Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-637/2024 17.09.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi Axundov Emin Tahir oğlunun sədrliyi, Allahverdiyeva Gülnara Elşən qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı (üçüncü şəxslər Gəncə şəhər Nizami Bələdiyyəsi və X9) çıxarışın və texniki pasportun ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə dair verilmiş çıxarışa düzəliş edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi (vəkili) Vəkil1 xx.xx.2024-cü il tarixdə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, cavabdeh orqanın xx.xx.2024-cü il tarixli 3- 21-3/33-12-Q-00xx-xx/2024 saylı imtina aktının ləğv edilməsini, xx.xx.2021-ci il tarixli inzibati aktın ləğvi və mübahisələndirilən xx.xx.2021-ci il tarixli çıxarışın və xx.xx.2021-ci il tarixli 51192 nömrəli texniki pasportun ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, həmin ərizə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-637/2024 nömrəli qərardadı ilə inzibati məhkəmə icraatına qəbul edilmişdir. Tələb onunla əsaslandırılmışdır ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi ona məxsusdur və xx.xx.2021-ci il tarixdə həmin fərdi yaşayış evinə dair onun adına ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. Ona məxsus fərdi yaşayış evinin qarşısında isə xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən X7 məxsus Gəncə şəhəri, İsmət Qayıbov küçəsi, ev 37 ünvanında yerləşən fərdi yaşayış evi var. Lakin sənədləşmə zamanı Əsəd Məmmədova məxsus 37 saylı evin giriş qapısı talvar, əlavə qapısı isə əsas qapı kimi səhvən göstərilmişdir. Həmçinin ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinə dair Əsəd Məmmədovun atası mərhum X1 adına verilmiş xx.xx.2007-ci il tarixlı 15078567 qeydiyyat nömrəli çıxarışda torpaq sahəsinin ölçüsü 0.01 ha, xx.xx.2021-ci il tarixli Əsəd Məmmədovun adına verilmiş çıxarışda həmin torpaq sahəsinin ölçüsü 0.14 ha olmaqla bütövlükdə mərhum Aqil Məmmədovun adına 68.7 kv.m tikili isə bütövlükdə X3 adına göstərilmiş, Əsəd Məmmədovun adına yenidən tərtib edilmiş xx.xx.2021-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışda isə torpaq sahəsinin ölçüsü 0.14 ha qeyd edilmişdir. Göründüyü kimi ünvan 4 ünvanına dair bir neçə müxtəlif tarixlərdə sənədlər tərtib edilmişdir. Həmçinin bir ay fərqlə verilmiş çıxarışların birində daşınmaz əmlak torpaqsız X3 adına qeyd edilsə də, xx.xx.2021-ci il tarixli çıxarışda artıq tikili Əsəd Məmmədovun adına, torpaq sahəsi isə mərhum Aqil Məmmədovun adına göstərilmişdir. Bundan başqa Gəncə şəhəri, İsmət Qayıbov küçəsi, ev 37 ünvanınında yerləşən fərdi yaşayış evinə dair cavabdeh orqan tərəfindən verilmiş texniki pasportda evin əsas giriş qapısı talvar kimi, əlavə qapısı isə səhvən əsas qapı kimi qeyd edilmişdir. Bu səbəblərdən onun mülkiyyət hüquqları pozulduğundan Gəncə şəhəri, İsmət Qayıbov küçəsi, ev 37 ünvanınında yerləşən fərdi yaşayış evinə dair verilmiş çıxarışa düzəliş edilməsi ilə əlaqədar ərizə ilə cavabdeh orqana müraciət etmiş, lakin cavabdeh orqan onun müraciətinin icrasından imtina etmişdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-4345/2023 nömrəli qərardadı ilə iş üzrə X9 üçüncü şəxs qismində cəlb edilmişdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-637/2024 nömrəli qərardadı ilə iş üzrə Gəncə şəhər Nizami Bələdiyyəsi üçüncü şəxs qismində cəlb edilmişdir. İş üzrə şifahi məhkəmə baxışı iclası 17 sentyabr 2024-cü il tarixə təyin edilmişdir. Şifahi məhkəmə baxışı iclasının keçirilməsi yeri və vaxtı barədə tərəflərə və üçüncü şəxslərə rəsmi qaydada məlumat verilmiş, iddiaçı məhkəmə iclasına gəlmiş, cavabdeh və üçüncü şəxs nümayəndələrinin iştirakını təmin etməmiş, iddiaçının nümayəndəsi və digər üçüncü şəxs isə məhkəmə iclasına gəlməmişlər. İddiaçı məhkəmə iclasında izahat verərək, iddia tələbinin təmin edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi X2 əvvəlki məhkəmə iclasında izahat verərək, iddia tələbinin təmin edilməməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi(vəkili) Vəkil1 əvvəlki məhkəmə iclasında izahat verərək, iddia tələbinin təmin edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən məhkəməyə təqdim edilmiş iddia tələbinə dair xx.xx.2023cü il tarixli, 3-21-3-33/2-9782/2023 nömrəli etirazda qeyd edilmişdir ki, müraciətin araşdırılması zamanı ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evi 01 06 2021 ci il tarixli, **********09-10301 reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın reyestrində çıxarışa əsasən X3 adınadır. Qeyd olunan fərdi yaşayış evinə dair hal-hazırda X9 adına verilmiş çıxarışda səhvə yol verilmədiyi müəyyən edilmişdir. Belə ki, qeyd olunan ünvanda yerləşən fərdi yaşayış evi və onun üzərində yerləşdiyi torpaq sahəsi X8 adına işlənmiş əvvəlki hüquqmüəyyənedici və texniki sənədlərə uyğun şəkildə X11 adına qeydiyyatı aparılmışdır. Bildiririk ki, vətəndaş tərəfindən 3 saylı Gəncə Ərazi İdarəsinə edilən müraciət yuxarıda qeyd olunan hüquqi və faktiki hallara əsasən, yəni X9 adına verilmiş çıxarışda və texniki paspotda heç bir səhvə yol verilmədiyi üçün icrası mümkün olmamışıdır. "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanununun 10.2.3-cü maddəsinə əsasən torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın texnik pasportu, plan-cizgisi hüquqların dövlət qeydiyyatı üçün əsas hesab edilir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarası daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsi və digər normativ-hüquqi aktları ilə müəyyən olunmuş qaydada aparılır. Bu səbəbdən cavabdeh orqan tərəfindən ərizənin icrası mümkün olmamış və iddiaçıya xx.xx.2023-cü il tarixlı, 3-21-3-33/2-Q-01278 nömrəli cavab məktubu ünvanlanmışdır. "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya huquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakımiyyətı orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. “Daşnmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanunun 11-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı üçün təqdim edilən sənədlərə tələblər üzrə hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini tesdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçun qanunla müəyyən edilmiş tələblərə uygun olmalıdır. İş materiallarına əlavə edilmiş xx.xx.2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən Gəncə şəhəri, İsmət Qayıbov küçəsi, ev 37 ünvanında yerləşən fərdi yaşayış evi (torpaq sahəsinin ölçüsü - 0.14 ha) xüsusi mülkiyyət hüququ ilə X5 məxsusdur. İş materiallarına əlavə edilmiş xx.xx.2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən Gəncə şəhəri, İsmət Qayıbov küçəsi, ev 37 ünvanında yerləşən fərdi yaşayış evi (torpaq sahəsinin ölçüsü - 0.011 ha) xüsusi mülkiyyət hüququ ilə X5 məxsusdur. İş materiallarına əlavə edilmiş xx.xx.2021-ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamədən görünür ki, şəhadətnamə verilən miras əmlak DƏDRX tərəfindən xx.xx.2007-ci il tarixdə X4 verilmiş **********09-10301 reyestr nömrəli, ********* qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən Gəncə şəhəri, Nizami küçəsi, İsmət Qayıbov küçəsində olan 0.01034 ha torpaq sahəsində yerləşən, yaşayış sahəsi 39.4 kv.m, yardımçı sahəsi 29.3 kv.m, 3 otaqlı olan 37 saylı fərdi yaşayış evindən ibarətdir. İş materiallarına əlavə edilmiş xx.xx.2021-ci il tarixli Miras payın bağışlanması müqaviləsindən görünür ki, Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında verilmiş 1/3 hissədən ibarət miras payı X5 bağışlanmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2007-ci il qeydiyyat tarixli, ********* qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, Gəncə şəhəri, Nizami rayonu, İsmət Qayıbov küçəsində olan 0.01034 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 39.4 kv.m yaşayış, 29.3 kv.m köməkçi sahədən ibarət 37 nömrəli fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə X4 məxsusdur. İş materiallarına əlavə edilmiş **********09-10301 reyestr nömrəli texniki pasportla müəyyən olunur ki, Gəncə şəhəri, İsmət Qayıbov küçəsi, ev 37 ünvanında yerləşən fərdi yaşayış evi üzrə hüquq subyekti X6r. Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 05 nömrəli Qərarının 1.1, 1.3, 1.4 və 2.1-ci bəndlərində göstərilmişdir ki:- -Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. -Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. -İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. -Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. -Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Göründüyü kimi, iddiaçı çıxarışın ləğv olunmasını tələbini əvvəlki çıxarışla sonrakı çıxarışda torpaq sahələrinin fərqli-fərqli ölçülərdə göstərilməsi ilə əlaqələndirmişdir. İddiaçı iş üzrə üçüncü şəxs X3 xüsusi mülkiyyətində olan daşınmaz əmlaka dair aparılmış qeydin ləğv edilməsini tələb etdiyindən əvvəlcə özünün həmin əmlaka hüququnun olması, yəni hazırki tələblə iddianı qaldırmaq üçün özünün subyektiv hüququnun mövcudluğunu sübuta yetirməlidir. Lakin, göründüyü kimi iddiaçı hazırki iddia üzrə daşınmaz əmlakın daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydin ləğv edilməsi tələbini irəli sürsə də, bununla bağlı mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 148.2-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları müdafiə edilməlidir. Həmin Məcəllənin 149.2-ci maddəsinə əsasən əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürülməsi istisna edilmir. Bu zaman vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri huquqları saxlanılır. Qeyd olunan qanunvericilik normalarından görünür ki, daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassız olduqda yalnız hüquqlarına toxunulmuş şəxs iddia qaldırmaq hüququna malikdir. Məhkəmə qeyd edir ki, iddiaçının mübahisələndirdiyi çıxarış üzrə torpaq sahəsinə onun heç bir hüququ aidiyyəti olmadığından və hər hansı hüququnu pozmadığından həmin torpaq sahəsini və çıxarışı mübahisələndirməkdə subyektiv hüququ olmamışdır. M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında göstərilir ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndinlə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar, başqa (borclu) şəxslərdən tələb etmək hüququ, müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Məhkəmə araşdırması nəticəsində müəyyən olunmuşdur ki, İddiaçı məxsus 69 saylı yaşayış evinin pilləkən marşları üçüncü şəxs X3 xüsusi mülkiyyətində olan ünvan 6 ünvanda yerləşən fərdi yaşayış evinin qarşısında quraşdırılmışdır ki, bu da ünvan 6 ünvanda yerləşən fərdi yaşayış evinin torpaq sahəsinə həmin tərəfdən olan keçid yolunun qarşısının alınmasına səbəb olmuşdur. Həmçinin, iş materiallarına əlavə edilmiş Gəncə Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(125)-133/2022 nömrəli qətnaməsi ilə X3 xüsusi mülkiyyətində olan ünvan 7 ünvanda yerləşən fərdi yaşayış evinin qarşısında inşa edilmiş özbaşına tikililərin İddiaçı hesabına sökülməsi və ünvan 7 ünvanda yerləşən fərdi yaşayış evinin qarşısının əvvəlki vəziyyətə gətirilməsi cavabdeh İddiaçı həvalə edilməsi qət edilmişdir. Belə olan halda, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı (üçüncü şəxslər Gəncə şəhər Nizami Bələdiyyəsi və X9) çıxarışın və texniki pasportun ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası mümkün sayılmamalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli, 10 aprel 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir(1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini...yoxlamalıdırlar(2.3cü bənd). İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar (8.6-cı bənd). İnzibati prosessual qanunvericiliyin prinsiplərinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddianın yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri – iddia tələbinin iddia müddətinə dair normalara riayət etməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin:- -35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının vəqanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. -35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 81, 85-ci maddələrinin tələblərinə əsasən, məhkəmə Qəraraaldı: İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı (üçüncü şəxslər Gəncə şəhər Nizami Bələdiyyəsi və X9) çıxarışın və texniki pasportun ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Emin Axundov
Məhkəmə qərarları › İş №2-1(114)-637/2024
Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-637/2024
17.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver