Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-635/2024 05.03.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi ilə, İddiaçı Cavabdehnə sərəncamın ləğvi, işə bərpa və məcburi işburaxma dövrü üçün əmək haqqının ödənilməsi tələbinə dair işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı Cavabdehnə qarşı xx.xx.2023-cü il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh başçısının 23 avqust 2023-cü il tarixli, 79 nömrəli sərəncamının ləğv edilməsi, Cavabdeh başçısının Bağlıpəyə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsinə bərpa edilməsi, itirilmiş əmək stajının hesablanması, məcburi iş buraxma dövründə ödənilməli olan əmək haqqının ödənilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2016-cı il tarixdə Cavabdeh Başçısının Bağlıpəyə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsinə təyin edilmiş,həmin tarixdən 23 avqust 2023-cü il tarixə qədər icra nümayəndəsi vəzifəsində şəhid oğluna yaraşan qaydada qüsursuz işləmişdir. Ona görədə Cavabdeh başçısı Azər Qocayevin 20 iyun 2023-cü il tarixli sərəncamı ilə "fəxri fərmania" təltiv edilmişdir. Buna baxmayaraq ona məlum olmayan səbəbdən Cavabdeh başçısının 23 avqust 2023-cü il tarixli, 79 nömrəli sərəncamı ilə əsasız yerə vəzifəsindən azad edilmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə etmiş, əlavə olaraq bildirmişdir ki, Cavabdeh Başçısının köməkçisi Murov Həsənovla aralarında münaqişə işdən azad edildikdən sonra, yəni xx.xx.2023-cü ildə baş vermişdir, həmin gün Rayon İcra Hakimiyyətinə işdən çıxarılmağının səbəbini öyrənmək üçün getmişdir. İddiçının vəkili iddianı müdafiə etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, nümayəndəsinin iştirakının təmin etməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasının mümükn hesab etmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -surəti işə əlavə edilmiş Cavabdeh xx.xx.2016-cı il tarixli 116 nömrəli əmrindən görünür ki, İddiaçı Cavabdeh başçısının Bağlıpəyə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsinə təyin edilmişdir. -surəti işə əlavə edilmiş Cavabdeh xx.xx.2023-cü il tarixli 165 nömrəli əmrindən görünür ki, İddiaçı xx.xx.2023-cü il tarixdə Kəlbəcər RİH-nin inzibati binasında növətçi olan zaman üzürlü səbəb olmadan iş yerinə gəlmədiyinə görə ona töhmət verilmişdir. -surəti işə əlavə edilmiş Kəlbəcər RİH başçısı aparatı, başçının köməkçisi X4, Kəlbəcər RİH başçısı aparatının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsi məsləhətçi X5, Kəlbəcər RİH başçısı aparatının baş mütəxəssisi X3, Kəlbəcər RİH başçısı aparatında mühafizə xidməti aparan, Göygöl Rayonlararası Mühafizə Bölməsinin əməkdaşı-mühafizəçi X1 və Kəlbəcər RİH başçısı aparatı, baş mühasib X6 iştirakı ilə tərtib edilmiş xx.xx.2023-cü il tarixli aktın məzmununda qeyd olunur ki, Bağlıpəyə İnzibati ərazi Dairəsi üzrə nümayəndəsi İddiaçı xx.xx.2023-ci il tarixdə RİH binasında cədvəl üzrə gecə növbətçisi olduğu, lakin növbətçi yerinə gəlmədiyi üçün başçının köməkçisi M.Həsənov ona zəng edərək gəlməsini bildirmişdir. O, səhər saat 09:00 radələrində RİH-nin inzibati binasına gəlmiş və köməkçi ilə söhbət etmişdir. Sohbət əsasında sözləri üst-üstə düşmədiyi üçün arlarında mübahisə yaranmış və anlaşılmazlığa aydınlıq gətirmək uçün RİH başçısının qəbuluna gəlmişlər. Aktda adları qeyd olunan RİH əməkdaşlarının yanında Kəlbəcər RİH başçısının gözləmə otağında yenidən mubahişə etmiş və başçının köməkçisi Murov Həsənova fiziki güc tətbiq edərək döymüşdür. Kəlbəcər RİH başçısı X8 Q İsmayılovu öz xidməti otağında dəvət etmiş ona dövlət qulluqçusunun etik davranış qaydalarını kobut surətdə pozduğunu bildirmiş və onun M.Həsənovdən üzr istəməsini qeyd etmisdir. Ancaq İddiaçı üzr istəməyəcəyını bildirmişdir. İddiaçı yazılı izahat verməsi bildirilsə də o izahat verməkdən imtina etmiş və RİH-nin inzibati binasını tərk etmişdir. -surəti işə əlavə edilmiş Cavabdeh başçısının 23 avqust 2023-cü il tarixli, 79 nömrəli sərəncamının məzmunundan görünür ki, İddiaçı “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 25.2.6-cı və 33.1.6-cı maddəsinə uyğun olaraq həmin tarixdən tutduğu vəzifədən azad edilərək, onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edirki, iddia təmin edilməməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 32-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia qaldırmışdır. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.1 və 32.1-ci maddələri) aid olan hazırki iddianın müddətlə bağlı ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı tərəfindən mübahisələndirilən sərəncam cavabdeh orqan tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş və iddiaçı hazırki tələb üzrə iddia ərizəsini xx.xx.2023-cü il tarixdə məhkəməyə təqdim etmişdir. İddia mümkün iddia olsa da, mahiyyət baxımından əsaslı deyil. İş materialları ilə müəyyən olunur ki, mübahisələndirilən sərəncamda iddiaçının işdən azad edilməsinə səbəb olaraq dövlət qulluqçularının etik davranış qaydalarına zidd hərəktlərə yol verməsi göstərilmişdir. Məhkəmə araşdırması zamanı tədqiq edilmiş sübutlarla (o cümlədən cavabdeh tərəfindən təqdim edilmiş audio-video disklə) müəyyən edilmişdir ki, iddiaçı xx.xx.2023-cü il tarixdə Cavabdeh inzibati binasında icra hakimiyyətinin əməkdaşına qəflətən yumruq zərbələri endirmiş, digər əməkdaşların müdaxiləsi ilə münaqişə dayandırılmışdır. İddiaçı qeyd olunan münaqişənin işdən azad edildiyi tarixdən sonra, yəni xx.xx.2023-cü il tarixdə baş verməsini bildirsə də qeyd olunan diskə baxış zamanı hadisənin görüntülərinin xx.xx.2023-cü il tarixdə qeydə alındığı müəyyən edildi. Bununla bağlı qeyd olunmalıdır ki, Azərbaycan Respublikasında dövlət qulluğu sahəsində dövlətlə dövlət qulluqçuları arasında yaranan münasibətlər və dövlət qulluqçularının hüquqi vəziyyəti ilə bağlı məsələlər “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanunu ilə tənzimlənir. Həmin Qanunun:- -2.1-ci maddəsinə əsasən dövlət qulluğu Azərbaycan Respublikasının Konstitusiyasına və digər qanunvericilik aktlarına uyğun olaraq dövlətin məqsədlərinin və funksiyalarının həyata keçirilməsi sahəsində dövlət qulluqçularının öz vəzifə səlahiyyətlərini yerinə yetirməsidir. -14.1-ci maddəsinə əsasən dövlət qulluqçusu bu Qanunla müəyyən edilmiş qaydada maaşlı (maaş yalnız bu Qanunun 7.1-ci maddəsində göstərilən mənbələrdən verilə bilər) dövlət qulluğu vəzifəsini tutan və inzibati vəzifə üzrə dövlət qulluğuna qəbul edilərkən Azərbaycan Respublikasına sadiq olacağına and içən Azərbaycan Respublikasının vətəndaşıdır. -18.0-ci maddəsinə əsasən dövlət qulluqçuları vəzifədə olaraq qanunvericiliyi və dövlət orqanlarının qəbul etdikləri başqa normativ hüquqi aktları həyata keçirməli, dövlət orqanında müəyyən edilmiş qulluq reqlamentinə riayət etməli, başqa dövlət qulluqçularının işini çətinləşdirən, yaxud qulluq keçdiyi dövlət orqanının nüfuzunu aşağı sala biləcək hərəkətlərə yol verməməlidir (Qanunun 18.0.1, 18.0.3 və 18.0.4-cü maddələri). -25.1-ci maddəsinə əsasən dövlət qulluqçusuna həvalə olunmuş vəzifələrin yerinə yetirilməməsi və ya lazımi şəkildə yerinə yetirilməməsi, habelə bu Qanunla müəyyən edilmiş məhdudiyyətlərə əməl olunmaması, qanunda başqa qayda nəzərdə tutulmayıbsa, intizam məsuliyyətinə səbəb olur. -25.2.6-cı maddəsinə əsasən dövlət qulluqçusu bu Qanunun 18-ci, 20-ci və ya 25.11ci maddələrində nəzərdə tutulmuş tələbləri pozduqda, onun barəsində “dövlət qulluğundan azad edilməsi” intizam tənbeh tədbiri tətbiq edilə bilər -33.1.6-cı maddəsinə əsasən bu Qanunun 25.2.6-cı maddəsinə uyğun olaraq dövlət qulluğundan azad edildikdə dövlət qulluğuna xitam verilə bilər. “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən dövlət qulluqçusu bütün şəxslərə, o cümlədən birbaşa və yuxarı rəhbəri ilə və ya tabeliyində olan şəxslərə münasibətdə nəzakətli, xeyirxah, diqqətli və səbrli olmalıdır. Qeyd olunan maddi hüquq normalarına əsaslanaraq məhkəmə hesab edir ki, cavabdeh tərəfindən qəbul edilmiş və hazırda mübahisələndirilən sərəncam qanuni və əsaslıdır, ləğv edilməsi üçün hüquqi əsas yoxdur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 58.1-ci maddəsinə əsasən inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. Həmin Qanununun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.1-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 32, 68, 69, 73, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərar aldı: İddiaçı Cavabdehnə qarşı sərəncamın ləğvi, işə bərpa və məcburi işburaxma dövrü üçün əmək haqqının ödənilməsi tələbinə dair iddia təmin edilməsin. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fikrət Hüseynov
Məhkəmə qərarları › İş №2-1(114)-635/2024
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-635/2024
05.03.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver