Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-635/2021 07.04.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsinə qarşı (üçüncü şəxs Bərdə rayon Cəyirli bələdiyyəsi) torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın Dövlət reyestrində qeydə alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh DƏDRX-nin 7 saylı Bərdə Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2021-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, Bərdə rayon Cəyirli bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 04 saylı qərarı ilə ona ayrılmış 0.06 ha torpaq sahəsinin üzərində hüquqlarının daşınmaz əmlakın Dövlət reyestrində qeydə alınması və bu barədə müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Bərdə rayon Cəyirli bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 04 saylı qərarı ilə iddiaçıya bələdiyyənin mülkiyyətində olan 0.06 ha torpaq sahəsi ayrılaraq yaşayış evi tikmək üçün iddiaçıya verilmişdir. İddiaçı DƏDRX-nin 7 saylı Bərdə Ərazi İdarəsinə müraciət edərək qeyd olunan torpaq sahəsinin üzərində hüquqlarının dövlət qeydiyyatına alınmasını xahiş etsə də cavabdeh bundan imtina etmişdir. Məhkəmənin xx.xx.2021-ci il tarixli qərardadı ilə Bərdə rayon Cəyirli bələdiyyəsi məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. İddiaçının nümayəndəsi X2 məhkəmə iclasında iddianı müdafiə etmiş və əlavə olaraq bildirmişdir ki, iddiaçı arvadıdır, həmin sahə yaşadıqları evin arxasında yerləşir və sahədən 2007-ci ildən istifadə edirlər. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə və üçüncü şəxsə məlumat verilməsinə baxmayaraq nümayəndələrinin məhkəmə iclasında iştirakını təmin etməmiş, səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə işə cavabdehin və üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsi tərəfindən məhkəməyə göndərilmiş xx.xx.2021-ci il tarixli, **********12 nömrəli iddia ərizəsinə etirazda qeyd edilmişdir ki, torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınması üçün iddiaçı tərəfindən təqdim edilmiş sənədlərdə bir sıra çatışmazlıq vardır. Belə ki, sənədlərin ekspertizası zamanı məlum olmuşdur ki, Bərdə rayon Cəyirli bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 04 saylı qərarı ilə iddiaçıya ayrılmış 0.06 ha torpaq sahəsinin ayrılması barədə qərar təqdim olunmuş, lakin keçmiş DTXK-nin Bərdə rayon şöbəsinin müvafiq rəyi və təsdiq olunmuş sxemi, ödəniş qəbzi, torpaq sahəsinin yerquruluşu planı, sahəseçmə aktı, alqı-satqı aktı, torpaq sahəsinin plan və ölçü sənədi təqdim olunmamışdır. Bu səbəbdən də torpaq sahəsi üzərində iddiaçının hüquqlarının dövlət qeydiyyatına alınması mövcud qanunvericiliyin tələblərinə uyğun deyildir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -DƏDRX-nin 7 saylı Bərdə Ərazi İdarəsinin xx.xx.2021-ci il tarixli, **********52 nömrəli məktubunun surətindən görünür ki, iddiaçının müvafiq müraciəti müsbət həll edilməmişdir. -Bərdə rayon Cəyirli bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 04 saylı iclas protokolundan çıxarışın surətindən görünür ki, bələdiyyənin ehtiyyat fond torpağından 0.06 ha torpaq sahəsi ayrılaraq yaşayış evi tikmək məqsədilə İddiaçı satılması qərara alınmışdır. -Bərdə rayon Cəyirli bələdiyyəsinin xx.xx.2007-ci il tarixli kassa mədaxil orderinin surətindən görünür ki, İddiaçı tərəfindən torpağın alqı-satqısına görə bələdiyyənin hesabına 120 manat ödənilmişdir. -Bərdə rayon Cəyirli bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 38 nömrəli DTXK-nin Bərdə rayon şöbəsinə ünvanlanmış məktubunun surətindən görünür ki, bələdiyyənin ehtiyyat fond torpağından 0.06 ha torpaq sahəsinin ayrılaraq yaşayış evi tikmək məqsədilə İddiaçı satıldığı bildirilərək müvafiq yerquruluşu sənədlərinin hazırlanması xahiş olunmuşdur. -Bərdə rayon Cəyirli bələdiyyəsi tərəfindən təsdiq olunmuş bələdiyyənin yerquruluşu planından çıxarışın surətindən görünür ki, İddiaçı ayrılmış torpaq sahəsi Bərdə-Yevlax yolunun şərq hissəsində yerləşməklə qərbdən yol ilə, cənubdan və şimaldan isə həyətyanı sahələrlə sərhəddir. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edirki, iddia təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. Məhkəmə işin faktiki hallarına və aşağıda qeyd edilən normalara əsasən iddianı əsaslı hesab edir. Belə ki, iş materialları ilə müəyyən olunmuşdur ki, sözügedən torpaq sahəsi bələdiyyənin xx.xx.2007-ci il tarixli, 04 saylı qərarına əsasən iddiaçıya satılmış və həyətyanı torpaq sahəsidir. Bələdiyyənin müvafiq iclas protokolundan da göründüyü kimi həmin torpaq sahəsi idiaçıya fərdi yaşayış evinin tikintisi məqsədilə ayrılmışdır. Mövcud torpaq qanunvericiliyinə əsasən fərdi yaşayış evinin tikintisi üçün bələdiyyə torpağının alqısatqı edilməsi nəzərdə tutulmuşdur. Həmçinin bələdiyyələrə məxsus olan daşınmaz əmlaka dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqlarının dövlət qeydiyyatı üçün əsas hesab olunur. Məhkəmə işin faktiki hallarına və aşağıda qeyd edilən normalara əsasən cavabdeh orqanın imtinasını əsassız hesab edir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən, xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun: -7.3.1-ci maddəsinə əsasən xüsusi mülkiyyətə verilən bələdiyyə torpaqları mülkiyyətində torpaq sahəsinin olub olmamasından asılı olmayaraq haqqı ödənilməklə fərdi yaşayış və bağ evlərinin tikintisi üçün Azərbaycan Respublikasının vətəndaşlarına verilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun: -2-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsi və digər normativ-hüquqi aktları ilə müəyyən olunmuş qaydada aparılır. - 8.0.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqlarının əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. -12-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənəd əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68.1 maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikasıİnzibati-Prosessual Məcəlləsinin 2, 34,68,69, 73,75,78,81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərar aldı: İddia təmin edilsin. Bərdə rayon Cəyirli bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 04 saylı qərarına əsasən İddiaçı satılmış 0.06 ha həyətyanı torpaq sahəsinin daşınmaz əmlakın Dövlət reyestrində onun adına qeydiyyata alınaraq müvafiq çıxarışın verilməsi öhdəliyi Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsinə həvalə edilsin. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fikrət Hüseynov
Məhkəmə qərarları › İş №2-1(114)-635/2021
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-635/2021
07.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver