Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-64/2022 02.06.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi Axundov Emin Tahir oğlu, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 18 saylı Regional Ərazi Filialına qarşı ona təyin edilmiş sosial müavinətin dəyişdirilərək anasının vəfat etdiyi tarixdən ailə başçısını itirməyə görə əmək pensiyasının ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia ərizəsini və ona əlavə olunmuş sənədləri məhkəmənin binasında, məhkəmə iclasından kənar nəzərdən keçirərək, M üə y y ə n e t d i m: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 18 saylı Regional Ərazi Filialına qarşı 15.04.2021-ci il tarixdə iddia ərizəsi ilə Gəncə İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək ona təyin edilmiş sosial müavinətin dəyişdirilərək anası X1 vəfat etdiyi tarixdən ailə başçısını itirməyə görə əmək pensiyasının ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Gəncə İnzibati Məhkəməsinin 09.12.2021-ci il tarixli, 2-1(114)-984/2021 nömrəli qərardadı ilə iş üzrə məhkəmə-tibbi ekspertizası təyin edilmiş və ekspertizanın aparılması Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X2” publik hüquqi şəxsə həvalə edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X2” publik hüquqi şəxsin 25.02.2022-ci il tarixli, 712 nömrəli məktubundan görünür ki, vətəndaş İddiaçı iddiası ilə bağlı təyin edilmiş məhkəmə-tibbi ekspertizanın aparılması üçün onun özü şəxsiyyət vəsiqəsi və tibbi sənədləri ilə birlikdə Birliyə göndərilmədiyindən ekspertizanın başa çatırılmasının mümkün olmadığı və bu səbəbdən qərardadın icrasının dayandırıldığı bildirilmişdir. Məhkəmənin 28 fevral 2022-ci il tarixli və 18 mart 2022-ci il tarixli məktubları ilə İddiaçı Xəlil qızının məhkəmə-tibbi ekspertizanın keçirilməsi ilə əlaqədar ekspertin çağırışına getməsini zəruri olduğu bildirilmiş, əks təqdirdə İnzibati Prosessual Məcəllənin 55.3-cü maddəsinə əsasən iddia ərizəsinin geri götürülmüş sayılmaqla iş üzrə icraata xitam veriləcəyi barədə xəbərdarlıq edilmişdir. Lakin iddiaçı tərəfindən məhkəmənin xəbərdarlığına riayət edilməmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddiaçı məhkəmə icraatından yayındığına(məhkəmə-tibbi ekspertizanın keçirilməsi ilə əlaqədar ekspertin çağırışına getmədiyinə) görə onun iddiası geri götürülmüş sayılmalı və iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55.3-cü maddəsinə əsasən məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia geri götürülmüş sayılır. Həmin maddənin 5-ci bəndinə əsasən iddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Beləliklə, məhkəmə iddianın geri götürülmüş sayılması və iş üzrə icraata xitam verilməsi qənaətinə gəlməklə yanaşı hesab edir ki, iş üzrə icraata xitam verilməsinin əsası iddianın geri götürülmüş sayılması olduğundan, iddiaçı gələcəkdə eyni tələblə məhkəməyə müraciət edə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 55 və 80-ci maddələrinin tələblərini rəhbər tutaraq, Q ə r a r a a l d ı m: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 18 saylı Regional Ərazi Filialına qarşı ona təyin edilmiş sosial müavinətin dəyişdirilərək anasının vəfat etdiyi tarixdən ailə başçısını itirməyə görə əmək pensiyasının ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası geri götürülmüş sayılsın və inzibati mübahisəyə dair iş üzrə məhkəmə icraatına xitam verilsin. İddiaçıya izah edilsin ki, gələcəkdə eyni tələblə məhkəməyə müraciət edə bilər. Qərardaddan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Emin Axundov
Məhkəmə qərarları › İş №2-1(114)-64/2022
Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-64/2022
02.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver