Məhkəmə qərarları › İş №2-1(114)-635/2025

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-635/2025

14.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-635/2025 14.04.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı pensiyanın yenidən hesablanması tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçının nümayəndəsi X7 və cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı fərdi hesabda yığılan 13310,75 manat pensiyanın sığorta kapitalını mərhum X1 pensiyaya çıxdıqdan sonra işlədiyi ayların sayını azaltmaqla (lakin 72 aydan az olmamaqla) gözlənilən pensiya müddəti aylarının sayına bölüb alınmış məbləği pensiyanın qulluq stajına əlavəsi azaldılmamaqla mövcud 963,78 manat pensiya məbləğinə əlavə edilərək xx.xx.2023-cü il tarixdən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: I. İşin halları

1. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2023-cü il tarixli 3-17-1/3-3-11240/2023 nömrəli qərarı ilə “Əmək pensiyaları haqqında” Qanunun 20.17.2-ci maddəsinə əsasən iddiaçıya xx.xx.2023-cü il tarixdən mərhum həyat yoldaşı X1 vaxtilə xidmət keçdiyi sonuncu vəzifə üzrə müvafiq təminat xərcliyinin (1204,72 manat) 80 faizi - 963,78 manat məbləğində ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmişdir.

2. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2024-cü il tarixli 3-17-1/2-14-2305/2024 nömrəli arayışında göstərilmişdir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən təqdim olunmuş mərhum X5 dair məlumat vərəqinə əsasən Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən 4 may 2023-cü il tarixindən "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 20.17.2-ci maddəsinə uyğun olaraq, mərhum Rəşid Musayevin təminat xərcliyinin (vəzifə maaşı 420,00 manat, rütbə maaşı 154,00 manat, xidmət illərinə görə vəzifə və rütbə maaşının 40 faizi miqdarında əlavəsi 229,60 manat, məharət dərəcəsinə görə vəzifə maaşının 35 faizi miqdarında əlavəsi 147,00 manat, digər növ əlavəsi 190,12 manat və ərzaq payı əvəzinə verilən pul kompensasiyası 64,00 manat olmaqla cəmi təminat xərcliyi 1204,72 manat) 80 faizi- 963,78 manat məbləğində ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilməklə ödənilir. Həmin məlumat vərəqində mərhum Rəşid Musayevin vəzifəsi "Gədəbəy rayon Polis şöbəsinin Baş eksperti", rütbəsi "Polkovnik-leytenant" xidmət müddəti isə 35 il 9 ay 1 gün (təqvimi xidmət illəri 28 il 2 ay 1 gün, güzəştli xidmət illəri 7 il 7 ay) göstərilib.

3. İddiaçının əmək pensiyasının yenidən hesablanması ilə bağlı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına etdiyi müraciətə həmin Filialın xx.xx.2024-cü il tarixli 3-17-1/2-M-36890/2024 nömrəli məktubu ilə imtina cavabı verilmiş və imtina onunla əsaslandırılmışdır ki, "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 20.17.2-ci maddəsinə əsasən ona Mərkəzi Filial tərəfindən 4 may 2023-cü il tarixindən mərhum X2 vaxtilə xidmət keçdiyi sonuncu vəzifə üzrə müvafiq təminat xərcliyinin (1204,72 manat) 80 faizi-963,78 manat məbləğində ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilib. Qanunun 18.2-ci maddəsinə əsasən ailə başçısını itirməyə görə əmək pensiyasının sığorta hissəsinin əmək qabiliyyəti olmayan ailə üzvlərinin hər birinə düşən məbləği Qanunun 13.3-cü və 13.3-1-ci maddələrində nəzərdə tutulmuş əlilliyə görə əmək pensiyasının sığorta hissəsinin hesablanması mexanizminə uyğun olaraq hesablanmış məbləğin əmək qabiliyyəti olmayan ailə üzvlərinin sayına bölünməsi yolu ilə müəyyənləşdirilir. Əmək qabiliyyəti olmayan ailə üzvlərinin ailə başçısını itirməyə görə əmək pensiyalarının ailəyə düşən ümumi məbləği əmək pensiyasının minimum məbləğindən aşağı olduqda, həmin məbləğə çatdırılmaqla ödənilir. Ailə üzvlərindən biri (Qanunun 20.1.13-cü maddəsinə uyğun olaraq ailə başçısının qulluq stajına görə əlavə təyin olunmuş əri (arvadı) və övladları istisna olmaqla) öz seçimi ilə digər növ əmək pensiyasını, yaxud Qanunun 14.4-cü maddəsinə əsasən sosial müavinəti (ailə başçısını itirməyə görə müavinət istisna olmaqla) aldıqda ona ailə başçısının itirilməsinə görə düşən əmək pensiyasının məbləği digər ailə üzvləri arasında bölüşdürülməklə onların əmək pensiyasının məbləği yenidən hesablanır. Qanunun 18.3-cü maddəsinə əsasən vəfat etmiş ailə başçısı yaşa və ya əlilliyə görə əmək pensiyaçısı olmuşdursa, ailə üzvləri üçün ailə başçısını itirməyə görə əmək pensiyasının sığorta hissəsinin (Qanunun 29.1-ci maddəsi nəzərə alınmaqla) məbləği vəfat etmiş ailə başçısına təyin edilmiş yaşa və ya əlilliyə görə əmək pensiyasının sığorta hissəsinin əmək qabiliyyətli olmayan ailə üzvlərinin sayma nisbəti şəklində müəyyənləşdirilir. Vəfat etmiş ailə başçısının vəfat etdiyi tarixə əmək pensiyasının yenidən hesablanmasında istifadə olunmamış pensiya kapitalı ailə başçısını itirməyə görə əmək pensiyasının təyinatı zamanı nəzərə alınır. Bununla əlaqədar olaraq bildirilir ki, mərhum Rəşid Musayevin vaxtilə ona pensiya təyin edildikdən sonra işləyən əmək pensiyaçısı kimi topladığı pensiya sığorta kapitalı sizə ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilərkən nəzərə alınıb. Belə ki, 4 may 2023-cü il tarixinə mərhum Rəşid Musayevin əmək pensiyasının sığorta hissəsi 279,07 manat təşkil edib. Rəşid Musayevin vəfat etdiyi tarixədək əmək pensiyaçısı kimi işlədiyi dövrlərdə topladığı sığorta kapitalı 13310,75 manat təşkil edib. Qanunun 18.2-ci maddəsinə əsasən 13310,75 manat sığorta kapitalı 144 aya bölünərək 92,44 (13310,75:144) manat müəyyən edilib. Nəticədə, iddiaçının əmək pensiyasının sığorta hissəsi 371,51 (279,07+92,44) manat, qulluq stajına görə əlavə hissəsi isə 592,27 manat təşkil edib. Qanunun 29-cu maddəsinə əsasən pensiya məbləğinin cari ilin 1 yanvar tarixindən indeksləşdirilməsi nəticəsində əmək pensiyasının sığorta hissəsi 413,12 manat, qulluq stajına görə əlavəsi isə 658,60 manat təşkil edir. Əmək pensiyasının məbləği cəmi 1071,72 (413,12+658,60) manat olmaqla müvafiq kart hesabına köçürülür.

4. Məhkəmənin sorğusuna Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2024-cü il tarixli 3-17-1/2- 198856/2024 nömrəli cavab məktubunda bildirilmişdir ki, "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 20.17.2-ci maddəsinə əsasən, İddiaçı Mərkəzi Filial tərəfindən 4 may 2023-cü il tarixindən mərhum X2 vaxtilə xidmət keçdiyi sonuncu vəzifə üzrə müvafiq təminat xərcliyinin (1204,72 manat) 80 faizi- 963,78 manat məbləğində ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilib. Eyni zamanda bildiririk ki, Qanunun 18.2-ci maddəsinə əsasən ailə başçısını itirməyə görə əmək pensiyasının sığorta hissəsinin əmək qabiliyyəti olmayan ailə üzvlərinin hər birinə düşən məbləği Qanunun 13.3-cü və 13.3-1-ci maddələrində nəzərdə tutulmuş əlilliyə görə əmək pensiyasının sığorta hissəsinin hesablanması mexanizminə uyğun olaraq hesablanmış məbləğin əmək qabiliyyəti olmayan ailə üzvlərinin sayına bölünməsi yolu ilə müəyyənləşdirilir Əmək qabiliyyəti olmayan ailə üzvlərinin ailə başçısını itirməyə görə əmək pensiyalarının ailəyə düşən ümumi məbləği əmək pensiyasının minimum məbləğindən aşağı olduqda, həmin məbləğə çatdırılmaqla ödənilir. Ailə üzvlərindən biri (Qanunun 20.1.13-cü maddəsinə uyğun olaraq ailə başçısının qulluq stajına görə əlavə təyin olunmuş əri (arvadı) və övladları istisna olmaqla) öz seçimi ilə digər növ əmək pensiyasını, yaxud Qanunun 14.4-cü maddəsinə əsasən sosial müavinəti (ailə başçısını itirməyə görə müavinət istisna olmaqla) aldıqda ona ailə başçısının itirilməsinə görə düşən əmək pensiyasının məbləği digər ailə üzvləri arasında bölüşdürülməklə onların əmək pensiyasının məbləği yenidən hesablanır. Qanunun 18.3-cü maddəsinə əsasən vəfat etmiş ailə başçısı yaşa və ya əlilliyə görə əmək pensiyaçısı olmuşdursa, ailə üzvləri üçün ailə başçısını itirməyə görə əmək pensiyasının sığorta hissəsinin (Qanunun 29.1-ci maddəsi nəzərə alınmaqla) məbləği vəfat etmiş ailə başçısına təyin edilmiş yaşa və ya əlilliyə görə əmək pensiyasının sığorta hissəsinin əmək qabiliyyətli olmayan ailə üzvlərinin sayma nisbəti şəklində müəyyənləşdirilir. Vəfat etmiş ailə başçısının vəfat etdiyi tarixə əmək pensiyasının yenidən hesablanmasında istifadə olunmamış pensiya kapitalı ailə başçısını itirməyə görə əmək pensiyasının təyinatı zamanı nəzərə alınır. Bununla əlaqədar olaraq bildiririk ki, mərhum Rəşid Musayevin vaxtilə ona pensiya təyin edildikdən sonra işləyən əmək pensiyaçısı kimi topladığı pensiya sığorta kapitalı İddiaçı ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilərkən nəzərə alınıb. Belə ki, 4 may 2023-cü il tarixinə mərhum Rəşid Musayevin əmək pensiyasının sığorta hissəsi 279,07 manat təşkil edib. Rəşid Musayevin vəfat etdiyi tarixədək əmək pensiyaçısı kimi işlədiyi dövrlərdə topladığı pensiya sığorta kapitalı 13310,75 manat təşkil edib. Qanunun 18.2-ci maddəsinə əsasən 13310,75 manat pensiya siğorta kapitalı 144 aya bölünərək 92,44 (13310,75:144) manat müəyyən edilib. Nəticədə, İddiaçı ailə başçısını itirməyə görə əmək pensiyasının sığorta hissəsi 371,51 (279,07+92,44) manat, qulluq stajına görə əlavə hissəsi isə 592,27 manat təşkil edib (cəmi: 963,78 manat). Əlavə olaraq bildiririk ki, Qanunun 29-cu maddəsinə əsasən ümumi pensiya məbləğlərinin cari ilin 1 yanvar tarixindən 11,2 faiz indeksləşdirilməsi nəticəsində İddiaçı əmək pensiyasının sığorta hissəsi 413,12 manat, qulluq stajına görə əlavəsi isə 658,60 manat təşkil edir. Adıçəkilən şəxsin əmək pensiyasının məbləği cəmi 1071,72 (413,12+658,60) manat olmaqla müvafiq kart hesabına köçürülür.

5. Məhkəmənin sorğusuna Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2025-ci il tarixli 3-17-1/2-50582/2025 nömrəli cavab məktubunda bildirilmişdir ki, "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 20.17.2-ci maddəsinə əsasən, İddiaçı Mərkəzi Filial tərəfindən 4 may 2023-cü il tarixindən mərhum həyat yoldaşı X2 vaxtilə xidmət keçdiyi sonuncu vəzifə üzrə müvafiq təminat xərcliyinin (1204,72 manat) 80 faizi - 963,78 manat məbləğində ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilib. Eyni zamanda bildiririk ki, Qanunun 18.2-ci maddəsinə əsasən ailə başçısını itirməyə görə əmək pensiyasının sığorta hissəsinin əmək qabiliyyəti olmayan ailə üzvlərinin hər birinə düşən məbləği Qanunun 13.3-cü və 13.3-1-ci maddələrində nəzərdə tutulmuş əlilliyə görə əmək pensiyasının sığorta hissəsinin hesablanması mexanizminə uyğun olaraq hesablanmış məbləğin əmək qabiliyyəti olmayan ailə üzvlərinin sayına bölünməsi yolu ilə müəyyənləşdirilir. Qanunun 18.3-cü maddəsinə əsasən vəfat etmiş ailə başçısı yaşa və ya əlilliyə görə əmək pensiyaçısı olmuşdursa, ailə üzvləri üçün ailə başçısını itirməyə görə əmək pensiyasının siğorta hissəsinin (Qanunun 29.1-ci maddəsi nəzərə alınmaqla) məbləği vəfat etmiş ailə başçısına təyin edilmiş yaşa və ya əlilliyə görə əmək pensiyasının sığorta hissəsinin əmək qabiliyyətli olmayan ailə üzvlərinin sayma nisbəti şəklində müəyyənləşdirilir. Vəfat etmiş ailə başçısının vəfat etdiyi tarixə əmək pensiyasının yenidən hesablanmasında istifadə olunmamış pensiya kapitalı ailə başçısını itirməyə görə əmək pensiyasının təyinatı zaman nəzərə alınır. Qanunun 20.17-ci maddəsinə əsasən, Qanunun 20.1.13-cü maddəsində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasına əlavələr pensiya təyinatı tarixinədək təminat xərcliyindəki sonrakı artımlar da nəzərə alınmaqla ailə başçısının təminat xərcliyinin məbləğinin ailə başçısını itirməyə görə əmək pensiyası hüququ olan ailə üzvlərinin sayına olan nisbəti şəklində müəyyən edilmiş məbləğlə Qanuna uyğun olaraq təyin edilən ailə başçısını itirməyə görə əmək pensiyasının məbləği arasındakı fərq qədər təyin edilir. Bununla əlaqədar olaraq bildiririk ki, R.A.Musayevə vaxtilə pensiya təyin edildikdən sonra onun işləyən əmək pensiyaçısı kimi topladığı pensiya sığorta kapitalı İddiaçı ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilərkən nəzərə alınıb. Belə ki, 4 may 2023-cü il tarixinə R.A.Musayevin əmək pensiyasının sığorta hissəsi 279,07 manat təşkil edib. Onun vəfat etdiyi tarixədək əmək pensiyaçısı kimi işlədiyi dövrlərdə topladığı pensiya kapitalı 13310,75 manat təşkil edib. Qanunun 18.2-ci və 18.3cü maddələrinə əsasən 13310,75 manat pensiya sığorta kapitalı 144 aya bölünərək 92,44 (13310,75:144) manat müəyyən edilib. Nəticədə İddiaçı ailə başçısını itirməyə görə əmək pensiyasının sığorta hissəsi 371,51 (279,07+92,44) manat və qulluq stajına görə əlavəsi 592,27 manat təşkil edib. Qanunun 29-cu maddəsinə əsasən, ümumi pensiya məbləğlərinin 1 yanvar 2024-cü il tarixindən 11,2 faiz indeksləşdirilməsi nəticəsində İddiaçı əmək pensiyasının sığorta hissəsi 413,12 manat və qulluq stajına görə əlavəsi isə 658,60 manat olmaqla cəmi 1071,72 (413,12+658,60) manat təşkil edir. II. Məhkəmədə icraat

6. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, fərdi hesabda yığılan 13310,75 manat pensiyanın sığorta kapitalını mərhum X1 pensiyaya çıxdıqdan sonra işlədiyi ayların sayını azaltmaqla (lakin 72 aydan az olmamaqla) gözlənilən pensiya müddəti aylarının sayına bölüb alınmış məbləği pensiyanın qulluq stajına əlavəsi azaldılmamaqla mövcud 963,78 manat pensiya məbləğinə əlavə edilərək xx.xx.2023-cü il tarixdən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

7. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx xxx 1948-ci il tarixdə doğulmuşdur. Həyat yoldaşı X3 vəfatı ilə əlaqədar ona Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Sərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən 4 may 2023-cü il tarixindən "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 20.17.2-ci maddəsinə uyğun olaraq, mərhum Rəşid Musayevin təminat xərcliyinin (vəzifə maaşı 420,00 manat, rütbə maaşı 154,00 manat, xidmət illərinə görə vəzifə və rütbə maaşının 40 faizi miqdarında lavəsi 229,60 manat, məharət dərəcəsinə görə vəzifə maaşının 35 faizi miqdarında əlavəsi 147,00 manat, digər növ əlavəsi 190,12 manat və ərzaq payı əvəzinə verilən pul kompensasiyası 64,00 manat olmaqla cəmi təminat xərcliyinin (1204,72 manat) 80 faizi- 963,78 manat məbləğində ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilməklə ödənilir (cavabdehin verdiyi cavab məktubuna əsasən, məktubu əlavə edirəm ərizəyə). Eyni zamanda verilmiş cavabda onu da qeyd edirlər ki, Qanunun 18.3-cü maddəsinə əsasən vəfat etmiş ailə başçısı yaşa və ya əlilliyə görə əmək pensiyaçısı olmuşdursa, ailə üzvləri üçün ailə başçısını itirməyə görə əmək pensiyasının sığorta hissəsinin (Qanunun 29.1-ci maddəsi nəzərə alınmaqla) məbləği vəfat etmiş ailə başçısına təyin edilmiş yaşa və ya əlilliyə görə əmək pensiyasının sığorta hissəsinin əmək qabiliyyətli olmayan ailə üzvlərinin sayma nisbəti şəklində müəyyənləşdirilir. Vəfat etmiş ailə başçısının vəfat etdiyi tarixə əmək pensiyasının yenidən hesablanmasında istifadə olunmamış pensiya kapitalı ailə başçısını itirməyə görə əmək pensiyasının təyinatı zamanı nəzərə alınır. Onu da qeyd edirlər ki, mərhum Rəşid Musayevin vaxtilə ona pensiya təyin edildikdən sonra işləyən əmək pensiyaçısı kimi topladığı pensiya sığorta kapitalı ona ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilərkən nəzərə alınıb. Belə ki, 4 may 2023-cü il tarixinə mərhum Rəşid Musayevin əmək pensiyasının sığorta hissəsi 279,07 manat təşkil edib. Rəşid Musayevin vəfat etdiyi tarixədək əmək pensiyaçısı kimi işlədiyi dövrlərdə topladığı sığorta kapitalı 13310,75 manat təşkil edib. Qanunun 18.2-ci maddəsinə əsasən 13310,75 manat sığorta kapitalı 144 aya bölünərək 92,44 (13310,75:144=92,44) manat müəyyən edilib. Nəticədə, əmək pensiyasının sığorta hissəsi 371,51 (279,07+92,44) manat, qulluq stajına görə əlavə isə 592,27 manat təşkil edir. Bununla əlaqədar olaraq bildirir ki, məktubda mərhum X1 fərdi hesabında olan pensiya kapitalından xeyrinə istifadə olunduğu yazılsa da, bu real pensiya məbləğində görünmür. Belə ki, onların da qeyd etdiyi kimi ona vəfat etmiş həyat yoldaşı X1 yalnız təminat xərcinin-1204,72 manat * 80 faizi =963,78 manat pensiya təyin olunmuşdur. Fərdi hesabda yığılan 13310,75:144=92.43 manat isə pensiyanın qulluq stajına əlavə azaldılmaqla formal şəkildə pensiyanın söğorta hissəsinə əlavə olunmuşdur, nəticədə cəm dəyişməmişdir. Cavabdehin mövqeyi ilə razılaşmır. Fərdi hesabda yığılan 13310,75 manat pensiyanın sığorta kapitalı 144-ə yox, mərhum X1 pensiyaya çıxdıqdan sonra işlədiyi ayların sayının azaldılması ilə (lakin 72 ayadan az olmamaqla) alınan rəqəmə bölünməlidir. Alınmış məbləğ pensiyanın qulluq stajına əlavəsi azaldılmamaqla mövcud (963,78 manat) pensiya məbləğinə əlavə edilərək xx.xx.2023-cü il tarixdən hesablanaraq ödənilməlidir. 1 yanvar 2023-cü il tarixindən "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanunun 29.2.-ci maddəsi ləğv edildiyindən pensiyanın söğorta hissəsinin artımı qədər qulluq stajına əlavənin azaldılması ümumiyyətlə qanunauyğun deyildir. Daha sonra onların fikirlərində yanıldıqlarını zənn edərək xx.xx.2024-cü il tarixdə həmin məzmunlu təkrar müraciət etmişdir. Cavab eyni ilə əvvəlki kimi, pensiyasında heç bir artım olmadı. Hesab edir ki, cavabdeh barəsində düzgün qərar verməmişdir, müraciəti tarixinə X1 fərdi hesabında toplanmış pensiya kapitalı qanunda nəzərdə tutulmuş (Əmək pensiyaları haqqında" Qanunun 37.3.2-1 və 45ci maddələri) qaydada hesablanaraq mövcud 963,78 manat pensiya məbləğinə əlavə edilməlidir. Ona görə də məhkəməyə müraciət etməli olmuşdur.

8. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. III. İddianın növü və mümkünlüyü

9. Məhkəmə qeyd edir ki, hazırkı iddia ümumi mümkünlük şərtlərinə (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.), eyni zamanda xüsusi mümkünlük şərtlərinə əməl olunmaqla verilmişdir. Belə ki, iddiaçı hazırkı iddianı qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmişdir.

10. Hazırkı iddia İPM-in 2.2.3-cü maddəsində nəzərdə tutulmuş öhdəliyin icrası haqqında iddia növünə aiddir. İPM-ə görə: Maddə 2.2.3. İnzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 8.1.2. Mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur.

11. Hazırkı işdə öhdəliyin icrası haqqında iddianın xüsusi mümkünlük şərti kimi əvvəlcə eyni tələblə inzibati orqana müraciət edilməsi barədə şərt də ödənilmiş, iddiaçı hazırkı tələblə cavabdehə müraciət etmiş və cavabdeh tərəfindən onun müraciətinin təmin edilməsindən imtina edilmişdir.

12. Cavabdeh orqanın səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə etdiyi üçün hazırkı işə xüsusi aidiyyət qaydası tətbiq olunmaqla, iddiaçının yaşayış yeri (və ya olduğu yer) üzrə baxılır. İddiaçının yaşadığı (olduğu) yer olan Gədəbəy rayonu “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının xx.xx.2019-cu il tarixli Qərarına əsasən Gəncə İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir.

13. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və cavabdehin yerləşdiyi yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsində baxılmalıdır.

14. Göründüyü kimi, iddia mümkün iddiadır, ona görə ki, hazırkı iddianın qaldırılması üçün inzibati prosessual qanunvericilikdə nəzərdə tutulan həm ümumi, həm xüsusi mümkünlük şərtləri ödənilmiş və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. IV. Prosessual məsələlər

15. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, şifahi məhkəmə baxışı iclası xx.xx.2025-ci il tarixə təyin edilmiş, bu barədə tərəflərə məlumat verilərək şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda onların iştirakı olmadan ərizəyə baxılacağı və iş üzrə qərar qəbul ediləcəyi barədə xəbərdarlıq edilmişdir.

16. İddiaçının nümayəndəsi və cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlmişlər. V. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri

17. Cavabdehin iddiaya qarşı yazılı etirazı xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuş və etiraz imtinada göstərilən dəlillərlə əsaslandırılmışdır (qərarın 3-cü bəndi).

18. İddiaçının nümayəndəsi X7 şifahi məhkəmə baxışı iclasında iddia müdafiə edərək, onun təmin edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir.

19. Cavabdehin nümayəndəsi Nümayəndə şifahi məhkəmə baxışı iclasında iddianı qəbul etməyərək, etirazda qeyd edilənləri müdafiə etdiyini bildirmiş və iddianın rədd edilməsini xahiş etmişdir.

20. Sədrlik edənin suallarına cavab olaraq bildirmişdir ki, mərhumun pensiyası iki hissədən – qulluq stajına görə əlavə və sığorta hissəsindən ibarət olsa da, onun ölümü ilə iddiaçıya təyin edilmiş ailə başçısını itirməyə görə əmək pensiyası yalnız sığorta hissəsindən ibarətdir. Ailə başçısını itirməyə görə əmək pensiyasının tərkibində qulluq stajına görə əlavə olmadığından “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsinin tələbləri iddiaçıya tətbiq edilmir. Ailə başçısını itirməyə görə əmək pensiyasının məbləği “Əmək pensiyaları haqqında” Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş qaydada hesablanır. VI. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

21. Məhkəmə araşdırmasının predmetini aşağıdakı sənədlər təşkil etmişdir: - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2024-cü il tarixli 3-17-1/2-14-2305/2024 nömrəli arayışı; - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına etdiyi müraciətə həmin Filialın xx.xx.2024-cü il tarixli 3-17-1/2-M- 36890/2024 nömrəli imtina məktubu; - Məhkəmənin sorğusuna Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2024-cü il tarixli 3-17-1/2- 198856/2024 nömrəli cavab məktubu; - Məhkəmənin sorğusuna Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2025-ci il tarixli 3-17-1/2-50582/2025 nömrəli cavab məktubu; - İddiaçının pensiya işi üzrə icraat materialları.

Əsaslandırma hissəsi:

VII. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

22. Məhkəmə sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb hüquqi qiymət verərək, belə qənaətə gəlir ki, iddia mahiyyət baxımından əsassızdır və təmin edilməməlidir.

23. Belə ki, iş materialları ilə müəyyən olunur ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2023-cü il tarixli 3- 17-1/3-3-11240/2023 nömrəli qərarı ilə “Əmək pensiyaları haqqında” Qanunun 20.17.2-ci maddəsinə əsasən iddiaçıya xx.xx.2023-cü il tarixdən mərhum həyat yoldaşı X1 vaxtilə xidmət keçdiyi sonuncu vəzifə üzrə müvafiq təminat xərcliyinin (1204,72 manat) 80 faizi - 963,78 manat məbləğində ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmişdir.

24. İddiaçının əmək pensiyasının yenidən hesablanması ilə bağlı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına etdiyi müraciətə həmin Filialın xx.xx.2024-cü il tarixli 3-17-1/2-M-36890/2024 nömrəli məktubu ilə imtina cavabı verilmiş və imtina onunla əsaslandırılmışdır ki, "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 20.17.2-ci maddəsinə əsasən ona Mərkəzi Filial tərəfindən 4 may 2023-cü il tarixindən mərhum X2 vaxtilə xidmət keçdiyi sonuncu vəzifə üzrə müvafiq təminat xərcliyinin (1204,72 manat) 80 faizi-963,78 manat məbləğində ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilib. Qanunun 18.2-ci maddəsinə əsasən ailə başçısını itirməyə görə əmək pensiyasının sığorta hissəsinin əmək qabiliyyəti olmayan ailə üzvlərinin hər birinə düşən məbləği Qanunun 13.3-cü və 13.3-1-ci maddələrində nəzərdə tutulmuş əlilliyə görə əmək pensiyasının sığorta hissəsinin hesablanması mexanizminə uyğun olaraq hesablanmış məbləğin əmək qabiliyyəti olmayan ailə üzvlərinin sayına bölünməsi yolu ilə müəyyənləşdirilir. Əmək qabiliyyəti olmayan ailə üzvlərinin ailə başçısını itirməyə görə əmək pensiyalarının ailəyə düşən ümumi məbləği əmək pensiyasının minimum məbləğindən aşağı olduqda, həmin məbləğə çatdırılmaqla ödənilir. Ailə üzvlərindən biri (Qanunun 20.1.13-cü maddəsinə uyğun olaraq ailə başçısının qulluq stajına görə əlavə təyin olunmuş əri (arvadı) və övladları istisna olmaqla) öz seçimi ilə digər növ əmək pensiyasını, yaxud Qanunun 14.4-cü maddəsinə əsasən sosial müavinəti (ailə başçısını itirməyə görə müavinət istisna olmaqla) aldıqda ona ailə başçısının itirilməsinə görə düşən əmək pensiyasının məbləği digər ailə üzvləri arasında bölüşdürülməklə onların əmək pensiyasının məbləği yenidən hesablanır. Qanunun 18.3-cü maddəsinə əsasən vəfat etmiş ailə başçısı yaşa və ya əlilliyə görə əmək pensiyaçısı olmuşdursa, ailə üzvləri üçün ailə başçısını itirməyə görə əmək pensiyasının sığorta hissəsinin (Qanunun 29.1-ci maddəsi nəzərə alınmaqla) məbləği vəfat etmiş ailə başçısına təyin edilmiş yaşa və ya əlilliyə görə əmək pensiyasının sığorta hissəsinin əmək qabiliyyətli olmayan ailə üzvlərinin sayma nisbəti şəklində müəyyənləşdirilir. Vəfat etmiş ailə başçısının vəfat etdiyi tarixə əmək pensiyasının yenidən hesablanmasında istifadə olunmamış pensiya kapitalı ailə başçısını itirməyə görə əmək pensiyasının təyinatı zamanı nəzərə alınır. Bununla əlaqədar olaraq bildirilir ki, mərhum Rəşid Musayevin vaxtilə ona pensiya təyin edildikdən sonra işləyən əmək pensiyaçısı kimi topladığı pensiya sığorta kapitalı sizə ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilərkən nəzərə alınıb. Belə ki, 4 may 2023-cü il tarixinə mərhum Rəşid Musayevin əmək pensiyasının sığorta hissəsi 279,07 manat təşkil edib. Rəşid Musayevin vəfat etdiyi tarixədək əmək pensiyaçısı kimi işlədiyi dövrlərdə topladığı sığorta kapitalı 13310,75 manat təşkil edib. Qanunun 18.2-ci maddəsinə əsasən 13310,75 manat sığorta kapitalı 144 aya bölünərək 92,44 (13310,75:144) manat müəyyən edilib. Nəticədə, iddiaçının əmək pensiyasının sığorta hissəsi 371,51 (279,07+92,44) manat, qulluq stajına görə əlavə hissəsi isə 592,27 manat təşkil edib. Qanunun 29-cu maddəsinə əsasən pensiya məbləğinin cari ilin 1 yanvar tarixindən indeksləşdirilməsi nəticəsində əmək pensiyasının sığorta hissəsi 413,12 manat, qulluq stajına görə əlavəsi isə 658,60 manat təşkil edir. Əmək pensiyasının məbləği cəmi 1071,72 (413,12+658,60) manat olmaqla müvafiq kart hesabına köçürülür.

25. İddiaçı tələbinin faktiki əsası kimi o hala istinad edir ki, mərhum Rəşid Musayevin cəmi 1204,72 manat məbləğində olan təminat xərcliyinin 80 faizi-963,78 manat məbləğində ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilsə də, mərhumun əmək pensiyaçısı kimi işlədiyi dövrlərdə topladığı sığorta kapitalı olan 13310,75 manat nəzərə alınmamış, həmin 13310,75 manat sığorta kapitalının 144 aya bölünməsindən alınmış 92,44 manat məbləğ onun ailə başçısını itirməyə görə əmək pensiyasının üzərinə əlavə edilməmişdir.

26. Məhkəmə iddiaçının dəlillərini əsassız saymaqla, aşağıda qeyd olunanlara əsasən cavabdeh orqanın imtinasını qanuni hesab edir.

27. Belə ki, "Əmək pensiyaları haqqında" Qanuna görə: Maddə 17.1. Ailə başçısını itirməyə görə əmək pensiyası ölüm gününədək ailə başçısının bu qanunun 12.1-ci maddəsində tələb edilən sığorta stajı olduqda (bu qanunun qüvvəyə mindiyi günədək ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) təyin olunur. Maddə 18.2. Ailə başçısını itirməyə görə əmək pensiyasının sığorta hissəsinin əmək qabiliyyəti olmayan ailə üzvlərinin hər birinə düşən məbləği bu Qanunun 13.3-cü və 13.3-1-ci maddələrində nəzərdə tutulmuş əlilliyə görə əmək pensiyasının sığorta hissəsinin hesablanması mexanizminə uyğun olaraq hesablanmış məbləğin əmək qabiliyyəti olmayan ailə üzvlərinin sayına bölünməsi yolu ilə müəyyənləşdirilir. Əmək qabiliyyəti olmayan ailə üzvlərinin ailə başçısını itirməyə görə əmək pensiyalarının ailəyə düşən ümumi məbləği əmək pensiyasının minimum məbləğindən aşağı olduqda, həmin məbləğə çatdırılmaqla ödənilir. Ailə üzvlərindən biri (bu Qanunun 20.1.13-cü maddəsinə uyğun olaraq ailə başçısının qulluq stajına görə əlavə təyin olunmuş əri (arvadı) və övladları istisna olmaqla) öz seçimi ilə digər növ əmək pensiyasını, yaxud bu Qanunun 14.4-cü maddəsinə əsasən sosial müavinəti (ailə başçısını itirməyə görə müavinət istisna olmaqla) aldıqda ona ailə başçısının itirilməsinə görə düşən əmək pensiyasının məbləği digər ailə üzvləri arasında bölüşdürülməklə onların əmək pensiyasının məbləği yenidən hesablanır. Maddə 18.3. Vəfat etmiş ailə başçısı yaşa və ya əlilliyə görə əmək pensiyaçısı olmuşdursa, ailə üzvləri üçün ailə başçısını itirməyə görə əmək pensiyasının sığorta hissəsinin (bu Qanunun 29.1-ci maddəsi nəzərə alınmaqla) məbləği vəfat etmiş ailə başçısına təyin edilmiş yaşa və ya əlilliyə görə əmək pensiyasının sığorta hissəsinin əmək qabiliyyətli olmayan ailə üzvlərinin sayına nisbəti şəklində müəyyənləşdirilir. Vəfat etmiş ailə başçısının vəfat etdiyi tarixə əmək pensiyasının yenidən hesablanmasında istifadə olunmamış pensiya kapitalı ailə başçısını itirməyə görə əmək pensiyasının təyinatı zamanı nəzərə alınır. Maddə 20.17. Bu Qanunun 20.1.13-cü maddəsində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasına əlavələr pensiya təyinatı tarixinədək təminat xərcliyindəki sonrakı artımlar da nəzərə alınmaqla ailə başçısının təminat xərcliyinin məbləğinin ailə başçısını itirməyə görə əmək pensiyası hüququ olan ailə üzvlərinin sayına olan nisbəti şəklində müəyyən edilmiş məbləğlə bu Qanuna uyğun olaraq təyin edilən ailə başçısını itirməyə görə əmək pensiyasının məbləği arasındakı fərq qədər təyin edilir.

28. Məhkəmə bununla əlaqədar olaraq qeyd edir ki, X4 vaxtilə pensiya təyin edildikdən sonra onun işləyən əmək pensiyaçısı kimi topladığı pensiya sığorta kapitalı İddiaçı ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilərkən nəzərə alınıb.

29. Belə ki, 4 may 2023-cü il tarixinə R.A.Musayevin əmək pensiyasının sığorta hissəsi 279,07 manat təşkil edib. Onun vəfat etdiyi tarixədək əmək pensiyaçısı kimi işlədiyi dövrlərdə topladığı pensiya kapitalı 13310,75 manat təşkil edib.

30. “Əmək pensiyaları haqqında” Qanunun 18.2-ci və 18.3-cü maddələrinə əsasən 13310,75 manat pensiya sığorta kapitalı 144 aya bölünərək 92,44 (13310,75:144) manat müəyyən edilib. Nəticədə İddiaçı ailə başçısını itirməyə görə əmək pensiyasının sığorta hissəsi 371,51 (279,07+92,44) manat və qulluq stajına görə əlavəsi 592,27 manat təşkil edib.

31. Daha sonra, Qanunun 29-cu maddəsinə əsasən, ümumi pensiya məbləğlərinin 1 yanvar 2024-cü il tarixindən 11,2 faiz indeksləşdirilməsi nəticəsində İddiaçı əmək pensiyasının sığorta hissəsi 413,12 manat və qulluq stajına görə əlavəsi isə 658,60 manat olmaqla cəmi 1071,72 (413,12+658,60) manat təşkil etmişdir.

32. Yəni, ailə başçısını itirməyə görə əmək pensiyasının tərkib hissəsi yalnız sığorta hissəsindən ibarət olduğundan mərhum Rəşid Musayevin işləyərək topladığı pensiya kapitalının 144-ə bölünməsindən əldə edilmiş 92.44 manat məbləğ iddiaçıya təyin edilmiş ailə başçısını itirməyə görə əmək pensiyasının sığorta hissəsinin üzərinə gəlməklə, pensiyanın məbləği 1071.72 manat məbləğində müəyyən edilmişdir.

33. Beləliklə, məhkəmə hesab edir ki, bu halda cavabdeh orqan tərəfindən iddiaçının əmək pensiyası təminatının həyata keçirilməsi zamanı iddiaçının qanunla qorunan hər hansı hüquqları pozulmamışdır.

34. Ona görə də, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməməlidir.

35. İPM-ə görə: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

36. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir.

Nəticəvi hissə:

37. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddia təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Gülşən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar