəmə iclasında iddianı müdafiə edərək, iddia tələbinin təmin olunmasına dair qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə iddiaçı və cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi məhkəməyə iddia tələbinə dair xx.xx.2024-cü il tarixli, 3-25-4/2-1912/2024 nömrəli etiraz ünvanlayaraq bildirmişdir ki, “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnaməyə müvafiq olaraq müharibə veteranı adı 2020-ci il sentyabrın N-dən noyabrın 10-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Tərtər rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 2020-ci il N sentyabr tarixinədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, yəni döyüş əməliyyatlarının icrasının təşkilini və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçulara (hərbi hissə (bölmə) və ya orqanların mülki işçilərinə), həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə-hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. Bunla yanaşı, N nömrəli hərbi hissə komandirinin xx.xx.2024-cü il tarixli 1N nömrəli məktubuna əsasən N nömrəli hərbi hissənin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər İddiaçı xx.xx.2020-ci il tarixindən xx.xx.2020-ci il tarixinədək 172, 191, N və N nömrəli hərbi hissələrdə əmrlə ezamiyyətdə olmamışdır və yol vərəqələrinə əsasən getmişdir. Həmçinin, N nömrəli hərbi hissə komandirinin xx.xx.2024cü il tarixli 678 nömrəli məktubuna əsasən N nömrəli hərbi hissənin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər İddiaçı xx.xx.2020-ci il tarixindən xx.xx.2020-ci il tarixinədək N nömrəli hərbi hissə komandirinin nizami hissə üzrə əmrin verilməsinə əsas olan sənəd (ezamiyyət vəsiqəsi) təqdim etmədiyi üçün N nömrəli hərbi hissə komandirinin nizami hissə üzrə əmrində öz əksini tapmamışdır. Müdafiə Nazirliyinin aparatı nəzdində veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiyanın katibinin xx.xx.2024-cü il tarixli 4/3-122N nömrəli məktubuna əsasən təqdim olunmuş sənədlərdə müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər İddiaçı xx.xx.2020-ci il tarixindən xx.xx.2020-ci il tarixinədək döyüş əməliyyatları aparılan dövrdə fəaliyyətinin "Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamənin və müvafiq vəsiqələrin nümunəsinin, eskizinin və təsvirinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli 216 nömrəli Qərarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci 30 dekabr tarixli 420 nömrəli Qərarının 1.1-ci, 1.2-ci və 1.3-cü yarımbəndlərinə qeyd olunan tələblərə (meyarlara) uyğun gəlmədiyinə görə xx.xx.2022-ci İl tarixli iclas protokoluna əsasən komissiya ona "Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi üçün razılaşdırılması məqsədi ilə sənədlərinin Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsindən imtina olunur. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Müdafiə Nazirliyi N nömrəli hərbi hissə tərəfindən İddiaçı göndərilmiş xx.xx.2023-cü il tarixli, 678 nömrəli məktubun surətindən görünür ki, N nömrəli hərbi hissənin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər İddiaçı N sentyabr 2020-ci il tarixdən 10 noyabr 2020-ci il tarixədək N nömrəli hərbi hissə komandirinin nizami hissə üzrə əmrində öz əksini tapmamışdır. -iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Müdafiə Nazirliyi N nömrəli hərbi hissənin xx.xx.2022-ci il tarixli, 2N nömrəli məktubunda qeyd olunmuşdur ki, N nömrəli hərbi hissənin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər İddiaçı həqiqətən N nömrəli hərbi hissənin Qubadlı rayonu, Xınalıq kəndində açılmış səhra hospitalına ləvazimatların daşınmasında iştirak etmiş, lakin ezamiyyət vəsiqəsi təqdim etmədiyinə görə hərbi hissə komandirinin nizami hissə üzrə əmrinə düşməmişdir. -iş materiallarına əlavə edilmiş xx.xx.2020-ci il tarixli 195 nömrəli, xx.xx.2020-ci il tarixli 29N nömrəli, xx.xx.2020-ci il tarixli 3058 nömrəli və xx.xx.2020-ci il tarixli 3166 nömrəli yol vərəqələrindən görünür ki, İddiaçı Qubadlı rayonu istiqamətində hərbi əmlak daşımışdır. -iş materiallarına əlavə edilmiş AD ******* nömrəli Şəxsi vəsiqənin surətindən görünür ki, İddiaçı N nömrəli hərbi hissə komandirinin xx.xx.2004-cü il tarixli 12 nömrəli əmri ilə əsgər hərbi rütbəsi verilmiş, N nömrəli hərbi hissə komandirinin xx.xx.2014-cü il tarixli N nömrəli əmri ilə hərbi hissənin sürücüsü, sonra isə baş sürücü-radiotelefonçu vəzifəsinə təyin edilmişdir. -iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Müdafiə Nazirinin Katibliyi tərəfindən N saylı hərbi hissəyə ünvanlanmış xx.xx.2024-cü il tarixli, 4/3-122N nömrəli məktubun surətindən görünür ki, təqdim olunmuş sənədlərdə ÇAHHXHQ əsgər İddiaçı N.09-xx.xx.2020-ci il tarixlərdə döyüş əməliyyatları aparılan dövrdə fəaliyyətinin «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamənin və müvafiq vəsiqələrin nümunəsinin, eskizinin və təsvirinin təsdiq edilməsi haqqında » Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli, 216 nömrəli Qərarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2021-ci il tarixli, 420 nömrəli Qərarının 1.1-ci, 1.2-ci və 1.3-cü yarımbəndlərində qeyd olunan tələblərə (meyarlara) uyğun gəlmədiyinə görə xx.xx.2022-ci il tarixli iclas protokoluna əsasən komisiya ona « Müharibə veteranı » adının və vəsiqəsinin verilməsi üçün razılaşdırılması məqsədilə sənədlərinin Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsindən imtina olunmuşdur. -iş materiallarına əlavə edilmiş « Müharibə veteranı » adı və « Azərbaycan Respublikasının müharibə veteranı » vəsiqəsinin verilməsi üçün təqdim edilən döyüş əməliyyatlarının maddi-texniki təminat üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş hərbi qulluqçular barədə Arayış-məlumatdan görünür ki, İddiaçı N nömrəli hərbi hissəyə xx.xx.2014-cü il tarixdə, 379 nömrəli əmrlə daxil olmuş, MAHHXHQ əsgər rütbəsində, baş sürücü-radiotelefonçu vəzifəsində olmuş, xx.xx.2020-xx.xx.2020-ci il tarixlərdə 172, 191, N və N nömrəli hərbi hissələrə ezam olunmuş, Müdafiə nazirinin xx.xx.2021-ci il tarixli, 062 nömrəli əmrinə və N nömrəli hərbi hissə komandirinin xx.xx.2020-ci il tarixli, 03 nömrəli döyüş əmrinə əsasən, N nömrəli hərbi hissə komandirinin xx.xx.2020-ci il tarixli, 05 nömrəli döyüş sərəncamı, N nömrəli hərbi hissənin N nömrəli döyüş sərəncamı və N nömrəli hərbi hissə komandirinin xx.xx.2020-ci il tarixli, 013 nömrəli döyüş sərəncamına əsasən hücum fəaliyyətinə uyğun döyüş tapşırıqlarını icra etmişdir. Ezam olunduğu hərbi hissələrə daxil olması və çıxması yol vərəqəsi əsasında getdiyi üçün 172, 1N və N və N nömrəli hərbi hissələrdə qeydiyyata düşməmişdir. Həmin hərbi hissələrə ezamiyyət vəsiqəsi ilə getməyib, xx.xx.2020-xx.xx.2020-ci il tarixlərdə yol vərəqəsinə əsasən getmişdir. Kəlbəcər rayonu istiqamətində gedən döyüş əməliyyatlarında döyüş ləvazimatlarının, avtomobil ehtiyyat hissələrinin, zirehli gödəkcələrin, əşya-əmlakın, tibbi ləvazimatların daşınması və digər maddi-texniki təminat üzrə döyüş tapşırıqlarının yerinə yetirilməsində bilavasitə iştirak etmişdir. Göygöl, Daşkəsən, Qubadlı və Füzuli rayonlarına ezam olunmuşdur. Xəsarət almamışdır. -iş materiallarına əlavə edilmiş N nömrəli hərbi hissə komandirinin xx.xx.2020-ci il tarixli, 257 nömrəli Əmrindən çıxarışın surətindən görünür ki, MAHHXHQ əsgər İddiaçı xidməti zərurətlə əlaqədar olaraq xx.xx.2020-ci il tarixdə hərbi hissəyə ezamiyyətə gəlmiş hesab edilmişdir. -iş materiallarına əlavə edilmiş N nömrəli hərbi hissə komandirinin xx.xx.2020-ci il tarixli, 261 nömrəli Əmrindən çıxarışın surətindən görünür ki, MAHHXHQ əsgər İddiaçı xidməti zərurətlə əlaqədar olaraq ezamiyyət müddəti bitdiyi üçün xx.xx.2020-ci il tarixdən getmiş hesab edilmişdir. -iş materiallarına əlavə edilmiş N nömrəli hərbi hissə komandirinin xx.xx.2020-ci il tarixli, 262 nömrəli Əmrindən çıxarışın surətindən görünür ki, MAHHXHQ əsgər İddiaçı xidməti zərurətlə əlaqədar olaraq xx.xx.2020-ci il tarixdə hərbi hissəyə ezamiyyətə gəlmiş hesab edilmişdir. -iş materiallarına əlavə edilmiş N nömrəli hərbi hissə komandirinin xx.xx.2020-ci il tarixli, 266 nömrəli Əmrindən çıxarışın surətindən görünür ki, MAHHXHQ əsgər İddiaçı xidməti zərurətlə əlaqədar olaraq ezamiyyət müddəti bitdiyi üçün xx.xx.2020-ci il tarixdən getmiş hesab edilmişdir. -iş materiallarına əlavə edilmiş N nömrəli hərbi hissə komandirinin xx.xx.2020-ci il tarixli, 268 nömrəli Əmrindən çıxarışın surətindən görünür ki, MAHHXHQ əsgər İddiaçı xidməti zərurətlə əlaqədar olaraq xx.xx.2020-ci il tarixdə hərbi hissəyə ezamiyyətə gəlmiş hesab edilmişdir. -iş materiallarına əlavə edilmiş N nömrəli hərbi hissə komandirinin xx.xx.2020-ci il tarixli, N4 nömrəli Əmrindən çıxarışın surətindən görünür ki, MAHHXHQ əsgər İddiaçı xidməti zərurətlə əlaqədar olaraq ezamiyyət müddəti bitdiyi üçün xx.xx.2020-ci il tarixdən getmiş hesab edilmişdir. -iş materiallarına əlavə edilmiş N nömrəli hərbi hissə komandirinin xx.xx.2020-ci il tarixli, N8 nömrəli Əmrindən çıxarışın surətindən görünür ki, MAHHXHQ əsgər İddiaçı xidməti zərurətlə əlaqədar olaraq xx.xx.2020-ci il tarixdə hərbi hissəyə ezamiyyətə gəlmiş hesab edilmişdir. -iş materiallarına əlavə edilmiş N nömrəli hərbi hissə komandirinin xx.xx.2020-ci il tarixli, 282 nömrəli Əmrindən çıxarışın surətindən görünür ki, MAHHXHQ əsgər İddiaçı xidməti zərurətlə əlaqədar olaraq ezamiyyət müddəti bitdiyi üçün xx.xx.2020-ci il tarixdən getmiş hesab edilmişdir. -iş materiallarına əlavə edilmiş N nömrəli hərbi hissə tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2024-cü il tarixli, 453 nömrəli məktubdan görünür ki, İddiaçı adlı hərbi qulluqçunun xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək döyüş əməliyyatlarında iştirak etməsi barədə hərbi hissədə rəsmi məlumat yoxdur. -iş materiallarına əlavə edilmiş N nömrəli hərbi hissə komandirinin xx.xx.2024-cü il tarixli, 1N nömrəli məktubunun surətindən görünür ki, N nömrəli hərbi hissənin hərbi qulluqçusu MAHHXHQ əsgər İddiaçı xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək 172, 191, N və N nömrəli hərbi hissələrdə əmrlə ezamiyyətdə olmamışdır. Yol vərəqələrinə əsasən getmişdir. -iş materiallarına əlavə edilmiş N nömrəli hərbi hissə komandirinin xx.xx.2024-cü il tarixli, 242 nömrəli məktubunun surətindən görünür ki, İddiaçı N nömrəli hərbi hissədə olması barədə nizami hissə üzrə əmrlər kitabında heç bir qeyd yoxdur. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim edilmiş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olmaqla yanaşı, mahiyyət baxımından da əsaslıdır. Belə ki, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin 2-ci abzasının tələblərinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Həmin Qanunun 7-ci maddəsinin 1-ci abzasının tələblərinə əsasən müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin maddənin 3-cü abzasının tələblərinə əsasən veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli, 216 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamə “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununa əsasən “Müharibə veteranı”, “Silahlı Qüvvələr veteranı” və “Əmək veteranı” adlarının və müvafiq vəsiqələrin (vəsiqənin nümunəsi Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir) verilməsi qaydasını və şərtlərini tənzimləyir. Həmin Əsasnamənin 1-ci bəndinin 9-cu yarımbəndinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2020-ci il sentyabrın N-dən noyabrın 10-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Tərtər rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 2020-ci il N sentyabr tarixinədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, yəni döyüş əməliyyatlarının icrasının təşkilini və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçulara və ya döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçulara (hərbi hissə (bölmə) və ya orqanların mülki işçilərinə), həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında müharibə veteranı adı verilir. Bu Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin səkkizinci, doqquzuncu və onuncu yarımbəndlərində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış, əmək müqaviləsinə xitam verilmiş şəxslərin sonuncu xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), hərbi hissələrə (bölmələrə) və ya orqanlara ezam olunmuş mülki şəxslərin isə ezam olunduqları yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X1 Xidməti və Azərbaycan Respublikasının Strateji X2 Agentliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir. Cavabdeh iddiaçının tələbinin təmin edilməməsini iddiaçının xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək N nömrəli hərbi hissə komandirinin nizami hissə üzrə əmrin verilməsinə əsas olan sənəd (ezamiyyət vərəqəsi) təqdim etmədiyi üçün N nömrəli hərbi hissə komandirinin nizami hissə üzrə əmrində öz əksini tapmaması, həmin tarixlərdə 172, 191, N və N nömrəli hərbi hissələrdə əmrlə ezamiyyətdə olmaması və yol vərəqələri əsasında getməsi ilə əsaslandırmışdır. Lakin məhkəmə qeyd etməyi zəruri hesab edir ki, yuxarıda qeyd olunan maddi hüquq normalarının tələblərinə əsasən müəyyən olunur ki, bilavasitə döyüş əməliyyatlarında iştirak etmiş hərbi qulluqçularla yanaşı döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçulara (hərbi hissə (bölmə) və ya orqanların mülki işçilərinə), həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi o halda verilir ki, onlar bu barədə ezamiyyət vəsiqələrini, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədləri təqdim etmiş olsunlar. İş materiallarına əlavə edilmiş arayış-məlumatı, müvafiq əmrlər və yol vərəqələrindən də görünür ki, döyüş əməliyyatları aparılan zaman (xx.xx.2020-xx.xx.2020-ci il tarixlərdə) iddiaçı Məmmədov X4 rayonu istiqamətində gedən döyüş əməliyyatlarında döyüş ləvazimatlarının, avtomobil ehtiyyat hissələrinin, zirehli gödəkcələrin, əşya-əmlakın, tibbi ləvazimatların daşınması və digər maddi-texniki təminat üzrə döyüş tapşırıqlarının yerinə yetirilməsində bilavasitə iştirak etmiş, Qubadlı və Füzuli rayonlarına ezam olunmuşdur. Bu hal “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin müvafiq bəndinin tələblərinə əsasən iddiaçıya müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi verilməsi üçün əsasdır. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilməli və müharibə veteranı adı və vəsiqəsinin verilməsi məqsədilə iddiaçının adının müvafiq siyahıya daxil edilərək razılaşdırılması ilə bağlı Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə həvalə edilməlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin:- -2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr tərəfindən baxılır. -34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. -68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçun əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34, 68, 69, 73.1, 75 və 81-86-cı maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı müharibə veteranı adı və vəsiqəsinin verilməsi məqsədilə iddiaçının adının müvafiq siyahıya daxil edilərək razılaşdırılması ilə bağlı Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə həvalə edilsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə (Ünvan: Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Emin Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar