Məhkəmə qərarları › İş №2-1(114)-64/2020

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-64/2020

19.03.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-64/2020 19.03.2020 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundov Emin Tahir oğlunun sədrliyi, Abdullayev Əsgər Vəli oğlunun katibliyi, İddiaçı “xxxx” KB ASC-nin nümayəndəsi X5 iştirakı ilə İddiaçı “xxxx” KB ASC-nin Cavabdehnə qarşı (üçüncü şəxslər X14, X19, X16, X17, X18 və X8) pasport qeydiyyatından çıxarılma tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı “xxxx” KB ASC Cavabdehnə qarşı (üçüncü şəxslər X14, X19, X16, X17, X18 və X8) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, üçüncü şəxslərin “xxxx” KB ASC-nin mülkiyyətində olan ünvan 1 ünvanından pasport qeydiyyatından çıxarılması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(044)-1332/2017 saylı qətnaməsinə əsasən cavabdehlər X19 və X6 qarşı iddia tələbi qismən təmin edilərək, X19 və X1 iddiaçı “xxxx” KB ASC- nin xeyrinə 15861,7 ABŞ dolları əsas borc, 1500 ABŞ dolları faiz borcu, 1 ABŞ dolları cərimə borcu, cəmi 17362,7 ABŞ dolları məbləğində borcun, qətnamə icra olunan günə Azərbaycan manatına məzənnəsi ilə və iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində rüsumun alınaraq iddiaçı “xxxx” KB ASC-yə ödənilməsi, tələbin tam mülkiyyət hüququ ilə cavabdeh X7 mülkiyyətində olan Gəncə şəhəri, Nizami rayonu, Vaqif küçəsində yerləşən 89 saylı fərdi yaşayış evinə yönəldilməsi, əmlakın ilkin satış qiymətinin 100000 manat müəyyən edilməklə əmlakın açıq hərracda satılması və satışdan əldə olunmuş pul vəsaiti hesabına cavabdehlər X19 və X3 cəmi 17362,7 ABŞ dolları borc qətnamə icra olunan günə Azərbaycan manatına məzənnəsi ilə və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumuna yönəldilməsi, ipoteka predmeti, tam mülkiyyət hüququ ilə X9 məxsus Gəncə şəhəri, Nizami rayonu, Vaqif küçəsində yerləşən 89 saylı fərdi yaşayış evinə tutma yönəldikdən və hərrac vasitəsilə satıdıqdan sonra bir ay müddətində həmin mənzildə yaşayan cavabdehlər X19, X14, X17 və X10 həmin mülkdən çıxarılaraq fərdi yaşayış evinin boşaldılması və iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. “xxxx” KB ASC ilə hərrac təşkilatı arasında bağlanmış protokola və hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqaviləyə əsasən X9 məxsus Gəncə şəhəri, Nizami rayonu, Vaqif küçəsi, 89 saylı fərdi yaşayış evi “xxxx” KB ASC-yə satılmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş seriya RX № ******* saylı dövlət reyestrindən çıxarışa əsasən “xxxx” KB ASC-nin Gəncə şəhəri, Nizami rayonu, Vaqif küçəsində yerləşən 89 saylı fərdi yaşayış evi üzərində tam mülkiyyət hüququ qeydə alınmışdır. Belə ki, hərracın nəticələrinə əsasən Gəncə şəhəri, Nizami rayonu, Vaqif küçəsi 89 saylı fərdi yaşayış evi iddiaçının mülkiyyətinə keçsə də, sonradan məlum olmuşdur ki, X14, X19, X16, X17, X18 və X8 həmin ünvanda qeydiyyatdadırlar. Bu hal isə iddiaçının mülkiyyətçi kimi həmin əmlak üzərində hüquqlarının həyata keçirməsinə maneə yaradır. İddiaçı qeyd olunan şəxslərin ona mülkiyyətində olan mənzildən qeydiyyatdan çıxarılması üçün cavabdehə müraciət etsə də, sonuncu bundan imtina etmişdir. İddiaçı “xxxx” KB ASC-nin nümayəndəsi X15 məhkəmə iclasında iddia tələbini müdafiə edərək və iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək əlavə olaraq onu da qeyd etmişdir ki,tərəflərindən sorğu ilə Cavabdehnə müraciət edilərək X14, X19, X16, X17, X18 və X2 “xxxx” KB ASC-nin mülkiyyətində olan Gəncə şəhəri, Nizami rayonu, Vaqif küçəsində yerləşən 89 saylı fərdi yaşayış evində pasport qeydiyyatından çıxarılması xahiş edilmişdir. Cavabdeh xx.xx.2019-cu il tarixli cavab məktubu ilə X14, X19, X16, X17, X18 və X2 “xxxx” KB ASC-nin mülkiyyətində olan Gəncə şəhəri, Nizami rayonu, Vaqif küçəsi, 89 saylı fərdi yaşayış evindən pasport qeydiyyatından çıxarılmasından imtina olunmuşdur. Belə ki, həmin məktubda “Yaşayış veri və olduğu ver üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanunun müvafiq maddəsinə əsasan şəxs yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüquqlarına xitam verildikdə məhkəmənin qanuni qüvvəsini almış qətnaməsi əsasında qeydiyyatdan çıxarılmasına istinad olunmuşdur.Lakin“İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının xx.xx.2018-ci il tarixli 1439-VQB saylı Qanunu ilə “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 59.4-cü maddəsinə edilmiş dəyişikliyə əsasən bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə (ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ən geci bir ay ərzində) ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən və yaşayış yeri üzrə qeydiyyatdan çıxmadıqda, həmin şəxslər evdən (mənzildən) və yaşayış yeri üzrə qeydiyyatdan ayrıca məhkəmə qərarı tələb olunmadan ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi əsasında 10 təqvim günü müddətində məcburi qaydada çıxarılırlar. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının xx.xx.2010-cu il tarixli 21-İVKQ saylı Konstitusiya Qanunun 10.5-ci maddəsinə əsasən yeni normativ hüquqi akt eyni məsələ üzrə həmin dövlət orqanı tərəfindən əvvəllər qəbul edilmiş normativ hüquqi akta münasibətdə daha yüksək hüquqi qüvvəyə malikdir. Buna görə də, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunları arasında yaranan zidiyyətə münasibətdə ikincinin normaları əsas götürülməlidir. Göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəməyə xx.xx.2020-ci il tarixli, 120-4493-1220 nömrəli məktub ünvanlayaraq işə nümayəndənin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Üçüncü şəxslər X14, X19, X16, X17, X18 və X8 məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinin tələblərinə əsasən işə cavabdehin nümayəndəsinin və üçüncü şəxslərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: - hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* nömrəli (xx.xx.2018-ci il qeydiyyat tarixli) çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi “xxxx” KB ASC-nin mülkiyyətinə verilmişdir. - Cavabdeh tərəfindən “xxxx” KB ASC-nin hüquqşünası Türkan Piriyevaya ünvanlanmış xx.xx.2019-ci il tarixli, 120-11158-1219 nömrəli məktubun məzmunundan görünür ki, üçüncü şəxslərin qeydiyyatdan çıxarılmasının müvafiq məhkəmə qətnaməsi əsasında həyata keçirilməsi bildirilmişdir. - Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(044)- 1332/2017 saylı qətnaməsinin surətindən görünür ki, cavabdehlər X19 və X6 qarşı iddia tələbi qismən təmin edilərək, X19 və X1 iddiaçı “xxxx” KB ASC- nin xeyrinə 15861,7 ABŞ dolları əsas borc, 1500 ABŞ dolları faiz borcu, 1 ABŞ dolları cərimə borcu, cəmi 17362,7 ABŞ dolları məbləğində borcun, qətnamə icra olunan günə Azərbaycan manatına məzənnəsi ilə və iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində rüsumun alınaraq iddiaçı “xxxx” KB ASC-yə ödənilməsi, tələbin tam mülkiyyət hüququ ilə cavabdeh X7 mülkiyyətində olan Gəncə şəhəri, Nizami rayonu, Vaqif küçəsində yerləşən 89 saylı fərdi yaşayış evinə yönəldilməsi, əmlakın ilkin satış qiymətinin 100000 manat müəyyən edilməklə əmlakın açıq hərracda satılması və satışdan əldə olunmuş pul vəsaiti hesabına cavabdehlər X19 və X3 cəmi 17362,7 ABŞ dolları borc qətnamə icra olunan günə Azərbaycan manatına məzənnəsi ilə və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumuna yönəldilməsi, ipoteka predmeti, tam mülkiyyət hüququ ilə X9 məxsus Gəncə şəhəri, Nizami rayonu, Vaqif küçəsində yerləşən 89 saylı fərdi yaşayış evinə tutma yönəldikdən və hərrac vasitəsilə satıdıqdan sonra bir ay müddətində həmin mənzildə yaşayan cavabdehlər X19, X14, X17 və X10 həmin mülkdən çıxarılaraq fərdi yaşayış evinin boşaldılması və iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Həmin sənədlərin məzmununa istinad edilir və onlar məhkəmə araşdırmasının əsasını təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək, həmçinin mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iddia mümkün olmaqla yanaşı, həm də əsaslıdır. İddia mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna baxmaq səlahiyyəti inzibati-iqtisadi məhkəmələrə aiddir. İddia mahiyyəti üzrə aşağıdakılara görə əsaslıdır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyası və Azərbaycan Respublikasının tərəfdar çıxdığı ”İnsan Hüquqları və X4 Haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinin tələblərinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinin tələblərinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.5-ci maddəsinin tələblərinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.4-cü maddəsinin tələblərinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmçinin, xx xxxxx 1996-cı il tarixli “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat” haqqında Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin tələblərinə əsasən Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış,məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Həmin Qanunun 2-ci maddəsinin 1-ci hissəsinin tələblərinə əsasən şəxsin yaşayış yeri-tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri və digər bu kimi yaşayış yerləri başa düşülür. Beləliklə məhkəmə araşdırmaları zamanı müəyyən olundu ki, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(044)-1332/2017 saylı qətnaməsinə əsasən cavabdehlər X19 və X6 qarşı iddia tələbi qismən təmin edilərək, X19 və X1 iddiaçı “xxxx” KB ASC- nin xeyrinə 15861,7 ABŞ dolları əsas borc, 1500 ABŞ dolları faiz borcu, 1 ABŞ dolları cərimə borcu, cəmi 17362,7 ABŞ dolları məbləğində borcun, qətnamə icra olunan günə Azərbaycan manatına məzənnəsi ilə və iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində rüsumun alınaraq iddiaçı “xxxx” KB ASC-yə ödənilməsi, tələbin tam mülkiyyət hüququ ilə cavabdeh X7 mülkiyyətində olan Gəncə şəhəri, Nizami rayonu, Vaqif küçəsində yerləşən 89 saylı fərdi yaşayış evinə yönəldilməsi, əmlakın ilkin satış qiymətinin 100000 manat müəyyən edilməklə əmlakın açıq hərracda satılması və satışdan əldə olunmuş pul vəsaiti hesabına cavabdehlər X19 və X3 cəmi 17362,7 ABŞ dolları borc qətnamə icra olunan günə Azərbaycan manatına məzənnəsi ilə və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumuna yönəldilməsi, ipoteka predmeti, tam mülkiyyət hüququ ilə X9 məxsus Gəncə şəhəri, Nizami rayonu, Vaqif küçəsində yerləşən 89 saylı fərdi yaşayış evinə tutma yönəldikdən və hərrac vasitəsilə satıdıqdan sonra bir ay müddətində həmin mənzildə yaşayan cavabdehlər X19, X14, X17 və X10 həmin mülkdən çıxarılaraq fərdi yaşayış evinin boşaldılması və iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. “xxxx” KB ASC ilə hərrac təşkilatı arasında bağlanmış protokola və hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqaviləyə əsasən X9 məxsus Gəncə şəhəri, Nizami rayonu, Vaqif küçəsi, 89 saylı fərdi yaşayış evi “xxxx” KB ASC-yə satılmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş seriya RX № ******* saylı dövlət reyestrindən çıxarışa əsasən “xxxx” KB ASC-nin Gəncə şəhəri, Nizami rayonu, Vaqif küçəsində yerləşən 89 saylı fərdi yaşayış evi üzərində tam mülkiyyət hüququ qeydə alınmışdır. Belə ki, hərracın nəticələrinə əsasən Gəncə şəhəri, Nizami rayonu, Vaqif küçəsi 89 saylı fərdi yaşayış evi iddiaçının mülkiyyətinə keçsə də, sonradan məlum olmuşdur ki, X14, X19, X16, X17, X18 və X8 həmin ünvanda qeydiyyatdadırlar. Bu hal isə iddiaçının mülkiyyətçi kimi həmin əmlak üzərində hüquqlarının həyata keçirməsinə maneə yaradır. İddiaçı qeyd olunan şəxslərin ona mülkiyyətində olan mənzildən qeydiyyatdan çıxarılması üçün cavabdehə müraciət etsə də, sonuncu bundan imtina etmişdir. Belə olan halda mülkiyyətçinin və ya əmlak hüququ sahibinin ona məxsus yaşayış sahəsinə münasibətdə hər hansı əmlak hüquqlarının sahibi olmayan şəxslərin həmin yaşayış sahəsində qeydiyyatda qalması əmlak sahibinin mənafeyinə toxunur. Həmçinin, məhkəmə qeyd edir ki, mövcud qanunvericiliklə qeydiyyatdan çıxarılan şəxsin bu halda, qeydiyyatda qalmağa dair hər hansı əsaslı mənafeləri də müəyyən olunmamışdır. Odur ki, yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, üçüncü şəxslərin iddiaçıya məxsus mənzildən pasport qeydiyyatından çıxarılması öhdəliyi Cavabdehnə həvalə edilməlidir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 72.1-ci maddəsinə əsasən inzibati aktdan şikayət inzibati qaydada və ya məhkəmə qaydasında verilə bilər. Həmin maddənin 5-ci bəndinə əsasən inzibati aktlardan məhkəmə qaydasında şikayət (inzibati iddia) Azərbaycan Respublikasının müvafiq qanunu ilə müəyyən olunmuş qaydada verilir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 69.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək belə hesab edir ki, cavabdeh orqanın hərəkətləri qanuna zidd olduğundan və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğundan iddia tələbi təmin olunmalı, X7, X13, X11, X12, X10 və X2 ünvan 2 ünvanından pasport qeydiyyatından çıxarılması öhdəliyi Cavabdehnə həvalə edilməlidir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34, 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. X7, X13, X11, X12, X10 və X2 ünvan 2 ünvanından pasport qeydiyyatından çıxarılması öhdəliyi Cavabdehnə həvalə edilsin. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Emin Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar