Məhkəmə qərarları › İş №2-1(114)-643/2021

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-643/2021

15.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-643/2021 15.04.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Osmanov Usaməddin Hidayət oğlunun sədrliyi, Mirzəyeva Şəms Şakir qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında X30 Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı Şəmkir Ərazi İdarəsinə (üçüncü şəxs X5) qarşı mərhum X11 adına verilmiş xx.xx.2020-ci il tarixli AA 572227 nömrəli torpaq sahəsinin planı və ölçü sənədinin və **********955 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi tələbinə dair işə məhkəmənin binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı (bundan sonra mətndə iddiaçı) cavabdeh AAzərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında X30 Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı Şəmkir Ərazi İdarəsinə (bundan sonra mətndə cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum X11 adına verilmiş xx.xx.2020-ci il tarixli AA 572227 nömrəli torpaq sahəsinin planı və ölçü sənədinin və **********955 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, X31 filialında mühafizə olunan Qapanlı kənd İƏD üzrə nümayəndəliyin 1991-1995-ci illərə dair təsərrüfatbaşna kitabının 197 təsərrüfat nömrəsində onun adına 0.28 ha həyətyanı torpaq sahəsi qeyd edilmiş, o xx.xx.2019-cu il tarixdə cavabdehə ərizə ilə müraciət edərək, 0.28 ha həyətyanı torpaq sahəsinə dair onun adına “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış” verilməsini xahiş etmiş, həmin ərizə əsasında cavabdeh tərəfindən torpaq sahəsinə yerində baxış keçirilən zaman X14, X15 və X18 onların ölçü işləri aparmasına mane olmuşdur. Bu səbəbdən də torpaq sahəmin ölçülməsi mümkün olmamış, nəticədə o həmin torpaq sahəsinə dair hüquqlarını qeydiyyata aldıra bilməmişdir. Şəmkir rayonunun Qapanlı kəndində yerləşən 0.28 ha həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması üçün zəruri olan ölçü işlərinin aparılması zamanı X14, X15 və X18 tərəfindən maneənin aradan qaldırılması ilə bağlı Şəmkir rayon Məhkəməsində iddia qaldırmış, Şəmkir rayon Məhkəməsinin 2(076)-3952/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qərardadı ilə iddianın təmin tədbirləri barədə ərizəsi təmin edilərək, işə mahiyyəti üzrə baxılıb həll olunanadək sözügedən 0.28 ha həyətyanı torpaq sahəsində hər hansı tikinti-quraşdırma işlərinin aparılması X19ma, X15 və X16 qadağan edilmişdir. Belə olan təqdirdə, X15 və digərləri kömək üçün onun bibisinə müraciət etmiş, bibisi X5 isə onlara görə Gəncə İnzibati Məhkəməsində Şəmkir rayonu İcra Hakimiyyəti Başçısının Qapanlı kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsinə (üçüncü şəxs: İddiaçı) qarşı təsərrüfatbaşma kitabda həyətyanı torpaq sahəsinə dair aparılmış qeydiyyatın ləğv edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia qaldırmışdır. Gəncə İnzibati Məhkəməsinin 2-1(114)-503/2020 saylı xx.xx.2020-ci il tarixli qərarı ilə iddiaçı X2 Şəmkir rayon İcra Hakimiyyəti Aparatının Qapanlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə qarşı təsərrüfatbaşna kitabda həyətyanı torpaq sahəsinə dair aparılmış qeydiyyatın ləğv edilməsi və həmin kitabda onun adının qeydə alınması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddiası təmin edilməmişdir. Cavabdeh həmin qərardan apelyasiya şikayəti vermiş, lakin Gəncə Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx xxxx 2020-ci il tarixli 2-1(104)-538/2020 saylı qərarı ilə apelyasiya şikayəti təmin edilməmiş, iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2- 1(114)-503/2020 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh həmin qərardan kassasiya şikayəti verməmişdir. Bundan sonra X5 Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin Şəmkir filialından mübahisəli 0.28 ha torpaq sahəsinin 1986-1990-cı illərə dair təsərrüfatbaşna kitabda X11 adına olması barədə Arxiv Arayışı almış və həmin arayış əsasında DƏDRX-nin 11 saylı Şəmkir ərazi idarəsindən mərhum X11 adına xx.xx.2020-ci il tarixli, AA 572227 saylı torpaq sahəsinin planı və ölçüsü və **********955 reyestr nömrəli çıxarış almışdır. Bundan sonra X26 rayon Məhkəməsinə (maraqlı şəxs Şəmkir rayon 1 saylı notariat ofisi) iddia ərizəsi verərək, mərhum X6 miras qalmış əmlakı qəbul etməsi faktının müəyyən edilməsi, **********955 reyestr nömrəli çıxarış əsasında mərhum X11 mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən 0.28 ha həyətyanı torpaq sahəsinə vərəsə tanınmasına və miras əmlakın onun mülkiyyətinə verilməsinə dair qətnamə çıxarılmasını xahiş etdiyindən o da hazırkı iddia tələbi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət etməli olmuşdur. Mübahisəli torpaq sahəsi ata nənəsi X11 1986-cı ildə ölümündən sonra 1991-ci ildə Qapanlı kənd İnzibati ərazi vahidi üzrə nümayəndəliyinin təsərrüfatbaşna kitabında onun adına qeydə alındığı, hazırda da təsərrüfatbaşna kitabın 1991-ci ildən sonrakı bütün dövrlər üzrə onun adında olması, torpaq vergisi hər il onun tərəfimdən ödənildiyi, təsərrüfatı o idarə etdiyi, mərhumu onun dəfn etdiyi, Gülsüm Mustafayeva 1950-ci ildə ailə qurub ər evinə köçdüyü və həmin vaxtdan mübahisəli torpaq sahəsi ilə heç bir əlaqəsinin olmaması, Şəmkir rayonu Qapanlı kəndinin kompleks yerquruluşu layihəsindən çıxarışla torpaq sahəsinin onun qanuni istifadəsində olması göstərildiyi, Gəncə İnzibati Məhkəməsinin və Gəncə Apelyasiya Məhkəməsinin qərarı ilə bunun hüquqi əsaslılığına qiymət verildiyi üçün, o cümlədən də ata nənəsi Tamam Nağıyeva öldüyü dövrün qanunvericiliyində kolxozçu həyətinin təsərrüfatına vərəsəlik açılmadığı səbəbindən onun adna verilmiş xx.xx.2020-ci il tarixli, AA 572227 saylı torpaq sahəsinin planı və ölçüsü və **********955 reyestr nömrəli çıxarış ləğv edilməlidir. Şifahi məhkəmə baxış iclasında iddiaçı tələbini müdafiə edib, iddia ərizəsində qeyd olunanlarla eyni məzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdeh iddiaya qarşı münasibət bildirməmiş, üçüncü şəxs Gülsüm Mustafayeva xx xxxxx 2021-ci il tarixli məhkəmə hazırlıq iclasında iddianı əsassız hesab edərək rədd olunmasını xahiş etmişdir. Cavabdehin nümayəndəsinin və üçüncü şəxsin şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlməmələrinə baxmayaraq, məhkəmə işə baxıb iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, iş üzrə tərəflərə təqdim edilmiş və formal tələblərə cavab verən məhkəmə bildirişində tərəflərə iclasa gəlmədiyi halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). Məhkəmə araşdırmasının predmetini Şəmkir Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(076)-3952/2019 nömrəli qərardadı, Azərbaycan Respublikası X31 filialının xx.xx.2020-ci il tarixli K-1-27 və xx.xx.2021-ci il tarixli K-1-47 nömrəli Arxiv Arayışları, Şəmkir rayon Qapanlı bələdiyyəsinin xx.xx.2020-ci il tarixli 02 nömrəli məktubu, xx.xx.2020-ci il tarixli AA 572227 nömrəli torpaq sahəsinin planı və ölçüsü, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2-1(114)-503/2020 nömrəli qərarı, Gəncə Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli 2-1(104)-538/2020 nömrəli qərarı və cavabdehin iddiaçıya ünvanlandığı xx.xx.2021-ci il tarixli **********85 nömrəli imtina məktubu təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad edilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iddia mümkün iddia olsa da, əsaslı deyildir. İddianın ümumi mümkünlük şərtlərinə əməl olunmuşdur. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın ərazi və predmet aidiyyəti düzgün müəyyən edilmişdir. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır. İddia aşağıda qeyd olunanlara əsasən əsaslı deyildir. Cavabdeh xx.xx.2021-ci il tarixli **********85 nömrəli imtina məktubunda göstərmişdir ki, Şəmkir rayonu Qapanlı kəndində yerləşən mərhum X11 adına verilmiş xx.xx.2020-ci il tarixli AA 572227 nömrəli «torpaq sahəsinin planı və ölçüsü» sənədinin və **********955 reyestr nömrəli «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış»ın ləğv edilməsi cavabdehin səlahiyyətləri xaricindədir. Hər hansı əmlaka dair «torpaq sahəsinin planı və ölçüsü» sənədinin və «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış»ın ləğv edilməsi yalnız məhkəmənin qərarı əsasında aparılır. Odur ki, aidiyyəti üzrə müvafiq məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. xx.xx.2020-ci il tarixli AA 572227 nömrəli torpaq sahəsinin planı və ölçüsündən görünür ki, ünvan 2 ünvanında 0.28 ha yaşayış məntəqələrinin torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə X31 rayon filialının xx.xx.2020-ci il tarixli K-1-684 nömrəli Arxiv Arayışına əsasən X11 adına torpaq sahəsinin planı və ölçüsü tərtib edilmişdir. Şəmkir rayon Qapanlı bələdiyyəsinin xx.xx.2020-ci il tarixli 02 nömrəli məktubunda xx.xx.2018-ci il tarixli k-1-863 saylı arxiv arayışına əsasən X31 filialında mühafizə olunan və Qapanlı kənd İƏD üzrə nümayəndəliyinin 1991-1995-ci illərə dair təsərrüfat başına kitabının 197-ci təsərrüfat nömrəsində Arzuman Novruzalıyev adına küçə, ev 25-də kənd sakini İddiaçı adına 0.28 ha həyətyani torpaq sahəsi qeyd olunduğu, torpaq vergisinin İddiaçı tərəfindən hər il vaxtı-vaxtında ödənilməsi və bələdiyyəyə torpaq vergisi borcu qalmadığı göstərilmişdir. İşdə olan X31 filialının K-1-27 və K-1-47 nömrəli Arxiv Arayışlarından görünür ki, Qapanlı kənd İƏDÜN-in təsərrüfatbaşına kitabında 1991-1995, 1996-2000, 2001-2005-ci illərdə İddiaçı adına müvafiq olaraq 194,196 və197 nömrəli təsərrüfat qeyd edilib və ailə üzvləri X20, X17, X21, X7 ibarət olmuş, həmçinin Qaracəmirli kənd XDS İK-nin təsərrüfatbaşına kitabında 1957-1959-cu illərdə X11 adına 805 nömrəli təsərrüfat qeyd edilib və ailə üzvləri X12, X3, X8, Mahmudova Hicran Qəzənfər qızı və X1 ibarət olmuşdur. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(076)-3952/2019 nömrəli iddianın təmini tədbirinin seçilməsi haqqında qərardadı ilə işə mahiyyəti üzrə baxılıb həll olunanadək X31 filialında mühafizə olunan və Qapanlı kənd İƏD üzrə nümayəndəliyin 1991-1995-ci illərə dair təsərrüfatbaşına kitabının 197 təsərrüfat nömrəsində iddiaçı X4 adına qeyd edilmiş 0.28 ha həyətyanı torpaq sahəsində hər hansı tikinti quraşdırma işlərinin aparılması X9, X10 və X16 qadağan edilmişdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2-1(114)-503/2020 nömrəli qərarından görünür ki, iddiaçı X2 Şəmkir rayon İcra Hakimiyyəti Aparatının Qapanlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə qarşı təsərrüfatbaşına kitabda İddiaçı adına həyətyanı torpaq sahəsinə dair aparılmış qeydiyyatın ləğv edilməsi və həmin kitabda onun adının qeydə alınması vəzifəsinin cavabdehi üzərinə qoyulması barədə iddiası təmin edilməmişdir. Həmin qərardan iddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş və Gəncə İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2-1(114)-503/2020 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə hazırki iş materiallarına əlavə olunmuş sənədləri tədqiq edərək aşağıdakılara əsasən hesab edir ki, iddia əsassızdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. İş materiallarına əlavə olunmuş xx xxxxxxx 2018-ci il tarixli K-1-905 nömrəli X31 filialının arxiv arayışından görünür ki, X41 filialında mühafizə olunan Qaracəmirli kəndinin təsərrüfatbaşına kitabında 1986-1990-cı illərdə X11 adına 1228 nömrəli təsərrüfat qeyd edilib və təsərrüfatda göstərilən ailə üzvü yalnız onun özündən ibarətdir. Başqa sözlə təsərrüfatda ondan başqa heç kim yoxdur. Torpaq qrafasında 0,28 sot torpaq qeyd edilmişdir (Arayışın əsli Gəncə İnzibati Məhkəməsinin 2-1(114)-503/2020 nömrəli işində saxlanılır). X24 xx xxxxxx 1986-cı il tarixdə ölmüşdür (Sənədin əsli Gəncə İnzibati Məhkəməsinin 2-1(114)-503/2020 nömrəli işində saxlanılır). Şəmkir rayon İcra Hakimiyyəri Aparatının Qapanlı kənd inzibati ərazi dairəsi nümayəndəsinin xx xxxxxx 2019-cu il tarixli 35 nömrəli məktubunda göstərilmişdir ki, 0,28 ha həyətyanı torpaq sahəsinin hansı tarixdə və hansı əsasla İddiaçı adına qeyd olunması barədə hazırda nümayəndəlikdə heç bir məlumat yoxdur (Məktubun əsli Gəncə İnzibati Məhkəməsinin 2-1(114)-503/2020 nömrəli işində saxlanılır). İşin yuxarıda şərh olunan faktiki hallarından göründüyü kimi, X11 ölümündən sonra həyətin başqa üzvləri qalmamışdır. Belə olan halda həmin vaxt qüvvədə olan Mülki Məcəllənin 564-cü maddəsinin tələbinə görə həyətin əmlakına vərəsəlik hüququnu tənzimləyən yeddinci bölmənin qaydaları tətbiq olunmalı idi. Başqa sözlə, sözügedən təsərrüfat başqasının adına yalnız vərəsəlik hüququ əsasında keçə bilərdi. Belə ki, həmin Məcəllənin 564-cü maddəsinə əsasən, kolxozçu həyətinin üzvü öldükdə həyətin əmlakı üçün vərəsəlik açılmır. Kolxozçu həyəti üzvünün ölümündən sonra həyətin başqa üzvləri qalmasa həyətin əmlakına bu bölmənin qaydaları tətbiq olunur. Bu maddənin birinci və ikinci hissələrində şərh olunmuş qaydalar, həmçinin kənd təsərrüfatında fərdi əmək fəaliyyəti ilə məşğul olan vətəndaşların təsərrüfatında əmlak vərəsəliyi zamanı da tətbiq edilir. Məhkəmə həmçinin qeyd edir ki, həmin maddə xx xxxxx 1997-ci ildə ləğv olunmuşdur. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsinin təsdiq edən sənədlərin siyahısının 2.3-cü bəndinə əsasən 2001-ci il yanvarın 1-dək inşa edilmiş yaşayış evlərinə və (və ya) onların yerləşdiyi torpaq sahələrinə dair təsərrüfatbaşına kitablardan çıxarış daşınmaz əmlak üzərində hüquqların əldə edilməsini təsdiq edən sənəddir. «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 10-cu maddəsinə əsasən Həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir. Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 1997-ci il tarixli 534 saylı Fərmanı ilə təsdiq edilmiş «Vətəndaşların qanuni istifadəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrinin, fərdi kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında» Əsasnamənin: 1-ci bəndinə əsasən vətəndaşların qanuni istifadəsində və ya icarəsindəki fərdi həyətyanı sahələrin altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həyətyanı sahələrin altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 22.2-ci maddəsinə əsasən, müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 5 oktyabr tarixli 319 nömrəli qərarı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında” Təlimatın 7-ci bölməsinin (Hüquq sahibinin əmlakına qanun və ya vəsiyyət əsasında vərəsəlik hüququ olan şəxslərə arayışın verilməsi) müddəalarına əsasən, Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs ərazi idarəsinə müraciət etdiyi halda, daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə reyestrdən çıxarış (bundan sonra - çıxarış) almadan vəfat etdikdə, onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələrinin müraciəti əsasında vəfat etmiş şəxsin adına tərtib edilmiş çıxarış verilir (7.1). Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs bu əmlak barədə məlumatın dövlət reyestrinə daxil edilməsi və (və ya) onun üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün zəruri sənədlərlə ərazi idarəsinə müraciət etmədən öldükdə, həmin sənədlər onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələri tərəfindən təqdim edildikdə, onlara bu Təlimatın 7.1ci bəndində göstərilən qaydada çıxarış verilir (7.2). Bu Təlimatın 7.1-ci və 7.2-ci bəndlərində göstərilən qaydada çıxarış verildikdə, notariat kontorunda vərəsəliyin rəsmiləşdirilməsi üçün bu Təlimatın 1-3 nömrəli əlavələrinə uyğun olaraq tərtib edilmiş arayış tələb olunmur (7.3). Normaların məzmunundan göründüyü kimi, daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs istər müraciət etdikdən sonra, lakin çıxarış almadan öldükdə, istərsə də daşınmaz əmlaka hüquqa dair sənədlərlə müraciət edənədək öldükdə onun vərəsələrinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayış və ya çıxarış verilir. Yəni hər bir halda, ilkin qeydiyyat hüquq sahibinin adına aparılmalı, arayış və ya çıxarış da həmin qeydə uyğun verilməlidir. Qeyd edilən daşınmaz əmlaka dair vərəsəlik hüquqları isə daha sonra məhz həmin sənədlər əsasında rəsmiləşdirilməlidir. Azərbaycan Respublikasının qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatı nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. «Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında» Azərbaycan Respublikası Qanununun:- - 2.1-ci maddəsində göstərilir ki, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün), başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. - 2.2-ci maddəsində göstərilir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. - 11-ci maddəsinə əsasən, hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. «Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə uyğun olaraq hüquqların dövlət qeydiyyatına alınmasından yalnız həmin maddədə göstərilmiş hallarda, yəni hüquqların dövlət qeydiyyatına alınmasından dövlət qeydiyyatı barədə müraciət olunan hüquq həmin qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda və həmin qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda imtina edilə bilər. Beləliklə iş üzrə tədqiq olunmuş sübutlarla cavabdeh tərəfindən mübahisələndirilən təsərrüfatın həmin təsərrüfatın axırıncı nümayəndəsi X11 adına qeydə alınıb, çıxarış verilməsi hüquq münasibətləri yaranan vaxt qüvvədə olan 1965-ci il redaksiyalı Mülki Məcəllənin, hazırda qüvvədə olan «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olmuşdur. Ona görə də məhkəmə iddia tələbinin rədd olunmasını qanuni və əsaslı hesab edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 69.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək belə hesab edir ki, iddia tələbi rədd edilməlidir. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrinirəhbər tutaraq qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında X30 Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı Şəmkir Ərazi İdarəsinə (üçüncü şəxs X5) qarşı mərhum X11 adına verilmiş xx.xx.2020-ci il tarixli AA 572227 nömrəli torpaq sahəsinin planı və ölçü sənədinin və **********955 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi barədə iddiası rədd edilsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi (ünvan: Gəncə şəhəri, H.Əliyev prospekti 105) vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə (ünvan: Gəncə şəhəri, Atatürk prospekti 252) apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Usaməddin Osmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar